Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə50/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   46   47   48   49   50   51   52   53   ...   90

110
№ 2 (14) Yay 2015 
 
deyə  bilmədim,  daha  doğrusu,  buna 
imkanım 
olmadı, 
çünki 
məndən 
xəbərsiz  getmişdi.  Bunun  səbəbini 
öyrəndikdə,  qəlbimdə  ona  qarşı  qəzəb 
oyanmadı.  O,  ailəsilə  bizim  aramızda 
seçim  etməli  idi.  Haqlı  olaraq  da 
ailəsini  seçdi.  Bu,  o  demək  deyil  ki,  o 
ailəsini bizdən daha çox sevir, xeyr, bu 
belə deyil. O, ata-anasına o ağır günləri 
yaşatmağa  haqqı olmadığını söyləyirdi. 
Valideynlərinin  sosialist  ideyalarının 
amansız 
qanunlarına 
qurban 
getmələrinə göz yuma bilmədi. Mən və 
qızım  burada  –  öz  vətənimizdə  azad 
yaşayırıq,  amma  onun  ailəsi  dəmir 
barmaqlıqlar  arasında  qızlarının  nə 
zaman  gəlib  onları  xilas  edəcəyini 
gözləyirdi. İndi bilirəm deyəcəksiniz ki, 
kül  olmuş  atəş  alovlanarmı?  Bəli, 
alovlanar,  alovlanar...  Mən  bu  atəşi 
yandırıb külə çevirmək ha istədimsə də, 
o  elə  bir  tərəfdən  asta-asta  alovlanır, 
sonra  isə  püskürərək  məni  yandırır. 
İstəyirsiniz  ki,  bunu  izah  edim,  təəssüf 
ki,  çətinlik  çəkirəm,  çünki  bunları 
anlamaq  üçün  bütün  olanları  yaşamaq 
lazımdı.  Tənha  qaldığım  günlərdə, 
gecələrdə, gözüm hər yerdə onu axtarır. 
Onu  düşündükcə  ürəyim  kövrəlir, 
sevmək  sadəcə  səni  sevirəm  demək 
deyilmiş,  sevdiyin  insanı  düşündükcə 
üşüməkmiş,  hətta  gəlməyəcəyini  bilə-
bilə 
gözləməkmiş.  Soruşsanız  ki, 
qəlbində  açılan  bu  yara  sağalarmı? 
Xeyr, inanın ki, sağalmaz, zahirən bəlkə 
də  büruzə  vermirəm,  amma  daxilimdə 
hər  zaman  qan  ağlayıram.  Gedərkən 
arxasınca  qırıq  qəlblər  buraxdı,  amma 
mən bir gün onun geri dönəcəyinə ümid 
edirəm. Gəlməsini çox arzulayıram, kaş 
ki  geri  dönəydi,  yaralarıma  məlhəm 
olaydı. O, gəlmədən inanın ki, qəlbimdə 
açılan dərin yara nə sağalar, nə də qay-
saqlanar, elə hər zaman qanayar. Bəli, o 
mənim ürəyimdə açılan ən ağır yaradır. 
Sanki  qonaq  idi,  gəldi,  hər  şeyi  dağıtdı 
və  getdi.  O,  mənim  qəlbimi  yerindən 
çıxararaq  sürgünə  göndərdi.  İnanın  ki, 
günəş  hər  doğanda  mən  bir  az  daha 
batıram. 
Mən 
sadəcə 
yaşanan 
gözəllikləri  xatirələrimdə  saxlamaq 
istəyirəm, 
artıq  keçmişə  baxmaq 
istəmirəm,  çünki  bu  mənə  olmazın 
əzablar  verir.  Bəli,  xanımlar  və 
cənablar, 
bu,  çətinliklə  başlayan, 
xoşbəxtliklə  davam  edən  bir  həyatın 
ayrılıqla bitən hekayəsidir. Bir nağıl ki-
mi  başlayan  sevdamız  bir  kabus  kimi 
bitdi! Amma o, başqa bir dünyaya getsə 
də,  sevgisi  hər  zaman  bu  həyatda  mə-
nimlə qalacaq! 
 
 
 
 
 
 
Oktyabr 
2006-cı 
il. 
Bakı, 
Azərbaycan. Axşam saat 18:00 radələri
Bakıda yağış çiskinləyir. Heydər Əliyev 
Beynəlxalq  Aeroportunda  televiziya  və 
qəzetlərdən  çoxlu  jurnalistlər  toplaşıb. 
“Scandinavian  Airlines”  şirkətinə  aid 
təyyarə  hava  limanına  enməyə  başladı. 
Bu  gün  jurnalistlər  Azərbaycana  gələn 
mötəbər  qonağı  qarşılamaq  üçün 
yığışmışdılar.  Onlar  əllərində  mikrofon 
təyyarədən 
düşən 
qonağın 
yaxınlaşmasını  səbirsizliklə  gözləyir, 
ona verəcəkləri sualları öz-özlərinə tək-
rarlayırdılar.  Azərbaycana  gələn  bu 
qonaq İsveçin əsilzadə ailələrindən olan 
tanınmış  vəkil  hersoqinya  Jozefinadır. 
Jurnalistlər  hersoqinyanın  Azərbaycana 
səfərinin məqsədiylə çox maraqlanırdılar, 
ona  veriləcək  sualları  və  alacaqları 
cavabları 
səbirsizliklə 
gözləyirdilər. 
Hersoqinya  jurnalistlərə  yaxınlaşdı  və 


                            Üç aylıq ədəbiyyat dərgisi 
111 
 
ədəblə 
onları 
salamladı. 
Suallar 
dalbadal verilirdi. 

Hersoqinya 
Jozefina, 
Azərbaycana gəlişinizin səbəbi nədir? 
-  Hersoqinya  Jozefina,  bu  sizin 
Azərbaycana ilk gəlişinizdir? 
-  Hersoqinya,  eşitdiyimizə  görə 
sizi  Azərbaycana  gətirən  şəxsi  səbəb 
var, sirr deyilsə nədir? 
Hersoqinya 
əlini 
qaldırıb 
onlardan susmalarını xahiş etdi və dedi: 

Hörmətli 
jurnalistlər, 
Azərbaycana  gəlişimin  səbəbi  odur  ki, 
bura mənim vətənimdir. 
- Vətəniniz? 

Bəli, 
Azərbaycan 
mənim 
vətənimdir, 
çünki 
mənim 
anam 
azərbaycanlıdır. 
- Hersoqinya, bu nə zaman olub?  
-  Hersoqinya,  ananızla  atanızın 
evliliyi rəsmi idimi?  
- Hersoqinya, ananız yaşayırmı?  

Hersoqinya, 
onlar 
harada 
evləniblər? 

Xanımlar 
və 
cənablar, 
hamınızdan çox üzr istəyirəm. 
Bütün 
bu 
sualları 
indi 
cavablandıra  bilməyəcəyəm.  Uzun  yo-
lun  yorğunluğunu  bilirsiniz.  İndi 
icazənizlə 
otelə 
gedib 
dincəlmək 
istəyirəm,  amma  söz  verirəm,  bir  neçə 
günə  sizinlə  görüşüb  maraqlandığınız 
bütün suallara bir-bir cavab verəcəyəm. 
Hersoqinya  ona  ayrılan  maşına 
əyləşərək  otelə doğru yol aldı. O, hava 
limanından  ayrıldığı  andan  otelə  qədər 
gözlərini 
maşının 
pəncərəsindən 
ayırmırdı.  Bakıya  heyranlıqla  baxırdı, 
hələ  şəhərin  mərkəzinə  gəldikdə  özünü 
“Min  bir  gecə”  nağılında  hiss  etdi. 
Bakının  əsrarəngiz  gözəlliyi,  mənzərəsi 
onu  elə  valeh  etdi  ki,  qəlbindən  bir 
anlığa  burada  qalıb  yaşamaq  keçdi. 
Bakı nə qədər gözəlmiş, demək mənim 
anam  bu  şəhərdə  doğulub  boya-başa 
çatıb, burada universitet oxuyub, burada 
yaşayıbmış.  Görəsən  indi  o  haradadır? 
Heç  məni  düşünürmü?  Mənim  üçün 
darıxırmı?  Jozefina  anası  ilə  son 
görüşünü  xatırlamırdı,  çünki  o  zaman 
onun  sadəcə  iki  yaşı  vardı.  Amma  o, 
böyüdükdən  sonra  da  anasını  onu  tərk 
edib  Azərbaycana  döndüyünə  görə 
günahlandıra  bilmirdi.  Çünki  Jozefina 
bilirdi  ki,  onu  bu  addımı  atmağa  vadar 
edən  çox  vacib  səbəb  vardı,  hətta 
Jozefina  bu  addımı  atdığına  görə  anası 
ilə fəxr edirdi. Amma çox heyf ki, atası 
hersoq  Jozef  Jonatan Son  onu  anası ilə 
görüşməsinə bir daha icazə verməmişdi. 
O  zaman  Jozefina  uşaq  idi,  özü  qərar 
verə  bilməzdi.  18  yaşına  qədər  atdığı 
hər  bir  addım  üçün  atasından  icazə 
almalı  idi.  Jozefina  çox  sonralar  başa 
düşdü  ki,  əslində  əhvalatlar  onun 
düşündüyü  kimi  deyilmiş,  atası  da 
anasını  axtarmaq  istəyirmiş,  lakin  bu 
mümkün 
deyilmiş. 
Jozefina 
universitetdə oxuduğu zaman Sovet hö-
kuməti  və  onun  qanunlarını  araşdıraraq 
öyrəndi  ki,  onların  idealogiyalarına 
görə  anasını  axtarmaq  imkansız  idi, 
yəni  bir  sosialist  dövləti  olan  SSRİ-nin 
Qərblə  münasibətləri  o  qədər  də  parlaq 
deyilmiş.  Hersoqinya  anasını  axtarmaq 
üçün  SSRİ-nin  dağılmasını  gözləməli 
olmuşdu.  Jozefina  İsveçin  ən  hörmətli 
bir  ailəsindən  idi.  Babası  hersoq 
Jonatan  Huqo  Son  İsveç  parlamentinin 
üzvü,  atası  isə  dünyada  tanınmış  bir 
şirkətin  sahibi  idi.  Jozefina  39  yaşında 
idi. 
Ailəsinin 
bütün 
təkidlərinə 
baxmayaraq ailə qurmamışdı. O, anamı 
tapmasam,  qətiyyən  evlənməyəcəyəm 
deyirdi.  Jozefina  İsveçdə  yaşayan 
qaçqınların  həyatı  ilə  maraqlanır, 
onların  hüquqlarını  müdafiə  edirdi. 
Atası  onun  bu  işini  bəyənməsə  də 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə