Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə48/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   44   45   46   47   48   49   50   51   ...   90

106
№ 2 (14) Yay 2015 
 
       Günəş 
Sarayın 
arxasından 
çəkiləndə  sonuncu  Qapıdan  çıxanları 
gördü.  Ürəyi  ağzına  gəldi  –  qorxunc 
varlıqlar ən sonuncu Qapıdan buynuzlu 
ilbiz kimi sürünüb çıxırdı. 
       Selikli  ilbizlər  ətrafa  ürkək-ürkək 
baxa-baxa  Saray  pilləkənləri  boyu 
sürünür,  keçdikləri  yerdə  parlaq  iz 
qoyurdular. Onların cızdığı izlər reklam 
sözləri kimi aydın oxunurdu. 
       İlbiz izləri pillələrdə sahibinin adını 
yazırdı! 
Hasarın 
başından 
aydın 
görünən  bu  yazılar  –  adlar  onu  şoka 
salmışdı.  O,  iz  sahiblərini  tanıyırdı. 
Burda kimlərin adı yoxuydu! 
       İlbiz  sürüsü  Saraya  aşağı  qapıdan 
girib  o  biri  başdan,  hündür  alaqapıdan 
çıxırdı.  Geri  dönən  ilbiz  hər  iki 
buynuzu kəsik qayıdırdı. 
     Saraya  gedən  axın  kimi  Saraydan 
qayıdan  axın  da  eyni  qaydada  hərəkət 
edirdi. 
İlbizlər 
sürünüb 
həmin 
Qapılardan  keçir,  vücudlarını  dəyişir, 
quyruq alıb-salır və bu dəfə hər keçiddə 
bir  baş  dikəlirdilər.  Adama  boy  verən 
Hasara  yaxın  sonuncu  qapıdan  çıxanda 
əvvəlkindən  də  əzəmətli  görkəm 
alırdılar.  Eybəcər  mutant  orqanizmdən 
mələk  üzlü  varlığa  çevrilmə  zamanını 
hesablamaq  mümkün  deyildi.  Bəlkə  də 
bəşəriyyətin meymundan müasir insana 
qədərki təkamül zamanı bundan qısaydı 
– ona belə gəlirdi. 
     Hündürboy 
Bağ 
xidmətçiləri 
qonaqları  Hasarın  pillələri  ilə  yuxarı 
qaldırıb,  Çölə  düşmələri  üçün  günün 
batmasını  gözləyirdilər.  Hasarın  o  üzü 
ilə  təmas  yalnız  gecələr  olurdu,  yeni 
qonaqları 
qarşılama, 
köhnələri 
yolasalma  günün  yalnız  qaranlıq 
saatlarında  baş  verirdi.  Bu  qayda  uzun 
illərdi  dəyişməz  qalmışdı.  O,  Hasarın 
üstündə 
Çölə 
qayıtma 
saatlarını 
gözləyənləri  diqqətlə  süzürdü.  Daha 
qadınlar  üzünü  çiyinlərinə  saldıqları 
ipək  yaylıqla,  kişilər  pencəyin  yaxalığı 
ilə  gizlətməyə  çalışmırdılar.  Bəxtəvər 
gülüşlə işıq saçırdılar. 
       Nəhayət,  gecə  növbətçiləri  gəldi. 
Gedənləri  Çölə  düşürdülər,  gələnləri 
Bağa  yola  saldılar,  sonra  çəkilib 
getdilər.  O,  Bağa  düşmədi,  Saray 
xidmətçisinin onun arxasınca gələcəyini 
deyib sabahacan gözlədi. 
      Bütün  gecəni  yuxuya  gedə  bilmədi. 
Bağı  tərk  edənlərin  fikri  onu  rahat 
qoymurdu.  İlbiz  izləri  ilə  yazılan  adlar 
sanki beyninə mismarla sancılırdı. Neçə 
illər  öncə  bu  Bağa  kimlər  gəlibmiş, 
Qapılardan 
keçib 
Saraya 
kimlər 
giribmiş!!!  Çöldə  hamının  qəhrəman 
bildiyi 
nə 
qədər 
adam 
Bağda 
Qapılardan  dördayaqlı  keçib  Saraya 
ilbiz kimi sürünübmüş... 
      Çaş-baş  qalmışdı.  Gördükləri  yuxu 
kimiydi.  Necə  davranmalı,  nə  etməli 
olduğunu 
bilmirdi. 
O, 
qaydaları 
pozmuşdu.  Hasara  gecə  yox,  günün 
günorta çağı çıxmışdı. Şərtinin birincisi 
elə  bu  idi:  “Hasara  günorta  vaxtı, 
hamının  gözü  qabağında  çıxacam!” 
Onu  hamı  görmüşdü.  Bu  onu  narahat 
eləmirdi.  Hasara  çıxmaq,  haqqında 
əfsanələr dolaşan  Bağa baxmaq  marağı 
hər şeyə güc gəlmişdi. Hamının diqqəti 
ordaykən  Hasara  gündüz  çıxması  səhv 
idi, ya düz, bilmirdi... 
       Ora elə məhz gün işığında, hamının 
gözü qabağında çıxmasının düz hərəkət 
olduğunu sonra biləcəkdi. 
       Onu  Hasara  çıxmaqda,  hətta  Bağa 
düşməkdə,  Saraya  girməkdə  ittiham 
edəcəkdilər.  Saray  pillələrində  adını 
oxuduğu  neçə-neçə  qələm  əhli  bunu 
qəzetdə yazacaq, siyasət adamı, ictimai 
xadim söz atacaq, ağız büzəcəkdi. Bircə 
onu tanıyan dostları Bağa düşmədiyinə, 


                            Üç aylıq ədəbiyyat dərgisi 
107 
 
Saraya  girmədiyinə,  elə  Hasardanca 
geri döndüyünə inanacaqdılar. 
      Günlərin birində çox sevdiyi İnsanla 
küçədə  rastlaşacaqdı.  Həmişəki  kimi 
hal-əhval  tutacaq,  söhbətləşəcəkdilər. 
Ayrılanda  İnsan  indicə  xatırlayırmış 
kimi  qəfil  soruşacaqdı:  “Deyirlər 
Hasara  çıxmısan,  düzdümü?”  Bu  qəfil 
sual  damarında  qanı  donduracaq, 
boğazında  nitqini  tutacaqdı.  Sual,  verə 
bilmədiyi cavabla birlikdə ürəyindən bir 
cüt  daş  olub  asılacaqdı.  Ağırlığa  ürəyi 
dözməyəcəkdi,  parça-parça  olacaqdı. 
Paralanmış  ürəkdən  qapqara  qanı 
damacaq, 
süzülüb 
bir 
yerdə 
laxtalanacaqdı.  Sonra  qan  laxtasını 
təmizləmək 
istəyəndə 
yeri 
göynəyəcəkdi.  Ağrıyan  yerin  Vicdan 
olduğunu onda biləcəkdi. 
      Sual  Saray  pillələrində  adlarını 
oxuduğu  Çöl  qəhrəmanlarının  tənəsi 
deyildi  ki,  ona  ironik  gülüşlə  vec 
verməsin.  Dostların  inamı  da  deyildi 
təsəlli  tapsın.  Bu,  hələ  Bağa  düşmək, 
Saraya  girmək  yox,  Hasara  çıxmağın 
belə  günah  olmasını  anladan  İnsanın 
təəccübüydü. 
      Belədi, insan başqası dəyər verəndə 
özünü tapır! 
      Bunlar  sonra  olacaqdı.  İndi  isə  o, 
Hasardaydı.  Səhəri  dirigözlü  açmışdı. 
Yollarda  hərəkət,  Qapılarda  keçid 
prosesi  dayanmamışdı.  İndi  gəlib  onu 
da bağa düşürəcəkdilər. O da mələkdən 
ilbizə,  ilbizdən  mələyə  gedən  yolu 
keçməli,  Saraya  girib-çıxmalı,  Çölə 
başıdik, 
əzəmətli 
görkəmlə 
qayıtmalıydı. 
      Həyəcan  sancısı  qarnını  doğrayırdı. 
Cavabını  bilmədiyi  suallar  mancanaq 
qarmağı  kimi  ruhunu  didirdi.  Onu 
Hasara  çıxmağa  sövq  edən  səbəblərə 
bəraət  tapmırdı.  Hasarın  o  gələn 
üzündəki həyat tamam boşalmışdı, orda 
heç  kimə  lazım  deyildi,  özünü 
anladacaq  adamı  qalmamışdı.  Ümidləri 
ölmüşdü.  Yaşaya  biləsi  dünya  daralıb, 
daralıb...  yox  olmuşdu.  Xilas  yolunun 
Hasarda  olmadığını  da  bilirdi.  Amma 
lənətə gəlmiş marağı ona güc eləmişdi. 
Burda,  Bağda  gördükləri  isə  onu 
dəhşətə gətirmişdi.  
      Səhəri  üzü-gözü  tər  içində  açdı, 
nəfəsi  kəsik-kəsik  gəlirdi.  Saray 
səmtdən  əsən  meh  özüylə  kəskin  qoxu 
gətirmişdi.  Bu,  uşaq  vaxtı  yaşadığı 
şəhərin aşağı başındakı ət kombinatında 
tez-tez  yandırılan  sümük  qoxusunun 
eyniydi. 
Sarayda 
kəsilmiş 
ilbiz 
buynuzlarını yandırırdılar! 
      Onu 
Bağa 
düşürməyə 
Saray 
xidmətçisinin  özü  gəlirdi.  Qorxunc 
varlığıydı.  İnsan  kimi  yerisə  də,  insan 
deyildi,  cürbəcür  canlıların  qarışığına 
oxşayırdı.  Sifəti yüz  ilin mamır basmış 
ağac  qabığı  tək  qartımışdı.  Qıpqırmızı 
gözlərinə  baxmaq  olmurdu,  elə  bilirdin 
səni  batıracaq  qan  gölüdü.  Hasar 
pillələrini 
qalxdıqca 
bədheybət 
xidmətçinin  bədəni  dəyişirdi,  yavaş-
yavaş adama çevrilirdi. Çatanda gələnin 
üzündən 
nur 
tökülən 
yaraşıqlı, 
nəzakətli, alicənab biri olmasına heyrət 
elədi. 
     “Deyirlər  sən  də  Hasara  çıxmısan, 
düzdümü?”  Sualı  sabahın  məşhər 
sorğusu  kimi  boğazından  yapışıb  onu 
üzüaşağı  çəkməyə  başladı.  Saray 
xidmətçisi  əl  atıb  nəzakətlə  onu  tutdu, 
qoluna  girib  yıxılmağa  qoymadı. 
Ehtiramla  Bağa  sarı  yol  göstərdi. 
Amma  o,  addım  ata  bilmədi.  Hər 
cəhdində  boynundakı  Sual  zənciri 
dartılırdı.  Boğazı  zəncirdə,  əli  Saray 
xidmətçisindəydi. 
Köməyə 
başqa 
xidmətçilər  də  gəldi.  Zəncir  qırılmırdı. 
Sualın  titrək  əllərindəki  gücə  məəttəl 
qalmışdı.  Yorulsa  da,  titrəsə  də, 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə