Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə56/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   52   53   54   55   56   57   58   59   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
123 
 
Hansısa dili lal olmuş dədəmə deyibmiş 
ki,  qızın  rusların  içində  böyüyüb, 
Bakıya  zada  da  tək  buraxma.  Ver  ərə 
getsin,  qoy  Rusiyanın  havası  da 
başından  çıxsın.  Elə  sən  də  həmişə 
mənə  inamsız  olduğundandı  ki  siftə 
gündən    gözümün  odunu  aldın. 
Gözüqıpıq  elədin  məni.  Canavar 
gözündə  görmüşəm  səni  ömür  boyu. 
Sərdar  başqa  adam  idi.  O,  dünyada 
inanmazdı ki, Sevil pis iş tuta.  
                                                               
Pauza 
Budur.  Sən  artıq  danışa  bilmirsən. 
Mənə  əmr  edə  bilmirsən.  Mən  sənsiz 
bilmirəm  nə  qərar  verim.  Nəyi  necə 
edim.  Hətta  bilmirəm  hansı  paltarımı 
geyinsəm, sənə xoş gələrdi?! Heç birini 
alanda  deməmisən  ki,  “arvad,  bu  paltar 
sənə nə yaxşı yaraşır!”  
Əlləriylə  bədənini  ovuşdurur.  Üşüyür. 
Təzədən pəncərəni bağlayır.  
Yataqda  yatan  adama  yaxınlaşır. 
Yataqda ərinin böyründə oturur.   
Səsi titrəyə-titrəyə danışır. 
Mən  də  Anna  Karenina  kimi  hərəkət 
edə  bilərdim.  Ürəyimin  səsinə  qulaq 
verər, 
Sərdara 
onsuz 
yaşaya 
bilməyəcəyimi 
deyərdim. 
Amma 
hisslərimin  əksinə    hərəkət  etdim. 
Sərdarın  mənə  yazdığı  məktubdan 
utandım  ömür  boyu.  O  məktubu  xatirə 
kimi  saxladığıma  görə  özümə  çox 
acığım  tuturdu.  Məktubu  cırıb  atmağa 
da  özümdə  güc  tapmırdım.  Uşaqlar  
doğulandan 
sonra 
özümü 
sənə 
öyrəşməyə məcbur elədim. İlk işim də o 
məktubu  cırmaq  oldu.  Biz  Sərdarla 
ayrı-ayrı  böyük  şəhərlərdə  yaşasaydıq, 
bəlkə  də  mənə  asan  olardı.  Kaş  ki,  biz 
onunla  tez-tez  üz-üzə  gəlməsəydik?! 
Atalarımız  kirvə  olandan  sonra  o,  bir 
dəfə  də  başını  qaldırıb  mənim  üzümə 
baxmadı.  Sənə  ərə  gedəndən  sonra  isə 
mən 
onun 
gözlərində 
bir 
sual 
görürdüm:  “Görəsən,  ona  yazdığım 
məktubu  cırıb  atıbmı?  Məktub  ələ 
keçməzmi? 
Ona 
olan 
hisslərimi 
uşaqlığın şıltaqlığı hesab eləyirmi? ” 
O məndən çox məktubdan yana narahat 
idi.  Qəlb  sakitliyi  tapsın,  özünü 
günahlandırmasın  deyə,  mən  hətta  onu 
“Sərdar  qardaş  ”  deyə  çağırmağa  
başladım.  Sevdiyim  adam  qardaşım 
oldu.  
Acı-acı gülür. 
Gülə-gülə  ağlayır.  Burnunu  çəkə-çəkə 
dəsmal  axtarır.  Dəsmalı  tapınca  əlinin 
arxasıyla üz-gözünü silir.  
Sakitləşir. 
Bilirsən,  bütün  bunları  sağlığında  sənə 
danışa  bilməzdim.  Həmişə  istəmişəm 
ki,  sən  məni  dinləyəsən,  anlamağa 
çalışasan.  Həmişə  arzulayırdım  ki, 
Sərdarı 
unutmaqda  mənə  kömək 
edəsən.  Sən  isə  hər  addımda  məni 
özündən  uzaqlaşdırırdın.  Sən  bütün 
gənclik  macəralarından  arxayınlıqla 
danışırdın.  Sənin  arxayınlığın  imkan 
verirdi  ki,  sən  öz  gənclik  hisslərinə 
gülüb, ələ salasan. Mənimsə öz gənclik 
hisslərimi 
hətta 
yada 
salmağa, 
xatırlamağa  haqqım  yox  idi.  Nəinki 
onlardan sənə bəhs eləyə bilərdim. Ərli 
qadın  ola-ola,  uşaqlıq,  gənclik  sevgimi 
xatırlamaq  qəribə  günah  hissi  verirdi 
mənə.  Çünki  bilirdim  onu  səndən  gizli 
xatırlayıram. Sənin kürəyinin arxasında 
sığınıram  gənclik  xatirələrimə.  Bu  isə 
xəyanət  kimi  bir  şey  idi.  Sən  mənim 
bütün  bu  hisslərimdən  xəbərsiz  idin. 
Mən  özümü  tez-tez  Anna  Karenina  ilə 
müqayisə 
edirdim. 
Həmişə 
də 
üstünlüyü ona verirdim. Anna Karenina 
məndən  səmimi,  məndən  cəsarətli  idi. 
Mənsə qorxaq  xəyanətkardan başqa bir 
şey deyildim.  


124
№ 2 (14) Yay 2015 
 
Sənin  heç  nəyi  gizlətməyə  ehtiyacın 
yox  idi.  Mənim  yanımda  alnı  açıq,  üzü 
ağ gəzirdin. Hətta mən hamilə olduğum 
vaxtlarda    yüngül  qadınlarla  durub-
oturduğunu gizlətmirdin. O qədər rahat 
olurdun  ki,  hər  şey  öz-özünə  aşkara 
çıxırdı.  Zarafata  salır,  ya  gülə-gülə 
boynundan 
atırdın, 
ya 
da 
qabaqdangəlmişlik  eləyib  döyürdün 
məni.  
Dərindən  ah  çəkir.  Ayağa  qalxır,  otağı 
tərk  edir.  Stəkan  cingiltisi,  qab-qacaq 
səsi, sonra da su şırıltısı eşidilir. Əlində 
stəkanla 
səhnəyə 
qayıdır.  Sudan 
qurtumlaya-qurtumlaya 
pəncərəyə 
yaxınlaşıb  pərdəni  aralayır.  Səhər 
yavaş-yavaş  yaxınlaşır.  Uzaqda  gün 
qızarmağa başlayır.  
 
Pərdəni  örtüb  çəkilir.  Üzü  çarpayıya 
tərəf durur.  
Mənə elə gəlir ki, illərin ağırlığı qalxdı 
çiyinlərimdən. 
Stəkanı  termonun  üstünə  qoyur.  Ordan 
üst-üstə yığılmış bir neçə vərəq götürür, 
gözdən keçirir.  Dərindən köks ötürərək 
çarpayıya yaxınlaşır.  
Əlvida,  əzizim.  Həyatımda  heç  vaxt 
səninlə bu cür səmimi ola bilməmişəm. 
Bizim bu yerlərin qadınlarının çoxunun 
həyatı  belə  keçir.  Onlar  bir  ömür  boyu 
səmimiyyət  həsrətində  yaşayırlar.  O 
qədər  şey  olub  ki,    sən  istədiyin  üçün 
qəbul  eləmişəm,  amma  istəmədiyimi 
dilə gətirə bilməmişəm. Hətta bircə dəfə 
olmayıb  ki  özüm  bəyəndiyim  paltarı 
geyinim.  Saçımı  da  sən  istədiyin  kimi 
hörüb  kürəyimə  atdım  həmişə.  Onları 
bir  dəfə  də  küləyə  verə  bilmədim.  Bir 
dəfə  də  külək  öpmədi  tellərimi,  külək 
oynatmadı.  Səninlə  nə  toya,  nə  yasa  
getməli  deyildi.  Başımı  qaldırıb  göydə 
uçan  quşa  da  baxsam,  az  qala  qan 
düşürdü.  Hamının  ayağına  baxmağa 
vərdiş  eləmişdim.  Adamların  hamısını 
ayaqlarından 
tanıyırdım. 
İndi  
adamların 
adları 
gələndə 
onları 
üzləriylə 
yox, 
ayaqqabılarıyla 
xatırlayıram.  Sərdar  həmişə  bahalı 
ayaqqabılar  geyinirdi,  həmişə  də  onları 
təmiz 
saxlayırdı. 
Ayaqqabıları 
köhnələnəndə  də  o,  bunu  gizləməyi 
yaxşı  bacarırdı.  Sənin  ayaqqabılarını 
hər  gün  öz  əllərimlə  təmizləyirdim. 
Amma  sanki  sən  mənim  acığıma,  sırf 
mənə  əziyyət  vermək  üçün  kəndin  ən  
palçıqlı  yerlərindən  keçib  gəlirdin.  
Kişilərin  ayaqlarına  baxa-baxa  mən 
kəndin  ən  gözəl  ütü  çəkə  bilən  və 
əlindən  şalvar  ütüləmək  gəlməyən 
qadınları kimlərdi bilirdim.  
Eh...  belə  getsə  sözüm  qurtaran  deyil. 
Günəş  qalxdı  əməlli-başlı.  Gedim 
Esmiranın dükanından sənə təmiz əyin-
baş  alım  gətirim,  üzünü  qırxım.  Sonra 
bacılarına,  qızlarına,  qardaşına  xəbər 
eləyim.  
Səni  tanıdığım  gündən  bəri  ilk  dəfə 
susaraq,  heç  bir  söz  demədən, 
çığırmadan, 
bağırmadan, 
sözümü 
kəsmədən  dinlədin  məni.  İlk  dəfədi 
səninlə 
belə 
ürəkli 
danışdım. 
Dediklərim səni incitdisə, bağışla məni.  
Divarı  döyürlər.  Divarın  o  üzündən 
boğuq  qadın  səsi  gəlir.  Səs-küydən 
narazıdırlar.  
Üzünü səhnəyə tutur. 
Bu qonşunun əlindən günüm yoxdu ki! 
Əməlli-başlı  məni  görməyə  gözü 
yoxdu.  Elə  bilir  aktrisayamsa,  düz 
yolun  yolçusu  deyiləm.  Halbuki  elə 
olsaydı,  şəhərin  kənarında  ucqar  bir 
yataqxanada 
birotaqlı 
mənzilə 
sığınardımmı?  Eh,  mənim  taleyim  də 
qəhrəmanımın  taleyi  kimi  ağırdı.  Mən 
indi  sizə  necə  başa  salım  ki,  otuz  ildən 
sonra  bu  rol  mənim  teatrda  oynadığım 
ilk  baş  roldu.  O  da  ona  görədi  ki,  bu 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə