Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə64/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   60   61   62   63   64   65   66   67   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
139 
 
olsun,  bu  konfrans  qurtarar-qurtarmaz 
İngiltərə  ilə  Transvaal  arasında  qanlı 
savaşlar  başladı(Transvaal,  indiki  Cənubi 
Afrika Respublikasının keçmiş adıdır).  
 
Dardüşüncəli  və  olaylara  üzdən 
yanaşan  insanlar  hələ  bugünə  kimi  də, 
ümumdünya 
məhkəməsinin 
müharibə 
fəlakətini  və  getdikcə  artan  silahlanmanı 
dayandıra  biləcəyinə  inanmaqla  özlərini 
ovundura 
bilirdilərsə, 
ancaq 
Haaqa 
konfransından  az  sonra  qızışan  müharibə 
problemlərin  bu  yolla  aradan  qaldırıla 
bilməyəcəyini  açıq-aydın  şəkildə  göstərmiş 
oldu.  Haaqa  konfransından  sonra  bu  da 
bütün 
aydınlığı 
ilə 
görünməkdədir: 
haçanacan  əlinin  altında  ordu  olan 
hakimiyyətlər  qalacaqsa,  oçağacan  da 
silahlanmanı  və  müharibələri  dayandırmaq 
mümkün  olmayacaqdır.  Hər  hansı  bir 
anlaşmaya  gəlmək  üçün  gərək  anlaşmaq 
istəyən 
tərəflər 
biri-birinə 
inansınlar. 
Dövlətlərin biri-birinə inanması üçün, onlar 
gərək  hamılıqla  silahı  yerə  qoysunlar, 
bunun  bir  örnəyini,  müharibəni  qurtarmaq 
üçün 
sülh 
danışıqları 
aparan 
nümayəndələrin  danışıq  yerinə  silahsız 
olaraq  gəlmələrində  görmək  mümkündür. 
Haçana  kimi  hakimiyyətlər,  biri-birilərinə 
inanmadıqları  üçün,  ordularını  buraxmaq, 
onların sayını azltmaq yerinə onların sayını 
biraz  da  artırırırsa  və  bununla  da  öz 
qonşularını  da  belə  bir  yarışmaya  qoşursa, 
ardı-arası  kəsilmədən,  öz  çuğullarının 
köməyi  ilə  qonşu  ölkələrin  qoşunlarının 
yerdəyişmələrinə  göz  qoyursa,  istənilən 
başqa  bir  hakimiyyətin  ilk  imkan  yaranan 
kimi qonşu ölkəyə basqın edəcəyini bilirsə, 
onda  bu  dövlətlər  arasında  heç  bir  anlaşma 
yarana  bilməyəcəkdir  və  bu  işi  yoluna 
qoymaq  üçün  təşkil  olunan  istənilən 
konfrans  da,  ya  qanmazlıq,  ya  oyun-
oyuncaq,  ya  yalançılıq,  ya  da  özünü 
aldatmaqdır,  yaxud  da  elə,  bunların 
hamısının bir  yerə toplanmasından  yaranan 
bir yanlışlıq deməkdir.       
Bu  konfransda  rus  hökumətinin 
özünü tərbiyəsiz uşaq yerinə qoyması açıq-
aydın  görünürdü.  Rus  hökuməti  indiyədək 
çox  ərköyünləşdirilmişdir,  öz  evində  onun, 
yalançılığı açıq-aydın görünən, manifest və 
fərmanlarına  kimsə  etiraz  eləmədiyindən, 
bu  hakimiyyət  aşırı  silahlanma  yolu  ilə  öz 
xalqını  var-yoxdan  çıxarmış,  Polşanı 
boğmuş,  Türküstanla  Çini  çapıb-talamış, 
Finlandiyaya 
əlindən 
gələn 
bütün 
yamanlıqları  eləmiş  və  bütün  bunlardan 
sonra,  bu  konfransda,  hamının  onun 
sözlərinə inanacağını düşünərək, Avropanın 
hökümətlərinə  hamılıqla  tərkisilah  olmağı 
təklif eləmişdir.       
Rus  hökümətinin  bu  gözlənilməz 
və  əxlaqsız  təklifinin  ölkə  daxilində 
qoşunlarının  sayının  artırılması  ilə  bağlı 
qərar  verməsi  ilə  eyni  bir  vaxta  təsadüf 
eləməsinə  və  onun  hay-küylə  qəbul  elədiyi 
bu  qərarının  başqa  dövlətlərə  də  bəlli 
olmasına  baxmayaraq,  Avropa  ölkələrinin 
hökumətləri  xalqlarının  qarşısında  özlərini 
doğrulda  bilmək  üçün,  bu  komik  və  açıq-
aydın 
yalançı 
müşavirəyə 
getməyə 
bilməzdilər,  ona  görə  də,  bu  dövlətlərin 
hamısı,  öncədən  də,  bu  işdən  heç  nə 
alınmayacağını bilsələr də, bu konfransa öz 
nümayəndə  heyətlərini  göndərdilər  və 
konfransın  keçdiyi  bir  neçə  ayda  buradakı 
iştiraklarına  görə  çox  böyük  məbləğdə 
əməkhaqqı 
alan 
bu 
nümayəndələr, 
ürəklərində baş verənlərə gülsələr də, ancaq 
onlar üzdə özlərini çox xeyirxah və xalqlar 
arasında  barışın  yaranmasının  qayğısına 
qalan siyasətçilər kimi aparırdılar.  
Haaqa  konfransı  qorxunc  və  qanlı 
transvaal savaşının başlaması ilə qurtardı və 
bu  konfransa  qoşulan  hökumətlərdən  heç 
biri bu, qaniçənliyin baş alıb getdiyi savaşı 
dayandırmaq istəmədilər və indi də bununla 
bağlı hansısa tədbir görmürlər, ancaq bütün 
bunlara  baxmayaraq  bu  konfransın  heç 
kimin  ondan  gözləmədiyi  bir  dəyəri  də 
oldu; bu konfransın başlıca dəyəri, xalqların 
yaşamını  ağrı-acılarla  dolduran  yamanlığın 
hakimiyyətlər  tərəfindən  aradan  qaldırıla 
bilməyəcəyini 
açıq-aydın  bir  şəkildə 
göstərməsi oldu, çünki indiki hakimiyyətlər
hətta  bunu  istəsələr  belə,  silahlanmanın  və 
müharibənin 
qarşısını 
ala 
bilmirlər. 
Hakimiyyətlərin  varlığını  zəruri  eləyən, 
onların  öz  xalqlarını  başqa  xalqların 


140
№ 2 (14) Yay 2015 
 
basqısından qorumaqdır; ancaq heç bir xalq 
özbaşına  durub  başqa  bir  xalqa  basqın 
eləmək  istəmir,  ona  görə  də,  hakimiyyətlər 
öz varlıqlarını qoruyub saxlaya bilmək üçün 
başqa xalqlarda özlərinə və bunun yanısıra, 
öz  xalqlarına  qarşı  da  yağılıq  duyğusu 
yaratmağa 
çalışırlar. 
Öz 
xalqında 
patriotizm,  başqa  xalqda  isə  özünə  qarşı 
yağılıq duyğusu yaratmaqla, hakimiyyət öz 
xalqına  onun  varlığına  qarşı  qorxu 
yarandığını və  bu qorxuya  qarşı  döyüşməli 
olduğunu aşılayır.   
Əlində güclü hakimiyyət vasitələri 
olduğundan,  hakimiyyət  başqa  xalqlarda 
özünə  qarşı  yağılığı  qızışdırmağı  da,  öz 
xalqının  içində  patriotizmi  alovlandırmağı 
da bacarır və bu iki işi böyük  çalışqanlıqla 
eləyir,  hakimiyyətlər  bu  işdən  əl  çəkə 
bilməzlər,  çünki  bunlar  olmasa  onların 
varlığı da ortadan qalxmış olardı. 
 
Keçmişlərdə  hökumətə  öz  xalqını 
başqa xalqların basqısından qorumaq gərək 
idisə,  indi  isə  əksinə,  hökümət  xalqlar 
arasında  yaranmış  barışığı  süni  surətdə 
pozmağa  onlar  arasında  yağılıq  yaratmağa 
çalışır.    
 
Kİmsə  toxum  əkmək  üçün  tarlanı 
şumlayırsa,  bu  ağıllı  bir  iş  sayılır;  ancaq 
artıq  əkilmiş  və  toxumların  cücərib  boy 
atmağa  başladığı  tarlanı  şumlamaq,  bəlli 
olduğu kimi ağılsız və ziyanlı bir iş sayılır. 
Bax,  hakimiyyətlər  də,  öz  xalqlarını  buna 
bənzər bir işi görməyə sürükləyirlər–xalqlar 
arasında  pozulmasına  heç  bir  səbəb 
olmayan  barışığın  və  birliyin  pozulması 
üçün  indi  təkbir  səbəb  varsa,  o  da  onların 
mövcud hakimiyyətləridir. 
 
 
VI 
 
Gəlin  görək,  insanların  onsuz 
yaşaya 
bilməyəcəklərini 
düşündüyü, 
bugünün hakimiyyətləri nə deməkdir? 
 
Doğrudan  da,  bir  zamanlar  xalqın 
öz hakimiyyətini yaratması qaçılmaz idi və 
bu  xalqın  üstünə  basqın  eləyən  başqa  bir 
mütəşəkkil  xalqın  onun  başına  gətirə 
biləcəyi 
yamanlıqlarla 
tutuşduranda 
hakimiyyətlərin varlığı daha az yamanlıqlar 
yaradırdı,  ancaq  indiki  zamanda  artıq  bu 
hakimiyyətlər  gərəksiz  şeylərə  çevrilmişlər 
və  bu  hakimiyyətlər  onların  öz  xalqarını 
qorxutduqları şeylərin hamısından daha çox 
yamanlıq törədiciləridirlər.    
Təkcə  hərbi  yox,  elə  istənilən 
hakimiyyətin  varlığı  yalnız  bir  durumda 
ziyansız  ola  bilərdi(mən  hakimiyyətlərin 
heçbir  halda  faydalı  ola  bilməyəcəyini 
düşünürəm),  onda  bu  hakimiyyətlər  gərək, 
çinlilərin  dediyi  kimi,  ən  doğrucul  və 
müqəddəs  insanlardan  yaradılaydı.  Ancaq 
özünün  yaranmasında  və  fəaliyyətində 
zorakılığa 
arxalanan 
hakimiyyət 
müqəddəsliyə  zidd  olan  elementlərdən 
qurulduğundan, 
bu 
hakimiyyətin 
təmsilçiləri  də  ən  sırtıq,  qaba  və  pozğun 
adamların arasından çıxır.   
Buna 
görə 
də, 
istənilən 
hakimiyyət,  ən  çox  da  hərbi  gücdən 
yararlanmaq  səlahiyyəti  olan  hakimiyyət, 
yer  üzündə  ən  iyrənc  və  ən  qorxulu  bir 
qurumdur. 
Hakimiyyət, 
özünün  geniş 
anlamında, onun içində olan kapitalistlər və 
mətbuat  da  daxil  olmaqla,  belə  bir  sistem 
üzrə  qurulur:  burada  böyük  bir  qrup, 
özündən  sayca  az  olan  kiçik  bir  qrupun 
hökmü  altında  olur;  bu  kiçik  qrup  da 
özlüyündə daha kiçik bir qrupun tabeliyində 
olur,  bu  kiçik  qrup  da  özündən  daha  kiçik 
qrupa  tabe  olur  və  bu  tabeçilik  sonunda  ən 
yuxarıda  dayanan  bir  neçə,  yaxud  da  bir 
adamın  tabeçiliyinə  düşməyə  kimi  gedib 
çıxır və ən başda duran bu azlıq hərbi gücə 
araxlanaraq  bütün  başqa  qruplar  üzərində 
ağalıq  eləyir.  Belə  bir  quruluş  öz  təbiətinə 
görə  konusa  bənzəyir  və konusun  aşağısını 
təşkil  eləyən  adamlar,  bütünlüklə,  bu 
konusun  təpə  nöqtəsində  dayanan  bir  neçə 
və ya bir adam tabeliyində olurlar.      
Bu  konusun  təpəsində  özünə  yer 
eləyə  bilən  adamlar  və  ya  tək  bir  adam, 
bütün yerdə qalanlardan daha çox hiyləgər, 
həyasız  və  vicdansız  olur,  ya  da  belə  bir 
həyasız və vicdansız birisinin təsadüfi varisi 
olaraq burada otura bilir.   
Bu  yaramaz  hakmiyyət  hərisi:  bu 
gün Boris Qodunovdursa, sabah onun yerini 
Qriqori  Otrepyev  tutur,  bugün  ərini  öz 
oynaşlarına  boğdurub  öldürtdürən  pozğun 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə