Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə62/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   58   59   60   61   62   63   64   65   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
135 
 
ayrıca  götürülmüş  insanlar,  istərsə  də  bu, 
birtürlü  insanlar  topluğu  olsun,  onlar 
irəlidə,  ortada  və  arxada  gəlməklə  bağlı 
olaraq,  hansısa  bir  ideyanın  üçpilləliyini 
doğuraraq,  bu  pillələrdən  birini  keçməkdə 
olurlar. 
 
Həmişə,  istər  ayrıca  götürülmüş, 
istərsə  də  birtürlü   topluq  yaratmış  insanlar 
üçün,  artıq  keçmişdə  qalmış,  öz  ömrünü 
başa vurmuş və yadlaşmış olan ideyalar da 
olur  və  insanlar  bir  də  bu  ideyalara  qayıda 
bilmirlər,  örnək  üçün,  bizim  yaşadığımız 
xristian  dünyasında–insan  əti  yemək, 
kütləvi  talançılıq,  qızqaçırma,  habelə, 
bunun  kimi  ideyalar  indi  yalnız  xatirələrə 
çevrilərək  yaşamaqdadır;  bir  də  var  çağdaş 
ideyalar və bunlar insanlara tərbiyə yolu ilə 
aşılanır, onlar bugünümüzdə, yanyörədə bu 
ideyaya  bağlı  olan  çoxluğun  örnəyində  öz 
yerlərini  bərkidirlər,  bunlara  örnək  olaraq: 
xüsusu  mülkiyyətin  toxunulmazlığı,  dövlət 
quruluşu, 
ticarət, 
ev 
heyvanlarından 
yararlanmaq  kimi  ideyaları  göstərmək  olar. 
Bundan başqa, gələcəyin ideyaları da vardır 
və  onlardan  bir  çoxu  indi  gerçəkləşməyə 
çox  yaxındır  və  getdicə  daha  çoxsaylı 
insanların  öz  yaşamlarını  bu  ideyalara 
uyğunlaşdırıb  dəyişdirməsini  zəruri  eləyir, 
çağdaş 
günümüzdəki: 
fəhlə 
sinfinə 
azadlıqlar  verilməsi,  qadınların  hüquq 
bərabərliyinə  çatması,  ət  yeyilməsinin 
aradan  qaldırılması  və  bu  kimi  başqa 
ideyalar  insanlar  tərəfindən  dərk  olunsalar 
da,  ancaq  bütün  bu  ideyalar,  indilikdə, 
keçmişdən  qalma  yaşam  formaları  ilə 
kəskin savaş dönəminə keçməmişlər. 
 
Bugünümüzdəki  ideyaların  irəli 
sürdüyü  ideallar  isə  belə  səslənir:  zorakılıq 
aradan 
qaldırılsın, 
mülkiyyət 
ümumiləşdirilsin,  insanlar  vahid  bir  dini 
inanca 
gəlsinlər, 
insanlar  bütünlüklə 
qardaşlaşsınlar. 
 
Buna  görə  də,  istənilən  insan  və 
istənilən  birtürlü  insanlar  topluğu,  hansı 
pillədə  dayanmasından  asılı  olmayaraq, 
özündən  arxada:  yaşanmış  keçmişlə  bağlı 
xatirələri,  öndə  isə:  gələcəyin  idealı 
olmaqla–həmişə,  bugünün  yaşanmış  və 
vaxtı  keçmiş  ideyaları  ilə,  bugünə  sirayət 
eləyən 
gələcəyin 
ideallarının 
savaşı 
arasında  olur.  Adətən  belə  də  olur: 
keçmişdə yararlı, hətta zəruri olan bir ideya 
indi  yararsız  və  artıq  bir  yükə  çevrilir, 
habelə,  ya  qısa,  ya  da  uzun  çəkən  bir 
savaşdan  sonra  bu  ideya  öz  yerini  yeni  bir 
ideyaya verməli olur və bu yeni ideya artıq 
bugünün ideyasına çevrilir.       
Ancaq bir də görürsən belə də olur: 
ömrünü  başa  vurub,  insanların  şüurunda 
yenisi  ilə  əvəz  olunmağa  başlayan  köhnə 
ideyanın  aradan  qalxmaması,  öz  təsirini 
saxlaması,  toplumda  yüksək  nüfuz  yiyəsi 
olan  kimsələr  üçün  yararlı  olur.  Bu 
durumda,  vaxtı  keçmiş  ideya  yaşamın 
quruluşunda  baş  vermiş  münasibətlər 
sistemi  ilə  kəskin  uyuşmazlıq  yaratmasına 
baxmayaraq,  insanların  düşüncələrinə  və 
davranışlarına təsir eləməkdə davam eləyir. 
Vaxtı keçmiş ideyaların aradan qalxmasının 
ləngiməsi  dini  oblastda  özünü  daha  çox 
göstərməkdədir.  Bunun  başlıca  səbəbi  isə, 
vaxtı  keçmiş  bu  dini  ideyaların  öz 
yararlarına  işlədiyini  anlayan  ruhanilərin, 
əllərində 
toplaya 
bildikləri 
hakimimiyyətdən  yararlanaraq,  insanların 
düşüncələrini,  bilərəkdən,  bu  vaxtı  keçmiş 
ideyalara bağlayıb saxlamasıdır. 
Dövlətçiliyin  yer  aldığı  oblastda, 
patriotizmlə bağlı da, elə bu səbəbdən, belə 
bir  durum  yaradılır  və  demək  olar, 
hakimiyyətlərin 
hamısı  bundan  eyni 
dərəcədə  yararlanmağa  çalışırlar.  Heç  bir 
anlamı,  yararı  qalmamış  bu  ideyanı  ondan 
xeyir  götürə  bilən  insanlar  süni  surətdə 
yaşatmağa  çalışırlar.  İnsanlar  üzərində  çox 
böyük təsir imkanlarına yiyələndikləri üçün 
də,  onlar,  demək  olar  həmişə,  bunu 
bacarırlar.  
Ona  görə  də,  mən  bu  çox  əcaib 
ziddiyətə  aydınlıq  gətirmək  istəyirəm,  bu 
ziddiyət  isə,  çağdaş  günümüzdə  xristian 
dünyasının  şüurunda  oturuşmağa  başlayan 
yeni  ideyalarla,  vaxtı  keçmiş  patriotizm 
ideyasının qarşıdurmasından yaranmışdır.  
 
III 
Patriotizm,  yalnız  və  yalnız  öz 
xalqını sevmək duyğusudur və o bir təlimə 


136
№ 2 (14) Yay 2015 
 
çevrilərək, insanlara öz dincliyini, əmlakını, 
hətta  ömrünü  qurban  vermək  bahasına  olsa 
belə,  zəifləri  güclü  düşmənin  basqısından 
və 
zorakılığından  qorumaq  özəlliyini 
aşılamışdır,  habelə,  o,  istənilən  bir  xalqın 
özünün  xeyri  və  qüdrəti  üçün  başqa 
xalqlardan  olan  insanları  əzməsinin  və 
talamasının  mümkün  və  ədalətli  sayıldığı 
çağların  yüksək  ideyası  olmuşdur;  ancaq 
təxminən    2000  il  bundan  öncələrdən 
başlayaraq,  insanlığın  içində  yetişmiş 
müdrik kimsələr insanların hamılıqla qardaş 
olması  kimi  yüksək  bir  ideyanı  anlamağa 
başlamışlar  və  bu  ideya  getdikcə  daha  çox 
şüurlarda  özünə  yer  eləyərək  çağdaş 
günümüzdə  ən  müxtəlif  formalarda  özünü 
gerçəkləşdirməyə 
başlamışdır. 
Məlumatların 
daha  asan  yollarla  və 
yeyinliklə  yayılmağa  başlaması,  vahid 
sənaye, 
ticarət, 
incəsənət 
və 
bilik 
şəbəkəsinin yaranması ilə, bugünkü insanlıq 
çox  sıx  tellərlə  biri-birinə  bağlandığından, 
indi  qonşu  xalqlar  tərəfindən  baş  verə 
biləcək,  gözlənilməz,  basqınların,  qanlı 
savaşların,  zorakılıqların  olması  qorxusu 
büsbütün  aradan  qalxmışdır  və  bütün 
xalqlar(mən  burada  hökümətlərdən  yox, 
yalnız  xalqalardan  danışıram!)  barış  içində 
yaşayır,  biri-biri  üçün  qarşılıqlı  yararlığa 
əsaslanan  ticarət,  sənaye  və  elmi  aldım-
verdim  ilişkiləri  saxlayır  və  bu  işlişkilərin 
pozulmasının onlar  üçün heç bir  anlamı və 
səbəbi  də  yoxdur.  Buna  görə  də,  insanların 
şüuruna  hopmuş  bu,  bütün  xalqların 
qardaşlığı  ideyasının  yayılması  ilə,  vaxtı 
keçmiş  patriotizm  duyğusunun  artıq  bir 
şeyə çevriləcəyini və tədricən büsbütün yox 
olacağını  düşünmək  olardı.  Ancaq,  bəlli 
olduğu kimi,  indi bunun  büsbütün  əksi baş 
verir:  bu  ziyanlı  və  vaxtı  keçmiş  duyğu 
nəinki  qalmaqda  davam  eləyir,  hətta, 
getdikcə daha çox qızışmağa başlayır.             
Xalqlar, heç bir ağlabatan məntiqə 
əsaslanmadan, öz şüurlarının və yararlarının 
əksinə  gedərək,  nəinki  öz  hakmiyyətlərinin 
başqa  xalqların  üzərinə  basqın  eləməsini, 
özgə  torpaqlarını  mənimsəməsini  və  bütün 
bunları  zor  işlədərək  davam  elətdirməsini 
bəyənir  və  dəstəkləyir,  habelə,  onlar  belə 
basqınları  özləri  də  öz  hakimiyyətlərindən 
tələb  eləyir  və  bütün  bu  baş  verən 
zorakılıqlara  sevinir,  onlarla  öyünürlər. 
Böyük  dövlətlərin  basqısı  altına  düşmüş, 
polyaklar, irlandlar, çexlər, finlər, ermənilər 
kimi azsaylı xalqlar da, onları əsarətə salan 
xalqların  patriotizmindən  qıcıqlanaraq, 
özləri  də,  bu,  xalqları  əzəmək  vasitəsinə 
çevrilmiş,  vaxtı  keçmiş,  gərəksiz,  anlamsız 
və ziyanlı patriotizm duyğusuna qapılmışlar 
və 
özlərindən  güclü  olan  xalqların 
patriotizmindən zərər çəkən bu kiçik xalqlar 
da,  gücləri  çatan  başqa  xalqlara  qarşı,  eyni 
ilə  onları  basqıda  saxlayan  xalqların 
patriotizmi 
tərzində 
davaranmağa 
hazırdırlar.    
Bunun  başvermə  səbəbi  isə, 
hakimiyyətdə  olan  siniflərin(bu  ad  altında 
heç  də  hökumət  və  onun  məmurları 
anlaşılmamalıdır,  toplumda  çox  mənfəətli 
mövqelər  tutan:  kapitalistlər,  jurnalistlər, 
yaradıcılıqla  və  elmlə  məşğul  olan 
adamların  çoxu  da  bu  sıradandır)  özlərinin 
xalqla  müqayisədə  çox  yararlı  olan 
mövqelərini qoruyub saxlaya bilmələri üçün 
patriotizmin  köməyi  ilə  qorunan  mövcud 
dövlət  quruluşunu  nəyin  bahasına  olursa 
olsun 
yaşatmağa 
cəhd 
eləmələridir. 
Əllərində  xalqa  təsir  eləyə  bilməyin  çox 
güclü  vasitələri  olan  bu  siniflər,  özlərində 
və 
başqalarında, 
arası 
kəsilmədən, 
patriotizm  duyğularını  alovlandırlar,  axı 
dövlət  hakimiyyətinin  qorunub  saxlanması 
üçün  çox  gərəkli  olan  bu  duyğunun 
yaşamasından  ən  böyük  mükafatı  da  elə 
hakimiyyət özü alır.   
İstənilən  məmur  daha  çox  patriot 
olduqca  daha  da  yüksək  mənsəb  qazana 
bilir; eləcə də, hərbçilər yalnız patriotizmin 
doğura 
bildiyi 
müharibələrdə 
öz 
karyeralarını artıra bilirlər.  
Patriotizm  və  onun  doğurduğu 
sonuc  olan  müharibə,  qəzetçilərə  və  o 
sıradan  bütün  alverçilərə  də,  çox  böyük 
qazanclar  gətirir.  İstənilən  yazıçı,  müəllim, 
professor  nə  qədər  çox  patriotizmi  təbliğ 
elyirsə,  o  qədər  də  çox  öz  dolanışığını 
yaxşılaşdıra  bilir.  İstənilən  imperator,  kral, 
özünün  patriotizmə  bağlı  olduğunu  daha 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə