Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə65/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   61   62   63   64   65   66   67   68   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
141 
 
Yekaterinadırsa,  sabah  bu  yerə  can  atan 
Puqaçov  olur, o  birisi  gün  dəli  Pavel  gəlir, 
onun ardınca isə Nikolay, III Aleksandr və 
başqaları ortaya çıxırlar. 
Bu  gün  Napoleon,  sabah  isə 
Burbon  və  ya  Orleanski,  Bulanje  və  ya 
fırıldaqçıların  hansısa  birliyi  hakimiyyəti 
ələ  keçirir:  bugün  hakimiyyətdə  olan 
Qladstonun 
yerini 
sabah 
Solsberi, 
Çemberlen, Rode tutur. 
Və  belə  hakimiyyətlərə  yalnız 
adamların  əmlakı  və  həyatı  üzərində 
bütünlüklə  hökm  eləmək  səlahiyyəti 
verilmir,  bununla  yanaşı,  bütün  bu 
adamların 
mənəvi 
inkişafı, 
tərbiyə 
olunması,  dini  baxışlarla  bağlı  işlərini 
yönətmək də onların səlahiyyətində olur. 
Adamlar özlərinə belə qorxunc bir 
hakimiyyət 
maşını 
düzəldir, 
bu 
hakimiyyətin  təsadüfi  adamların  əlinə 
keçirməsinə  yol  verir(bununla  da  mənəvi 
baxımdan 
ən 
dəyərsiz 
adamların 
hakimyyətə  gəlməsi  üçün  çox  böyük 
şansları  yaranır),  onlara  köləcəsinə  boyun 
əyirlər  və  sonradan  da,  nədən  belə  axmaq 
duruma 
düşdüklərinə 
təəcüblənirlər. 
Anarxistlərdən, 
onların 
partlatdıqları 
bombalardan  qorxurlar,  ancaq  onları 
istənilən  anda  qorxunc  fəlakətlərə  gətirib 
çıxara biləcək belə bir quruluş yaratmaqdan 
qorxub çəkinmirlər. 
Adamlar  özlərini  yağılarından 
qorumaq  üçün  belə  bir  yararlı  üsul 
tapmışlar:  onlar  da,  döyüş  qabağı  özlərini 
hamılıqla  bir  iplə  bağlayan  çərkəzlər  kimi, 
belə  bir  quruluşun  onları  hamılıqla  biri-
birilərinə  bağlamasına  üstünlük  verirlər. 
Ancaq indi ortalıqda heç bir savaş qorxusu 
olmasa da, adamlar bu bağlılığı saxlamaqda 
davam eləyirlər.   
Beləliklə  də,  özlərini  hamılıqla  və 
çox  ciddi-cəhdlə  biri-birilərinə  bağladıqları 
üçün  də,  bir  nəfər  adamların  bağlandıqları 
bu  ipin  ucundan  tutub  onları  haraya  istəsə 
çəkib  apara  bilir;  sonra  onların  bağlandığı 
bu  ipi  atır,  bu  ip  yerdə  düşüb  qalır  və 
sonradan, hansısa bir yaramazın və axmağın 
yenidən  bu  ipin  ucunu  ələ  keçirib  xalqın 
başına  istədiyi  oyunu  aça  bilməsinə  imkan 
yaradır.  
Belə  bir  iş  tutur,  sonra  nədən  pis 
duruma düşüdüklərinə heyrətlənirlər.   
Doğrudan da, hərbi gücə yiyələnən 
hakimiyyət  yaratmaq  və  ona  tabeçilik 
göstərməklə xalq öz başına belə bir gülünc 
oyun açmırnı? 
 
VII 
İnsanları,  hələ  də  dözdükləri, 
onları  günü-gündən  daha  böyük  fəlakətlərə 
sürükləyən  və  günü-gündən  daha  da  artan 
silahlanma  və  müharibə  bəlasına  salmağa 
doğru  aparan  bu  yaramaz  qurumlardan 
qurtara 
bilmək 
üçün 
konqreslərə, 
konfranslara,  fəlsəfi  traktatlara,  beynəlxalq 
məhkəmələrə  gərək  yoxdur,  bunun  üçün 
onları  bu  ağrı-acılara  tuş  eləyən  və 
hakimiyyət  adlanan  bu  zorakılıq  qurğusu 
dağıdılmalıdır. 
Hakimiyyyəti 
dağıtmağın 
isə 
yalnız  bir  yolu  vardır:  insanlar  gərək 
hakimiyyət  adalanan  bu  zorakılıq  silahını 
qoruyub  saxlamağın  ən  başlıca  vasitəsinə 
çevrilən patriotizmin qaba, ziyanlı, utanmaz 
və  ağılsız,  ən  başlıcası  isə  əxlaqsız  bir 
duyğu  olduğunu  anlaya  bilsinlər.  Bu 
duyğunu qaba eləyən, onun əxlaqın ən aşağı 
plləsində  dayanan  adamlara  xas  olmasına 
görədir  və  bu  adamlar  başqa  xalqlardan 
özlərinə  qarşı  eyni  zorakılığı  gözləyərək 
özləri  onlara  qarşı  zor  işlətməkdən 
çəkinmirlər;  bu  duyğunu  ziyanlı  eləyən, 
onun  insanların  işinə  yarayacaq  və  onlara 
sevinc gətirəcək xalqlararası sülh ilişkilərini 
pozması,  ən  başlıcası,  bu  yamanlığı 
gerçəkləşdirmək  üçün  ən  pis  hakimiyyət 
formaları  yaradıb  onun  ən  yaramaz 
adamların 
əlinə 
keçməsinə 
imkan 
yaratmasıdır;  bu  duyğunu  utanmazlığa 
gətirib  çıxaran  isə,  onun  insanları  nəinki 
kölələşdirməsi,  habelə,  onları  döyüşkən 
xoruzlara, 
buğalara, 
qladiotorlara 
çevirməsidir və bu adamlar  öz güclərini öz 
məqsədləri 
üçün  işlətməkdənsə,  onu 
hakimiyyətin anlamsız məqsədlərinə qurban 
verirlər;  bu  duyğunu  əxlaqsız  eləyən  isə, 
insanların:  xristianlığın  bizi  öyrətdiyi  kimi, 


142
№ 2 (14) Yay 2015 
 
özünü  tanrının  oğlu  saymaqdansa,  heç 
olmasa 
özünün  sağlam  düşüncələrinə 
arxalanıb 
yaşayan 
azad 
bir 
insan 
olmaqdansa,  onların,  patriotizmin  təsiri  ilə, 
özlərini  yalnız  öz  vətənlərinin  övladı 
saymaları, hakimiyyətin köləsi olmaları, öz 
sağlam  düşüncə  və  vicdanlarının  əksinə 
olan işləri görməyə yönəlmələridir.        
İnsanlar  bu  gerçəyi  anlaya  bilən 
kimi,  doğrudan  da,  heç  bir  savaşa  gərək 
olmadan,  onları  qorxunc  şəklə  salan  bir 
formada 
biri-birinə 
bağlayan 
bu, 
hakimiyyət  adlanan  qurğu  da  özü-özünə 
dağılıb  gedəcəkdir  və  bununla  yanaşı 
olaraq,  onun  öz  xalqına  gətirdiyi  təhlükəli 
və 
yararsız  yamanlıqlar  da  ortadan 
qalxacaqdır. 
İnsanlar  artıq  bunu  anlamağa 
başlayıblar.  Baxın,  görün,  Şimali  Amerika 
Ştatlarının bir vətəndaşı nə yazır: “Bizlərin–
əkinçilərin, 
mexaniklərin, 
tacirlərin, 
fabrikantların,  müəllimlərin–sizdən  yalnız 
bir  istəyimiz  var:  şəxsi  işlərimizlə  məşğul 
olmaq  haqqımızı  özümüzə  verin.  Bizim 
özümüzə  görə  evimiz,  sevimli  dostlarımız 
var, 
öz 
ailəmizə 
sədaqətliyik 
və 
qonşularımızın  şəxsi  işlərinə  qarışmırıq, 
bizim bacardığımız işlər var və biz işləmək 
istəyirik. 
Bizi rahat buraxın! 
Ancaq 
siyasət 
düşkünləri 
yaxamızdan  əl  çəkmək  istəmirlər.  Onlar 
üstümüzə  vergilər  qoyur,  əmlakımızı 
mənimsəyir,  bizi  siyahıya  alır,  gənc 
törəmələrimizi  özlərinin  maraqları  üçün 
apardıqları müharibələrə çağırırlar.  
Sayı  bəlli  olmayan  uzun  bir  sıra 
yaradan  çoxlu  adamlar  dövlətin  hesabına 
yaşayırlar və öz dolanışıqlarını qura bilmək 
üçün  bizdən  vergi  toplayırlar;  bu  vergini 
vaxtında  və  yetərincə  toplaya  bilmək  üçün 
də,  daimi  ordu  saxlayırlar,  onların  bu 
ordunu  ölkəni  qorumaq  üçün  yaratdıqlarını 
deməsi  isə  ağ  yalandan  başqa  bir  şey 
deyildir. 
Fransız  hakimiyyəti  öz  xalqını 
almanların  basqını  ilə  qorxudur;  ruslar 
ingilislərin basqınından qorxurlar; ingilislər 
hamının  onlara  basqın  eləyə  biləcəyindən 
qorxurlar;  İndi  isə  Amerika  hökuməti  bizə 
deyir: 
gərək 
donanmamızı 
və 
qoşunlarımızın sayını artıraq, yoxsa Avropa 
istənilən  anda  gücünü  toplayıb  üstümüzə 
basqın  eləyə  bilər.  Bu,  iyrənc  bir  yalandır. 
Fransanın,  Almaniyanın,  İngiltərənin  və 
Amerikanın  sadə  xalqları  müharibəyə 
qarşıdır.  Bizim  tək  istəyimiz,  başqalarının 
dincliyimizi 
pozmamasıdır. 
Arvadı, 
valideyinləri, uşaqları, evi olan insanlar heç 
vaxt 
bunları 
başlı-başına 
buraxıb, 
kimliyindən  asılı  olmayaraq,  heç  kimlə 
savaşmağa 
getmək 
istəməzlər. 
Biz, 
barışsevər  insanlarıq,  qanlı  savaşlardan 
qorxuruq  və  onları  görməyə  belə  gözümüz 
yoxdur.      
Biz,  başqalarının  bizə  qarşı 
eləməsini  istəmədiyimiz  şeyləri  özümüz  də 
onlara qarşı eləmək istəmirik. 
Müharibə 
silah 
gəzdirən 
adamların, 
daimi 
olaraq, 
ortalıqda 
olmasınının  nəticəsində  baş  verir.  Daimi 
olaraq,  böyük  ordu  saxlayan  istənilən  ölkə 
gec-tezi  savaşmağa  başlayacaqdır.  Yumruq 
döyüşündə  hamıdan  güclü  olduğu  ilə 
öyünən  birisinin  qarşısına  gec-tez  özünü 
ondan  güclü  sayan  başqası  çıxacaqdır  və 
onlar  savaşacaqlar.  Almaniya  ilə  Fransa 
biri-birinə qarşı öz güclərini göstərə bilmək 
üçün  fürsət  axtarırlar.  Onlar  artıq  bir  neçə 
dəfə  savaşıblar  və  görünür,  hələ  yenə  də 
savaşacaqlar.  Bu  savaşı  onların  sadə 
xalqları  istəməzdi,  ancaq  yuxarı  təbəqədən 
olan adamlar bu xalqların arasında qarşılıqlı 
nifrət yaradıb bunu qızışdırır və bu xalqlara 
özünü  qorumaq  üçün  mütləq  savaşmalı 
olduğu düşüncəsini aşılayır.    
İsa  Məsihin  göstərdiyi  yolu  tutub 
yaşamaq  istəyən  insanların  üstünə  ağır 
vergi  yükü  qoyurlar,  alçaldırlar,  aldadırlar 
və müharibələrə sürükləyirlər. 
İsa  Məsih  dinclik  və  barış  içində 
yaşamağı, 
biri-birinə 
qarşı 
yumşaq 
davranmağı  öyrədirdi,  incikliyi  unutmağa 
çağırırdı,  başqasını  öldürməyin  yaramazlıq 
olduğunu deyirdi.   
   Müqəddəs  kitablar  bizi  and 
içməkdən  çəkindirir,  ancaq  yaşadığımız 
toplumun  “yüksək  sinifləri”  bizi,  özlərinin 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə