Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə67/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   63   64   65   66   67   68   69   70   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
145 
 
Yenə  də  adət  üzrə  deyirlər: 
“Hakmiyyət olmasa onda insanlar biri-birini 
öldürəcək,  biri-birinə  qarşı  zorakılıq 
eləyəcəklər”. 
Nə  üçün  belə  olmalıdır?  nə  üçün, 
zorakılığın  nəticəsi  kimi  yaranmış  və  bu 
zorakılığı  ardıcıl  olaraq  yürütmək  üçün 
nəsildən  nəsilə  ötürülən  bu  qurumun 
dağıdılmasından,  özünün  yararlığını  itirmiş 
belə  bir  nizamın  pozulmasından  sonra, 
insanlar  biri-birini  öldürməli  və  biri-birinə 
qarşı  zorakılıq  eləməlidirlər?  Axı,  gərək, 
əksinə 
olsun, 
zorakılıq 
orqanının 
dağıdılmasından  sonra  insanlar  biri-birini 
öldürməkdən  və  biri-birinə  qarşı  zorakılıq 
eləməkdən əl çəksinlər.   
İndi  bu  hakimiyyətin  fəaliyyəti 
nəticəsində  adamları  öldürmək  və  onlara 
qarşı  zorakılıq  eləmək  üçün  xüsusi 
hazırlanmış  və  öyrədilmiş  adamlar  vardır–
bu  adamların  başqalarına  qarşı  zorakılıq 
eləməsinə  hüquqi  don  geyindirmək  üçün 
xüsusi  təşkilatlar  da  yaradılmışdır;  habelə, 
belə  zorakılıqlar  və  başqalarını  öldürmək 
yaxşı  bir  iş,  igidlik  sayılır,  ancaq  adamlara 
bu  şəkildə  zorakılığı  və  başqalırını 
öldürməyi  öyrətməyəndə,  heç  kimin 
başqasına qarşı zorakılıq eləmək hüququ da 
olmayacaqdır,  habelə,  zorakılığı  yürüdən 
təşkilatlar  da  olmayacaqdır  və  indiki 
çağımızın  bir  çox  adamlarında  özünü 
göstərən:  zorakılığa  və  adam  öldürməyə 
qarşı  mənfi  münasibət  də,  hamılıqla  qəbul 
ediləcək, 
unversal 
əxlaqi 
dəyərlərə 
çevriləcəkdir.  
 
Birdən 
hakimiyyətin 
dağıdılmasından  sonra  zorakılıqlar  baş 
verərsə  belə,  bu,  hər  halda,  indiki  kimi 
zorakılığın və adam öldürməyin yaxşı bir iş 
sayıldığı  və  qanuniləşdirildiyi,  habelə, 
xüsusi  təşkilatlar  tərəfindən  mütəşəkkil 
formada  həyata  keçirildiyi  zorakılıqlardan 
qat-qat az olacaqdır.  
Hakmiyyətin  dağıdılması,  yalnız 
nəsildən-nəsilə ötürülən və zorakılığı həyata 
keçirməklə  yanaşı  onu  qanuniləşdirən  bir 
təşkilatın 
aradan  qaldırılması  demək 
olacaqdır.  
 
Bu  yerdə,  çox  vaxt  bilərəkdən, 
hakmiyyətin 
zorakılığını 
toplumda 
görülməli  olan  müxtəlif  ictimai  fəaliyyət 
növləri  ilə  qarışdırmağa  çalışıraq  deyirlər: 
“Demək,  onda  qanunlar  da,  mülkiyət  də, 
məhkəmələr də, xalq təhsili müəsissələri də 
olmayacaqdır”. 
Hakmiyyətin 
insanlar  üzərində 
zorakılıq eləmək üçün yaratdığı təşkilatların 
dağıdılması 
heç 
də 
qanunların, 
məhkəmələrin, 
mülkiyyətin, 
polis 
müdaxiləsinin,  maliyyə  qurumlarının  və 
xalq  təhsili  müəsissələrinin  də  dağıdılması 
demək deyildir. Əksinə, hakimiyyətin ancaq 
özünü  qorumağa  yönəlmiş  qaba  ağalığı 
olmazsa,  onda  yalnız  zorakılığa  ehtiyac 
duymayacaq  ictimai  təşkilatlar  fəaliyyət 
göstərəcəkdir. 
Məhkəmə 
də, 
ictimai 
fəaliyyət  də,  xalq  təhsili  də,  xalqa  gərək 
olan  ölçülərdə  mövcud  olacaqdır;  aradan 
qaldırılan  isə  yalnız,  xalqın  öz  iaradəsini 
azad şəkildə gerçəkləşdirməsinə əngəl olan 
yararsız və yaramaz qurumlar olacaqdır.  
Tutalım,  hakimiyyətin  yoxluğu 
qarışıqlıq  və  ölkə  içində  qarşıdurma 
yaradacaqsa  da,  ancaq  onda  da,  xalqların 
durumu  indikindən  yaxşı  olacaqdır.  İndi 
xalqlar  elə  bir  durumdadırlar,  onun  bundan 
da pis olacağını ağla belə gətirmək mümkün 
deyildir. Xalqlar büsbütün yoxsulluq içində 
yaşayırlar  və  belə  getsə,  bu  durumun  daha 
da ağırlaşacağı qaçılmazdır. Bütün əli silah 
tutan  kişilər  hərbi  kölələrə  çevriliblər  və 
istənilən 
anda 
ölüb-öldürmək 
üçün 
veriləcək  əmri  gözləyirlər.  Bundan  daha 
pisi nə ola bilər? Yoxsa, bundan da pisi bu 
yoxsullaşmış  xalqların  acından  ölməsi 
olacaqdır?  İnsanların  aclıq  çəkməsi  artıq 
Rusiyada,  İtaliyada  və  Hindistanda  özünü 
göstərməkdədir.  Yoxsa,  kişilərlə  yanaşı 
qadınlarıdamı  əsgərliyə  çağırmalıdırlar? 
Taransvaalda artıq buna başlayıblar.  
Ona  görə  də,  əgər  hakimiyyətin 
yoxluğu 
anarxiyaya 
gətirib 
çıxaracaqsa(ancaq 
bunu 
anarxiya 
adlandırmağı mən düzgün saymıram), onda 
heç  bir  anarxiyanın  gətirə  biləcəyi 
başıpozuqluq  indi  hakimiyyətlərin  öz 


146
№ 2 (14) Yay 2015 
 
xalqlarını  saldıqları  və  getdikcə  daha  da 
pisləşən bu durumdan pis olmayacaqdır. 
Ona  görə  də,  indi  insanlıq  üçün 
patriotizmdən azad olmaqdan və bununla da 
onun yaratmış olduğu despot hakimiyyətləri 
məhv  eləməkdən  də  daha  yararlı  bir  iş  ola 
bilməz. 
IX 
Ayılın,  ey  insanlar,  özünüzün  və 
qardaş-bacılarınızın  çata  biləcəyi  cismani 
və  mənəvi  rifahın  naminə  dayanın,  nə 
elədiyinizi 
bir 
də 
götür-qoy  eləyin, 
düşünün! 
Bir  də  düşünün  və  anlayın,  ey 
insanlar:  sizin  yağılarınız  heç  də  burlar, 
ingilislər, fransızlar, almanlar, çexlər, finlər, 
ruslar  deyildir,  sizin  tək  bir  yağınız  var,  o 
da  sizin  özünüzsünüz,  öz  patriotizminizlə 
sizi  əzən  və  bədbəxtçilyə  sürükləyən 
hakimiyyətlərə 
arxa 
durmaqla, 
sizlər 
özünüz özünüzlə yağılıq eləyirsiniz. 
Onlar  sizi  qorumaq  adı  ilə  ortaya 
çıxdılar  və  bu  xəyali,  qorumaq  deyilən 
fəaliyyətləri  ilə  sizləri  belə  bir  duruma 
gətirib  çıxardılar:  indi  siz  hamılıqla 
əsgərlərə,  kölələrə  çevrilmisiniz,  hamınız 
yoxsullaşmısınız  və  bu  bundan  artıq  da 
yoxsullaşacaqsınız,  habelə,  hər  an  bu 
gərilmiş 
simin  qırılacaqğını  və  öz 
yaratdığınız 
və 
arxa 
durduğunuz 
hakimiyyətin  sizi  və  uşaqlarınızı  dəhşətli 
bir  şəkildə  döyüb  yerinizdə  oturtmağa 
başlayacağını da gözləməlisiniz.      
 
Və  sizin  yaranmış  durumla  bağlı 
narazılığından doğan qalxışmanızı yatırmaq 
üçün hakmiyyətin sizi necə döyməsindən və 
bunun  nə  ilə  sonuclanmasından  asılı 
olmayaraq 
düşdüyünüz 
bu 
durum 
dəyişməyəcəkdir.  Hakimiyyət  yenə  də, 
öncələrdə  olduğu  kimi,  daha  böyük 
gərginliklə silahlanacaq və sizi daha da çox 
yoxsullaşdıracaqdır,  bununla  da,  sizi  də, 
uşaqlarınızı 
da, 
alçaltmaqda 
davam 
eləyəcəkdir,  ona  görə  də,  siz  özünüz  bu 
prosesi  dayandırmasanız,  onun  qarşısını 
almasanız,  bu  işdə  heç  kim  sizə  kömək 
eləyə də bilməyəcəkdir.   
Burada yalnız bir çıxış yolu vardır: 
xalqın  üzərində  qurulmuş  bu  qorxunc 
zorakılıq  konusu  dağıdılmalıdır, bu konusu 
yaradanlar,  onun  təpəsinə  dırmaşanlar 
bütün xalqlar üzərində ağalıq eləyirlər və bu 
ağalıqlarının ömrü uzandıqca onlar daha da 
amansız və daha da qeyri-insani olurlar, biz 
onları: 
Napoleonun, 

Nikolayın, 
Bismarkın,  Çemberlenin,  Rodsun,  bizdəki 
kimi,  xalqı  çarın  adından  idarə  eləyən 
diktatorların  örnəyində  artıq  çoxdan 
tanıyırıq. 
 
Bu  asılılıqdan  qurtarmağın,  onu 
məhv  eləməyin  isə  yalnız  bir  yolu  var–  bu 
da, patriotizm hipnozundan ayılmaqdır.  
Anlayın, 
ağrı-acılarına 
tuş 
gəldiyiniz  bütün  yamanlıqları  siz  özünüz-
özünüzə 
eləyirsiniz, 
imperatorların, 
kralların, 
parlament 
üzvlərinin, 
hakimiyyətlərin,  hərbçilərin,  kapitalistlərin, 
ruhanilərin,  yazıçıların,  rəssamların,  bir 
sözlə,  sizin  əməyiniz  hesabına  harınca 
yaşaya bilmək üçün bu patriotizmin işlərinə 
yarıdığı  adamların  hamısının,  sizlərə 
aşıladığı 
yalanlara 
uymaqla 
özünüz 
yaxanızı bu yamanlıqların əlinə verirsiniz.  
 
Kim 
olmağınızdan 
asılı 
olmayaraq–istər fransız, rus, polyak, ingilis, 
irland,  alman,  çex  olun  və  ya  bir  başqası–
anlayın,  sizin  əsil  insani  maraqlarınız–
necəliyindən  asılı  olmayaraq–bu,  istər 
əkinçilik,  saneyeçilik,  ticarətçilik,  bədii  və 
elmi 
yaradıcılıq 
olsun, 
bütün 
bu 
maraqlarınız  da  sizin  bütün  başqa 
əyləncələriniz  və  həzzləriniz  kimi,  bütün 
başqa xalqların və dövlətlərin maraqları ilə 
heç  bir  ziddiyət  yaratmır  və  çağdaş 
günümüzdə  siz  bütün  bu  xalqlar  və 
dövlətlərlə qarşılıqlı əlaqələr və mübadilələr 
şəraitində 
yaşayırsınız, 
qardaşcasına 
münasibətlərin  sevinci  ilə  bağlanmısınız, 
sizi  başqa  xalqlarla  bağlayan  təkcə  hansısa 
malların  mübadiləsi  deyil,  həm  də  siz 
onlarla 
düşüncə 
və 
duyğu 
mübadiləsindəsiniz.  
Başa  düşün,  Vey  Xay-veyi,  Port-
Arturu, və ya Kubanı kimin birinci tutacağı, 
bunun  sizinmi,  yoxsa  başqa  bir  xalqınmı 
hökümətinin eləyəcəyi problemi, sizin üçün 
nəinki 
önəmsizdir, 
həm 
də 
sizin 
hakimiyyətinizin  hər  bir  belə  işğalı  sizin 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə