Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə66/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   62   63   64   65   66   67   68   69   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
143 
 
inanmadıqları  bu  müqəddəs  kitablara  and 
içməyə məcbur eləyirlər.  
Biz  yaxamızı  bu  soyunçuların 
əlindən  necə  qurtaraq?–bunlar  işləməsələr 
də, ən incə parçalardan, mis düyməli, bahalı 
paltarlar  geyinir,  qiymətli  daş-qaşlarla 
bəzənirlər,  bizim 
əməyimizlə  gen-bol 
dolanırlar, biz qan-tərə batıb torpağı bunlar 
üçünmü becəririk?  
Yoxsa, 
onlarla 
savaşmağamı 
qalxaq? 
Ancaq,  biz  qan  tökməyə  qarşıyıq, 
həm  də  onların  silahı  və  pulu  çoxdur  və 
onlar  bu  savaşda  bizdən  daha  çox  duruş 
gətirə bilərlər. 
Onların 
bizim 
üstümüzə 
göndərəcəyi  orduda  döyüşən  adamlar 
kimlər olacaqdır? 
Bu  ordunu  yaradanlar  da  elə 
bizlərik, 
onlar–bizim 
aldadılmış 
qonşularımız  və  qardaşlarımızdır,  onları 
çaşdıraraq, 
öz 
ölkələrini 
yağılardan 
qorumaqla  tanrıya  qulluq  elədiklərinə 
inandıra  bilmişlər.  Özlüyündə  isə,  bizim 
onlara  vergi  ödəməyimizin  qarşılığında 
maraqlarımızı  qoruyacağını  vəd  eləyən 
“yüksək  sinifdən”  başqa  bizim  bu  ölkədə 
ayrı  bir  düşmənimiz  yoxdur.  Onlar  bizim 
əlimizdə  olanları  silib-süpürüb  aparırlar  və 
bizi  kölələşdirmək  və  alçaltmaq  üçün  öz 
doğma qardaşlarımızı bizə qarşı qoyurlar.  
 
Siz,  yeri  gələndə  üstünüzə  gəlib 
sizləri  öldürə  biləcək  silahlı  adamların 
saxlanması  üçün  xərclənən  vergiləri 
ödəmədən 
öz 
arvadınıza 
teleqram, 
dostunuza 
poçtla 
sovqat 
göndərə 
bilməzsiniz,  sizə  gərəyinizcə  olan  şeylər 
satmış  adamların  pulunu  verə  bilməzsiniz 
və  bu  vergiləri  ödəmədiyiniz  üçün  sizi 
dustaq da eləyə bilərlər. 
Bizim 
təkbir 
çıxış  yolumuz 
insanlara  başqasını  öldürməyin  böyük  bir 
yamanlıq  olduğunu  aşılamaq,  onlara 
peyğəmbərlərin 
də 
qanunlarında: 
“başqasının  sənə  eləməsini  istəmədiyin 
şeyləri  sən  də  ona  qarşı  eləmə”  deyildiyini 
anlatmaqdır. 
Dinməz-söyləməzcə, 
bu 
yüksək  sinifi  saya  salmayın,  onların  savaş 
bütlərinə  boyun  əyməyin.  Patriotizmi  nəsə 
önəmli  bir  şey  kimi  öyənlərə  və  müharibə 
eləmək  üçün  öyüd  verənlərə  sayğı  ilə 
yanaşmağı dayandırın, onlara qulaq asmağı 
buraxın. 
Qoy,  onlar  da  gəlib  bizim  kimi 
işləsinlər. 
Biz  İsa  Məsihə  inanırıq,  onlar  isə 
yox.  İsa  Məsih  nəyi  düşünürdüsə  onu  da 
deyirdi; 
onlar 
isə 
“yüksək  sinifin”–
hakimiyyətdə 
olanların 
bəyənəcəyini 
düşündükləri  sözlərdən  başqa  heç  nə 
demirlər. 
Biz,  hərbi  xidmət  keçməkdən 
boyun  qaçıracağıq.  Onların  buyuruğuna 
qulaq asıb adamlara güllə atmayacağıq. Biz, 
xeyirxah  və  mehriban  xalqımıza  qarşı 
süngülərlə  silahlanmayacağıq.  Biz,  Sesil 
Rodsun  təhriki  ilə,  öz  doğma  ocaqlarını 
qoruyan 
çobanlar 
və 
əkinçilərlə 
döyüşməyəcəyik. 
Sizin  yalançı:  “üstümüzə  qurd 
gəlir!”  kimi  qışıqrıqlarınız  bizi  qorxutmur. 
Biz,  vergiləri  də  məcburiyyət  ucbatından 
ödəyirik.  Biz,  bu  məcburiyyətdən  qurtula 
biləndə,  bu  soyğunçu  vergiləri  ödəməkdən 
də  boyun  qaçıracağıq.  Biz,  qazancımızın 
ondan  birini  kilsə  vergiləri  kimi  bu  ikiüzlü 
ruhanilərə, 
onların 
yalançı 
xeyriyyəçiliklərinə  verməyəcəyik  və  bütün 
imkanımız  olan  yerlərdə  düşündüklərimizi 
ucadan deməyə çalışacağıq. 
Biz, 
insanları 
tərbiyələndirib 
dəyişməyə çalışacağıq. 
Beləliklə  də  bizim  bu  dinməz-
söyləməz  şəkildə  göstərdiyimiz  təsirlər 
ardı-arası  kəsilmədən  yayılacaqdır;  bizim 
göstərdiyimiz  təsirlər,  hətta,  əsgər  kimi 
qulluğa  çağırılan  insanları  da  savaşmaqdan 
çəkindirməyə  başlayacaqdır.  Biz  bütün 
dünyaya  xristian  əxlaqına  uyğun  yaşamağı 
aşılayacağıq  və  xoş  məramlarla  yaşamağın 
savaşlar  və  qaniçən  müharibələrlə  keçən 
ömürdən  qat-qat  üstün  olduğuna  insanları 
inandıracağıq.   
“Bütün dünyada barış olsun!” şüarı 
yalnız  insanların  savaşdan  əl  çəkmələri  və 
başqalarının 
onlar 
üçün 
eləməsini 
istəmədiklərini,  özləri  başqalarına  qarşı 
eləməyəndə özünü doğruldacaqdır”. 


144
№ 2 (14) Yay 2015 
 
Bu 
sözləri 
Şimali-Amerika 
Ştatlarının  vətəndaşı  yazır  və  dünyanın 
müxtəlif yerlərindən, fərqli formalarda olsa 
da, buna bənzər çağırışlar səslənməkdədir. 
Bunu  isə  bir  keçmiş  alman  əsgəri 
yazır:  “Mən,  1866-70-ci  illərdə  pruss 
qvardiyasının  iki  hərbi  yürüşündə  iştirak 
etmişəm 
və 
məni 
ağlagəlməz 
bir 
bədbəxtliyə  düçar  elədiyi  üçün  müharibəyə 
bütün  varlığımla  nifrət  eləyirəm.  Biz 
yaralanıb əlil olmuş keçmiş döyüşçülər indi 
gülünc  görünəcək  miqdarda  pensiya  alırıq 
və  doğrudan  da,  adam  keçmişdə  patriot 
olduğu  üçün  özü-özündən  utanmalı  olur. 
Örnək  üçün,  18  avqust  1870-ci  ildə  S. 
Privanın  ələ  keçirilməsi  uğrunda  aparılan 
döyüşdə  alldığım  güllə  yarasından  sağ 
qolum  həmişəlik  çolaq  olduğu  üçün  mən 
indi bir günə 80 pfenniq pul alıram. İndi ov 
itlərinə,  gündəlik,  bu  məbləğdən  artıq  pul 
xərcləyirlər.  Mən  isə  iki  ağır  güllə  yarası 
aldığım bu, sağ qolumla düz bir il ağrıların 
içində  qovrulmuşdum.  Artıq  1866-cı  ildə 
mən  Avstriyaya  qarşı  müharibədə  iştirak 
eləmiş,  Trautenau  və  Keniqripanın  ələ 
keçirilməsi  uğrunda  döyüşmüş,  gördüyüm 
qorxunc 
olaylardan 
dəhşətə 
gəlib 
sarsılmışdım.  1870-ci  ildə  məni,  ehtiyatda 
olan  hərbçi  kimi  yenidən  müharibəyə 
göndərdilər və dediyim kimi, S. Priva şəhəri 
uğrunda  döyüşdə  ağır  yaralandım:  orada 
aldığım iki güllə yarası sağ qolumu yararsız 
hala  saldı.  Hərbi  qulluğa  çağrılanda  mən 
yaxşı  qazanc  götürdüyüm  bir  yerdə, 
pivəbişirən 
işləyirdim, 
müharibədən 
qayıdandan sonra mən daha bu işimə qayıda 
bilmədim.  O  gündən  başlayaraq  mən  bu 
həyatda  necə  yıxılmışamsa,  bir  daha  ayaq 
üstə  qalxmağa  özümdə  güc  tapa  bilmirəm. 
Beynimi dumanlandıran patriotizm duyğusu 
dağılıb  getdi  və  keçmiş  döyüşçü  indisə 
köməksiz  bir  əlil  olan  mən,  hökumətin 
verdiyi  dilənçi  payına  oxaşayan  qəpik-
quruşla yaşamağa möhtac olmuşam...      
İnsanların əhliləşdirilmiş heyvanlar 
kimi  ora-bura  qaçdıqları  və  öz  ehtiraslarını 
ödəməkdən 
ötrü, 
biri-birinə 
fırıldaq 
gəlməkdən  başqa  bir  şey  düşünməyi 
bacarmadıqları bu dünyada onlar məni özgə 
və  anlaşılmaz  birisi  saysalar  belə,  ancaq 
mən  öz  daxilimdə,  İsa  Məsihin  dağüstü 
moizələində  olduqca  gözəl  təsvir  elədiyi, 
ilahi  bir  dünya  ilə  bağlı  düşüncələr 
gəzdirməkdəyəm. 
Mənim 
çox 
dərin 
inamıma görə,  maharibə geniş  miqyaslı bir 
ticarətdir,  burada  xudbin  və  güclü  adamlar 
xalqların səadəti ilə alver eləyirlər.  
Bu  müharibələrə  qatılanda,  sözlə 
deyilə bilməyən dəhşətlərlə üzləşirsən! Mən 
savaş  meydanlarında  eşitdiyim  o,  adamın 
iliyinədək  işləyən  iniltiləri  heç  vaxt  unuda 
bilməyəcəyəm. 
Biri-birini tanımayan və biri-birinə 
heç  bir  yamanlığı  keçməyən  adamlar  bu 
müharibələrdə 
biri-birini 
yırtıcı 
heyvanlarsayağı  öldürürlər  və  köləliyə 
öyrəşmiş ruhlar isə tanrının uca adını da bu 
qanlı  savaşla  bağlamağa  çalışırlar.  Atılan 
güllələrdən  biri  mənimlə  yanaşı  döyüşən 
qonşumun 
çənəsini 
parçalamışdı. 

bərdbəxt  insan  duyduğu  ağrıdan  ağlını 
itirmək  dərəcəsinə  çatmışdı.  O  qızmar  yay 
gününün  adamı  yandırıb-yaxan  istisində 
dəli  kimi  oayan-buyana  qaçır,  özünün 
qorxunc  yarasını  sərinləşdirib  toxdada 
bilmək üçün heç yerdən su da tapa bilmirdi. 
Sonradan adlısanlı imperator Fridrix olmuş, 
onda 
isə 
bizim 
komandirimiz 
olan 
kronprints  Fridrix  o  günlərdə  gündəliyində 
yazmışdı: “Müharibə–İncildə yazılanları ələ 
salmaqdır...” 
 Bu  alman  əsgərinin  məktubundan 
da 
göründüyü 
kimi, 
insanlar 
hakimiyyətlərin  onları  ciddi-cəhdlə  tutub 
saxlamaq  istədikləri  patriotizm  yalanının 
mahiyyətini anlamağa başlayırlar. 
 
VIII 
Söz gəlib bu yerə çatanda, adətən, 
soruşurlar:  “Hökumət  olmasa,  onda  nə  baş 
verəcəkdir?” 
Heç nə olmayacaqdır; artıq çoxdan 
dəyərsizləşən  və  buna  görə  də  önəmsiz  və 
anlamsız  olan  bir  qurumun  dağılıb  yox 
olmasından 
başqa 
heç 
nə 
baş 
verməyəcəkdir;  gərəksiz  və  ziyanlı  bir 
qurum aradan qalxacaqdır.      


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə