Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə61/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   57   58   59   60   61   62   63   64   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
133 
 
 
Ġki məqalə 
 
PATRĠOTĠZM VƏ 
HAKĠMĠYYƏT 
          
 

Bu sözümü artıq bir neçə dəfə dilə 
gətirmişəm:  patriotizm,  yaşadığımız  çağın 
qeyri-təbii, ağılsız, ziyanlı bir özəlliyidir və 
o,  bugünümüzdə,  insanlığa  ağrı-acılar 
yaşadan  bir  gerçəkliyə  çevrilmişdir,  mən, 
bugün,  insanlığın  patriotizm  ruhunda 
tərbiyə 
olunmasına 
qarşıyam  və  bu 
duyğunun  bütün  mümkün  olan  yollarla 
sıxışdırılıb  aradan  qaldırılmalı  olduğunu 
doğru  sayıram.  Ancaq  çox  qəribədir,  xalqı 
kütləvi 
silahlanma 
və 
sarsıdıcı 
müharibələrlə  üzüb  əldən  salmağa  gətirib 
çıxaran  bu  duyğunun  yaramazlığı  açıq-
aydın görünsə də, patriotizmin–geriçi, vaxtı 
keçmiş  və  ziyanlı  bir  insani  özəllik  olması 
ilə  bağlı  irəli  sürdüyüm  bütün  dəlillər 
indiyədək  ya susqunluqla, ya  da  bilərəkdən 
olan bir anlamazlıqla qarşılanmışdır, yaxud 
da,  bununla  bağlı,  yalnız  biri-birinə  oxşar 
olan  etirazlar  eşitmişəm:  deyirlər,  yalnız 
ağılsız 
vətənpərvərlik, 
cinqoizm(aşırı 
milliyətçilik),  şovinizm  ziyanlıdır,  yaxşı  və 
əsil  patriotizm  isə,  çox  yüksək  mənəvi 
dəyərlərdən  qaynaqlanan  duyğudur  və  onu 
danmaq,  yaxud  da  pisləmək  təkcə  elə 
ağılsızlıq  deyil,  həm  də  cinayətdir.  Ancaq 
bu  sözləri  deyənlərdən  əsil  və  yaxşı 
patriotizmin  nə  demək  olduğunu  soruşanda 
onlar ya susurlar, ya da bu sorğuya aydınlıq 
gətirmək  yerinə  çoxsaylı  şişirdilmiş  və 
bəzəkli  sözlərlə  baş  qatmağa  çalışırlar, 
yaxud  da  bizim  hamımızın  nə  olduğunu 
yaxşı  bildiyimiz  və  amansız  ağrı-acılarına 
dönə-dönə  tuş  olduğumuz  bu  patriotizmin 
yerinə,  onunla  heç  bir  bağlılığı  olmayan 
hansısa  anlaşılmazlığı  mənə  sırımağa 
çalışırlar.    
Patriotizmə arxa durmaq istəyənlər 
adətən  belə  deyirlər:  əsil,  yaxşı  patriotizm, 
başqa xalqların pisliyini istəmədən, öz xalqı 
və 
dövləti  üçün  ən  yaxşı  şeyləri 
arzulamaqdır. 
Bugünlərdə  bir  ingilislə  indiki 
müharibədən  danışarkən  mən  ona  dedim: 
bu  müharibənin  başlıca  səbəbi  heç  də, 
adətən  göstərildiyi  kimi,  eqoist  məqsədlər 
deyil,  bütün  ingilis  toplumunun  yoluxduğu 
patriotizm  ovqatıdır.  İngilis  mənimlə 
razışlamayıb 
dedi: 
sizin 
dediyiniz 
kimidirsə, 
onda 
indi 
ingilisləri 
ilhamlandıran 
bu 
patriotizm 
ağılısız 
patriotizmdir;  yaxşı  patriotizm  isə,  mənim 
yurddaşlarım 
olan 
ingilislərə, 
bütün 
ağılısızlıqlardan çəkinməyi aşılayır. 
–Siz  ingilislərdən  başqa  yerdə 
qalan 
xalqların 
da 
ağılıszlıqlardan 
çəkinməsini  istəməzdinizmi?–deyə,  mən 
ondan soruşdum. 
–Mən 
bunu 
bütün 
xalqlara 
arzulayıram!–deyə  o  cavab  verdi,  ancaq  o, 
bu  cavabı  ilə  özü-öz  dediyini  danmış 
olurdu,  axı  gerçək  yaxşılıqların  mənəvi, 
elmi, 
praktiki, 
lap 
texniki 
dəyərlər 
olmasından  asılı  olmayaraq,  onların  bütün 
insanlığın arasında yayılmasını arzu eləmək 
doğrudursa,  onda  bu  artıq  patriotizm  deyil, 
onun inkarı deməkdir.    
Eləcə 
də, 
patriotizmin 
qorucularının  bilərəkdən  başqa  xalqlara 
sırımaq  istədikləri  özəlliklər  də  patriotizm 
sayıla  bilməz.  Onlar  öz  düşüncələrini  belə 
doğrultmağa  çalışırlar:  hər  bir  xalqın 
özünəməxsus  xüsisiyyətləri  bütövlükdə 


134
№ 2 (14) Yay 2015 
 
insanlığın  tərəqqisini  şərtləndirən  zəruri 
amillərdir  və  ona  görə  də,  patriotizm 
xalqları 
tərəqqiyə 
aparan 
bu 
özünəməxsusluqları  saxlamağa  çalışdığı 
üçün  çox  yaxşı  və  yararlı  bir  duyğudur. 
Yəni  doğrudanmı  aydın  deyildir:  xalqların 
adətləri, inancları, dilləri haçansa insanlığın 
yaşaya  bilməsi  üçün  zəruri  amillər  idisə, 
indi  də  bu  özünəməxsusluqlar  insanların 
anlamağa  başladıqları:  bütün  xalqların 
qardaşlaşması, 
biri-birinə 
qovuşması 
idealının  qarşısını  alan  maneəyə  çevrilir? 
Elə buna görə də, rus, alman, fransız, ingilis 
xalqlarının özünəməxsusluqlarını qorumağa 
çalışması,  yalnız  macar,  polyak,  irland 
xalqlarının 
da 
özünəməxsusluğunu 
qorumağa  canatmasına  gətirib  çıxarmır, 
habelə  bu  proses  bask,  provansal,  mordva, 
çuvaş və bir çox başqa xalqlarında arasında 
yayılmağa 
başlayır 
və 
insanları 
yaxınlaşdırmaq,  birləşdirmək  yerinə  onları 
getdikcə 
daha 
çox 
biri-birindən 
uzaqlaşdırır, yadlaşdırır və ayırır. 
Beləliklə 
də, 
uydurulan 
yox, 
gerçək  patriotizm,  yəni  bizim  tanıdığımız 
patriotizm,  indiki  çağımızda,  insanların 
böyük  çoxluğunu  öz  təsiri  altına  salan  bir 
duyğu  olmaqla  insanlığı  çox  ağır  əzablara 
salmaqdadır  və  o,  öz  xalqına  mənəvi 
özəlliklər  diləmək  kimi  də  dəyərləndirilə 
bilməz(axı  yalnız  öz  xalqına  mənəvi 
özəlliklər  diəmək  istəyi  doğru  yanaşma 
deyildir), 
habelə, 
xalqların 
özünəməxsusluğu  da  sayıla  bilməz(axı 
özünəməxsusluq  bir  özəllikdir,  duyğu 
deyildir)–bir  sözlə,  bu  patriotizm,  açıq-
aydın  göründüyü  kimi,  öz  xalqını  və 
dövlətini  bütün  başqa  xalq  və  dövlətlərdən 
üstün  tutmaqdır,  yaxud  da,  öz  xalqı  və 
dövləti  üçün  ən  yüksək  dolanışıq  və  güc 
arzulamaqdır,  bu  isə  başqa  xalq  və 
dövlətlərin  dolanışıq  və  güclərinə  ziyan 
vurmadan başa gələn bir iş deyildir.      
Açıq-aydın 
göründüyü 
kimi, 
patriotozm  çox  zərərli  və  yaramaz  bir 
duyğudur; o, elə bir təlim kimi də, olduqca 
böyük  anlamazlıq  sayılmalıdır,  axı  bu 
təlimə  arxalanan  hər  bir  xalq  və  dövlət 
özünü  bütün  başqa  xalq  və  dövlətlərdən 
üstün  sayacaqsa,  onda  bu  təlimə  inanıb 
yaşayan  xalqlar  və  dövlətlər  hamısı  doğru 
yoldan  azıb  kobud  və  ziyanlı  sonuclara 
aparıb çıxaracaq bir yola düşəcəklər. 
 
II 
Adama  elə  gəlir,  patriotizmin 
yamanlıqların  qaynağı  və  ağılsızlıq  olduğu 
gərək  bütün  sağlam  düşüncəli    insanlar 
üçün  aydın  olsun.  Ancaq  çox  təəcüblüdür, 
oxumuş və ağıllı insanlar bunu nəinki özləri 
görə  bilmir,  üstəlik,  çox  böyük  tərslik  və 
qızğınlıqla–sözsüz,  heç  bir  əqli  dəlilə 
əsaslanmadan–patriotizmin  yamanlıq  və 
ağılsızlıq  olması  ilə  bağlı  deyilənləri 
danmağa  çalışırlar  və  onun  yaxşı  və  üstün 
bir  duyğu  olduğunu  deyib  onu  öyməyə 
davam eləyirlər. 
 
Bu nə üçün belədir? 
 
Görünür,  bu  əcaib  olaya  aydınlıq 
gətirmək 
də 
mənim  burada  görməli 
olduğum işlərdən biri olacaqdır. İnsanlığın, 
çox-çox 
keçmişlərdən 
başlayaraq, 
bugünədək  gəlib  çıxan  tarixinə,  ayrıca 
götürülmüş  insanların  və  birtürlü  insanlar 
topluğunun–aşağı  səviyyəli  ideyalardan 
yüksək  ideyalara  doğru  inkişafı  kimi  də 
baxmaq olar.  
Ayrı-ayrı  insanların,  eləcə  də  bu, 
birtürlü  insanlar  topluğunun  keçdiyi  yolu 
pillələrlə qalxmağa da bənzətmək olar və bu 
pillələrin  ən  aşağısında  insanın  heyvanlarla 
bir  səviyyədə  olduğu  dönəm  dayanırsa  da, 
onun  ən  yüksək  pillələrini,  indiki  tarixi 
dönəmdə,  insanların  şüurca  yüksəlişi  ilə 
bağlamaq olar.  
 
Ayrıca  götürülmüş  hər  bir  insan, 
habelə,  xalq  və  dövləti  təmsil  eləyən, 
birtürlü  insanlar  topluğu  həmişə  bu 
dediyimiz  pillələrlə  yuxarı  qalxmışdır.  Bu 
irəliləyişin  gedişində,  insanlığın  bir  hissəsi 
daha  yuxarı  pillələrə  qalxır,  bir  başqaları 
çox  geridə  qalır,  çoxluqda  qalan  üçüncülər 
isə  ortada  addımlayırlar.  Ancaq  hansı 
pillədə  dayanmasından  asılı  olmayaraq, 
onların  hamısı,  qaçılmaz  olaraq  və 
dayanmadan,  aşağı  səviyyəli  ideyalardan 
daha  yüksək  ideyalara  doğru  irəliləyirlər. 
Eləcə  də,  həmişə,  bütün  dönəmlərdə,  istər 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə