Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə57/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   53   54   55   56   57   58   59   60   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
125 
 
tamaşada  oynayan  bir  nəfər  var,  o  da 
özüməm.  Həm  də  bu  rolu  oynamağa 
cavan qadın lazım deyil.  
 İnanın  ki,  (yatağı  göstərir)  orda  yatan 
ölü  danışmalı  olsaydı,  baş  rolu  yenə 
mənə  yox, o  ölüyə  verərdilər.  Siz  məni 
anlamazsınız  ki...  ay  qonşular.  Bircə 
dəfə  də  tamaşalarıma  gəlmədiniz  ki! 
Bütün həyatımı həsr elədiyim o səhnədə 
necə  xoşbəxtəm,  bircə  dəfə  gəlib  öz 
gözlərinizlə  görmədiniz  ki!    Sizə  görə 
mən  bədbəxt,  tənha  bir  qadınam.  Nə 
oğul  var,  nə  uşaq,  nə  ər  var,  nə  sevgi. 
Mənə bu da azdı deyə düşünürsünüz... 
                   Gülür... 
Divarın o üzündən hələ də döyürlər.  
Aktrisa da yaxınlaşıb divarı döyür.  
Yaxşı,  yaxşı  gedirəm.  Onsuz  da  yolum 
çox  uzaqdı.  Gedib  teatra  çıxınca  neçə 
saat yolda olacam.  Yığışıram. Axşama 
qədər yoxam. Arxayın olun.  
Aktrisa bu sözləri deyə-deyə şofonerdən 
çemodan  çıxarır,    yataqdakı  kişi 
manekenini    götürür,  bir  müddət  ona 
baxır.  
                 Gülür. 
Mənim  həyatımda  yeganə  kişi  sən 
olmusan!  Bəlkə  də  sonuncu  kişi  də  sən 
olacaqsan!  
Sonra  manekeni  ehtiyatla  çemodana 
yerləşdirir,  bayaq  güzgünün  qabağında 
yoxladığı paltarlara da çemodanda yer 
eləyir.  Çemodanı  götürüb  səhnədən 
çıxır.  
 Səhnə    Yıldız  Tilbenin  “Sən  də  sev 
amma  sevilmə”  mahnısının  sədaları 
altında  bir müddət boş qalır.  
 
                                        Pərdə enir 
 
 
 
 
 
Ə
 
ə ə
 (hekayə) 
 
 Fırlanan qapı açıldı. Bu saatda Xosenin 
restoranında  heç  kəs  yox  idi.  Saat 
yenicə  6-nı  vurmuşdu  və  o  bilirdi  ki, 
daimi  müştəriləri  yalnız  saat  yeddinin 
yarısında 
gəlməyə 
başlayırlar. 
Restoranın müştəriləri ənənəyə sadiq və 
düzgün  adamlar  idi.  Saatın  əqrəbləri 
altıncı zəngi vurmuşdu ki, hər gün eyni 
saatda  gələn  bir  qadın  içəri  daxil  oldu 
və heç nə demədən fırlanan hündür bar 
stulunda  oturdu.  Dodaqları  arasında 
sıxılmış,  ancaq  yanmayan  bir  siqaret 
vardı.  
-
 
Salam, reyna* – onun oturduğunu görən 
Xose  dedi.  Sonra  quru  əski  ilə  şüşəli 
piştaxtanın üstünü silə- 
silə  onun  arxasına  keçdi.  Restorana 
kimsə girəndə Xose həmişə belə edirdi. 
Hətta  demək  olar 
ki,  məhrəm 
münasibətə  nail  olmaq  üçün  gəldiyi 
qadınla  da  şişman  və  qırmızısifət 
restoran 
sahibi 
çalışqan 
adamın 
gündəlik  hoqqasını  beləcə  nümayış 
etdirirdi.  Piştaxtanın  o  biri  başından 
soruşdu: 
-
 
Bugün nə istəyirsən?  


126
№ 2 (14) Yay 2015 
 
-
 
Hər  şeydən  qabaq,  sənə  bir  alicənablıq 
dərsi vermək istəyirəm, – qadın dedi. O, 
sıradakı ən son  
fırlanan  stulda  oturmuş,  dirsəklərini 
piştaxtaya  söykəmişdi.  Dodağında  isə 
sönmüş  siqaret  vardı.  Bu  sözləri 
deyərkən  ağzını  elə  büzdü  ki,  Xose 
yanmayan siqaretə diqqət yetirsin. 
-
 
Ah,  bayaqdan  fikir  vermirəm...  –  Xose 
dedi. 
-
 
 Sən,  ümumiyyətlə,  heç  nəyə  fikir 
vermirsən,  –  qadın  onun  sözünü 
ağzında qoydu. 
Xose  əskini  piştaxtanın  üstünə  qoyub 
tünd rəngli qətran iyi verən, toz basmış 
taxta  şkaflara  doğru  getdi  və  kibritlə 
geri qayıtdı. Qadın siqaretini yandırmaq 
üçün  qaba  və  tüklü  əllərin  arasında 
yanan  kibritə  tərəf  əyildi.  Xose  onun 
ucuz  vazelin  çəkilmiş  qalın  saçlarını, 
əlvan  rəngli  döşlüyündən  yuxarı  çılpaq 
çiynini,  dodağındakı  yanan  siqaretlə 
başını  qaldırdıqda  isə  alatoranlıqda 
dikəlmiş döşlərini gördü. 
-
 
Bugün  qəşəng  görünürsən,  reyna,– 
Xose dedi. 
-
 
Boş  danışma.  Sənin  borcunu  bugün 
qaytara bilməyəcəm, heç ümid eləmə, – 
qadın dedi. 
-
 
Onu 
demək 
istəmirdim, 
reyna. 
Deyəsən,  bugünkü  səhər  yeməyi  sənə 
pis təsir edib.  
Qadın  siqaretə  dərin  bir  qullab  vurdu. 
Piştaxtaya 
söykədiyi 
dirsəklərini 
çarpazlayıb 
restoranın 
geniş 
pəncərəsindən  küçəyə  baxdı.  Üzündə 
qəmgin,  adi,  amma  bezdirici  bir  ifadə 
vardı. 
-
 
Sənə  bir  bifşteks  hazırlayaram,  –  Xose 
dedi. 
Qadın cavabında:  
-
 
Hələki pulum yoxdur.  
-
 
Üç  aydır,  sənin  pulun  yoxdur,  amma 
mən 
həmişə 
sənə 
bir 
şeylər 
hazırlayıram. 
-
 
Bugün  başqadır  ,–  qadın  baxışlarını 
küçədən  çəkmədən,  qaşqabaqlı  şəkildə 
dedi. 
-
 
Hər  gün  eynidir,  –  Xose  etiraz  etdi.  – 
Hər  gün  saat  altını  vuranda  gəlirsən,  it 
kimi ac olduğunu  
deyirsən,  mən  isə  yeməyə  bir  şey 
hazırlayıram. Bircə fərq odur ki, bugün 
it  kimi  acdığını  deyil,  bugünün  fərqli 
olduğunu demisən. 
-
 
Çünki belədir – qadın soyuducuda nəsə 
axtaran  və  piştaxtanın  o  biri  tərəfində 
dayanmış Xoseni bir  
daha  süzdü.  Təxminən  2-3  saniyə  onu 
müşahidə elədi. Sonra şkafın üstündəki 
saata  baxdı.    Saat  yeddiyə  üç  dəqiqə 
işləyirdi.  “Elədir,  Xose,  bugün  tam 
başqadır”, – təkrar etdi. Daha bir qullab 
alıb qısa, lakin hərarətli sözlərlə davam 
etdi: 
-
 
Bugün  saat  altıda  gəlməmişəm,  ona 
görə fərqlidir, Xose. 
Xose saata baxdı: 
-
 
Mən  biləyimi  kəsərəm,  əgər  bu  saat 
bircə dəqiqə belə geri qalsa... 
-
 
Məsələ onda deyil, Xose. Söhbət ondan 
gedir  ki,  mən  bugün  saat  altıda 
gəlməmişəm.  Mən  bura  gələndə  saat 
altıya on beş dəqiqə qalırdı. 
-
 
Ola  bilməz,  reyna  –  Xose  dedi.  Saat 
altını  yenicə  vurmuşdu  ki,  sən  içəri 
girdin. 
-
 
Mən  on  beş  dəqiqədir  ki,  burdayam  – 
qadın dedi. 
Xose ona tərəf gəldi. İri qırmızı sifətini 
yaxınlaşdırıb  şəhadət  barmağı  ilə  onun 
göz qapağını yuxarı qaldıraraq: 
-
 
“Ho” elə görüm – dedi. 
Qadın  başını  arxaya  çəkdi.  O,  ciddi, 
nədənsə dilxor və  mütəəssir idi. Amma 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə