Üç aylıq ədəbiyyat dərgisi
121
Balaca qız da, anası ölmüş Hicran da
böyük bacısının gününü gördü, dedi:
qarıyıb yurdda qalaram, cehizsiz ərə
getmərəm. Otuzuna az qalmışdı. Cehiz
aparacam deyə gözləyə-gözləyə elçiləri
əliboş yola saldı. Axırda da Qozbel
Bikənin bivec oğluna getdi. Bankdan
kredit götürüb azdan –çoxdan cehiz
verə bildik. İki ildi borcun-xərcin
içindəyik, qurtarmır ki, qurtarmır. Sən
canını qurtarıb gedirsən.
Kövrəlib ağlayır...
Yenə yarı yolda qoydun məni. Dedin ki,
Sevildi də... hardan olsa tapıb düzüb-
qoşacaq hər şeyi. Çıxacaq vəziyyətdən.
O qədər başıma oyun gətirmisən. Bir
dəfə evimizə qonaq gələsiydi, evimizdə
dişə vurmağa bir şey yox. Dedim, ay
Həmid, evə tez gəl ha, evin qəndi
yoxdu, çayı yoxdu, o yoxdu, bu yoxdu,
al gətir. Qonağın yanında xar olmayaq.
Axşam düşdü, səndən xəbər çıxmırdı.
Gəlməyəcəyini də xəbər göndərmədin
ki, işimi biləm. Yazıq canım, qonaq
evdə
otura-otura
qaçdım dükançı
Esmiranın üstünə. İnsafı nəyə yol versə,
nisyə dəftərinə yazdırıb alıb gətirdim.
Gecə yarıdan keçəndən sonra aşa-aşa
gəldin. Bilirdim ki, pulun yoxdu. Nəylə
içmisən soruşanda da dedin qonaq
eləyiblər. Bir dəfə olmayıb, beş dəfə
olmayıb, ay Həmid. Hansını deyim?
Qadın yenidən çarpayının ayaq tərəfinə
tökdüyü paltarlara yaxınlaşır.
Qara
rəngli
bir paltar götürür.
Güzgünün qabağına keçir. Bir müddət
güzgüdəki əksinə baxır.
Haçandı
güzgüyə
də
baxmıram.
Güzgünün üzünü siləndən silənə
güzgüyə
yaxınlaşıram.
Onda
da
güzgüdəki
əksimdən
gözümü
yayındırıram.
Ah çəkir.
Qocalıram. Elə belə də bilirdim.
Güzgüyə baxmasam da hiss edirdim ki,
yaman günə qalmışam. Həmid, vallah
sən məndən cavan görünürdün. Heç
özümü sənə yaraşdırmırdım axır
vaxtlar. Hətta qorxurdum ki, kişi gedib
cavan qıza-zada vurular, biabır olarıq.
Şaqqanaq çəkib gülür. Qəfil gülüşünü
kəsib, özünü yığışdırır.
(Az qala pıçıltıyla) Mən elə bilirdim
səndən qabaq öləcəyəm. Hə, vallah.
Hətta sənə bir söz deməsəm də
fikirləşirdim ki, ölüb eləsəm elə
dükançı Esmiranı alasan. Cavanlığından
bir ayağı Bakıda oldu, bir ayağı kənddə.
Mal dalınca getdi, gəldi. Gözüylə heç
kim heç nə görməsə də, hərə dalınca bir
söz danışdı. Qarıdı qaldı ata ocağında.
Oynaya-oynaya gələrdi sənə vallah.
Sənə kömək də eləyərdi, əl-ələ verib
Hicranın cehizlərinin borcundan da
çıxardınız. Esmiranın pulu çoxdu. Kimi
var eyyy... Bir səydərəş qardaşıdı, bir
özü.
Əlindəki paltarı taxtın üstünə atıb
otaqda o yan- bu yana var-gəl edir.
(Əllərini
ölçə-ölçə)
Gör
nələr
danışıram?!
Lap
ağzıma
gələni
deyirəm. Başımı itirmişəm.
Taxta yaxınlaşır. Kişinin ayaq tərəfində
oturur. Üzünü əlləri arasına alıb
hönkürür. Ağlayıb kiriyəndən sonra
üzünü ərinə sarı çevirir.
Həmid, belə danışmağıma baxma ha,
vallah ölünü də qısqandım dükançı
Esmiraya. Mən elə bilirdim ömrümdə
qısqanmaram səni. Elə bilirdim hələ də
uşaqlıq
sevgimi
unutmamışam.
Qardaşımın kirvəsinin oğlu Sərdarı
deyirəm eyy. Sənin də xəbərin vardı
Sərdardan, özünü o yerə qoymurdun.
Nə qədər ki Rusiyada yaşayırdıq,
qardaşımı sünnət elətdirmək atamın
eyninə də deyildi. Uşaq 9 yaşına