Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə51/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   47   48   49   50   51   52   53   54   ...   90

112
№ 2 (14) Yay 2015 
 
Jozefina  bunu  böyük  həvəslə  görürdü. 
Atası  onun  siyasətlə  məşğul  olmasını 
istəyirdi, amma Jozefina tutduğu yoldan 
dönmürdü  ki,  dönmürdü.  İsveç  Avropa 
və 
Skandinaviya 
yarımadasında 
yerləşən  ölkələr  içində  insan  haqlarının 
hər 
şeydən 
yüksəkdə 
tutulduğu 
ölkələrdən biridir. Oraya zamanla çoxlu 
sayda  mühacirlər  gəlirdi.  Məsələn,  İran 
inqilabı  zamanı  Şah  Məhəmməd  Rza 
Pəhləvi 
devrildikdən 
sonra 
orada 
yaşayan müsəlmanlar Fransada yaşayan 
Xomeynini  dövləti  idarə  etmək  üçün 
çağırdılar. 

zaman 
Xomeyni 
hökumətinə  qarşı  çıxanlar  Avropanın 
müxtəlif  ölkələrinə  mühacirət  etməyə 
başladılar. İsveç də bu ölkələr sırasında 
idi.  Orada  xeyli  sayda  İrandan  köçərək 
burada  sığınacaq  tapmış  mühacirlər 
yaşayırdı.  Həmçinin  İsveçdə  İraqdakı 
Səddam  Hüseyn  zülmündən  qaçan 
çoxlu kürdlər də var. SSRİ dağıldıqdan 
sonra respublikalar müstəqillik qazandı. 
Keçid  dövrü  dediyimiz  bu  mərhələdə 
çox  mürəkkəb  bir  vəziyyət  yaranmışdı. 
Dövlətlər  çətin  bir  iqtisadi  böhranla 
üzləşmişdi. Azərbaycanda da ilk vaxtlar 
iqtisadi  çətinliklər  vardı:  əmək  haqları 
çox  az  idi,  insanların  yaşayış  vəziyyəti 
çətin  idi,  ona  görə  də  çoxları  çıxış 
yolunu Avropada tapırdı. Onlar iqtisadi 
çətinliklərdən 
azad 
olmaq 
üçün 
Azərbaycanı  tərk  edirdilər.  Jozefina 
milliyyətindən  asılı  olmayaraq  bu 
insanların  hüquqlarını  müdafiə  edirdi. 
Bir  azərbaycanlıya  rast  gələndə  ona 
bacardığı qədər köməklik göstərərdi. 
Jozefina  otelə  çatdı.  Onu  çox 
hörmətlə  qarşıladılar,  nəzakətlə  otağını 
göstərdilər. 
Jozefina 
Bakıya 
tək 
gəlmişdi. 
O, 
Azərbaycana 
aid 
xatirələrini  tək  yaşamaq  istəyirdi.  Ona 
bu 
səfərdə 
İsveç 
konsulluğunun 
əməkdaşları kömək edəcəkdilər. O gecə 
Jozefina  otelin  eyvanında  dayanıb 
şəhəri  seyr  edirdi.  Yağış  kəsmişdi, 
göyün üzündə ulduzlar parlayırdı. Onlar 
göy  üzündə  rəqs  edərək  Jozefinanın 
gəlişini  bayram  edirdilər.  Jozefina 
əllərini  açaraq  dərindən  nəfəs  aldı. 
Sayrışan  ulduzları  salamladı,  içəri 
keçərək  yuyundu  və  yatağına  girdi. 
Səhəri  gün  saat  7  tamamda  oyandı. 
Əynini  geyindi,  özünü  səliqə-sahmana 
saldı.  O,  çox  ciddi  nizam-intizamda 
böyümüşdü,  ona  görə  də  nə  olursa-
olsun  hər  gün  eyni  saatda  yatağından 
qalxardı.  Jozefina  zəng  edib  səhər 
yeməyinin  otağına  gətirilməsini  istədi. 
O, yeməyini asta-asta yeyərək gündəlik 
nələr  edəcəyini  planlaşdırırdı.  Əslində 
haradan  başlayacağını  bilmirdi,  amma 
bu axtarışa mütləq başlamalı idi. Anası 
bəlkə  də  həyatda  deyildi,  amma  o 
bilirdi ki, bir bacısı var, həm də ondan 5 
yaş kiçik. Görəsən o, nə iş görür, məni 
görsə  sevinərmi,  deyə  düşünürdü.  Saat 
9-a 
qalırdı.  İsveç  konsulluğunun 
əməkdaşları 9 tamamda gələcəkdilər. O, 
qəzet oxumağa başladı, hələ 10 dəqiqəsi 
vardı.  Düz  saat  doqquz  tamamda 
konsulluğun  iki  əməkdaşı  Jozefinanın 
qaldığı otağının qapısını döydü.  
- Buyurun Jozefina dedi. 
-  Hersoqinya,  sabahınız  xeyir! 
xoş  gəlmisiniz!  Ümid  edirik  ki, 
səyahətiniz gözəl keçəcək. 
-  Təşəkkür  edirəm,  cənablar!  
Mənə  kömək  etdiyiniz  üçün  öncədən 
sizə minnətdarlığımı bildirirəm. 

Buyurun, 
hersoqinya, 
hazırsınızmı? 
- Bəli, hazıram. Deyin görüm, ilk 
növbədə haradan başlamalıyıq? 
-  Hersoqinya,  biz  siz  gəlmədən 
öncə 
Azərbaycan 
Daxili 
İşlər 
Nazirliyinin  əməkdaşları  ilə  görüşdük, 
əvvəlcə oraya gedəcəyik. Bilirsiniz, hər 


                            Üç aylıq ədəbiyyat dərgisi 
113 
 
bir  dövlətdə  olduğu  kimi,  Azərbaycan 
Daxili  İşlər  Nazirliyində  də  bütün 
vətəndaşların  qeydiyyatı  var,  hətta 
qeydiyyatdan  çıxıblarsa  da  haraya 
getdikləri  haqda  məlumat  var.  Ümid 
edirik  ki,  əməkdaşların  bizə  köməyi 
dəyəcək. 
- Çox gözəl. 
-  Hersoqinya,  siz  ananızın  adını, 
soyadını 
dəqiq 
bilirsinizmi? 
-  Mən  onun  adını,  atasının  və  anasının 
adını  bilirəm.  Soyadını  isə  təəssüf  ki, 
bilmirəm.  İsveçdə  olarkən  o,  atamın 
soyadını  qəbul  etmişdi.  Azərbaycana 
döndükdən  sonra  isə  soyadının  nə 
olduğunu bilmirəm. 
-  Buyurun,  hersoqinya,  aşağıda 
maşın gözləyir, gedək. 
Onlar  oteldən  çıxıb  Azərbaycan 
Daxili  İşlər  Nazirliyinə  gəldilər. 
Polkovnik Seyidov onları gözləyirdi. O, 
hersoqinyaya: 
-  Xoş  gəldiniz.  Əlimdən  nə  gəlirsə 
kömək edəcəyəm. Buyurun, hersoqinya, 
sizi dinləyirəm. 
-  Əslində  cənab  polkovnik,  nə 
istədiyimi  zənn  edirəm  ki,  bilirsiniz. 
Mən  buraya  anamı  axtarmaq  üçün 
gəlmişəm.  Mənim  39  yaşım  var, 
sonuncu dəfə onu 2 yaşımda görmüşəm. 
İsveçi tərk edib Azərbaycana gəldikdən 
sonra 
onun 
haqqında 
heç 
bir 
məlumatım  olmayıb.  Mən  1967-ci  ildə 
doğulmuşam.  1969-cu  ilin  sonunda  da 
anam  Azərbaycana  qayıdıb.  Atam  onu 
axtarmadı, 
daha 
doğrusu, 
onun 
təhlükəsizliyi üçün axtarmadı. O, SSRİ-
nin  gizli  təşkilatının  anama  zərər 
verməsindən  çox  qorxurdu.  Bilirsiniz, 
KQB adı hər kəsə bir kabus kimi görü-
nürdü.  İndi  əminliklə  deyə  bilərəm  ki, 
Azərbaycan  demokratik  bir  dövlətdir, 
artıq  bu  təşkilatdan  heç  kəs  qorxmur. 
Ona  görə  də  mən  anamı  axtarmaq 
qərarına gəldim. 
-  Maraqlıdır,  hersoqinya,  ananız 
o  zamanlar  İsveçdə  necə  qala  bilib? 
Necə olub ki, atanızla ailə qurub? 
- Bu çox uzun hekayədir. Əslində 
mənim  anam  diplomat  olub.  Onlar 
atamla Misirdə tanış olublar. Hər şey də 
elə  orada  başlayıb.  Piramidalardan 
başlayan  sevgi  İsveçə  qədər  uzanıb. 
- Hersoqinya, ananızın adı nə oldu? 
-  Anamın  adı  Dilarə  olub. 
Anasının  adı  Şahnaz,  atasının  adı  isə 
Nazir olub. 

Ananızın 
təvəllüdünü 
bilirsinizmi? 
-  Zənn  edirəm  ki,  1940-cı  ildə 
doğulub. 
- Əgər ananız yaşayırsa, o zaman 
indi onun 66 yaşı var.  
- Elə görünür.  
Polkovnik  şöbədən  üç  nəfər 
çağırdı  və  əlində  olan  məlumatları 
onlara  verdi.  Onlardan  nəyin  bahasına 
olursa-olsun  hersoqinyanın  anasının 
tapılmasını  xahiş  etdi.  Qızlar  iş  başın-
daydı,  hersoqinya  isə  konsulluğun 
əməkdaşları  ilə  birlikdə  polkovniklə 
söhbət  edirdi.  Hersoqinya  özü  də 
hüquqşünas  olduğu  üçün  Azərbaycan 
hüquq orqanlarının iş üslubu ilə maraq-
lanırdı,  onu  maraqlandıran  sualları 
polkovnikə  verirdi.  Polkovnik  də,  eyni 
zamanda  İsveçin  hüquq  orqanlarının  iş 
üslubunu  soruşur,  onu  maraqlandıran 
sualları  hersoqinyaya  verirdi.  Her-
soqinya  nazirlikdə  çox  qala  bilmədi, 
çünki  axtarışın  nə  zaman  bitəcəyi 
bilinmirdi.  Polkovnik  bir  şey  taparsa, 
mütləq  ona  xəbər  verəcəyini  söylədi. 
Jozefina 
İsveç 
konsulluğunun 
əməkdaşları  ilə  Bakını  gəzməyə  çıxdı. 
İlk  olaraq  onu  İçərişəhərə  apardılar. 
Hersoqinya 
çox 
təəccüb 
etdi, 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə