Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə49/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   45   46   47   48   49   50   51   52   ...   90

108
№ 2 (14) Yay 2015 
 
qopmurdu,  bərk-bərk  tutub  onu  aşağı 
dartırdı. 
      Nəhayət,  yayından  çıxan  ox  kimi 
sıçradı.  İlk  anda  kimin  əlindən 
qopduğunu kəsdirə bilmədi. Yerə dəyib 
huşunu itirdi. 
     Ayılanda  özünü  Hasar  dibində 
gördü. Çölə düşmüşdü! 
    ...Qalxıb  üstünün  tozunu  çırpdı. 
Çöldə  həyat  əvvəlki  axarıyla  davam 
edirdi. 
Şəhərin 
küçələriylə 
addımladıqca,  tinlər,  döngələr  arxada 
qalırdı. 
        Küçələr  adamla  doluydu.  Üz-üzə 
gəldiyi,  ötüb  kecdiyi  heç  kəs  ona 
əhəmiyyət  vermir,  görmürdü.  Məşhur 
əsərin 
qəhrəmanı 
“gözəgörünməz 
adam”a  bənzəyirdi.  Özünü  lüt  hiss 
edirdi,  ayıb  yeri  görünürmüş  kimi 
qısılırdı. Amma ona baxan yoxuydu. O 
isə  hamını  görürdü.  Adamların  üzünə 
sərhədçi pasport yoxlayan kimi baxırdı, 
elə bil Saray pillələrində gördüyü adları 
indi onların üzündə oxuyacaqdı. 
      Yanından  ötdüyü  meydanda  böyük 
bir  izdiham  gördü.  Tribuna  əzəmətli 
adamlarla  doluydu.  Kütlə  adını  Saray 
pillələrində oxuduğu ucaboy Çıxışçının 
“Rədd  olsun  xalqa  divan  tutan  Saray 
əhli!”  sözlərini  hayqırtıyla  alqışlayırdı. 
İnsanlar  ehtiraslı  gözlərində  parlayan 
ümidlə  ətrafa  şölə  saçırdılar.  Hamı 
tribunaya baxırdı, üzlər yalnız bir səmtə 
– 
qabağaydı. 
Hüqonun 
sözlərini 
xatırladı:  “Dərdli  adamlar  geriyə 
baxmazlar. 
Onlar 
qara 
talelərin 
dallarınca  gəldiyini  çox  gözəl  bilirlər... 
“Ümid” 
Dantenin 
cəhənnəm 
qapılarından sildiyi, Tanrının isə hər bir 
insanın alnına yazdığı sözdü”. 
      İzdihamın  axırında  bir  topa  adam 
hansısa  qəzet  yazısını  müzakirə  edirdi. 
Yaxınlaşdı.  Məşhur  Yazarın  yazı 
başlığını  gözü  aldı:  “Saray  başçısı 
Çölün 
qanını 
sümürür!” 
Saray 
pillələrində  parlaq  ilbiz  iziylə  yazılan 
müəllif  adını  indi  qəzetdə  qara,  iri 
hərflərlə oxuyurdu. 
      Başqa  bir  dəstədə  isə  Çölün 
tanınmış adamları bir yerdə dairə qurub 
durmuşdular. 
Mitinq 
adamlarına 
qarışmayan  bu  adamlar  gah  çıxışçıları 
dinləyir,  gah  da  öz  aralarında 
xısınlaşırdılar. 
     O,  son  kərə  tribunadan  izdihamın 
sonunacan  insan  selinə  tamaşa  elədi. 
Hasarda  beyninə  mismarlanmış  xeyli 
adın sahibini indi canlı görürdü... 
     Meydanı tərk elədi! 
     Başında  cürbəcür  fikir  bir-birinə 
qarışmışdı,  heç  bir  yana  gedib  çıxa 
bilməyən bu fikir sürüsü eləcə havadan 
asılı  qalmışdı  –  şüşə  qabda  suya  kök 
buraxmış  budaq  kimiydi.  Yapışmağa 
dayaq tapmayan köklər bir-birinə sarılıb 
düyün düşmüşdü. 
     ...Sonuncu küçəni də keçib şəhərdən 
çıxdı. 
     Qürub  çağıydı,  səmada  günəşin  son 
işartıları  üfüqü  al-qırmızı  qızartmışdı. 
Ürək 
sabahdan 
arxayın 
olanda 
rahatladığı  kimi  göz  də  uzağa  baxanda 
dincəlir.  İndi  baxdığı  uzaqlıqda  bir 
azdan  o  qədər  ulduz  parlayacaqdı  ki... 
Tanrı ayaqları altında xırçıldayıb sönən 
ulduzların  izinə  düşəcəkdi.  Sonra 
mütləq Günəş doğacaqdı. 
     ...Çölün  axırında  yoxuşa  dikələn 
yolla  qalxıb,  qalxıb...  üfüqün  o  üzündə 
yox oldu. 
Oktyabr 2012 
 
 
 
 
 
 
 


                            Üç aylıq ədəbiyyat dərgisi 
109 
 
ƏZİMƏ  AĞALAROVA     
 
 
(Əzimə Ağalarova 1959-cu ildə Zərdab 
rayonunda  doğulub.  Xarici  Dillər 
İnstitutunu  bitirib.  Bir  müddət  Daxili 
işlər Nazirliyində çalışıb. 1993-cü ildən 
Almaniyada  yaşayır.  Belletistikaya 
meyilli  “Gecələrdə  gizli  qaldım”  və 
“Bakıdan  Qahirəyə  və  Stokholma 
uzanan  yol”  romanlarının  müəllifidir. 
Müəllifin  poçtumuza  göndərdiyi  ikinci 
romanından bir parçanı dərc edirik)  
 
 
 
BAKIDAN  QAHĠRƏYƏ  
VƏ STOKHOLMA  
UZANAN  YOL 
 
(romandan parça)
                  
 
 
           Yanvar  1970-ci  il.  Stokholm, 
İsveç.  Hersoq  Jozef  Jonatan  Sonun 
malikanəsi.  Hersoq  Jozef  istəməsə  də 
evində  mətbuat  konfransı  keçirmək 
məcburiyyətində  idi.  Bütün  televiziya 
və  qəzetlər  ondan  cavab  gözləyirdi. 
Dünyalar  qədər  sevdiyi,  uğrunda  hər 
şeyini fəda etdiyi qadın onu və qızını nə 
üçün  tərk  etdiynin  səbəbini  bilmək 
istəyirdilər.  O,  hər  vəclə  müxbirlərin 
qarşısına çıxmaq istəməsə də, atası: 

Buna 
məcbursan. 
Bizim 
cəmiyyətdə  xüsusi  mövqeyimiz  var. 
Sən  ona  kölgə  sala  bilməzsən,  bu  saat 
çıxıb hər şeyi açıqlamalısan, dedi. 
İclas  salonunu  müxbirlər  üçün 
açdılar.  Hersoq  Jozef  sözə  başladı: 
  
-  Xanımlar  və  cənablar!  Nə 
soruşacağınızı bilirəm. Gəlin sizinlə bir 
razılığa gələk. Siz mənə sual verməyin, 
mən  sizə  hiss  etdiklərimi  çatdırmağa 
çalışacağam.  Əminəm  ki,  axtardığınız 
bütün suallara cavab tapacaqsınız... 
...Bəli,  xanımlar  və  cənablar! 
Böyük  ümidlərlə,  xoş  xatirələrlə, 
narahatlıqlarla  dolu,  bəzən  günəş  kimi 
batan,  bəzən  də  çıxan  o  günləri 
xatırlamaq  mənə  heç  də  asan  deyil. 
Bizim  sevgimiz  Misir  piramidalarından 
İsveçə  qədər  uzandı.  Qızımız  bu 
sevginin 
məhsuludur. 
Çəkdiyimiz 
məşəqqətli  günləri  nə  mən  unuda 
bilərəm,  nə  də  inanıram  ki,  o  unuda 
biləcək.  Elə  hesab  edirdik  ki,  bizə  heç 
bir şey qalib gələ bilməz. Demək, səhv 
etmişik.  Mən  ona  “ay  bənizlim”  deyə 
xitab  edirdim.  Məndən  onu  təsvir 
etməyimi  istəsəniz,  inanın  bu  mümkün 
deyil.  Dünyanın  ən  məşhur  rəssamına 
onun  rəsmini  çək  desəm,  inanın,  tam 
olaraq  onu  təsvir  etməkdə  aciz  qalar. 
Ağzından  çıxan  hər  kəlmə  ruhunun 
ifadəsi  idi,  ətrafı  şölələndirirdi.  O, 
duyğuları ilə körpə bir uşaq, əzabları ilə 
isə  yetkin  bir  qadın  idi.  Qəlbi  sevgilə 
dolu  idi,  amma  buna  baxmayaraq  hər 
zaman  kədərli  idi.  Gizli  kədərinin 
səbəbini  anlamamaq  mümkün  deyildi, 
çünki içində qopan fırtına onun qəlbini 
yaralamışdı,  sanki  mənə  söyləyəcəyi 
çox  şey  vardı,  fəqət  hamısını  içində 
saxlayırdı.  Nə  danışa,  nə  də  söyləyə 
bilirdi.  Onu hər  şey  narahat  edirdi.  Ge-
cənin  səssizliyi  də,  günəşin  qızmarlığı 
da,  yağışın  damlaları  da,  qarın  lopa-
lopa  yağması  da,  həyatın  yorğunluğu 
da... O, bizi tərk edib getdi, mən ona qal 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə