Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə46/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   42   43   44   45   46   47   48   49   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
101 
 
Qar dənəciyi 
Deyirlər : 
"Qar yağacaq" 
-Yağmasın,istəmirəm..! 
- "Qartopu",  
"Qar adam",  
"Buz üstündə sürüşmək".. 
-İstəmirəm..! 
"Gecə,  
Küçə işıqları,  
Rəqs edən qar dənələri;  
Möhtəşəm mənzərə.." 
-İstəmirəm..! 
-Nə istəyirsən..? 
 
-O qara gözlərin dərinliyində,  
Bir qar dənəciy boyda,  
Ağappaq ümid..! 
 
***  
Elə əllərinin qabarına,  
Dırnaqlarının arasına yığılan  
Zəhmət kirinə yaraşırdı sevmək.  
Elə pas tutmuş  
Demir qoxulu üst-başına,  
Alnının tərinə yaraşırdı sevmək.. 
 
Elə pulqabına Nifrət edən kağızlara;  
Cibində kilsə zəngi çalan  
Qəpiklərə yaraşırdı sevmək..  
Elə xeyallarının  
Altında əzilən ruhuna,  
Ümidlərinin vurduğu  
Təpiklərə yaraşırdı sevmək.. 
 
Dünyanın ağasına,  
Bəyinə yaraşırdı sevmək..  
Sən,ay kasıb,yetim adam,  
Nəyinə yaraşırdı sevmək..!? 
Bilmədiyim 
əllerin; tuta bilmədiyim,  
Gözlərin;baxa bilmədiyim..  
Həsrətin dar qəfəs;  
Çixa bilmədiyim.. 
 
Yollarin;gələ bilmədiyim,  
Sözlərin;gülə bilmədiyim..  
Sənsizlik;hər gün ölüm,  
Bir yolluq ölə bilmədiyim.. 
 
Varliğin,yoxluğun;  
Ezab..  
Niyə ,bilmədiyim.. 
Sən; " 
Sevirəm"  
Deyə,bilmədiyim.. 
 
 
Desəmki 
 
Desəmki,  
Bir yarpağın  
Ağacdan düşdüyü kimi,  
əlindən düşürmüsən.. 
Desəmki,  
Bir budağın,  
Quruyub qırıldığı kimi,  
Ürəyimi qırmısan.. 
Desəmki,  
Küsmüşəm,incimişəm;  
Kimsəsizlər evinə  
Atılanlar tək.. 
Desəmki,  
Hələ də sevirəm;  
Ümid verəcəksənmi,  
Gözləyimmi sonadək.? 
Yoxsa  
Susqunluğuma bürünüb,  
Qucaqlayım xəyallarımı,  
Ölmüş körpəsini  
Bağrına basıb ağlayan ana tək..? 
 
 
 
 
 


102
№ 2 (14) Yay 2015 
 
AZƏR  RƏŞİDOĞLU
 
 
 
           *** 
Yollar sıxır ayağımı, 
 Əllərim göyün altında. 
 İlmə-ilmə toxunmuşam,  
Qalmışam düyün altında.  
İlahi, bu necə qışdı,  
Duman da, çən də ağladır. 
 Gəlmişəm şikayətinə,  
Bəndəni bəndə ağladır. 
 Gözlər nə yaxşı var, Allah! 
 Dərdi töküb yumaq olur. 
 Ömür illərə bükülür, 
 Açılmayan yumaq olur. 
        *** 
Gecə gözlərimdən, 
Ayrıla bilmir.  
Gözümdən dərd içir, 
 Gözümdə qalır. 
 Həsrəti,hicranı çəkib üstünə, 
 Gündüzlər də getmir, 
 Üzümdə qalır.  
Beləcə, bir ömür,  
Solur gecədə.  
Buludlar kövrəlir, 
 Dolur gecədə.  
Bir də görürsən ki, 
 Durur gecə də.  
Səhərlər lal olur,  
Sözündə qalır. 
        *** 
Cansız bir bədənəm indi
Aldığım nəfəsə baxma. 
Uydurduğum arzulara, 
Düşdüyüm həvəsə baxma. 
Canı həsrət sıxıb gedib.  
İldırımlar çaxıb gedib.  
Ürək çoxdan çıxıb gedib, 
 Boş qalmış qəfəsə baxma. 
  *** 
 Ay gözümün ağladığı,  
Üzümü yol eləmisən,  
Əlimdən alıb özümü, 
 Özünə qul eləmisən. 
 Allah, bu yolda gülmürəm, 
 Bu yol axı hara gedir?  
Bir ağsifətli görmürəm, 
 Gedən üzüqara gedir, 
 Bu yolun qarı üşüdür, 
 Yazı, baharı üşüdür, 
 Könlümü yarı üşüdür,  
Donuram, dözə bilmirəm. 
 
 
             
G
ÜNAY  HƏSƏNLİ
 
 
 
 
Gözə
lim 
 
Vətənim! 
Vicdanımın aynasına rəsmin çəkmək 
istədim. 
Kipriyimi fırça edib, rəsmin onunla 
cızaram. 


                            Üç aylıq ədəbiyyat dərgisi 
103 
 
Bir az qanımdan süzərəm, 
Bir də göz yaşı qataram. 
Mənə məxsus bu boyayla 
Dərdlərindən cadarlanmış 
Parçalanmış ürəyimə sənin adını 
yazaram. 
Vicdanımın aynasına ilmə-ilmə hörüm 
səni. 
Gözümün üstündə dayan, 
Gözlərimin qapağı ol, 
Həm görməyim, görüm səni. 
Torpağından kərpic kəsim,  
Həyatımın divarına hörüm səni. 
 
Boğuluram. 
Boğuluram, 
Hər kəsə həyat verən bu hava boğur 
məni. 
Gündə min yol boğulub, 
Gündə min yol ölürəm. 
Analar yenidən doğur məni. 
Qəmim  çoxalıb,  
Yığılıbdı üst-üstə. 
Tozu  basıb ürəyimi 
Tozumu yumaq üçün  
Buludlar yağır məni. 
 
 
 
Yalanın qırxayaq yerişi
 
 
Sözümün ucundan tutub uzatma, 
Corab süzüyütək söküləcəkdir. 
Yaxşı, pis ayrılıb, tən bölünəsi 
Düzümün dizləri büküləcəkdir. 
 
Yalanım qırxayaq yerişli olub, 
Ölmüş düzlərimin qıçını qapıb, 
Vicdan dağlarımın bağrını çapıb, 
Gözlərə pərdə tək çəkiləcəkdir. 
 
 
 
 
 
VÜSALƏ  SÜLEYMAN
 
 
 
 
                  *** 
Gah payız leysanı, gah bahar yeli,  
Dörd fəsil ömrünü yaşayıram mən.  
Gözümə diqqətlə bu qədər baxma,  
Zülməti gözümdə daşıyıram mən...  
Bir gün daşa donub, bəlkə susaram  
Bir heykəl ömrü də qismətim olar.  
Bəlkə də cismimi tərk etməz ruhum,  
Xəfifcə dumansa ismətim olar..  
Ötəcək çox aylar, keçəcək zaman,  
Sən mənə uzanan ciğır açarsan...  
Qoşulub yarımçıq aya gecələr,  
Utancaq-utancaq işıq saçarsan...  
Mən səni unutmaq istəmədim hec,  
Daş qəlbim həmişə fəryad edəcək... 
 Sevgidən güc alıb çatlayan daşın  
Çatında sən adlı çiçək bitəcək...  
 
 
 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə