Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə45/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   41   42   43   44   45   46   47   48   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
99 
 
hündürboyam,  barım  da  onun  gətirdiyi 
bar kimi dadlı və şirindi. Bir ağac üçün 
ən  gözəl  haldı  anaya  oxşamaq,  onun 
kimi bar verə bilmək.  
      İllər  bir  birini  qova-  qova  gedirdi. 
Yanımdakı  söyüd  mənə  bu  illərdə  həm 
dayaq oldu, həm ana oldu.  Birdə insan 
dostum 
və 
xanımı.  Həyətin  tən 
ortasında  olduğum  üçün  hər  hadisənin 
şahidi olmuşdum. Zaman beləcə keçirdi 
insan  dostumun  ata  olma  sevincinin  də 
şahidi  olmuşdum,  hətta  dəfələrlə,  baba 
olma  sevincinin  də.  Nəvələri  oynayıdı 
ətrafamda. Üstümdə haqqları böyük idi.  
       Həyətdə  ağaclardan  ən  ucası  mən 
idim. Hərdən boylanırdım üzü Gorusa - 
anam  tərəfə.  Deyirdim  bəlkə    görəm 
anamı,    ya  da  o  tərəfdən  gələn  meh 
mənə  onun  yarpaqlarının  qoxusun 
gətirə.  Mehlə  xəbər  göndərirdi  anam 
hərdən.  Hərdən  də  günəşə  baxır, 
düşünürdüm ki, ikimiz də eyni güəşdən 
işıq  alırıq,  eyni  havanı  uduruq.  Uşaq 
vaxtı hətta özüm də xəyal qururdum ki, 
bir  az  böyüyüm,  kök  atım  torpağın  altı 
ilə,  gedib  tapacam  anamı.  Amma  indi 
artıq  özüm  köklü-budaqlı  qocaman  bir 
ailənin başcısıyam. 
      Bir gün hava yaman küləkli idi. Heç 
bəyənmirdim  bunu.  Anamgil  tərəfdən 
xoşagəlməz  bir  külək  əsirdi.  Meh 
anamdan  xəbər  gətirmişdi.  Qulağıma 
pıçıldadı  ki,  biraz  ehtatlı  olum.  Çox 
boylanmıyım  üzü  Gorusa.  Səbəbin 
soruşmuşdum meh də xəbərsiz idi. 
      Bir  gecə  bir  işıq  parladı  anamgil 
tərəfdən.İşıqla  bərabər  bir  səs.  Bütün 
gecəni aydınlatdı bu işıq, bütün ağacları 
oyatdı  bu  işıqla  səs.  sonra  bütün  kənd 
oyandı.  
      -Güllə  səsidir.  Erməniər  başladılar 
müharibəyə,  -  demişdi  insan  dostum. 
Bundan  sonra  bütün  gecələrimiz 
yuxusuz  oldu.  Güllə  səsinə,  mərmi 
səsinə diksinirdik yuxdan. Anam tərəflə 
düşmən  olmuşduq.  Artıq  mənə  anamın 
ətrin  gətirən  meh  də  bu  dəfə  barıt 
qoxulu  gəlirdi.  Anam  mənə  necə 
düşmən ola bilərdi axı? Həyat gözümdə 
qaralmışdı.  Düşündüyüm  bir  şey  var 
idi:  bütün  gücümlə  məni  qışda  körpə 
kimi  qoruyan,  yayda  qayğıma  qalan, 
böyüdüb bu yaşa, bu boya gətirən insan 
dostumu 
və 
ailəsini, 
övladlarımı 
yarpaqlarımla 
qucaqlayıb  qorumaq 
istəyirdim.  Mənim  əsil  ailəm  onlar  idi 
axı.  Tez  tez  anam  tərəfə  boylanırdım. 
Kənddə  bir  quş  da  qalmamışdı  ki, 
anama  xəbər  göndərəm.  Atmasınlar  o 
güllələri  biz  tərəfə.  Elə  bil  güllələr 
bütün  quşları  da  qırmışdı.  Niyə  anam 
icazə  verirdi  axı.  Bu  kənddə  onun  bir 
övladı  olduğunu  unutmuşdumu?  Çox 
qəzəbli idim ona, çox. İnsan dostum bu 
qədər  güllələrə,  bu  qədər  müharibəyə 
baxmayaraq  məni,  torpağını  qoyub 
qaçmırdı  heç  də  burdan.  Bu  ağaclar  da 
mənim  övladlarımdır.  Mən  bunları 
qoyub getmərəm deyirdi. 
       Bu  gecə  anamdan  hər  dəfə  mənə 
xəbər  gətirən  o  sevdiyim  meh  də  çox 
qəzəbli  keçmişdi yanımdan. Heç salam 
da  verməmişdi.  Bu  gecənin  ayrı  bir 
vahiməsi  var  idi.  Həmin  meh  sazaq  
olmuşdu  və  bir  gecədə  dəfələrlə 
salamsız  kəlamsız,  qəzəbli  keçmişdi 
yanımdan.    Gorusdan  bura  qədər  olan 
məsafəni.    O  boz  qarğa  da  gəlib  mənə 
uşaqlıqdan düşmən kəsilən ərik ağcının 
başına  qonub  kinli-kinli  hətəyimizə 
baxrdı - mən olan tərəfə.  
        Gecə  tən  yarıdan  keçmişdi.  Mən 
gündüzdən  şüpələndiyim  üçün  ayıq 
mürgüləmişdim. 
Havada 
parlayan 
böyük, həm də lap böyük  işiq gözümü 
qamaşdırdı. Sanki gecənin yarısı kimsə 
bir  anlıq  günəşi  diksindirib  yuxudan 
oyatdı. Bu işıq anamgil tərəfdən gəlirdi. 


100
№ 2 (14) Yay 2015 
 
Həm də düz bizim həyətə doğru. Bizim 
həyəti  nişan  almışdılar.  Yoox,    mən 
qoya  bilməzdim  ki,  insan  dostuma, 
onun  ailəsinə  ziyan  gəlsin.  Onlar  həm 
də mənim ailəm idi. Onları nə yolla olur 
olsun qorumalı idim.  İşıq yaxınlaşdıqca 
bunun  işıq  deyil,    bir  od  parçası 
olduğunu  anlamışdım.  Və  bütün 
qollarımı  açıb  sinəmi  onun  qarşısına 
verdim.  Anam  tərəfdən  gələn  od 
kökümə  qədər  yandırdı  məni,  məhv 
elədi.  Bircə  böyrü  üstə  yıxıldığımı  hiss 
elədim.  
         O 
vaxtdan 
adi 
bir 
oduna 
çevrilmişəm. Heç nə hiss etmirəm. Heç 
İnsan  dostumu  da  gözüm  görmür.  Ya 
bəlkə o da ailəsi ilə harasa çıxıb gedib? 
Hər  nə  isə,  mənim  qədərim  bura 
qədərmiş... 
  
  
VƏLİ  EFE
 
 
 
Dəli
 
 
Səni görmək,  
Gözlərin intihari.  
Səni görmek ; 
Qış olmaq,unutmaq bahari.. 
Səni görmək 
Kəskin bıçaq,  
Ürəyə saplanmış..  
Səni görmək  
Sui-qəsd ; 
Dəqiq hesablanmış.. 
 
Sən kimsən,  
Gözəllər gözəli..!  
Mən kiməm,  
Günəşə baxa bilməyən,  
Amma ona qarişmaq istəyən dəli.. 
 
 
Azadliq 
 
İki barmagımın arasında,  
On qəpiyimdə gizlənmişdi  
Tövbəmə xəyanətim.. 
 
Bəlkə də səbəb vardı..  
Amma yox idi,  
Bilirəm.. 
 
 
Sadəcə,azad olmaq istədim  
İllər sonra..  
Azad oldum...  
Amma,bilirsiz....?  
Tüpürdüm belə azadlığa..!  
 
 
Qadın 
 
Keçmişimdən çıxıram,  
Gedirəm gələcəyə..  
Orada sən varsan;  
Çatan kimi öləcəyəm.. 
 
Üzümdəki kədər,  
Ürəyimdəki ağrı;  
Məni sənmi çagırdın,  
Yoxsa ölüm çağırır..? 
 
Sən günahın gözel üzü,  
Sən əzabin şirin dadı..  
Qovuşmaq istəmirəm;  
Məni öldürəcək qadın..! 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə