Üç aylıq ədəbiyyat dərgisi
87
adamların atası rəhmətə gedəndə,
onların yasında iştirak edəndə adamın
sanki vecinə olmur və içində “nə yaxşı
ki, atam sağdı və bəlkə də ölməyinə
hələ çox var” deyə düşünürmüş. Amma
ölüm elə bir şeydir ki, ondan qaçış
yoxdur, tez-gec səni də, sənin əzizlərini
də öz ağuşuna alacaq. Sadəcə ən pisi
odur ki, ölüm sənin arzulamadığın və
heç arzulamadığın zamanda gəlir.
“Sanki ölümü arzuladığın vaxt varmış
kimi” – düşündü və az qala
gülümsəyəcəkdi. Özünün ölməyini daha
çox istərdi, nəinki atasının. Allahdan
ölməyini, kənardan insanların onun
ölümünə münasibətini bilmək və
yenidən qayıtmaq, kimin sevindiyinə,
kimin kədərləndiyinə görə, kimlərin
onun var olmağı ilə yox olmağı
arasındakı fərqi duyub-duymadığını
onların
qarşılarına
çıxıb
demək
istəyirdi.
Bu
zaman
bir
anlıq
C.Məmmədquluzadənin “Ölülər” əsəri
yadına düşdü. İndi bir daha dərindən
dərk elədi ki, nədən insanlar ölmüş
adamlarının dirilməyini istəmirlər. Axı
ölmüş adam diriləndən sonra gəlib deyə
bilər ki, “filankəs, sənlə bir ton çörək
kəsmişdik, mən öldüm, heç yasıma da
gəlmədin” və ya “filankəs, bəs sən məni
necə sevirdin ki, öldüm, nə bir qram
kədərləndin, nə gizlicə gəlib qəbrimin
üstünəbir gül belə atdın, bəlkə də
əksinə, sevindin ki, nə yaxşı ondan
canım qurtardı, çox sıxılmışdım” və s.
Kaş kinolardakı kimi ölmüş adam
olaraq rəsmi qeydlərə düşə, üzünü,
səsini dəyişdirib tanıdığı adamları
müşahidə edə biləydi..
Anasından ayrılıb mərasim mağarına
doğru getdi. Girişdə kiçik əmisi ilə
görüşdü. Əmisi ona söz atdı:
-
Nə yaxşı gəlib çıxa bildin –
deyəndə
birdən
ölkə
xaricindəki əmisi yadına düşdü.
-
Bəs o, hardadı? Niyə gəlib
çıxmayıb?!
Mağara baxıb qohum və tanışlarla
başı ilə salamlaşdı. Nədənsə kimsə
“Başın sağ olsun”, “Allah rəhmət
eləsin” demirdi. Bəlkə artıq anasına və
qardaşlarına deyildiyinə görə?! Bəlkə
dəfnə
özünü çatdıra bilməməyinə
görə?!Hər kəsdən öncə özünü niyə
məhz dəfnə gələ bilmədiyinə görə
qınadı. Qardaşları çatmışdı, amma o,
gələ bilməmişdi, özünü ancaq ki, üçünə
çatdırmışdı. Axı nə mane olmuşdu?
Bunu
düşünmək
istəmirdi,
çox
yüklənmişdi və sanki dərd onu elə
boğurdu ki, fikirləşməyə belə mane
olurdu. Mağarın içinə doğru getdikcə
atasını xatırlayırdı. Axı atası onlar üçün
çox əziyyət çəkmişdi, hər işlərinin
arxasınca getmişdi, elə illər olmuşdu ki,
ölkədə vəziyyət pis olanda başqa ölkədə
fəhlə də işləmişdi ki, ailəsi ac qalmasın.
Axı necə ola bilərdi ki, hamıdan çox
sevdiyi
atasının
dəfninə
gələ
bilməmişdi?! Onu son dəfə nə vaxt
görmüşdü, görəsən? Bir neçə ay öncə.
Sonra işdən imkanı olmamışdı ata-
anasına baş çəksin. Amma demək olar
ki, hər gün telefonla danışırdılar. Ən
çox yandığı şey o idi ki, atası heç bir
övladının xeyir işini görə bilmədi.
Bunda özünü əsas günahkar hesab
edirdi.
Amma
indi
harada
səhv
buraxdığını düşünməyin də mənası yox
idi. Keçib mağarda oturdu. Bərk
acmışdı. Stola yemək qoydular. Nə
olduğuna heç baxa bilmədi də..
Telefonun zəngli saatı vurdu. Saat
08:00
idi.
Tərləmişdi.
Gözlərini
ovxaladı. Gördüklərinin real olmadığını
dərk etməyə çalışırdı. Bir də eşitmişdi