Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə37/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   33   34   35   36   37   38   39   40   ...   90

82
№ 2 (14) Yay 2015 
 
    Çayxana 
adı  ilə  nümayəndəlikdən 
çıxsalar  da,  yaxınlıqdakı  ucuzxanaya 
buruldular. Qabaqda az qala İsmayılla yaşıd 
bir  qadın  iki  uşağın  əlindən  tutub  gedirdi 
döyə-  döyə.  Tanımayan  olsa  deyərdi 
nəvələridi.  Amma  öz  oğlu,  qızı  idi.  Vəli 
Bənöyşəsinin  qarşığından  qorxaraq  kimsə 
elçi  düşməmişdi  Sevdaya.  Heç  Sevda  özü 
də  elçi  gözləyəsi  halda  olmamışdı.  42-43 
yaşı  olmasına  baxmayaraq  ən  azı  65  yaş 
vermək  olardı  ona.   Sonra  da  çıxıb  arvad 
boşamışın  birinə  getdi.  Amma  o  qədər 
deyingənlik  etdi,  kişi  durmadı  bunun 
yanında, qaçdı Rusiyyətə. Dəli İsmayıl onu 
görəndə  dərindən  bir  ah  çəkdi.  Bu  arada 
çökə  ağaclarından  gələn  bir  meh  vurdu 
onları.  Amma  Dəli  İsmayılı  sanki  meh 
vurmamışdı,  sanki  vurğun  vurmuşdu. 
Qəfildən dedi: 
   -  Eldarı  vurduğum  yer  sızlayır,  şair. 
Öldürür məni. Qara bağrım dağlır. Bax  elə 
bil  bağrımın  başını  xəncərlə  oyurlar. 
Eldarın orasından vurmuşdum. 
   Şair bir söz deyə bilmədi. 
    Ucuzxanada  da  söhbət  Eldardan  gedirdi. 
Şair  Vəli  Bənöyşəsinin  kənddən  çıxarkən 
qəbristanlığa 
baş 
çəkməsinin 
şahidi 
olmuşdu. 
   -Biz aşağı yolla, qəbristanlığa yaxın yolla 
çıxırdıq  kənddən.  Gördüm  Eldarın  qəbri 
üstən  səs  gəlir:   balamı  sana  tapşırıram,  a 
Qazançı.  Özünü  qoruyamamdın,  ölüsünü 
saxla,    sən  sənin  ucalığın. Daha  bunu  atası 
da  sənsən,  anası  da  sənsən,  qıvlası  da 
sənsən. 
   Hərəsinə bir çappa süzdülər. Dəli İsmayıl 
Sarı Divin ruhuna bir sağlıq dedi. Birnəfəsə 
başlarına çəkdilər. 
    -Bayaq gördün də Sevdanı, şair. Gör necə 
qocalmışdı. Lap bir günü üç gün olub sanki. 
Amma   bu  xarabada  çox  gədə-güdələr 
yalandan  bir  günlərini  üç  gün  yazdırıb 
havayı  pensiya  alırlar  dövlətdən.  O  gədə- 
güdəyə  müharibə  xeyir  elədi.  Hayıf 
Eldardan, mən  Eldarı gərək vurmazdım. 22 
yaşı  vardı,  nə  qanırdı?  Mən  də  o  qədər 
qanmırdım - biz türemşiklər onsuz da “VV-
şniklər”lə (Vnutrenniy Voyska) dədə- baba 
düşmənik. Bəlkə də buna görə bir- birimizi 
anlayammadıq.  Kopolu  Cəmilov  bunları 
bilirmiş.  Bizi  düşmən  elədi.  Bizi  öldürdü. 
İndi  odey  Cəmilov  Gəncəbasar  xeyriyyə 
cəmiyyətinin  sədridi,  özü  də  müharibə 
veteranı.  O  vaxt  hamıdan  əvəvl  qaçmışdı 
kənddən. Sonra cəbhə bölgəsinə bir-iki dəfə 
sabundan,  corabdan  aparmışdı,  vəssalam, 
buna  görə  də  veteran  oldu.  Bakıda  iki  evi 
var  -  Vəli  Bənöyşəsinin  qarşığı  heç  nə 
eləmədi  onun  evlərinə.  O  Osmanlar, 
Maliklər də kef edir, müharibədə bir günləri 
üç  gün  sayıldı.  İndi  hamısı  pensiyadadı- 
dünyanın  pulunu  alırlar.  Kəndi  də  qoruya 
bilmədilər-  üzbəüz  döyüşdən  qaçdılar. 
Amma  o  zaman  mən,  Eldar  kənddə  olsaq 
qaçmazdıq-  saxlayardıq  kəndi.  A  kişi  mən 
30  il  türmə  yatmışam,  günüm  elə  gün 
sayılıb.  Amma  bunların  bir  günü  3  gün 
sayıldı.  Belə  də  şey  olar?  İndi  də  dodaq 
büzürlər adama.O qədər öləsi adam var imiş 
ki! 22 yaşlı cavanı niyə öldürəsən, axı o nə 
qanırdı?  Mən  də  elə  çöldə  də  özümü 
içəridəki kimi aparırdım, söhbət xırdalamaq 
ölüsü idim. Sonralar bildim ki, hər şey boş 
şey imiş. Mənim kriminal həyatım da sənin 
müxalifət  həyatın  kimidi  -  xəyanət  -filan 
etməmişəm. Amma sonra baxmışam ki, hər 
şey boş şeydi. Necə ki siz Qərbə inanırsınız, 
mən də kriminal şəxslərə inanmışam. Sonda 
da  hər  şey  oxşar-  sizinkilər  demokratik 
ideyaları  kürüyə  satdı,  bizimkilər  də 
kriminal ideyaları göy- göyərti bazarına. 
     Adama  bir  araq  içdilər.  Dəli  İsmayıl 
özünü pis hiss elədi. Asif Qazançı onu taksi 
ilə yola salıb nümayəndəliyə qayıtdı. 
-    -     - 
 
     Səhər  Dəli  İsmayılın  ölüm  xəbəri 
yayıldı.  Qara  bağırı  parçalanmışdı.  Dedilər 
serrozdu. Amma Sarı Divin ağrısı idi bu. 
    Əskipara  qaçqınlarının    da  son  mənzil 
yeri  Ağköynək  qəbristanlığı.  Qəribə  baş 
daşları  var  burada  -  bir  baş  daşında  2,  3  , 
bəzən  4  şəkil  olur.  Yəni  qəbiri  kənddə 
qalmış  ölülərinin  şəkillərini  bu  baş 
daşlarına həkk etdirirlər. Vəli Bənöyşəsinin 
baş  daşında  da  özü  və  Sarı  Divin  şəkli 
vardı. 


                            Üç aylıq ədəbiyyat dərgisi 
83 
 
    Buranın  da  qibləsi  Gülül  dağına  tərəf. 
Yalnız  Dəli  İsmayılın  qəbrinin  yönü  fərqli 
idi.  Onun  qibləsi  Qazançı  dağına  tərəf  idi. 
Oğlu  dedi-  özü  belə  vəsiyyət  etmişdi.  Dəli 
İsmayıl  bu  yeri  nə  vaxtdı  ki  seçmiş,  gəlib 
Qazançı dağı qəbristanlığın harasından daha 
yaxşı  görsənirsə  oranı  əvvəlcədən  dəmir 
hasara 
almışdı. 
Bu 
yerdə 
Asif 
Qazançının   da  gözü  vardı.  Amma  son 
mənzilini kimsəyə güzəştə getməmişdi Dəli 
İsmayıl. 
    Həmin  gün  şair  Asif  Qazançı  Dəli 
İsmayılın  ruhunun sağlığına bir çappa araq 
içdi. 
  
 
Vahid MƏHƏRRƏMLİ
 
 
 
 
Əsgər kəməri 
(hərbçinin dəftərindən) 
 
Mövqeyimi  dəyişmək  istəyəndə 
ayağıma güllə dəydi. Tibb təlimatçısı əsgər 
Quliyev vaxtında ilk yardım göstərməsəydi 
çox  qan  itirəcəkdim.  Hospitala  çatan  kimi 
həkimlər  məni  əməliyyata  götürüb  gülləni 
ayağımdan  çıxartdılar.  Palatada  məndən 
başqa  da  bir  neçə  yaralı  zabit  var  idi.  Üç 
gündən  sonra  çarpayıdan  qalxdım.  Yaram 
yavaş-yavaş  sağalırdı,  özümü  yaxşı  hiss 
edirdim.   
Hospitaldan  çıxan  kimi  birbaşa 
xidmət  yerimə  getdim.  Hərbi  hissəyə 
çatanda qaranlıq yenicə düşürdü. Komandir 
qərargahda  yox  idi,  döyüşə  getmişdi. 
Növbətçidən  öyrəndim  ki,  ermənilər 
Muğanlı  kəndinə  hücum  ediblər.  Silahımı 
götürüb döyüşə tələsdim. Komandir Daşqın 
Məmmədovla səngərdə görüşdüm. Vəziyyət 
ağır  idi.  Əlverişli  əraziləri  ələ  keçirmiş 
düşmən  Muğanlını  daim  atəş  altında 
saxlayırdı.  Biz  isə  qazmalara  girib 
güllələrdən  yayına-yayına  atəş  açırdıq. 
Cəsarətlə  vuruşan  əsgərlərimiz  erməniləri 
geri  oturtmağa  çalışırdılar.  Həmin  gün 
hücumları dəf etdik. Kəndin işğal olunmaq 
təhlükəsi  sovuşdu.  Üç  döyüşçümüz  ağır 
yaralandı. 
Gecə  sakit  keçdi,  atəş  səsləri 
eşidilmədi.  Amma  səhəri  gün  lap  ertədən 
silahlar  yenidən  «dilə»  gəldi.  Top-tüfəng 
gurultusu 
yeri-göyü 
başına 
götürdü. 
Sakitliyin axşamdan donmuş buzu çat verdi.  
Əlverişli 
yerlərə 
çəkilib 
vuruşurduq.  Qəflətən  səngərimizə  mərmi 
düşdü.  Bir  zabit  yaralandı,  iki  əsgər  şəhid 
oldu.  Şəhidləri  və  yaralını  səngərdən 
çıxardıq. Düşmən nişangahında olduğundan 
postu  tərk  etdik.  Ermənilər  addım-addım 
irəliləyirdilər.  Vaxt  itirmədən  geriyə  - 
qərargaha  qayıtdıq.  Burada  xeyli  silah-
sursat vardı. Onları çıxarmağa vaxt yox idi. 
Düşmən  əlinə  keçməsin  deyə,  komandirin 
göstərişi  ilə  silah-sursatı  yerə  basdırdıq. 
Fikirləşdik  ki,  ara  səngiyəndən  sonra 
çıxarıb apararıq. 
Ermənilər  kəndə  yuxarı  tərəfdən 
soxulmuşdular. 
Silah-sursatı 
torpağa 
basdırandan  sonra  vuruşa-vuruşa  geri 
çəkildik.  Düşmən  Muğanlını  yarıya  qədər 
ələ  keçirdi.  Hündür  bir  hasarın  arxasında 
mövqe  tutub  müdafiə  olunduq.  Ermənilər 
hücumlarını  nə  qədər  gücləndirsələr  də 
yerimizdən  tərpənmədik.  Axşama  yaxın 
düşmən  bizə  toplardan  atəş  açdı.  İki 
əsgərimiz  ağır  yaralandı.  Onları  götürüb 
geri çəkildik. Kənd ermənilərin əlinə keçdi.  
Üç  gün  mövqe  döyüşləri  getdi. 
Silah-sursatımız azlıq edirdi. Arada sakitlik 
yarananda  gecənin  qaranlığından  istifadə 
edib bir neçə əsgərlə Araz çayının sahili ilə 
kəndə  girdik.  Səhərə  qədər  yatmayıb 
basdırdığımız  silahları  daşıdıq.  Sonuncu 
dəfə  Muğanlıdan  qayıdanda  hava  yavaş-


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə