Üç aylıq ədəbiyyat dərgisi
85
meyitini çıxarmağa getdik. Artıq onun hansı
rayondan olduğu bilinirdi, Zərdabdan idi.
Arazın
sahilində
Davudu
basdırdığımız yeri tapdıq. Cəsədi palaza
büküb tabuta qoyduq. Çox ağrılı, üzücü bir
mənzərə idi. Şəhidin meyitini rayonlarına
göndərəndən sonra qərargaha qayıtdıq.
Davudun kəmərini otağıma qoymuşdum.
Bu, ondan qalan yeganə yadigar idi. Elə
həmin gündən şəhid əsgərin kəmərini
bayraq kimi başımın üstündən asdım. Hər
dəfə onu görəndə düşmənə nifrətim artır,
ürəyimdəki intiqam hissi coşurdu.
Hər gün sıralarımıza yeni qüvvələr
qoşulurdu. Gələnlərin arasında oğlanlarla
bərabər qızlar, qadınlar da var idi. Onlar da
döyüşmək istəyirdilər. Qüvvəmiz artandan
sonra Muğanlıdan qabağa gedib Baharlı,
Xumarlı, İnnablı və Əmirvarlı kəndlərini
erməni işğalçılarından azad etdik.
Bir gün xəbər verdilər ki, döyüşə
könüllü gələn qızlardan biri məni görmək
istəyir. Fikirləşdim ki, yəqin qohumdur,
nəyisə bir iş üçün yanıma gəlib. Uzaqdan
gələndə gördüm ki, yox, bu qız tanış deyil.
Söhbət edəndə öyrəndim ki, Gülnar bir
müddət əvvəl Muğanlı kəndi uğrundakı
döyüşdə şəhid olmuş Davudun bacısıdır.
Gülnar ucaboy, qaraqaş, qaragöz bir qız idi.
Elə bir suyu da qardaşına oxşayırdı. Qızın
gözlərindən kədər yağırdı. Baxışlarını bir
nöqtəyə zilləyən Gülnar dedi ki, düşməndən
qardaşının
intiqamını
almağa
gəlib.
«Davudu dünyalar qədər istəyirdim.
Düşmən gülləsi onu əlimizdən aldı.
Qardaşımın ölümü hamımızı yandırıb
yaxdı. Bir anda dünya gözümdən düşdü,
həyat öz rəngini itirdi. Davud üç bacının bir
qardaşı idi. Yalnız ağlayıb sızlamaqla
təskinlik tapa bilmirəm. Gəlmişəm ki,
düşmənləri
məhv
edim,
qardaşımın
yarımçıq qalmış döyüş yolunu davam
etdirim.» - dedi...
Qızın cəsarətinə, hünərinə heyran
qaldım. Sonra Gülnar xahiş etdi ki,
qardaşının şəhid olduğu yeri ona göstərim.
Arazın sahilinə endik. Davudu ilk dəfə
gördüyümüz, sonra qazıb basdırdığımız yeri
Gülnara nişan verdim. Qız diz çökdü,
hönkürüb ağladı. Yanıqlı səsini eşidəndə
mən də göz yaşlarıma hakim ola bilmədim.
Çox kədərli məqam idi. Bacı şəhid olmuş
qardaşı üçün göz yaşları axıdırdı.
Bir neçə gündən sonra Gülnar
hərbi forma geyindi. Davudun kəmərini
başımın üstündən götürüb ona verərək:
- Gülnar, bu, qardaşının kəməridir,
al belinə tax, - dedim.
Döyüşçü qız kəmərə diqqətlə
baxdı. Sevindi, həmişə kədərli olan gözləri
güldü. Qardaşının öz əli ilə yazdığı
«Davud» sözünü oxudu. Kəməri taxaraq
«Ermənilərdən
qardaşımın
qisasını
almayınca bunu belimdən açmayacağam.» -
dedi.
Silahlarla davranmaq və atəş
açmaq qaydalarını öyrənəndən sonra Gülnar
da əməliyyatlara gedirdi. Döyüşdükcə
təcrübəsi artır, heç kimdən geri qalmırdı.
Davudun kəməri həmişə belindəydi.
Döyüşlərin
birində
Gülnar
ayağından yaralandı. İlkin tibbi yardım
göstərdikdən sonra onu hospitala çatdırdıq.
Döyüşlər bir az səngiyən kimi Gülnara baş
çəkdik.
Xoşbəxtlikdən
güllə
dərinə
getməmişdi, həyati üçün təhlükə yox idi.
İki həftədən sonra Gülnar tabora
qayıtdı. Həmin gün də döyüşə girmək
istəyirdi.
Ona
məsləhət
gördük ki,
hospitaldan təzə çıxıb, qərargahda qalıb
dincəlsin, özünə gəlsin. Amma Gülnar «Nə
qədər ki, əlim silah tutur, döyüşüb
düşməndən intiqam alacağam» - dedi.
Gördüyüm ilk gündən Gülnarın
həm
gözəlliyinə, həm də hünərinə
vurulmuşdum. Amma düşməndən qisas
almağa gəlmiş qıza eşq elan etməyə
utanırdım. İstəyirdim ki, vaxt keçsin, zaman
ötsün. Çox gözləməyə də səbrim çatmadı.
Axır ki, bir gün sözümü ona deyə bildim.
Məni dinləyən Gülnar susdu, nə «hə», nə də
«yox» dedi. Göz-gözə gələndə utanırdım.
Elə bilirdim bu sözləri ona dediyimə görə
məni qınayacaq. Çünki Gülnar müharibəyə
sevib-sevilməyə yox, qardaşının initqamını
almağa
gəlmişdi.
Bir
tərəfdən
də
fikirləşirdim ki, sevgi heç nəyi gözləmir,
onun üçün vaxt, zaman anlayışı yoxdur.