Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə11/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   7   8   9   10   11   12   13   14   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
25 
 
dalandan  dolanıb  girirdin  içəri.  Cəmil  də 
hərdən onlara baş çəkirmiş. 
Səriyyə  xala  Səkinə  xalanın 
böyük  qızı,  Səttar  dayı,  Qaffar  dayının, 
Aminə müəllimənin bacısı idi, Cəbrayılda 
bizim  evlərimizin  arasında  bircə  qarğı 
çəpərdi. Sonra onların evini Məmmədxan 
– dostum Eldargil aldılar. 
Onda Salyan kazarmına yerləşən 
sahədə  indiki  təki  bina,  yaşayış  yoxdu, 
təkcə  hərbi  kazarmdı.  Biz  də  kazarma 
yerləşən dikin başına çıxırdıq. İçəri sifariş 
göndərirdik, gəlsin Cəmil. 
Birinci görüşümüzdə anam onun 
boynunu  qucaqladı.  Boyu  qalxmışdı. 
Əynindəki  əsgər  geyimi,  yaşıla  çalan 
şalvarı,  köynəyi  bir  az  gendi,  başında 
pilotka  idi.  Pilotka  başının  ortasını 
tuturdu,  yanlarını  gün  yandırmışdı. 
Çöllərdə  məşq  keçirdilər.  Anam  fətir 
gətirmişdi,  yemək  gətirmişdi.  Bakıda  da 
dolanışıq çətindi, əhali kartoçka ilə çörək, 
ərzaq  alırdı.  Cəmil  ona  gətirdiyimizdən 
yeyir, 
ciblərini 
parçaladığı 
fətirlə 
doldururdu. 
Bir 
kərə 
çökəkdə 
təzəcə 
quraşmışdıq,  komandirləri  dikin  başında 
göründü.  Demə,  icazəsiz  gəlibmişlər. 
Qışqırdı  komandir.  Dərədə  ana-bala, 
oğullarla 
atalar 
görüşür, 
süfrələr 
açılmışdı.  Hamı  cəld  qalxdı  və  əsgərlər 
kazarma 
qaçdılar. 
Komandirdən 
qorxurdular. Az keçmiş Cəmil genə gəldi. 
Bu  dəfə  komandirdən  icazə  almışdılar. 
Papılı  Həsən  müəllimin  qardaşı  Hüseyn 
müəllim 
də 
burada 
idi, 
əsgərdi. 
Cəbrayıldan  başqa  tanışlar  da  vardı. 
Acgözlüklə  yeyir,  ehtiyat  götürürdülər. 
Cəmil  buraya  gələnədək  ilk  gün  nə  baş 
verdiyini  də  danışdı.  Hamama  aparıblar, 
onların geyimi yaxşı idi. Demişdilər guya 
hərbi məktəbdə təlim keçsələr də istirahət 
günləri  öz  paltarlarını  geyib  şəhərə  çıxa 
biləcəklər.  Paltarını  verib  bir  oğlan 
saxlasın,  hamamdan  çıxanda  alar.  Oğlan 
götürüb  onun  geyimini  aradan  çıxmışdı. 
Üzü  təzəcə  tüklənmişdi.  Deyirdi  bizi 
vadar edirlər, ülgüc təki iti şüşə parçası ilə 
üzümüzü  qaşıyaq.  Əməlli  tük  çıxsın. 
Yoxsa,  bunlar  bığ  yeri  tərləməmiş 
uşaqlardı. 
Görünür, 
orasını 
düşünürmüşlər,  bu  gün-sabah  bunlar 
cəbhəyə,  döyüşə  gedəcəklər.  Birdən 
bilmək  olmaz,  biri  əsir  düşdü,  keçdi 
almanların  əlinə.  Almanlar  görəcəkdilər, 
Sovet  hökuməti  üzündən  tük  çıxmayan 
uşaqları 
səfərbər 
eləyib. 
Bundan 
bilərdilər,  bu,  son  səfərbərlikdi,  canlı 
qüvvə  tükənib,  düşmən  total  səfərbərliyə 
keçib.  Bu  hərbi  sirr  idi.  Düşmən 
döyüşdüyü ölkənin insan gücünü, ehtiyatı 
biləcəkdi. 
Doğrudan 
doğruya 
sovet 
hökuməti  yaşı  əsgərliyə  çatan  son  nəsli 
aparmışdı. Keçmişdilər qoca- qaltaq, yaşlı 
adamları da çağırır, aparırdılar. 
Məmməni  də  apardılar.  Onları 
gətirmişdilər  Biləcəriyə.  Orada  saf-çürük 
etmişdilər,  yararlı  olanlar  bir  yana, 
yararsızlar  başqa  yana.  Məmmə  hərbi  işə 
yaramayanların 
arasına 
düşmüşdü. 
Bununla 
da 
qurtulmış, 
qayıtmışdı 
Cəbrayıla, evimizə.  
Cəmilgil səhərdən axşama gərgin 
təlim keçirdilər. Çıxırdılar Bakı həndəvəri 
çöllərə. Sürünmək, atəş , hücum, əziyyətli 
keçirdi.  Onun  əlbəyaxa  süngü  vuruşu 
məşqində  şah  barmağı  yaralanmışdı. 
Axşama  dönəli  təlimdən,  çöllərdən 
qayıdırdılar,  takım-takım  ,  bölüklər 
gəlirdi.  Hamısı  eyni  geyimli,  eyni 
görünüşlü  əsgərlərdən  onu  seçməyimiz 
üçün  dəstədə  ikən  sarıqlı  əlini  qaldırırdı. 
Oradaca  bilirdik  ki,Cəmildi,  özünü  nişan 
verirdi.  Bir  az  sonra  gələcək  bizim 
yanımıza.  Elə  də  olurdu.  Beş  gün,  bir 
həftə  qalırdıq  Bakıda,  hər  gün  ona  baş 
çəkirdik. Anam bişirib - düşürüb aparırdı. 
Məhlədə  uzun  növbə  ilə  “ponçik”  də 
satırdılar,  mağazada,  kartoçkasız.  Biz 
dayanırdıq  növbəyə  və  ondan  da  alırdıq. 
Səriyyə  xalanın  oğlu  –  Fərmanı  da 
aparmışdılar  orduya.  Əri  –  Salman  kişi 
haradasa “ bronlu” yerdə, hərbi sayaq işdə 
idi. 
Cəmil 
Böyük 
Vətən 
Müharibəsində  ağır,  həlledici  döyüşlərdə 
vuruşmuşdu.  İrkutski-Pinski  diviziyası 


26
№ 2 (14) Yay 2015 
 
adlı-sanlı  qoşun 
birləşməsiydi. 
Bu 
diviziya  Krasnodarda  döyüşə  girmişdi. 
Qəhrəman 
adını 
alanadək, 
Cəmil 
“Aleksandr  Nevski”  ,  “Qırmızı  ulduz” 
ordenləri  almışdı,  qvardiya  leytenantı  idi. 
Onların  diviziyası  başlıcası  Belorusiya 
döyüşlərində fərqlənmişdi. Cəmil də onda 
Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 
görülmüşdü. 
Qırx  dördüncü  ilin  yayı,  sovet 
qoşunlarının  hücumu  davam  etdirməyi, 
başlıca  zərbənin  hansı  istiqamətdən 
endiriləcəyi  mübahisə  törətmişdi.  Bu 
barədə  sənədli  film  var,  həmin  söhbətlər, 
hərbi  Şuranın yığıncağındakı  mübahisələr 
də orada verilmişdi. Bəzi sərkərdələr belə 
güman  edirdilər:  Şimaldan-Pribaltika 
istiqamətindən  keçmək  lazımdır.  Bəziləri 
cənuba 
üstünlük  verirdilər.  Amma 
Konyev,  bir  də  Jukov  başlıca  zərbənin 
Belorusiyadan 
endirilməsi 
üzərində 
dayandılar.  Belə  ki,  düşmən  bizim 
buradan 
hücum 
edəcəyimizi 
əsla 
gözləmirdi.  İnanmaz  ki,  biz  başdan-başa 
keçilməz 
bataqlıq 
olan 
ərazi 
– 
Belorusiyadan keçərik  hücuma. Ona görə 
də  düşmənə  onun  əsla  gözləmədiyi 
istiqamətdən 
hücum  etməli,  başlıca 
zərbəni 
Belorusiyadan 
endirməliyik. 
Bataqlıqlardan 
keçə 
bilmək 
üçün 
patavalar  düzəltməyə  başladılar.  Bu  elə 
Belorusiyada  köhnədən  varmış,  palçıqda, 
bataqlıqda  batmamaqdan  ötrü  ayaqlarına 
şəlpə, 
patava 
dolayırdılar. 
Təkcə 
döyüşçülər yox, hərbi texnika-maşınlar da 
bu 
qayda 
ilə 
geyindilər, 
palçıqda, 
Belorusiyanın 
bataqlıqlarında 
batmasınlar.  İyun  ayının  23-də  44-cü  il, 
sovet 
qoşunları 
gözlənilməz 
bir 
istiqamətdən  Mərkəzdən  –  Belorusiyadan 
hücuma  başladı.  Bu  hücumla  bizimkilər 
Belorusiyanı 
azad 
etdilər, 
Polşa 
sərhəddini  keçib,  müharibə  ərzində  ilk 
dəfə  düşmənlə  xaricdə,  əcnəbi  ölkədə 
döyüşməyə başladılar. 
Minski  azad  edildi.  Minskinin 
azad  olmağından  ötrü  Pinski  döyüşləri 
başlıca  iş  gördü.  Cəmilgilin  diviziyası 
Pinski şəhərini azad etdi. Oraya qədər ağır 
döyüşlər  oldu.  Berezina  çayı  üstə,  Ptiç 
çayı  sahillərində.  Mən  E’tibarın  hərbi 
xidmətdə  olduğu,  ali  təhsillilərin  də 
səfərbər edilib, zabit kimi çağrıldığı vaxt, 
onunla  bağlı  Qrodnuya,  Belorusiyaya 
gedərkən 
bu 
yerləri 
görmüşəm. 
Ağcaqayınlara  baxmışam,  sahillərə  göz 
gəzdirmişəm.  Bəlkə  Cəmil  də  buradan 
keçib,  bax,  o  ağacınca  yanından.  Dönüb 
ağcaqayına  baxıb,  Cəbrayılda  bizim  ulu 
çinar  yadına  düşüb.  O,  Belorusiya 
döyüşlərində hissənin çayı – Ptiç keçməsi 
üçün  öz  vzvodu  ilə  düşməni  atəş  altında 
saxlamışdı.  Cəmilin  kağızı  –  cəbhədən 
məktubu  kəsiləndə  biz  bir  soraq  almaq 
üçün  onun  hissəsinə  məktub  yazmışdıq. 
Demə,  Cəmilin  həlak  olmağı  barədə 
teleqram  gəlibmiş,  əmimdə  imiş  –  İbada. 
Bizsə  bir  soraq  almaqdan  ötrü  hissəyə 
kağız  yazmışıq.  Oradan  da  polk 
komandiri  bizə  məktub  göndərmişdi.  O 
məktub  Cəmilin    muzeyində  idi.  Qoşa 
dəftər  varağına  bənövüş  mürəkkəblə 
yazılmışdı.  Cəmilin  son  döyüşləri  orada 
yerli-yataqlı  göstərilmişdi.  Onun  bölüyü 
böyük  bir  hissənin  çayı  keçməyini 
qorumaq, 
təmin 
etmək 
tapşırığını 
öhdəsinə  götürmüş,  belə  göstəriş  almışdı. 
Əsgərlər,  səkkiz  saat  sinəyə  qədər  suyun 
içində 
qalıb 
düşmənlə 
döyüşmüş, 
“perepravanı”,  qoşunun  çayı  keçməyini 
təmin  etmişdilər.  Bu  döyüşə  görə  Cəmil, 
Sovet  İttifaqı  Qəhrəmanı  adına  təqdim 
edilmişdi. O, yaralanmış və bir aya qədər 
müalicədən 
sonra 
yenidən 
alaya 
qayıtmışdı.  Yazırdı  :  “Məni  doğma 
evimizdəki 
kimi  qarşıladılar”.  Alay 
komandiri  Belkin  yazmışdı:    “Bu  döyüşə 
görə  biz  onu  Sovet  İttifaqı  Qəhrəmanı 
adına  təqdim  etmişik”.  Lakin    diriykən 
“Qızıl ulduz” almaq, “Aleksandr Nevski”, 
“Qırmızı  ulduz”  ordenləri  ilə  birgə 
sinəsinə  taxmaq  ona  qismət  olmadı. 
Kupyatiçi 
adlı 
Polşa 
qəsəbəsində 
döyüşlərdə  ağır  yaralanır.  Bir  neçə  yara 
alır,  onda  o,  bölük  –  rotaya  komandirlik 
edirdi.  İyirmicə  yaşında,  özü  də  belə 
döyüşlərdə  rota  komandiri  olmaq  asan 
deyildi.  Yaralanır,  çıxmır  döyüşdən. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə