Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə40/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   36   37   38   39   40   41   42   43   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
85 
Əgər  onlar  kimi  qaz  sobasında 
yansaydım,  qala  yenə  də  bizim  olardı. 
Onsuz  da  qalamızı  əlimizdən  alandan 
sonra  hər  gün  yanırıq.  Hayıf  deyil  bir 
dəfə  yanmaq!  Yanırsan  kül  olursan. 
Amma  mən  hər  gün  yanıram,  lakin 
külüm  çıxmır  ki  çıxmır.  Çünki  bu,  elə 
bir  yanğındır  ki,  ömür  boyu  davam  edə 
bilir. Sonsuza kimi, nəsil-nəsil yanırsan, 
yanırsan,  yanırsan…  Nəsildən-nəsilə 
yanmaq!  Təsəvvür  edirsiniz?  Amma 
külün olmur. Mən kül olmaq istəyirdim. 
İstəyirəm 
mənim 
külümü 
qalaya 
səpsinlər. Bunu heç kim bacarmaz. Mən 
dumanı gözləyirəm. Duman gələndə biz 
bir-birimizi  axtaracağıq.  Çünki,  duman 
bizi  qalaya  aparacaq.  Bu  belədi,  biz 
mütləq  qalaya  qayıdacağıq!  Mütləq  və 
mütləq!  Hamının  qalası  var.  Hamı  gec 
və  ya  tez  öz  qalasına  qayıtmaq 
istəyəcək.  Mütləq  və  mütləq!  Bu, 
məşhər  günü  deyil,  amma  ona  oxşayır. 
Mən  külsüz  yanmaqdan  bezmişəm. 
Məni  qınamayın.  Bu,  qala  xəstəliyidi. 
Heç  fikir  vermisinizmi,  əlimizi  hara 
atırıqsa  quruyur!  Bizdə  heç  nə  alınmır, 
alınmır  bizdə  heç  nə.  Fikirləşmisinizmi 
niyə  görə?  Nə  vaxtsa,  biz  hamımz  bir 
yerdə 
böyük 
günaha 
batmışıq. 
Gedəcəyimiz  yolun  səmtini  ititrmişik, 
azmışıq.  Bütün  bu  anormallıqları  üst-
üstə  yığanda  onun  yalnız  bir  cavabı  ola 
bilər:  bizim  qalamız  yoxdu!  Qalamız 
yerindədi,  sadəcə  biz  orda  yoxuq.  Mən 
Osvensimdə  yanan  uşaqlar  haqqında 
inşa  yazanda  ədəbiyyat  müəllimim 
başımı  tumarladı,  mənə  yağlı  bir  «beş» 
verdi. Dedi elə yazmısan ki, elə bil özün 
də orda olmusan. Müəllim çox sadə şeyi 
dərk  edə  bilməmişdi.  Mən  həqiqətən 
orada  olmuşdum.  Özü  də  bir neçə  dəfə. 
Orda bir qız da var idi, gözləri yamyaşıl, 
dərisi 
balıq  kimi.  Onu  sevmək 
istəyirdim, lakin sevə bilmədim. O, külə 
çevriləndə  mən  hələ  də  yanırdım.  Əgər 
külə  çevrilsəydim,  onunla  görüşərdim, 
bir-birinə  qarışan  külümüz  dumana 
bürünüb  qalaya  gedərdi.  Sərçələrlə  bir 
yerdə  çikkildəşə-cikkildəşə…  Yamyaşıl 
gözlü  qızcığaz,  mənim  yaşıdım,  elə-hey 
nəsə  qulağıma  pıçıldayırdı.  Qulağımda 
nə  qədər  desəniz  səslər  ilişib  qalsa  da 
onun  səsi  hamıdan  fərqli  idi.  Yaz 
yağışının  damıcıları  torpağın  tozunu 
canına  çəkib  yerə  hopan  kimi,  onun 
sözləri  də  mənim  beynimə  hopub.  Heç 
vaxt ordan silinməyəcək. O, dedi... Dedi 
ki,  babam  Xatında  qaldı.  Xatında, 
Xatında… Mənim atam da onun anasını 
sevirmiş.  Sən  bir  işə  bax,  təsadüfə  bax. 
Hətta  o  mənim  bacım  da  ola  bilərdi. 
Sonralar 
bildim 
bunu. 
Sonralar, 
sonralar…  Atam  o  qızın  anasına  çox 
məktub  yazıb,  cəmi  bir  dəfə,  bircə  dəfə 
cavab 
gəlib 
Lidisedən, 
Lidisedən, 
Lidisedən…  Mən  bunların  hamısını 
təsəvvür  edirdim.  Amma  sonra  onların 
hamısını  gördüm.  Öz  gözlərimlə  öz 
qalamızda  gördüm,  Osvensim  də,  Xatın 
da, Lidise də hamısı bizim qalaya qonaq 
gəlmişdi.  Mən  onları  öz  gözlərimlə 
gördüm. Onlar dumandan əvvəl qəflətən 
peyda  oldular.  Amma  dumanla  çəkilib 
getmədilər.  Onları  duman  gətirməmişdi. 
Qəflətən  başımızın  üstünü  aldılar.  Biz 
onları gözləmirdik! Bircə sərçələr qaldı, 
bircə  sərçələr…  İndi  mən  dumanı 
gözləyirəm. Mən qalaya qayıdacam. Axı 
bu  qədər  yanmağın  axırı  nə  vaxtsa  külə 
çevrilməlidi  ya  yox?  Axı  mənim  də  bu 
dünyada  kül  olmaq  haqqım  var!  Kül 
olub  dumana  qarışıb  qalaya,  qalaya 
qayıdacam.  Bura  gəldik  sizdən  soruşaq, 
ey  dünyanın  nəsli  kəsilməkdə  olan 
xeyirxah 
insanları,  bizimlə  qalaya 
qayıtmaq 
istərdinizmi? 
Bizmimlə 
glərdinizmi? 
Qalaya 
qayıtmaq 
istərdinizmi? 
 
(O,  diz  üstə  çöküb  hönkürür.  Süpürgəçi 
cəld onun tütəyini qaytarır. Hər ikisi onu 
qucaqlarına  alıb  kənara  çəkirlər.  Üçü 


86
№ 4 (20) Qış- 2016
 
yerdə  oturub  susqun  vəziyyətdə  irəli 
məchul nöqtəyə baxırlar). 
Pauza.  
 
Oğlan.  (yavaşdan)  Sən  çox  şeyi 
xatırladın.  Bu  qədər  xatirələrlə  necə 
yaşayırsan? 
Süpürgəçi._(_ətrafa__baxır_)_Heyif,_süpürgəmi_özümlə_gətirmədim._Gör_burda_nə_qədər_zibil_var._Tütəkçalan.'>Süpürgəçi._Xatirələr_ilan_kimi_arxamızca_sürünür._Hara_baş_götürüb_getsən_də_xeyri_yoxdu._Tütəkçalan.'>Süpürgəçi. 
Xatirələr 
ilan 
kimi 
arxamızca  sürünür.  Hara  baş  götürüb 
getsən də xeyri yoxdu. 
Tütəkçalan. Artıq mən ac deyiləm. 
Oğlan. Elə biz də doyduq.  
Tütəkçalan. Ürəyinizdən keçən hər şeyi 
deyə bildimmi? 
Süpürgəçi.  Axı  bizim  burda  nə  itimiz 
azıb? 
Oğlan. Dedin, hətta lazım olandan artıq 
dedin,  amma  səni  eşidən  oldumu,  billə 
bilmədim.  Onlar  elə  sakit  oturublar  ki? 
(Tamaşaçılara  trərəf  işarə  edir)  Ey,  bir 
şey başa düşdünüzmü? 
Süpürgəçi. 
(ətrafa 
baxır
Heyif, 
süpürgəmi  özümlə  gətirmədim.  Gör 
burda nə qədər zibil var. 
Tütəkçalan.  Həmişə  bu  sözləri  demək 
istəmişəm. Təsəvvür edirsənmi, həmişə.  
Oğlan.  Sən  çox  düz  elədin.  Amma  heç 
kimi  qınamaq  lazım  deyil.  İnsanların 
çoxu ancaq öz eşitmək istədikləri sözləri 
eşidirlər.  
Süpürgəçi.  Belə  götürəndə  süpürgəmi 
özümlə 
götürdüm 
nə 
olacaq? 
Götürmədim  nə  olacaq?  Nə  bilim? 
Yəqin,  peşəkar  vərdişdi  zibil  görəndə 
qaşınıram.  Görəsən,  bu  küçədəki 
həmkarlarım harda veyillənirlər? 
Tütəkçalan.  Axı  bu  sözləri  əvvəl-axır 
kimsə deməlydi. 
Oğlan. Əvvəl-axır… 
Süpürgəçi.  Axı  hanı  bu  küçənin 
süpürgəçiləri? 
 
(Kloun-dramaturq 
tələsərək 
səhnəyə 
daxil olur)  
 
Kloun. Ey, ürəyinizi boşaltdınız? İşinizi 
gördünüz? İndi təccili səhnəni tərk edin!  
Oğlan. Biz gözləyirik. 
Kloun. (təəccüblə) Nəyi? 
Tütəkçalan. (təəccüblə) Dumanı! 
Kloun.  (qəh-qəhə  çəkir)  Lap  ağlınızı 
itirmisiniz.  Burada  qatar  gözləyən 
görmüşdüm, 
cəhənnəmə, 
tranvay 
gözləyən 
də 
görmüşdüm, 
ancaq 
duman… 
(gülür
Bura 
səhnədir, 
əzizlərim,  səhnə!  Burada  yübileyinin 
keçirilməsini  gözləyən  var,  burada 
Hamletin  monoloqunu  demək  üçün 
altmış  il  gözləyən  var.  Bura  səhnədi, 
burada alqış gözləyirlər, fəxri ad, orden, 
medal,  təqaüd,  mənzil...  Duman  hardan 
çıxdı?  
Süpürgəçi. 
Deyirəm 
də, 
heyif 
süpürgəmi özümlə gətirmədim! 
Kloun. Və nahayət! Burada mənim kimi 
debütünü  gözləyən  zavallılar  da  olur! 
Hərdən!  Tərk  edin  səhnənin,  tərk  edin, 
lütfən! 
Oğlan.  Əşi  dayan  də!  Sənin  depütün 
başına dəysin. Bura səhnədi ki? 
Tütəkçalan. A, səhnə belə olur! 
Süpürgəçi. Boy, biz səhnədəydik?! 
Kloun.  Yalvarıram  (diz  çökür).  Bax 
qaşınızda acizanə diz çökürəm, tərk edin 
səhnənin!  Öüznə  hörmət  qoyan  adam 
səhnəni  vaxtında  tərk  etməlidir,  başa 
düşün.  Kötük  kimi  ilişib  qalmaq  nəyə 
lazım?  Nə  yaxşı  bu  dünyada  kötüklər 
göyərmir.  Bax,  siz  burda  kötük  kimi 
qalsanız,  mən  debut  edə  bilməyəcəm. 
Mənim  istedadım  doğulmadan,  elə 
beşiyindəcə gəbərəcək. (ağlayır
Süpürgəçi.  Yaxşı,  bəs  biz  hardan  bilək 
ki,  sən  özün  göyərib,  göyərib  axırda 
kötüyə  çevrilməyəcəksən.  Bəlkə,  sən 
özün  gələcəyin  potensial  kötüyüsən. 
Hardan bilək? 
Kloun. Zalım oğlu, məni heç cücərməyə 
qoyurlar  ki,  kötüyə  də  çevrilim.  Söz 
verirəm, yox and içirəm. And içirəm bizi 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə