80
№ 4 (20) Qış- 2016
Tütəkçalan. Axı bu dünyanın xeyirxah
adamları hamısı eyni vaxta yoxa çıxa
bilməz. Onları tapmaq lazımdı. Tapa
bilsək mütləq, mütləq bizə kömək
edəcəklər. Hardasınız ey bu dünyanın
xeyirxah insanları?! Siz bu cavan
oğlanan ölmüşünə, yardım əlinizi uzada
bilərsinizmi?
Süpürgəçi. Pafos! Pafos! Sən özünü
kimə göstərirsən? Heç olmasa əlində
tutduğun tütəyindən utan! Axı biz seçki
marafonunda deyilik, bu yağlı vədləri
kimin üçün verirsən? Ayıbdı e, yekə
kişisən! Dünyanın xeyirxah insanları da
sən ağıldadısa, vay bu dünyanın halına!
Tütəkçalan. Axı duman gələnə kimi…
Süpürgəçi. Dedim axı, pul tapmasaq
duman gələsi deyil!
Oğlan. Evrika!
Süpürgəçi. Ə, bəsdi də!
Oğlan. Əvvəlcə xeyirxah insanlar
tapmaq lazımdı.
Tütəkçalan. Sabahın xeyir!
Süpürgəsi. Bu başqa məsələ. Sən çörək,
lənət şeytana pul tapacaqsan. Bəs
hardan?
Tütəkçalan. Bax küçənin axırında yekə,
yaşıl bina var, lap feodal qəsrinə
oxşayır. Bax o qəsirdən çıxanlar nəcib
adamlara oxşayırlar. Bəlkə ora sarı
gedək?
Süpürgəçi. Əcəb nəcibdilər! Bilirsən
ora haradı? Orada xeyirxah adam nə
gəzir? Hünərin var o qapının kəndarına
yaxınlaş, başına bir oyun açsınlar ki!
Tütəyini də alıb, nəysə…
Tütəkçalan. Onda sarı binaya tərəf
gedək? Mən əvvəllər o sarı binanın
qabağında həzin mahnılar çalardım. O
qədər alqışlayardılar ki…
Süpürgəçi. O binada ancaq alqışlamağı
bilirlər, bizə isə pul lazımdı.
Oğlan. Bilirsiniz!
Tütəkçalan. Sən bunun xalasının canı
bircə “evrika” demə!
Oğlan. Bu küçənin aşağısında köhnə bir
tikili vardı, təzə təmirdən çıxıb, özü də
mavi rəngdə bəzəyiblər.
Süpürgəçi. Qəti, qəti! Mavi binanın
qapıları gecə yarsında açılır, mənim
balam. Deyəsən yadından çıxarmısan,
bizə pul duman gələnə kimi lazımdı. O
vaxta
duman gələcək də, gedəcək də.
Oğlan. Onda ağ bina…
Süpürgəçi. Onun heç adını tutma!
Tütəkçalan. Onda hara gedək? Bəs bu
dünyanın xeyirxah adamları harda ola
bilər?
Süpürgəçi. Əh, tapdım! Bayaq sən nə
demişdin?
Oğlan. Ağ bina?
Süpürgəçi. Yox!
Oğlan. Mavi bina?
Süpürgəçi. Yox!
Oğlan. Gözlər, linza?
Süpürgəçi. Yox!
Oğlan. Dodaqlar, slilkon!
Süpürgəçi. Yox!
Oğlan. Evrika?
Süpürgəçi. Hə, ondan!
Tütəkçalan. İkinizin də sabahınız xeyir.
O sözü sizdən qabaq deyiblər axı.
Süpürgəçi. Bu küçənin o küçəyə dönən
yerində qədim bir bina var.
Tütəkçalan.
Başqasının
sözlərini
təkrarlamaqdan xoşiniz gəlir.
Süpürgəçi. Lap əvvəllər onun divarına
iri hərflərlə yazmışdılar “Humanizmin
gözləri həmişə yaşlı olur!”. Sonra o
sözləri pozdular. Bilirsiniz, əvəzinə nə
yazdılar? “Dünyanı gözəllik xilas
edəcək!”. Sonra onu da pozdular. İndi
bilirsiniz nə yazıblar? “Maqdonalds”!
Tütəkçalan. Mən acam!
Oğlan. Mənsə ac deyiləm! Dolamısan
bizi? Sən bunun xalasına nə deyirdin?
Tütəkçalan. Düüd, düüd…
Oğlan. Mən də düüd, düüd…
Süpürgəçi. Düüd, düüd… Amma
“Maqdonalds”a bitişik uçuq binaya hər