Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə37/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   33   34   35   36   37   38   39   40   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
79 
Nəhayət  ki,  sədaqətli  sərçələrimizin 
yanına dönmək vaxtı gəlib çatır.  
Oğlan. Evrika! 
Tütəkçalan.  Dəli  olmusan?  Bu  sözü 
səndən qabaq deyiblər axı. 
Oğlan.  Sənə  deyirəm  evrika!  Gəlin 
şəhər  adamlarından  istəyək.  Bax  sən 
(Tütəkçalan) həzin bir mahnı çal, biz də 
gülərüzlə 
mərhəmətli 
insanlara 
yaxınlaşaq.  Bağışlayın,  sizdə  yüz  dollar 
olmaz  ki?  Sən  o,  yanındakı  gözəl  qızın 
canı  yüz  dollar  verməzsən  ki?  Niyə 
vermirsən ki, çoxdu? Harası çoxdu? Axı 
bu,  heç  sənin  qoluna  girdiyin  qızın 
dodaqlarını  şiritmək  üçün  plastik 
əməliyyata verdiyi pulun yanında qəpik-
quruşdu.  Ah,  xanım,  siz,  siz  mənə  tanış 
gəlirsiniz. 
Hardan 
tanıyarım? 
Gözlərinizdən!  Bəli,  bəli  nə  mərhəmətli 
gözləriniz var, mən hələ belə rəngdə göz 
görməmişəm.  Sanki  dənizin  mavisidi, 
yox,  yox  səmanın  mavisi.  Bağışlayın, 
xeyirxah  məqsəd  üçün  mənə  yüz  dollar 
verməzsiniz  ki?  Nə?  Gözlərinizdəki 
linzadı?  Dodağınız  belə,  gözünüz  elə, 
bəs  sizin  bədəninizdə  özünüzə  aid  olan 
nəsə  var?  Oy!  Bağışlayın,  həddimi 
aşdım.  Nəsə  var!  Yox  lazım  deyil 
xanım,  mən  elə-belə  sözgəlişi  dedim. 
Zarafat  elədim  də!  Xanım  lazım  deyil! 
Lazım  deyil!  (Yasəmən ağacının  başına 
hərlənir). 
Süpürgəçi. Yüz faiz dəli olub. 
Tütəkçalan.  Yox  ona  yüz  dollar 
lazımdı. 
Süpürgəçi. Yox yüz faiz dəlidi. 
Tütəkçalan. Hardasa dəlini xatırladır. 
Süpürgəçi. Yox yüz faiz dəlidi. 
Tütəkçalan.  Axı  ona  yüz  faiz  yox,  yüz 
dollar lazımdı. 
Süpürgəçi.  A,  xatırladım.  Əhsən  sənin 
nə yaxşı yaddaşın var! 
  Oğlan. (tövşüyərək dayanır) Lap əldən 
düşdüm.  Bağışlayın  xanım,  bağışlayın. 
Amma  əla  qaçmağınız  var.  Nə  vaxt 
qaçmaq istəsəniz qulluğunuzda hazıram. 
(qısa  pauza)  Axı  hansı  başdan  xarab 
xeyirxahlıq eləyər. Özü də indiki vaxtda. 
Süpürgəçi.  Axı  niyə  fikirləşirsən  ki, 
xeyirxahlıq  eləmək  üçün  mütləq  başdan 
xarab olmaq lazımdı? 
Oğlan. Mən şəxsən heç kimə yüz dollar 
vermərəm. 
Süpürgəçi. Lap milyonun olsa da? 
Oğlan. Lap milyonum olsa da. 
Süpürgəçi.  Ona  görə  də  sənin  heç  vaxt 
milyonun olmayacaq. 
Oğlan. Amma mən bunu istəyirəm. Özü 
də  çox,  lap  çox.  Bütün  həyatım,  bütün 
gələcəyim,  bütün  planlarım  bundan 
asılıdı.  Mən  bunu  çox  istəyirəm 
(ağlamsınır).  
Süpürgəçi.  Səni  çox  ucuz  gələcək 
gözləyir. 
Tütəkçalan.  Tələsmək  lazımdı.  Duman 
gələnə  kimi.  Tarixi  duman  yaxınlaşır. 
Mənə 
bir 
az 
soyuqdu. 
Deyəsən 
titrədirəm, lap qalada olduğu kimi. 
Süpürgəçi. Əzizim, bu gün hava kifayət 
qədər  istidi.  Həm  də  nəsə  ürəyimə 
damıb,  bu  cavan    oğlana  istədiyini 
verməyənə kimi duman gələsi deyil. 
Tütəkçalan.  Sus!  Sus!  Sən  nə  cəsarətlə 
belə  danışırsan!  Əgər  duman  gələcəksə, 
mən  yerin  deyişində  olsa,  həmin  o  əl 
çirki olan pulu tapıb soxaram bu cavanın 
gözünə. 
Süpürgəçi. Afərin! Sənin fikirlərin məni 
riqqətə  gətirir.  Sən  də  danışa-danışa 
fikirləşirsən? 
Oğlan.  Gözlərim  sənə  qurbandı,  mən 
hazır! 
Süpürgəçi.  Dedin  hardan  tapacaqsan? 
Yerin  deşiyindən?  Bax  bu  yer,  bu  da 
sən, dayan indi sənə bel gətirim nə qədər 
istəyirsən  qaz.  İnanırsan  ki,  tapacaqsan? 
Yox!  Çünki  yerin  deşiyində  gizlənən 
pulları 
çoxdan 
tapıblar, 
çoxdan 
xərcləyiblər,  yeyiblər,  üstündən  də  su 
içiblər. Sən yalnız onun haqqında danışa 
bilərsən. 
Özü 
də 
başqalarının 
xatirələrini.  


80
№ 4 (20) Qış- 2016
 
Tütəkçalan.  Axı  bu  dünyanın  xeyirxah 
adamları  hamısı  eyni  vaxta  yoxa  çıxa 
bilməz.  Onları  tapmaq  lazımdı.  Tapa 
bilsək  mütləq,  mütləq  bizə  kömək 
edəcəklər.  Hardasınız  ey  bu  dünyanın 
xeyirxah  insanları?!  Siz  bu  cavan 
oğlanan ölmüşünə, yardım  əlinizi uzada 
bilərsinizmi? 
Süpürgəçi.  Pafos!  Pafos!  Sən  özünü 
kimə  göstərirsən?  Heç  olmasa  əlində 
tutduğun tütəyindən utan! Axı biz seçki 
marafonunda  deyilik,  bu  yağlı  vədləri 
kimin  üçün  verirsən?  Ayıbdı  e,  yekə 
kişisən!  Dünyanın  xeyirxah  insanları da 
sən ağıldadısa, vay bu dünyanın halına! 
Tütəkçalan. Axı duman gələnə kimi… 
Süpürgəçi.  Dedim  axı,  pul  tapmasaq 
duman gələsi deyil! 
Oğlan. Evrika! 
Süpürgəçi. Ə, bəsdi də! 
Oğlan.  Əvvəlcə  xeyirxah  insanlar 
tapmaq lazımdı. 
Tütəkçalan. Sabahın xeyir!  
Süpürgəsi. Bu başqa məsələ. Sən çörək, 
lənət  şeytana  pul  tapacaqsan.  Bəs 
hardan?  
Tütəkçalan. Bax küçənin axırında yekə, 
yaşıl  bina  var,  lap  feodal  qəsrinə 
oxşayır.  Bax  o  qəsirdən  çıxanlar  nəcib 
adamlara  oxşayırlar.  Bəlkə  ora  sarı 
gedək? 
Süpürgəçi.  Əcəb  nəcibdilər!  Bilirsən 
ora  haradı?  Orada  xeyirxah  adam  nə 
gəzir?  Hünərin  var  o  qapının  kəndarına 
yaxınlaş,  başına  bir  oyun  açsınlar  ki! 
Tütəyini də alıb, nəysə… 
Tütəkçalan.  Onda  sarı  binaya  tərəf 
gedək?  Mən  əvvəllər  o  sarı  binanın 
qabağında  həzin  mahnılar  çalardım.  O 
qədər alqışlayardılar ki…  
Süpürgəçi.  O  binada  ancaq  alqışlamağı 
bilirlər, bizə isə pul lazımdı. 
Oğlan. Bilirsiniz! 
Tütəkçalan.  Sən  bunun  xalasının  canı 
bircə “evrika” demə! 
Oğlan. Bu küçənin aşağısında köhnə bir 
tikili  vardı,  təzə  təmirdən  çıxıb,  özü  də 
mavi rəngdə bəzəyiblər. 
Süpürgəçi.  Qəti,  qəti!  Mavi  binanın 
qapıları  gecə  yarsında  açılır,  mənim 
balam.  Deyəsən  yadından  çıxarmısan, 
bizə  pul  duman  gələnə  kimi  lazımdı.  O 
vaxta duman gələcək də, gedəcək də. 
Oğlan. Onda ağ bina… 
Süpürgəçi. Onun heç adını tutma! 
Tütəkçalan.  Onda  hara  gedək?  Bəs  bu 
dünyanın  xeyirxah  adamları  harda  ola 
bilər? 
Süpürgəçi.  Əh,  tapdım!  Bayaq  sən  nə 
demişdin?  
Oğlan. Ağ bina? 
Süpürgəçi. Yox! 
Oğlan. Mavi bina? 
 
Süpürgəçi. Yox! 
Oğlan. Gözlər, linza? 
Süpürgəçi. Yox! 
Oğlan. Dodaqlar, slilkon! 
Süpürgəçi. Yox! 
Oğlan. Evrika? 
Süpürgəçi. Hə, ondan! 
Tütəkçalan. İkinizin də sabahınız xeyir. 
O sözü sizdən qabaq deyiblər axı. 
Süpürgəçi. Bu küçənin o küçəyə dönən 
yerində qədim bir bina var. 
Tütəkçalan. 
Başqasının 
sözlərini 
təkrarlamaqdan xoşiniz gəlir. 
Süpürgəçi.  Lap  əvvəllər  onun  divarına 
iri  hərflərlə  yazmışdılar  “Humanizmin 
gözləri  həmişə  yaşlı  olur!”.  Sonra  o 
sözləri  pozdular.  Bilirsiniz,  əvəzinə  nə 
yazdılar?  “Dünyanı  gözəllik  xilas 
edəcək!”.  Sonra  onu  da  pozdular.  İndi 
bilirsiniz nə yazıblar? “Maqdonalds”! 
Tütəkçalan. Mən acam! 
Oğlan.  Mənsə  ac  deyiləm!  Dolamısan 
bizi? Sən bunun xalasına nə deyirdin? 
Tütəkçalan. Düüd, düüd… 
Oğlan. Mən də düüd, düüd… 
Süpürgəçi.  Düüd,  düüd…  Amma 
“Maqdonalds”a  bitişik  uçuq  binaya  hər 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə