Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 393,72 Kb.

səhifə2/92
tarix25.07.2018
ölçüsü393,72 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 

 
 
 
 
 
 
 
 
 
Yazı  insan  oğlunun  özü  ilə  həsbi-
halı, 
içindəki 
ikinci 
MƏN-lə 
dərdləşməsi,  bir  növ  özünün  özünə 
verdiyi hesabatdır. Buna görə də, “sənət 
sənət  üçündür”  deyimi  hər  zaman 
keçərlidir. Lakin... 
 
Hə,  bu  lakinlərsiz  həyatın  da, 
yazının da bir dadı olmaz ki. Yazıçı hər 
şeydən  öncə  bir  fərddir,  amma  həm  də 
ictimai  mühitin  bir  parçasıdır.  O,  heç 
vaxt  tək  özündən  yaza  bilməz.  Hətta 
bəzi  yazarların    etiraf  etdiyi  kimi, 
yazdıqlarının 
onda 
doqquzu 
avtobioqrafik  xarakter  daşısa  da.  Burda 
da  bir  onda  bir  var  axı!  Demək,  yazıçı 
yaşadığı cəmiyyətin bir hissəsidir, özünü 
bu  cəmiyyətdən  təcrid  edə  bilməz.  
Məsələn,  Selincer  kimi.  Zira  onda 
yazıçılıq 
bitər. 
Zatən 
Selincer 
özünütədricdən  sonra  bir  yazıçı  kimi 
bitmədimi?  (Əvvəl  yazdıqları  hesabına 
yaşaya bildi.) 
 
Bu  uzun  girişi  niyə  verdim?  İş 
ondadır  ki,  hərdən  qınaqlar  eşidirəm: 
yazıçı 
siyasətə 
bulaşmamalıdır. 
(“Bulaşmamalıdır”! Guya siyasət şirədir, 
yazıçı da milçək. Sənəti və sənətkarı bu 
qədər 
də 
aşağılamazlar???)  Yazıçı 
müstəqil  olmalıdır.  (Müstəqillik  gözəl 
anlayışdır,  əcəba bunu deyənlərin özləri 
nə qədər müstəqildilər görəsən?!) Yazıçı 
yazısında 
oxucunun 
səviyyəsinə 
enmməməlidir...  Sonuncu  iki  fikirlə 
hardasa razıyam. Amma yenə hardasa... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Böyük  ərəb şairi Adonisin şeirlərini 
bu  sayımızçün  çevirəndə  maraqlı  bir 
fikrinə  rast  gəldim:  “Mənim  üçün 
önəmli  olan  yasaq  və  gizli  olandır. 
Gələcəyin  şeiri  rədd  edənlərin  ölkəsidir 
dediyim  zaman  insanı  və  onun  gerçək 
yaşamını  daha  yaxşı  anlamaq  üçün 
mövcud  qurumları  rədd  etməyin  gərəkli 
olduğunu qeyd edirəm.” 
Mənim  bu  adda  bir  müsahibəm  var: 
”Yazıçı 
siyasətin 
ayağına 
getməməlidir.” Tamam. Yazıçı siyasətin 
və  siyasətçinin  ayağına  getməməlidir, 
fəqət 
siyasəti 
ayağına 
gətirməyi 
bacarmalıdır. 
Siyasət 
yazıçının 
əsərlərindən 
bəhrələnməli, 
onun 
əsərlərində    qurduğu    dövlətin,  yaxud  
hər  hansı  bir  təşkilatın  fəaliyyətindən 
yararlanmaq üçün... 
“Əllidən 
bir 
kəm”i 
yazdığım 
vaxtlarda  bir  çox  kitablar,  mənbələr, 
hətta  arxiv  sənədlərinə  göz  yetirdim. 
Təbii,  ən  çox  marağımı  çəkən  Cavid 
oldu. Bu müqtədir sənətkar yeni yaranan 
Sovet  cəmiyyətinin  bütün  məqsəd  və 
məramlarını 
bilə-bilə  sanki  tarana 
gedərək 
öz 
yaradıcılıq 
qayəsini 
qorxmadan elan etmişdi: 
Mən fəqət hüsni-xuda şairiyəm, 
Yerə enməm də səma şairiyəm. 
Yazarın  özünün  bir  məsləki,  qayəsi 
olmalıdır  –  bunsuz  onun  yaradıcılığı 
sönük  ocağı  xatırladar.  Belə  ocağın  isə 
istisindən çox, tüstüsü olduğu bəlli... 
 
 
 
BAŞ  REDAKTORDAN
 


6
№ 4 (20) Qış- 2016
 
ƏDƏBİYYAT         
XƏBƏRLƏRİ 
 
2016-cı il ədəbiyyat üzrə 
Nobel mükafatına Bob 
Dilan layiq görülüb 
 
 
 
      Bob  Dilan  ABŞ  musiqiçisi,  şairi  və 
ssenaristidir.  O,  mükafatı  Amerika 
musiqi  ənənəsi  çərçivəsində  yeni  poetik 
ifadə tərzi yaratdığına görə alıb. 
      Əsl  adı  Robert  Allen  Simmerman 
olan  rok  musiqiçisi  Bob  Dilan  1941-ci 
ildə  anadan  olub.  1960-cı  illərdən 
karyeraya  başlayan  musiqiçinin  şeirləri 
sosial-siyasi  məzmunu  ilə  seçilib.  O, 
"Qremmi",  "Qızıl  Qlobus",  "Oskar" 
mükafatlarına  layiq  görülüb.  1994-cü 
ildən  başlayaraq  rəssamlıq  və  qrafika 
üzrə  altı  kitab  nəşr  etdirib.  Bob  Dilanın 
albomlarının  ümumi  satış  tirajı  100 
milyon  nüsxədən  çoxdur.  2012-ci  ildə 
ABŞ  prezidenti  Barak  Obama  ona 
"Azadlıq"  medalını  təqdim  edib.  Bob 
Dilan 
2008-ci 
ildə 
ədəbiyyat, 
jurnalistika,  musiqi  və  teatr  sahəsində 
xidmətlərinə  görə  verilən  "Pulitzer" 
mükafatına layiq görülüb. 
       Qəribədir ki, uzun müddət bu xəbəri 
susqunluqla  qarşılayan  Bob  Dilan, 
əvvəlcədən 
planlaşdırdığı 
işlərinin 
olduğunu  bildirərək,  mükafat  törənində 
iştirak edə bilməyəcəyini dilə gətirib. 
 
 
Şekspirin məzarı açılıb 
 
 
 
Uilyam  Şekspirin  1616-cı  ildən  bəri 
toxunulmayan  məzarı  elmi  araşdırma 
məqsədilə açılıb. 
Məlumata  gör,  ingilis  sənədli  film 
kanalı  Şanel-4  yazıçı  Uilyam  Şekspirin 
məzarını  açaraq  araşdırma  aparır.  Onun 
məzar 
daşına  yazılan  və  illərlə 
tədqiqatçıların  uzaq  durmasına  səbəb 
olan  lənətə  rəğmən,  Şanel-4  kanalı  belə 
bir riskə gedib. 
 Araşdırmanın  məqsədi  Şekspirin 
həyatında 
naməlum 
sirləri 
aşkarlamaqdır. 
Ancaq  məzar  daşındakı  lənət  ingilis 
xalqını  qorxutmağa  davam  edir.  Qəbrin  
üzərində  böyük  şairin  öz  şeirindən  bir 
bənd həkk olunub: 
 
“Ey əziz dost, tanrı eşqinə, 
bu daşın altında yatana dəymə, 
oyatma yuxudan sümüklərimi, 
lənətə gəlsin ona dəyəni”. 
 
 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə