Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 393,72 Kb.

səhifə6/92
tarix25.07.2018
ölçüsü393,72 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   92

14
№ 4 (20) Qış- 2016
 
Onların  əlindən  çıxanları  biz,  arxın 
qırağına  toplanmış  colma-cocuq  suda 
tutur, götürürdük. 
Mirzəcanlı  bağlarında  da  qoz, 
üzüm  dərilməyə  başlayırdı.  Amma 
oralarda  kolxoz  adamları  bizi  yaxına 
buraxmırdılar. 
Bir  iri  badam  ağacı  da  məhlədə, 
qalalı  məşədi  Abışla  qardaşı  Məşədi 
İsmayılın  həyətlərinin  qovşuğunda  idi. 
Bu ağac iki həyətin arasında olduğundan 
badam  çırpılmağa  başlayanda  iki  qardaş 
ailəsi arasında dava düşürdü. Ağacın barı 
kimindi?  Ağac  kimin  mülkiyyətiydi? 
Badam  cevizdən  matah  sayılırdı.  Badam 
yalnız  Qalalı  həyətlərində  idi.  Badamın 
meyvəsindən  artıq,  yaz  vədəsi  onun 
çiçəkli  görünüşü  göz  oxşayır,  qoxusu 
aləmə yayılırdı. 
Bizim,  atamla  Vaqifgilin  birgə 
yurd  salıb,  köçdükləri  yerdən  bir  az 
yuxarı,  şəhərciyin  başında  otuzuncu 
illərin  sonuna  doğru  böyük  bir  tikintinin 
özülü  qoyulmuşdu.  Bu,  məktəb  olasıydı. 
Biz  uşaqlar  hələ  başa  gəlməyinə  çox 
qalmış  həmin  tikintinin  həyətində 
əyləncə  tapmışdıq.  Oranın  qaravulçusu 
Arsen adlı erməni idi, qıçının biri ağacdı. 
Biz  tikinti  meydanına  tökülmüş  uzun 
taxtalardan 
hündürünquş 
düzəldib 
yellənirdik.  Mənim  uşaqlıq  yoldaşım 
Mina  xalanın  –  dərzi  Zeynalın  oğlu 
Kamal  bir  də  Kərimdi.  Kərim  məşədi 
Abışın  –  mənim  Əsmət  nənəmin  qardaşı 
oğluydu.  Kərim  dünyanın  bici  idi. 
Əlindən hər iş gəlirdi. Məşədi Abış Sovet 
hökuməti  qurulandan  sonra  ticarəti, 
sövdəyarlığı buraxıb, keçmişdi xarratlığa. 
Nehrə,  soba  düzəldir,  dülgərlik  edirdi. 
Onlar  Çuxur  məhlədə,  evin  artırmasında 
emalatxana  düzəltmişdilər,  uzun  bir 
dəzgah  masası  da  vardı.  Orada,  biz  uşaq 
oyuncaqları,  əyriplan  düzəldir,  diyircək 
qayırırdıq. 
Məşədi  Abışın  arvadı,  Kərimin 
anası  Gülüstan  xala  qonşulara,  tanış-
bilişlərə  təndirə  çörək  salır,  bununla 
qazanırdı.  Kərim  məndən  iki-üç  yaş 
böyükdü,  amma  mənimlə  oynayır, 
işlərimizi  birlikdə  görürdük.  Bu  işlərdən 
biri 
də 
təzə 
məktəbin 
özülünün 
qoyulduğu 
yerdə 
hündürünquş 
oynamaqdı. 
Arsen 
bizim 
oraya 
getməyimizə  yol  vermirdi.  Özündən 
qorxmurduq bir qıçı ağacdı, qaça bilmirdi 
çatıb bizi yaxalasın. Amma bir yaman iti 
vardı, 
gəldimi, 
qısqırdımı 
çatıb 
şalvarımızı çıracaqdı. 
 Qonşu 
Karyagin  rayonunda 
pedməktəb 
yanında 
məktəbəqədər 
müəssisələr 
üçün, 
uşaq 
baxçasına 
tərbiyəçi 
hazırlayan 
ikiillik 
kurs 
açılmışdı.  Cəbrayıldan  bir  neçə  qadın 
buraya,  qonşu  rayondakı  bu  məktəbə 
yazılmışdılar. 
Getdilər, 
oxumağa 
başladılar:  Cəbrayıldan  Xanım,  Gülara, 
mənim  anam  Tavad,  bir  də  tarçalan 
Xasay  arvadı.Tavad  anasıgildə  qalırdı, 
Əsmət  nənəmgildə.  Cavan  gəlinlər 
yığışırdılar  babamın  evinə,  ağacların 
altında  dərsə  hazırlaşırdılar.  Onlara 
deyəsən  yeddinci  sinif  səviyyəsində  dərs 
keçirdilər.  Əzəlcə,  bilməyənlərə  əlifbanı 
öyrətdilər,  sonra  keçdilər;  ana  dili, 
botanika,  coğrafiya.  Əməllicə  bilik 
verirdilər, bunlar da həvəslə öyrənirdilər. 
Onda  xalam  Şura  yeddinci  sinifdə 
oxuyurdu, 

da 
bunlara 
dərsləri 
öyrənməkdə kömək edir,  hesab, məsələ-
misal,  fizikadan  başa  salırdı.  Onda  məni 
də  anam  Qaryaginə-Füzuliyə  aparmışdı, 
onunla qalırdım, özüm də orada məktəbə 
gedirdim. 
Sərdarov 
məktəbində 
oxuyurdum,  ikinci  sinifdə.  Müəllimimiz 
Əhməd  müəllim  idi,  pis  oxumurdum. 
Əbil  dayım  məni  elə  hey  dilə  tuturdu: 
“yazşı  oxu,  sana  çəkmə  alacam, 
uzunboğaz çəkmə “. İnanırdım. 
Beləliklə, 
mən 
ikinci 
sinfi 
Karyagində,  Sərdarov  adına  məktəbdə 
oxudum,  üçüncü  sinfə  keçəndə  yenə 
Cəbrayıla  qayıdıb,  məktəbə  getdim.  Bu, 


Üç aylıq ədəbiyyat dərgisi 
15 
38-39-cu  tədris  ili  idi.  Cəbrayıl  məktəbi  
ŞKM-dən  təzə  tikilmiş,  ikimərtəbə, 
böyük  binaya  köçdü.  Mən  oraya  üçüncü 
sinfə  getmişəm.  Birincini  isə  ŞKM-də 
oxumuşam.  Bu  “ŞKM”  nə  deməkdi? 
“Şkola  kolxoznoy  molodyoji”,  ya  da 
“Şkola  krestyanskoy  molodyoji”  – 
bunların  biri  idi.  Yeni  məktəb  binası 
tikilərkən    onun  qaravulu  Ərsin,  əslində 
Arsen  adlı  bir  erməni  idi,  qılçının    biri 
taxta  idi.  Biz  geniş  həyətə  tökülmüş 
taxtalardan qurub, hündürunquş düzəldir, 
oynayırdıq.  
Anamgil  də  Karyagində  kursu 
bitirib  diplom  aldılar,  Cəbrayılda  uşaq 
baxçasında tərbiyəçiliyə başladılar. Onda 
uşaq  bağçası  ŞKM-də  yerləşirdi,  ondan 
qabaq  “Ağranom  yeri”    deyilən 
düzəngahın  ayağında,  Cəlilgilin  evində 
idi.  Məni  uşaqkən  ağlada-ağlada  oraya 
aparırdılar  baxçaya.  Hələ  Tavadgil  onda 
Karyagində oxumağa getməmişdilər. 
Mən 
birinci  sinfi  ŞKM-də, 
ikincini Karyagində Sərdarov məktəbində 
oxudum.  Üçüncü  sinfə  keçəndə  məktəb 
köçdü  tikilmiş  təzə  binaya.  Bu  yerli 
daşdan,  ikimərtəbə,  şəhərcikdə  ən  böyük 
bina  idi.  İkinci  mərtəbənin  böyük  də 
balkonu  vardı.  Müəllimlər  otağından 
həmin  balkona  qapı  açılırdı.  Bayram 
yığıncaqları,  nümayişlər  vaxtı  çox  halda 
müəllimlər  balkona  çıxır,  düzülür, 
nümayişi, toplantını aparırdılar. 
Bizdə,  evdə  iranlılar  olurdu, 
kiçik  oğlu  Həmid  mənimlə  oxuyurdu. 
Yeni  məktəbə  köçdüyümüz  il  onları 
Məcid,  Nuhbala,  Məşdi,  Həmid  dörd 
qardaş,  ata-anaları  ilə  birgə  İrana 
sürdülər, 
köçürdülər. 
İran 
əsilli 
olduqlarına görə. 
Məktəbə 
köçdüyümüz 
ilk 
günlərin  birində  dərsə  yollanarkən  yolda 
Həmidlə  qarşılaşdım.  Çox  qəmliydi. 
Onlar  bizim  kəllayı  otaqda  kirayənişin 
idilər.  Məktəb  yolunda  qarşılaşdığım 
Həmidin  qoltuğunda  kağız-kuğuz  vardı. 
Demə,  onları  sürürmüşlər,  məktəbə 
gəlibmiş 
sənədlərini 
alsın. 
Qalalı 
evlərinin  əksərində,  elə  Mirzəcanlıda  da 
İranlı 
dediyimiz 
ailələr 
yaşayırdı. 
Həmidgil  kökdən  İranlı  idilər.  37-38-ci 
illərdə  iranlıları  köçürməyə  başladılar. 
Bir  qismini  Orta  Asiyaya,  qalanını 
birbaşa İrana sürgün edirdilər. Mehriban, 
dinc insanlardı. 
İlk 
müəllimim 
Fərman 
müəllimdi,  sonra  yeni  məktəbdə  bizim 
sinif  rəhbərimiz  Bilal  müəllimdi.  Bilal 
müəllim idmançı görünüşündə, enlikürək
cüssəli  oğlandı.  Yaxşı  tar  çalırdı, 
şəhərcikdə  tar  dərnəyi  düzəltmişdi, 
mədəni  işlərə  də  başçılıq  edirdi.  Dilçi  – 
alim    Kamil  Vəliyevin  əmisi  idi.  41-də 
müharibə  başlayalı,  ilk  il  getdi,  döyüşdə 
vuruldu, «qara kağız»i gəldi. 
Təzə 
məktəbə 
köçdüyümüz 
üçüncü ili başladı müharibə. Oradaca, az-
çox  boyu  çıxmış  uşaqları,  onuncuları, 
müəllimləri dərsdəncə çağırıb aparırdılar. 
Ona  qədərsə,  iki  ildən  də  artıq  yeni 
məktəbdə 
dinclik, 
asudəlik 
içində 
yaşadıq,  oxuduq.  Məktəb  şəhərciyin 
yuxarısında, şimalda olduğundan başdan, 
Ziyaratdan  əsən  soyuq  külək,  qar-şaxta 
axıb  gəlirdi.  Məktəbə  səhər,  birinci 
növbədə  gedən  uşaqlar  şaxtaya,  borana 
düşür,  siniflərə  gəlib  çıxanadək  ağızları, 
əlləri  donurdu.  Eləsi  olurdu  yaxın 
kəndlərdən,  Çərəkəndən,  Papıdan,  hətta 
Horovludan,  bir  də  məktəbdən  ikicə 
kilometr 
yuxarı 
– 
Şahvələdlidən 
gəlirdilər. 
Dava 
başlayalı 
müəllimlər 
seyrəldi,  ikibir-üçbir  hamısını  apardılar. 
Nə 
üçünsə 
hələ 
qalmış 
kənd 
müəllimlərini  şəhər  məktəbinə  gətirdilər. 
Onların  “səviyyəsi”  aşağı  idi,  bizim  öz 
müəllimlərimizdən  az  idi  bilikləri,  dərs 
keçməkləri də. Onları da apardılar. Qalan 
bir  Səfqulu  oldu,  bir  də  Qabil  müəllim. 
Hət ikisi ədəbiyyat müəllimiydi, gah biri, 
gah  o  biri  direktor  olurdu.  Biri-biriylə 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə