Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə39/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   35   36   37   38   39   40   41   42   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
83 
Kloun. Siz estetik planda nə geri qalmış 
adamlarsınız.  Əlləri  qaldırmaq  bu, 
sadəcə  məntiqi  jestdi.  Bunu  hamı 
bacarır.  Mən  ayaqlarımı  qaldırdım  ki, 
kənardan kreativ görünsün. 
Tütəkçalan. Sən dumansan? 
Kloun. Yox, mən ac deyiləm. 
Tütəkçalan. A, mənim sözlərimi hardan 
bilirsən? 
Süpürgəçi. Sən kimsən axı? 
Kloun. (təntənəylə) Dramaturq. 
Süpürgəçi. Bah! 
Tütəkçalan. Ölmək istəyəndə ayaqlarını 
göyə 
qaldıran 
adama 
dramaturq 
deyirlər? 
Kloun. Sabahın xeyir! 
Tütəkçalan. A, tanıyır e məni! 
Kloun.  Bura  niyə  gəlmisiniz?  Nə 
lazımdı sizə? Cəld cavab verin! 
Oğlan.  Bu  dedi  ki,  (süpürgəçini 
göstərir) bura xeyirxah adamlar yığışır. 
Kloun.  (sevinir)  Nə  gözəl.  Çox  gözəl. 
Mən  sizə  təşəkkür  edirəm,  yəni  hələ  də 
belə  düşünən  insanlar  var?!  Şükür  sənə 
ilahi! Hələ hər şey qurtarmayıb. İlahi? 
Süpürgəçi. Bizə xeyirxahlar lazımdı. Nə 
vaxt gələcəklər?  
Kloun.  Onlar  artıq  burdaılar  və  öz 
yerlərində oturub sizə baxırlar. 
Oğlan. Bizə baxırlar? 
Tütəkçalan. Duman gəldi? 
Oğlan. Axı biz hardayıq? 
Kloun.  Səhnədə!  Siz  düz  ortada 
dayanmısınız.  Amma  rica  edirəm, 
sözünüzü  deyən  kimi  tez  də  səhnənin 
tərk edəsiniz. Bir azdan mənim debütüm 
olacaq.  Çox  həyəcanlıyam.  Təsəvvür 
etmədiyiniz dərəcədə. Cəld olun! 
Süpürgəçi. İndi bütün xeyirxah insanlar 
bizə baxır? Nə istəsək soruşa bilərik? 
Kloun.  Əlbəttə!  Elə  sizə  görə  yığışıblar 
bura!  Cəld  olun!  (səhnəni  qaçaraq  tərk 
edir
Tütəkçalan.  (Klounun  arxasınca)  Ey, 
sən də dumanı gözləyirsən? 
 
Qısa pauza. 
 
(hər  üçü  yan-yörələrinə  şübhəli-şübhəli 
baxaraq  qabağa  gəlirlər  və  utanaraq, 
pıçıltıyla danışmağa başlayırlar
 
Süpürgəçi.  Bu  qədər  xeyirxah  adam 
bura niyə yığılıb ki? 
Oğlan. Xeyirxah adamlar belə olur? 
Süpürgəçi.  Nə  bilim?  Mən  heç  vaxt 
rastlaşmamışam. 
 
Tütəkçalan.  A...a  a  a...  Bunun    bığı  da 
var ki? 
Oğlan. Heç vaxt rastlaşmamısansa, onda 
niyə bizi bura gətirmisən? 
Süpürgəçi.  İstədim  sizə  qamburger 
alım. 
Tütəkçalan. Mən acam. 
 
(tamaşaçılara baxaraq, şübhəylə
 
Süpürgəçi. Siz adamsınız? 
Oğlan. Adamlar belə olur? 
Tütəkçalan. Siz necə adamsınız? 
Süpürgəçi.  (pıçıltıyla)  Qəribədir  biz  də 
adamıq. 
Oğlan.  (pıçıltıyla)  Onların  suyu  şirin 
gəlir, deyəsən bizə oxşayırlar. 
Tütəkçalan. Məgər biz də adamıq? 
 
Pauza
   
Süpürgəçi. 
Bayaqdan 
baxırsınızsa, 
deməli  bilirsiniz  də  bizə  nə  lazımdı? 
Doğurdan  bayaqdan  bizə  baxırsınınz? 
Vallah, çox səbrli adamlarsınız. Bəs niyə 
susurdunuz?  Hə?!  Sizə  elə  gəlmirmi  ki, 
xeyirxahlıq  eləmək  üçün  tələsmək 
lazımdı. Əgər ürəyinizdə mərhəmət hissi 
varsa,  mən  əsla  buna  şübhə  etmirəm, 
onda niyə susursunuz? 
 
Oğlan.  (kövrəlir)  Sizi  tapana  qədər 
bilirsiniz  nə  qədər  yol  gəlmişik? 


84
№ 4 (20) Qış- 2016
 
Bilirsiniz  nələrdən  keçmişik?  Nə  yaxşı, 
nə yaxşı (kövrəlir)... 
 
Tütəkçalan.  Nə  yaxşı,  nə  yaxşı  sizin 
hamınızı  bir  yerdə  görə  bildik.  Mən  bu 
qədər  xeyirxah  adamı  eyni  vaxtda  heç 
vaxt  bir  yerdə  görməmişəm.  Onlara 
oxşayan  adamları  axırıncı  dəfə  qalada 
görmüşdüm.  Bizim  qalada!  (əlini 
səhnəyə  uzadır)  Sizin  qalada!  Məni 
bağışlayın, elə bilirdim ki, sizin kökünüz 
kəsilib.  Elə  bilirdim  sizi  də  «Qırmızı  
kitab»a salıblar. (gülür) Nə yaxşı siz sağ 
qalmağı  bacarmısınız!  Bir-birinzdən 
muğayat  olun!  Bir-birinizin  qədrini 
bilin! Bir də, bir də… 
Süpürgəçi.  Əşi,  dayan  görüm  e! 
(əsəbləşir)  Siz  bayaqdan  bizə  baxırsız, 
eləmi?!  
   Oğlan. (yenə kövrək səslə) Bilirsiniz? 
Süpürgəçi. Bilirlər, bilirlər! 
Oğlan.  Mənim  sizdən  bir  ricam  olacaq. 
(səsi  titrəyir)  Mən,  mən…  yox  deyə 
bilməyəcəm. 
Süpürgəçi. Əşi özləri bilirlər də! 
Oğlan. Mən, mən… 
Tütəkçalan. Gəlin sizə bir mahnı çalım, 
başlayın  oynamağa,  kim  yaxşı  oynasa, 
nə istədiyimizi onun qulağına deyəcəm.  
Oğlan. Sən lap ağ elədin! 
Süpürgəçi.  Əşi  mən  deyəcəm!  13-cü 
əsrdən qalan mədrəsəni axır ki sökdülər, 
əvəzində  heç  nə  tikə  bilmədilər. 
Mədrəsənin  yerində  dərin,  qaranlıq  bir 
boşluq qaldı. Elə boşluq ki, onun yerini 
doldurmaq  mümkün  olmayacaq.  Elə 
boşluq ki… 
Oğlan. Onu demisən.  
Tütəkçalan. Tapdım! 
Süpürgəçi.  Yenə  evrika,  Arximedin 
goru çatladı ki!  
Tütəkçalan.  Axı  biz  bura  niyə 
gəlmişik?  Gəlin  xatırlayaq!  Kimin 
yadına düşsə o da desin!  
 
(Qısa pauza. Üçü də başını tutub nəyisə 
xatırlamağa çalışır. Qəflətən Tütəkçalan 
tütəyini  Süpürgəçiyə  verib  onların 
arasından sıyrılaraq səhnənin ortasında 
dayanır
 
Tütəkçalan.  (monoton  səslə)  Kimdən 
soruşsanız  deyəcək  ki,  mən  qaladan 
axırıncı  çıxmışam.  Hamısı  yalan  deyir. 
İnanmayın  heç  kimə.  Bu,  kəskinləşmiş 
və  xroniki  hal  almış  qala  xəstəliyinin 
simptomlarıdır.  Əslində  biz  hamımız 
eyni  vaxta  çıxdıq.  Biz  qalanı  qoyub 
qaçmadıq. Yox! Sadəcə, oranı tərk etdik. 
Müvəqqəti.  Və  çıxarkən  söz  verdik  ki, 
mütləq,  mütləq  və  mütləq  geri 
qayıdacağıq. Biz heç kimə qalanı təslim 
etmədik,  nəsə  xəyanətə  oxşayan  şey 
oldu.  Yox  oxşamırdı,  elə  xəynətin  özü 
idi.  Qalada  böyük  xəyanət  oldu.  Bizi 
bağışlamadılar.  Bizi  qovdular.  Mən  heç 
vaxt 
qorxulu 
filimlərə 
baxmıram. 
Yatanda  sayaqlayıram.  Nəyimə  lazım? 
Bir  dəfə  Osvensimdə  öldürülən  uşaqlar 
haqqında  inşa  yazmışdım.  Hardan 
yadıma  düşdü.  Niyə  onu  məhz  mən 
yazdım.  Bəlkə  o  mənim  alın  yazım  idi, 
xəbərim yoxmuş. Onda balaca deyildim. 
Amma  məktəbdə  oxuyurdum.  Bizim 
məktəbi  məscidlə  kilsənin  arasında 
tikmişdilər.  Elə  indi  də  ordadı.  Amma 
artıq  heç  kim  orda  oxumur.  İndi  o 
məktəb  bizim  xaritələrimizin  muzeyinə 
çevrilib.  Hər  axşam  mən  ora  gedirəm. 
Yuxuda,  yuxuda  gedirəm.  Osvensimdə 
öldürülən  uşaqlar  haqqında  inşa  yazan 
gün  onlar  mənim  yuxuma  girdilər.  O 
vaxt  mən  onlarla  yaşıd  idim.  Mən 
böyüdüm, 
onlar 
böyümədi. 
Mən 
böyümək 
istəmirdim, 
böyümək 
istəmirdim.  Elə  onlarla  yaşıd  qalmaq, 
onlarla  bir  yerdə  qaz  sobasında  yanmaq 
istəyirdim.  Mənim  onlardan  nəyinm 
əskik  idi  ki?  Axı  biz  yaşıd  idik:  bir 
boyda,  bir  ağılda,  hamımz  eyni  cür 
gülürdük,  hamımız  eyni  cür  ağlayırdıq. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə