Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə41/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   37   38   39   40   41   42   43   44   ...   92

Tütəkçalan.'>Üç aylıq ədəbiyyat dərgisi 
87 
qalaya  aparacaq  müqəddəs  dumana  ki, 
mən heç vaxt kötük olmayacam.  
 
Tütəkçalan.  Bizi?  Sən  də  dumanı 
gözləyirsən! 
(Kloun başı ilə təsdiq işarəsi verir
 
Tütəkçalan.  Yaxşı  biz  səhnəni  tərk 
edirik.  Dumanı  qarışlamaq  üçün  o 
küçənin  ayağındakı  Yasəmən  ağacının 
yanına gələrsən! 
Kloun.  Mütləq,  mütləq  gələcəm.  Sağ 
olun  dostlar,  siz  burda  tarix  yazdınız. 
Səhnənin  könüllü,  özü  də  vaxtında  tərk 
etmək  böyük  cəsarətdir!  İcazə  verin,  bu 
cəsarətiniz qarşısında baş əyim! 
Oğlan.  (nəyisə  xatırlayırmış  kimi  geri 
qayıtmaq istəyir) Axı, biz əsas məsələni 
demədik.  Yadıma  düşdü!  Axır  ki, 
xatırladım! Mənə pul, pul lazım idi pul! 
Kloun.  Ə,  gül  kimi  finalı  korlama!  Get 
Yasəmən 
ağacının  altına,  gələrəm 
özümüz  düzüb-qoşarıq.  (Tütəkçalan  və 
Süpürgəçi  oğlanın  qoluna  girib  zolrla 
səhnədən  çıxardırlar)  Eh,  dostlar,  sağ 
olun. Siz tarix yazdınız! 
 
 
 
 
 
İKİNCİ HİSSƏ 
 
Üçüncü şəkil  
 
 
(Hər  üçü  Yasəmən  ağacının  altında 
oturub  gözləyirlər.  Musiqiçi  ritmik  bir 
mahnı  çalır,  süpürgəçi  ona  heyranlıqla 
baxa-baxa  qalıb,  arada  əl-qolunu  atıb 
özünü  oynayan  kimi  göstərir,  oğlan 
narahat halda ağacın ətrafında gəzişir.
 
Oğlan. Gəlməyəcək. 
Süpürgəçi. Gələcək. 
Oğlan. Gəlməyəcək. 
Süpürgəçi. Gələcək. 
Oğlan. Gəlməyəcək. 
Süpürgəçi. Gələcək. 
Oğlan.  Niyə  belə  əminsən?  Hardan 
bilirsən? Bura bax, bəlkə tanıyırsan onu? 
Bəlkə əlbirsiniz? 
Süpürgəçi. Gələcək. 
Oğlan.  Yüz  faiz  əlbirsiniz.  O,  təlxəyin 
biridi. Axı niyə inandım sizə? Doladınız 
məni.  Başqasının  dərdi  ilə  oynamaq 
ayıbdı. 
Hələ 
ayıbdandan 
artıqdı! 
Bilirsiniz  siz  niyə  dumana  həsrət 
qalmısınız? 
Süpürgəçi. Gələcək. 
Oğlan.  Ona  görə  ki,  siz  sadəcə  dumanı 
arzulayırsınız və bnunla da işinizi bitmiş 
hesab  edirsiniz.  Amma  adamlar  var  ki, 
bunun  üçün  çalışırlar,  özü  də  tək  yox, 
nəsil-nəsil,  şəcərə-şəcərə,  bir  yerdə, 
illərlə.  O,  insanlar  təkcə  arzulamırlar, 
həm  cəhd  edirlər,  vuruşurlar  və  nəhayət 
inanırlar.  Axırda,  lap  axırda  duman 
gələndə  onlar  buna  layiq  olduqlarını 
başa düşürlər. Çünki onlar cəhd ediblər, 
vuruşublar,  inanıblar.  Bəs  siz  necə?  Siz 
dumana layiq deyilsiniz! 
Süpürgəçi. Gələcək. 
Oğlan.  Bax  niyə  qaladan  düşdünüz  hə? 
Niyə?  Xəyanətə  görəmi?  Yox!  Sadəcə 
heç  vaxt  xəbəriniz  olmayıb  ki,  sizin 
qalanız  var.  Siz  qalanın  qədrini 
bilmədiyinizə 
görə 
cəzalanmısınız. 
Miskin  adamlarsınız!  İndi  yanıxlı 
bayatılar 
oxumaqla 
elə 
bilirsiniz 
itirdiklərinizi 
qaytarmaq 
mümkün 
olacaq?  Bu  sadəcə  təsəllidi.  Bayatılarla 
təsəlli.  Baş  qatmaq.  Özünü  aldatmaq. 
Bəli siz miskin adamlarsınız! 
Süpürgəçi. Gələcək. 
Oğlan. 
Siz 
qalaya 
qayıda 
bilməyəcəksiniz! 
Tütəkçalan.  (hirslə  tütəyi  bir  kənara 
atır)  Kəs!  (Süpürgəçi  qorxudan  ayağa 
durur) Sən lap zibil torbasısan! Zibilsən! 
Nə haqqın var görmədiyin qala haqqında 
belə  danışırsan!  Uşaq!  Başın  çıxmadığı 


88
№ 4 (20) Qış- 2016
 
şeylərə  burnunu  soxma!  Xəyanət 
başqadı, günah başqadı! 
Süpürgəçi.  Gənclər  hamısı  belədi, 
bilmədikləri şeylərdən danışırlar. Elə bil 
öz  aralarında  söyüş  qoyublar,  ağzına 
gələni  danışmayanın  o  məsələ...  İndiki 
gənclər, dəhşətdi, dəhşət! 
Tütəkçalan.  Sən  də  sus!  Bura  bax 
(oğlana  müraciət  edir)  kor  dumana 
bürünüb qalaya qayıtmaq böyük arzudu, 
yoxsa  cəmi  yüz  dollar  əl  çirkindən  ötrü 
yanıb-yaxılmaq?   
Süpürgəçi. Hara gedir bu dünya! A, bu 
sözü mən dedim? Hara gedir bu dünya? 
Yox  bunu  məndən  əvvəl  kimsə  deyib 
axı.  Bəlkə  də  elə  məndən  çırpışdırıblar, 
nə bilim? İndi plagiat da geniş yayılıb. 
Tütəkçalan. Niyə sənə elə gəlir ki, ağıllı 
iş  yalnız  xərclənən  şeylər  haqqında 
düşünməkdi?  Elə  vaxt  gələ  bilər  ki,  hər 
şey  xərclənib  qurtarar,  bəlkə  də  artıq 
qurtarıb.  Biz  heç  vaxt  böyük  arzuların 
dalınca  getməmişik.  Cəhd  etmək, 
inanmaq,  vuruşmaq  üçün  də  böyük 
hədəflər olmalıdı. Böyük, hüdudsuz, baş 
gicəlləndirən!  Mən  heç  vaxt  yüz  dollar 
arzulamamışam  və  onun  uğrunda  da 
vuruşmaram.  Amma  qalaya    qayıtmaq 
üçün vuruşaram. Bəs sən? 
Süpürgəçi.  (oğlanın  əvəzinə  cavab 
verir
Mənə 
yüz  dollar  versələr 
vuruşaram.  (tütəkçalan  ona  tərs-tərs 
baxır)  Nəsə  düz  demədim?  Yaxşı  mən 
nisyə  də  vuruşaram,  lazım  gəlsə  nisyə 
ölərəm də!   
Pauza 
(tütəkçalan 
yerdən  tütəyini 
götürüb  Yasəmən  ağacının  altında 
arxasını onlara çevirib bürüşüb oturur). 
Süpürgəçi.  (oğlanla  bir  yerdə  ona 
yaxınlaşır)  Ey,  xətrinə  dəydik  hə. 
Günahın  hamısı  bu  cavanlardadı.  Söyüş 
qoyublar,  ancaq  bilmədikləri  şeydən 
danışınlar.  Ey,  incitdik  səni.  Belə 
götürəndə  elə  sənin  də  günahın  var, 
bayaqdan deyirəm bir qəmgin mahnı çal, 
elə öz bildiyini edirsən. 
Tütəkçalan.  (kövrəlib)  Mən  axı  qalaya 
özümün  yox,  külümün  getməsini 
arzulayıram. Xərclənməli arzular və külə 
dönməli  arzular  –  bunlar  başqa-başqa 
şeylərdi. 
Süpürgəçi.  Bəli,  bəli  bunlar  başqa-
başqa  şeylərdi.  Ola  bilər  dünyanın 
hansısa  yerində  bunlar  ikisi  də  eyni  cür 
görünsün,  amma  biz  də  tamam  fərqlidi. 
Bəli,  bəli,  ümumiyyətlə  o  şeylər  ki 
dünyada bir cürdü, bizdə başqa cür alınır 
və  yaxud  da  əksinə.  (ötkəm  səslə)  Bəli, 
bəli,  biz  də  hər  şey  fərqlidi.  Elə  biz 
özümüz  də  nəsə  başqa  cürə  adamlarıq. 
Dünya  başqa  şeyi  arzulayır,  biz 
başqasını. Biz çox fərqliyik, çox fərqli. 
Tütəkçalan.  (sakitcə)  Çünki  bizim 
arzularımız dünya üçün  köhnəlib. Onlar 
bizi  başa  düşmürlər,  bəlkə  də  başa 
düşmək istəmirlər.  
Süpürgəçi.  Bəli,  bəli  biz  əl  çatmazıq. 
Bizi  ram  eləmək,  bizi  ovsunlamaq 
mümkün  deyil.  Biz  məğlub  edilməzik. 
Biz elə özümüzük. Gör dünya bizdən nə 
qədər geri qalır? Bədbəxt dünya! 
 Tütəkçalan.  (sakitcə)  Arzular  köhnə, 
dərd  köhnə,  (əlini  süpürgəçiyə  tərəf 
uzadır) süpürgə də  köhnə. Nə gündəsən 
sən? 
Süpürgəçi.  Bu  bədbəxt  dünyada  mən 
özümü  adaya  düşmüş  kimi  hiss  edirəm. 
İnanırsanmı?  Dünya  ilə  bizim  aramızda 
işıq ili boyda məsafə var. Gör onlar bizə 
çatmaq  üçün  neçə  milyon  kilometr  yol 
qət etməlidirlər. 
Oğlan.  Neçə  kilometr  irəliyə,  yoxsa 
geriyə?  (Süpürgəçi  təəccüblə  onun 
üzünə  baxır)  Yəni,  bizə  çatmaq  üçün 
irəliyə, yoxsa geriyə getməlidilər? 
Süpürgəçi. Məsafənin fərqi yoxdu, əsas 
hərəkətdi,  hərəkət  (yerində  dala-qabağa 
hərəkət edir). 
Tütəkçalan. Bizə yalnız gözləmək qalır. 
Oğlan.  (kövrək  səslə)  Nəyi  gözləmək. 
Daha doğrusu nə üçün məhz gözləmək? 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə