Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə43/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   39   40   41   42   43   44   45   46   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
91 
Aman Allah, görüləcək nə qədər iş var! 
Kitabları  dəyişsək,  gör  nə  boyda 
maklatura  yaranacaq.  Gör  nə  qədər 
ağaclar kəsilməlidir. Yzıq o kitablara ki, 
zaman  dəyişdikcə  maklaturaya  çevrilir. 
Yazıq  o  ağaclara  ki,  maklatura  üçün 
kəsilir.  Əzizim,  Yasəmən  ağacı,  sən 
istəyərmisən  ki,  kiminsə  kərpic  boyda 
kitabından  ötrü  sənin  gözəl  gövdəni 
doğrayıb  kağıza  çevirsinlər.  Axı  bu, 
kimə  lazımdı?  Nə  üçün?  Axı  o 
kitablardan  Yasəmən  ətri  yox,  naftalin 
iyi gələcək. Dəqiq! Dəqiq! 
Oğlan.  Siz  məni  ələ  salmırsınız... 
(ağlayır) Mnən elə gəlirdi ki, biz dostuq. 
Sizin  kimi  dost  olmaqdansa,  süpürgə 
olmaq yaxşıdı. 
Süpürgəçi.  Süpürgəmlə  işin  olmasın. 
Bilirdim  axırda  hər  şey  süpürgənin 
başında çatlayacaq. Vermərəm onu! 
Kloun.  Vaxtı  iki  yerə  bölmək  lazımdı: 
qaladan əvvəl və qaladan sonra. 
Oğlan. 
(qışqırır
Sən 
orda 
nə 
sayaqlayırsan?  
Kloun.  (qışqırır)  Arximed!  (bir  neçə 
dəfə mayallaq aşır) Arximed! 
 
(üçü  də  onunu  dəli  kimi  atılıb-
düşməsindən  qorxuya  düşüb  ağacın 
altına qaçarlar
 
Süpürgəçi. 
Arximed 
niyə, 
bəlkə 
“evrika” demək istəyirdin? 
Kloun.  Düpbədüz!  Siz  “evrika”  sözünü 
çox  işlətmisiniz.  Mən  Arximed  dedim 
ki, kreativ görünsün. 
Oğlan. Kərəminə şükür Allah! 
Tütəkçalan. (sevincək) Mən ac deyiləm! 
Kloun. Biz pulu insanlardan almalıyıq! 
 
Qısa pauza. 
 
Oğlan.  (tərəddüdlə)  Siz  dahisiniz!  Siz 
indicə  böyük  bir  kəşfə  imza  atdınız! 
Başınıza  göydən  nəsə  ağır  bir  şey 
düşmədi ki? 
Kloun. Yox, başım yerindədi. Niyə ki? 
Oğlan.  Axı  adətən  belə  fundamental 
kəşf  zamanı  adamın  başına  nəsə 
düşməlidi.  İndi  mən  təşkil  edirəm 
(yerdən 
süpürgəni  götürüb  klonun 
başına vurmaq istəyir). 
Kloun. 
Dayan, 
dayan, 
mən 
hələ 
hamısını  deməmişəm.  (sürətlə  danışır
Təcili  məktub  yazmaq  lazımdı.  Elə 
məktub  ki,  daşdan  keçsin.  Onu  şəhər 
camaatına  paylayaq.  Sizi  əmin  edirəm 
ki,  onlar  özləri  ianə  verəmk  üçün  qaça-
qaça  gələcəklər.  Qaça-qaça...  Yardım 
etmək istəyən insanların əlindən tərpənə 
bilməyəcəyik. Qaça-qaça... 
 
(hamısı  təəccüblə  bir-birinin  üzünə 
baxır)  
 
Oğlan. Əcəbdi. 
Süpürgəçi. Əcəbdi? 
Oğlan. Çox kreativdi. 
Süpürgəçi. Çox kreativdi? 
Tütəkçalan. Sabahınız xeyir? 
Kloun.  Deməli  belə  başlayaq.  Məktub 
yazmalı (cibindən bir dəstə kağız çıxarıb 
ağacın  altında  oturur).  Elə  məktub  ki, 
hamını silkələsin! 
Oğlan. Bu, hazır gəlib ki? 
 
Süpürgəçi.  Yaz  ki,  əvvəla  salam. 
Salamdan  sonra  mənim  əhvalım  bilmək 
istəsəniz... 
Kloun.  Əsgərlikdən  məktub  yazmıram 
e,  bu  nə  sözlərdi?  (kinayə  ilə)  “Əvvəla 
salam”... 
Süpürgəçi.  Onda  yaz,  ey  xeyirxah 
insanlar,  zavalı  bir  gəncin  taleyi  sizdən 
asılıdı. Mərhəmətinizi əsirgəməyin.  
Kloun. 
Qardaşım, 
mən 
metroda 
dilənçilik 
eləməyə  cıxmıram  axı. 
Məktubun dili başqa cür olmalıdı.  
Oğlan.  Yaz  ki,  bir  gəncin  həyatını 
dəyişmək  üçün  sizin  yardımınıza  əşədü 
ehtiyacı var. 


92
№ 4 (20) Qış- 2016
 
Kloun.  Necə?  (onu  yamsılayırmış  kimi
Əşədü!  Ha-ha-ha.  Siz  niyə  belə 
danışırsınız?  Qəribə  adamlarsınız.  Niyə 
sizə  elə  gəlir  ki,  insanlar  danışanda  bir 
cür,  yazanda  başqa  cür  olmalıdı?  Niyə 
sizə  elə  gəlir  ki,  insansanlar  kobud 
danışıb  mülayim  yazmalıdı?  Bəlkə  elə 
necə danışırıqsa elə də yazaq? 
Tütəkçalan.  Onda  yaz  ki,  yüz  dolları 
olub  verməyənin…  (süpürgəçi  dərhal 
onun ağzını tutur) düüd, düüd… 
Kloun. Sən yenə obrazdan çıxdın? 
Tütəkçalan. Sabahın xeyir. 
Süpürgəçi. Qala xəstəliyidi, fikir vermə. 
Oğlan.  Yaxşı  bəs  bu  andıra  qalmış 
məktubu  necə  yazaq  ki,  insanların  bizə 
rəhmi gəlsin. 
Kloun.  Siz  məntiqlə  fikirləşisiniz.  Elə 
səhviniz 
də 
bundadır! 
Məntiqlə 
fikirləşmək,  lazım  deyil.  Bu,  artıq 
dəbdən  düşüb.  Məgər  görmürsünüzmü 
məntiq  işə  yaramır.  Atın  kənara  onu! 
Unudun getsin!  
Oğlan.  (nəvazişli  səslə)  Axı  insanları 
kiməsə  kömək  etməyə  inandırmaq 
lazımdır?  
Kloun.  Ax  inandırmaq!  Sənə    elə  gəlir 
ki,  insanlar  mərhəmət  hissinə  görə 
yardım  edirlər?  Məntiqdən  gələn  kobud 
səhvdir,  bu!  Ən  insaflı  adam  Allahdan 
qorxduğu  üçün,  ya  da  cənnətə  düşmək 
üçün  xeyirxahlıq  edir.  Daha  doğrusu 
buna  məcburdu.  Budur  onların  əsas 
motivi.  Alçaq  ol,  şərəfsiz  ol  amma  əlin 
cibində  olsun!  Çünki  ordan  baxan  var 
(barmağını yuxarı göyə qaldırır).  
Süpürgəçi.  Bəs  nə  etməli?  Axı  biz  heç 
kimi Allahla qorxuda bilmərik? 
Kloun.  Bəli  qorxutmaq.  Yavaş-yavaş 
yaxınlaşırsınız.  
Oğlan.  Kimisə  qorxudub  ondan  nəsə 
qoparmaq, bu ki, cinayətdi.  
Süpürgəçi.  Bəs  bayaqdan  bağırırsan 
pul, pul… 
Oğlan.  Amma  belə  xatalı  üsulla  yox. 
Cinayətə  görə  cavab  vermək  lazım 
gələcək. 
Kloun. 
Ay 
zavallı, 
biz  hamımız 
cinayətkarıq,  özü  də  doğulan  gündən. 
Buna  görə  heç  kimi  cəzalandırmırlar. 
İnsanları xeyiryəçilyə təhrik etmək üçün 
onları mütləq qorxutmaq lazımdı. Amma 
Allahla yox, bu artıq işlənmiş variantdı. 
Başqa  üsulla…  Bizim  adi  dilənçilərdən  
fərqimiz olmalıdır, ya yox?  
Süpürgəçi. Nəsə kreativ bir şey! 
Kloun. 
Afərin! 
Nə 
gözəl  dedin. 
Yadımdan  çıxmamış  deyim,  sən  bu 
şəhərin ən krevtiv süpürgəçisisən! 
Süpürgəçi.  Oy,  siz  nə  danışırsınız 
(utanır).  Bilirsiniz,  məni  bir  vaxtlar 
deputat  seçmək  istəyirdilər,  özüm  razı 
olmadım. 
 
Kloun.  Deməli  hələ  ağlını  itirməmisən. 
Yaxşı harda qalmışdıq (başını qaşıyır)… 
Oğlan. Qorxutmaq! 
Kloun. Bəli qorxutmaq! İnsanları elə bir 
əməlləri  ilə  qorxutmalıyıq  ki,  onlar  hər 
gün,  bəlkə  də  hər  ay,  heç  olmasa 
ömürlərində  bircə  dəfə  onunla  məşğul 
olublar,  onu  heç  vaxt  unutmur,  onu 
dönə-dönə xatırlayır.  
Oğlan. 
Şantaj?! 
Sən 
şantajdan 
danışırsan?  Bütün  şəhəri  eyni  vaxtda 
şantaj etmək olarmı?  
Kloun.  Bu  dəlidi  ki?  Bunu  sənə  kim 
dedi? 
Süpürgəçi.  Sən  çox  yaxınlaşmısan 
əzizim,  bir  azca  da  davam  eləsən  hətta 
mən  özüm  də  xeyiryyəçiliyə  başlaya 
bilərəm.  
Kloun.  Belə  bir  məzmunda  məktub 
yazaq  «Xəyanətinizin  ifşa  olunmasını 
istəmirsinizsə, 
Yasəmən 
ağacının 
altındakı müqəddəsə ianə verin».  
Tütəkçalan.  Mən  müqədəsəm?!  Axı 
mən ac deyiləm! 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə