Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə51/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   47   48   49   50   51   52   53   54   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
107 
olunan  elmi  işlərin  hamısı  ilə  tanış 
olmuşam.  Bircə  elmi  kəşf,  bircə  yenilik 
yoxdur.  Hamısı  bir-birindən  köçürüb... 
Elə o “Elmi xəbərlər” olsun... Bir urvatlı 
məqalə  tapa  bilməzsən!  Nə  edim, 
aspiranturanı atıb gedim? 
 
İsmayıl  müəllim,  dediyim  kimi,  
bu  istedadlı  gənci  yaxşı  tanıyırdı. 
Yerlibazlığa  pis  baxsa    da,  onların 
zonasından 
olduğunu, 
atasız 
böyüdüyünü  bilirdi.  (Hətta  tələbə  vaxtı 
İmirin  ona  verdiyi  dəftərdən  şeirlərini 
oxumuş, bəzi  məsləhətlər vermiş,  axırda 
demişdi:  səndə  şairlikdən  artıq  elmi 
potensial  görürəm.  Bədii  yaradıcılığını 
davam 
etdirməklə 
bərabər, 
elmi 
məqalələr  də  yaz,  araşdırmalar  apar.) 
Ona  görə  hərdən  öyüd  verər,  yol 
göstərərdi.  Bu  dəfə  də    ağır,  ləngərli 
danışığı  ilə  məsləhətini  əsirgəməmiş, 
təmkinlə demişdi: 
 
-Sən tələsmə, İmir...  
            Vaxt  gələr,  bu  dediklərini  də 
yazarsan,  çap  etdirərsən.  İndi  nə 
deyirlər,  onu  elə.  Əli  Vəliyevdən 
demirlər,  onnan  yaz...  dikbaşlıq  eləmə. 
Yoxsa səni irəli buraxmazlar. Müdafiənə 
maneçilik edərlər... Öz tədqiqatlarını isə 
davam etdir. Amma iradəylə, ağılla...   
 
 
O  bilirdi:  yaşadığı  quruluş 
həqiqəti  sevmir.  Yalan  və  zor  bu 
quruluşun 
mayasındaydı. 
İnsanlar 
ailələrdə, 
uşaq 
bağçalarında, 
məktəblərdə,  iş  yerlərində      tutuquşu 
kimi  hazırlanırdılar.  Hamının  lağa 
qoyduğu  qoca  Brejnyev  televizorda 
böyük  dahi,  xalqın  nicatı,  partiyanın 
lideri  kimi  tərənnüm  olunurdu.  Onun 
adına    siyasi  çıxış  və  məqalələr,  hətta 
“Kiçik torpaq”, “Xam torpaq” kimi bədii 
memuarlar  belə  yazırdılar.  Hamı  bilirdi 
ki,  o  qoca  nəinki  bunları  yazmağa  qadir 
deyil,  heç  onun  qələm  tutmağa  taqəti 
yoxdur.  Amma  bunu  qəbul  etməyə 
məcburdular... 
 
O  bilirdi:  dünya  böyük  elmi, 
humanitar 
məsələlər 
üzərində  baş 
sındırdığı halda, onun ölkəsi SSRİ ərzaq 
proqramı  qəbul  edir,  Əfqanıstanda, 
Çexoslavakiyada,  Alma-Atıda,  Tiflisdə, 
bir  qədər  sonra  isə  onun  öz  şəhəri 
Bakıda dinc əhalini tank tırtılları ilə əzir, 
səsini çıxardanı həbsə atır, Sibirə sürgün 
edirdi.  
 
O  bilirdi:  Sovet  hökuməti 
dağılandan  sonra  müstəqil  olmuş 
Azərbaycanda  yeni  qurulan  dövlət  heç 
iki  iləcən  də  yaşamadı.  Əvəzində  eynən 
SSRİ-dəki  kimi  bir  quruluş  quruldu: 
saxta  seçkilər,  saxta,  pafoslu  çıxışlar, 
yalana  köklənən  “demokratik  idarə 
ertmə”. 
 
Bunları  bilmədən  qoyun  kimi 
yaşamaq  asandır  və  heç  ürəyin  də 
ağrımaz.  
 
Amma o bilirdi... 
 
 
            Bir  neçə  həftə    keçmiş    kafedra 
iclasında  həmin  baş  redaktor-professor 
(sonradan  dostlaşdılar,    İmirin  elmi 
rəhbəri  oldu)  çıxışında  İmiri  yuyub 
sərdi.  Onun  antisovet  düşüncəyə  malik 
olduğunu,  elmi  təfəkkürünün  zəifliyini, 
primitiv  savadının  onu  uzaqlara  apara 
bilməyəcəyini  vurğuladı.  (Bildi  ki, 
İsmayıl  müəllimə  başına  gələnləri 
danışanda 
onun 
yanında 
olan 
müəllimlərdən  biri      gedib    eşitdiklərini 


108
№ 4 (20) Qış- 2016
 
qoyubmuş  o  professor-baş  redaktorun 
ovcuna.) Sonda professor lap zilə çıxdı: 
 
-Sən 
kimsən 
ki, 
bizim 
kafedranın,  bu  boyda  institutun,  Sovet 
Respublikaları  içərisində  ən  populyar 
elmi  jurnalın  əməkdaşlarının  əməyini 
yerə  vurursan?!  Sən  kimsən  ki,  məşhur 
bir  nəslin,  bu  dövləti  quran  xalq 
yazıçısının  oğlunun  vəfatına  intihar 
damğası  vurursan?!.  Hələ  bununla 
kifayətlənmirsən, Cavidə işarə vurursan, 
Mikayıl Müşfiqə işarə vurursan, onların 
tökülən  qanınnan  danışırsan?!  Cavidin, 
Müşfiqin  qanının  Məsud  Əlioğluna  nə 
dəxli?!  Bəlkə  paralellik    axtarırsan  bu  
ölümlərdə? 
Hələ 
eşitdiyimə 
görə 
“Nargin  adası”  adlı  cızma-qara  da 
yazmısan?! 
Özünü 
Soljenitsına 
oxşadırsan?  “Arxipelaq  QULAQ”dan 
dəm  vurursan?  37-ci  il  olsaydı,  bilirsən 
sənə nə edərdilər?!. 
 
(“O vaxt həqiqətən, Soljinitsının 
“Arxipelaq  QULAQ”  əsəri  “samizdat” 
şəklində  Moskvada  yayılmış,  sonra  isə 
makina 
nüsxələrində 
çoxaldılaraq 
Bakıya  da  gəlib  çatmışdı.  Rail  müəllim 
bu  əsəri  -  gərək  ki,  İsmayıl  Şıxlıdan 
almışdı  –  hardansa  tapıb  mənə  də 
vermişdi  oxumağa.  İndi  əlim  üzümdə 
qaldı  ki,  bu  adam  mənim  sirlərimi 
hardan 
bilir? 
Özüm 
özümdən 
şübhələnməyə  başlamışdım.”  –  İmir  
professorun  dediklərini  dinləsə  də,  həm 
də öz aləminə dalmışdı.) 
 
Yerdən  kimsə  pafosla  replika 
atdı: 
 
-Damlayardılar! 
 
İstədi dönüb səs sahibinə baxsın, 
dönmədi – saxta pafosundan tanıdı səsi. 
Rembo  dedikləri  dekan  müavini  idi.  O 
bu  səsdən  diksindi.  Yox,  elə-belə  əti 
çimçəşmədi. Onun anası iyrəndiyi adam 
haqqında  deyərdi  o  sözü:  “Diysinirəm 
onnan.”  Bax,  o  həmin  səsdən  həm 
qorxdu, həm də iyrəndi. Elə bil ki, 37-də 
kəsilən  başların  qanı  sıçramışdı  onun 
üstünə.  Cavidin,  Müşfiqin  qanı  ilə 
Məsud  Əlioğlunun  qanı  axıb    bir-birinə 
qarışmış,  sonra  ona  tərəf  gəlməyə 
başlamışdı.  Ha  istədi  qaçsın,  olmadı.  O 
bu  qanın    dama-dama    köynəyinin  ağ 
damalarına  çırtladığını  görüncə  –  o 
vaxtın  dəbi  ilə  “şahmatnı”  deyərdilər 
üstündəki  ağ-qara  kvadratlara  görə  -  
qəfil ürəyi döyünməyə başlamışdı. Əlini 
ürəyinin  başına  basıb  dayanmış,  özünü 
toxtatmağa çalışmışdı. Ən qəribəsi o idi 
ki,  o  ağ-qara  kvadratların  arasından 
qapqara  qan  (ilahi,  qanına  şükür,  qara 
da  qan  olarmış?!)    doğrudan-doğruya  
sızıb  onun  sinəsinə  basdığı  əlinin 
barmaqları 
arasından 
üst-başına 
sıçramış,  ordan  da  bu  kiçik  iclas 
salonunu bürümüşdü.  
            -Mınnan  qan  igi  gəlir,  -  bunu 
kafedranın 
laborantı 
Sara 
xanım 
demişdi.  
 
(Sara  xanım  Bakının  əsilli-
nəsilli 
ailələrindən 
idi. 
Qürbəttə 
yaşayıb-yaratmış  şair  Almas  İldırıma 
qohumluqları 
çatırdı. 
Elə 
Almas 
İldırımgilin 
Şüvəlandakı 
ev-eşiyini, 
nəsil-kökündən 
qalanları 
himayə 
etdiklərinə  görə  atasını  və  əmisini 
güllələmişdilər.  Abasquliyevin  məşuqəsi 
olan  bu  xanım  köhnə  hürufatı  yaxşı 
bilən, 
klassik 
ədəbiyyatı  dərindən 
öyrənən azsaylı mətnşünaslardan idi. Nə 
ailə  qurmuş,  nə  müdafiə  etmişdi. 
Abasquliyevə  çay  süzər,    günorta 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə