Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə48/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   44   45   46   47   48   49   50   51   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
101 
Oğlan. Hara soxulursan ay uşaq? Tualet 
lazımdı?  İşə  düşmədik.  Sən  tualet  üçün 
gərək  elə  müqəddəsin  oturduğu  ağacın 
altına  gedəsən.  Şəhərdə  başqa  ağac 
yoxdu?  Yoxdu?!  Doğurdan  a,  heç  fikir 
verməmişəm. Ağaclar yoxa çıxıb. Yaxşı 
keç.  (Geri  dönüb  ağaca  sarı  baxır  və 
qışqırır)  Ay  uşaq,  müqəddəsin  yox, 
ağacın arxasına keç. 
Tütəkçalan. Sabahınız xeyir! 
Kloun. Mən ac deyiləm?  
Tütəkçalan.  (əlində  pulları  sayır)  Az 
qalıb, lap az qalıb. 
Oğlan. Deyirəm bəlkə şərtimizə yenidən 
baxaq?  Gör  günahını  yumaq  istəyən  nə 
qədər  adam  var.  Axı  bir  də  onların  nə 
vaxt  xeyriyyəçilik  eləmək  imkanları 
olacaq? 
Süpürgəçi.  (Yorğundu,  alnını  tərini 
silir) Sən çox abırsız adamsan. Bu qədər 
acgöz  olma!  İnan  bir  gün  sənə  də 
məktub  gələcək.  Bax  görərsən,  mütləq 
gələcək. 
Kloun.  Biz  qalada  olanda  məktub  alsan 
peşman olma. 
Süpürgəçi.  Sən  də  bizimlə  qalaya 
gedəcəksən?  
Kloun. Əlbəttə!  
Süpürgəçi.  Axı  heç  mən  səni  orda 
görməmişəm. 
Kloun. 
Nə 
olsun? 
Mən 
bunu 
arzulamışam. Mən orda roman yazacam. 
Hər  şeyi  qabaqcadan  fikirləşmişəm. 
Dünyada  təlxək  yerinə  qoyulan  bütün 
yazıçıların  yarımçıq  qalmış  romanlarını 
toplayıb  yeni  roman  yazacam.  Kitab 
içində  kitab,  roman  içində  roman!  Hələ 
heç  kim  belə  bir  əsər  görməyib.  Bu 
vaxta  kimi  ona  görə  susmuşam  ki, 
mənim  qalam  yox  idi.  Mən  həmin 
möhtəşəm əsəsri qalada yazacam.  
Tütəkçalan.  Mən  müqəddəsəm!  Az 
qalıb, lap az! 
Oğlan. (sevincək) Hə, buyurun, buyurun 
xeyirxah insanlar. 
Süpürgəçi.  Tələsin  insanlar,  tələsin! 
Yaxşılıq etməyə, əldən tutmağa tələsin! 
Kloun.  Onsuz  da  həmişə  xəyanət 
sizinlədi,  amma  indi  yaxşılıq  eləmək 
üçün  tələsin!  Belə  fürsət  bir  də  ələ 
düşməyəcək! 
 
Səhnədə uğultu artır, ayaq səsləri, insan 
pıçıltıları  bir-birinə  qarışır.  Nəhayət 
tütəkçalan  musiqisini  saxlayıb  ayağa 
qalxır,  gülərək  kimləirsə  yola  salırmış 
kimi  təzim  edir.  Üzünü  onlara  tutaraq 
sevincək səslə.  
 
Tütəkçalan. Sabahınız xeyir! 
 
Hər  üçü  birdən  «Ura!»  qışqıraraq  ona 
yaxınlaşıb 
qucaqlaşırlar. 
 
Onlar  səhnənin  başqa  istiqamətində 
qəflətən  kiminsə  peyda  olmasını  görüb 
şoka  düşürlər.  Qorxudan  titrəməyə 
başlayırlar  və  az  keçmir  Süpürgəçi, 
Oğlan  və  Kloun  huşunu  itirib  yerə 
yıxılır.  Tütəkçalan  təəccüblə  həmin 
istiqamətə  baxaraq  yaxınlaşır.  Səhnəyə 
tədricən  qaranlıq  çökür  və  həmin  tərəfə 
solğun işıq düşür. 
 
Tütəkçalan.  (qorxudan  kəkələyərək 
danışır)  Siz?  Hardan  çıxdınız?  Ola 
bilməz axı... Camaat bu tərəfdən gəlirdi, 
siz  başqa  tərəfdən.  Niyə?  (bir  az  irəli 
gedir 
və 
qışqırır)  Aman  Allah 
doğurdanmı!  Bu  sizsiniz?  (qorxulu  və 
titrək səslə) Axı siz çoxdan ölmüsünüz? 
Çoxdan, 
coxdan... 
Ölməmisiniz? 
(təəccüblə
Ölmüsünz 
axı! 
(yerə 
yıxılanlara  yaxınlaşır,  Kolunu  əliylə 
silkələyir)  Ey,  özünə  gəl,  özünə  gəl! 
Mənə  bax,  təlxək,  sən  o  dünyaya  da 
məktub  göndərmisən?  Axı  danışmışdıq 
ki,  məktubu  ancaq  dirilərə  verəsən? 
(Kloun  tərpənmir.  Tütəkçalan  qorxa-
qorxa  həmin  səmtə  yaxınlaşıb  dayanır). 
Siz  çoxdan  ölmüsünüz.  Ölməmisiniz? 


102
№ 4 (20) Qış- 2016
 
Sizi arada bir televizorda göstərirlər. Bir 
zamanlar  lap  tez-tez  göstərərdilər.  Bir 
zamanlar... Mən balaca olanda  sizə  həsr 
olunmuş  çoxlu  şeirlər  əzbərləmişdim. 
Amma  indi  heç  biri  yadımda  qalmayıb 
(qorxa-qorxa  gülür).  Niyə  gəlmisiniz? 
İanə  vermək  istəyirsiniz?  Qəribədir! 
Bizə lazım olan  məbləği artıq dirilərdən 
toplamışıq,  ölüləri  əziyyətə  salmaq 
istəmədik.  (həmin  istiqamətdən  nəsə 
uğultu  eşidilir)  O  nə  səs-küydü  orda? 
(Qorxa-qorxa  geriyə  çəkilir)  Sizin 
hamınız  bir  yerdəsiniz?  Bəs  kitab  yazır 
ki, siz düşmən olmusunuz. Tarix kitabı? 
Yalan  imiş?  Əslində  siz  elə  bir 
adamsınız?  Nə  boyda  yalan!  Nə  qədər 
nəsillər bu yalana inanaraq böyüyüb! Siz 
bəşəriyyəti  qoyun  yerinə  qoymusunuz! 
Yox,  yox  qoyun  lazım  deyil.  Elə-belə 
sözgəlişi  dedim.  Yanınızdakı  kimdi? 
(Sağ  əlini  irəli  uzadaraq  qaldırır 
Leninvari jest) Sizsiniz, dahi rəhbər! Bəs 
kepkanız  hanı?  A,  lap  yadımdan 
çıxmışdı, 
axı 
sizi 
kepkasız 
mumyalayıblar.  Necə?  Bir  az  bərkdən 
danışın, zəhmət olmasa! (ucadan) Bütün 
ölkələrin  proletarları  birləşdimi?  Mən 
hardan  bilim?  İmperalizm  kapitalizmin 
sonuncu  mərhələsi  oldumu?  Bağışlayın 
dahi rəhbər, mən sizin suallarınıza cavab 
verəcək  ağılda  olan  adam  deyiləm.  O 
imperalizm  dediyiniz  nədisə  elə  indi  də 
var. Yox, siz dediyiniz kimi deyil, ancaq 
var.  Oy,  siz  də  burdasınız?  (Bir  az 
kənara  çəkilib,  əllərinin  Stalin  kimi 
arxasında 
çarpazlayır
mən 
sizi 
bığlarınızdan  tanıdım.  Bəs  siz  əzəmətli 
adam  deyilsiniz?  Boyunuz  nə  yaman 
balaca  imiş.  Deyəsən  bunların  arasında 
ən  alcağı  sizsiniz,  elə  deyilmi? 
Bilirsiniz,  bizim  kənddə  sizin  yekə 
heykəliniz  var  idi,  onu  uçurtdular,  mən 
öz gözlərimlə gördüm ki, sizin içiniz boş 
idi.  Sizin  deyəndə  ki,  heykəlinizin 
(gülür).  Nə?  (təəccüblənir)  Məni  Sibirə 
sürgün etdirəcəksiniz? Axı siz ölüsünüz? 
Onu  hələ  bilmək  olmaz?  (təəccüblənir). 
O  yanınızdakı  kimdi  elə  (Hitler  kimi 
jestlər  edir).  Hay,  hay!  Vay,  vay! 
(kənara  çəkilir)  Bağışlayın,  qəzetlər 
sizin  haqqınızda  əcaib  şeylər  yazırlar, 
bircə  sualıma  cavab  verə  bilərsinizmi? 
(pıçıltıyla) Siz kişisiniz? İndi bunu sübut 
eləmək  imkanınız  yoxdu?  Nətəhər 
məsləhətdi. 
(Səhnənin 
həmin 
istiqamətində 
uğultu  artır)  Onlar 
kimlərdi?  Dünyanın  sizə  oxşayan  bütün 
əcinələri  bura  yığışıb  ki?!  Lazım  deyil! 
Lazım deyil! Sizin xeyriyyəçiliyiniz heç 
nəyi  dəyişməyəcək.  Axı  ianə  verməklə 
tarixi  dəyişmək  mümükün  deyil.  Mən 
sizdən  heç  nə  ala  bilərəm!  Nə?  Bir 
dəqiqə  sakit  olun,  görək  proletariatın 
dahi  rəhbəri  nə  deyir?  Necə?  Gecə 
yuxuma  girib  məni  qıdıqlayacaqsınız? 
Elə  girməyənin  də!  Bəli!  Mən  onsuz  da 
gecələr  yatmıram.  Yatanda  yuxuda 
ancaq  qalanı  görürəm.  Kor  dumanın 
arasında  mürgüləyən  qalanı!  (qısa 
pauza)  Amma,  belə  götürəndə  yaxşı 
eləyib  gəldiniz.  Sizin  gəlişiniz  əbədi 
yalanın üstünü açdı. Qoy hamı bilsin ki, 
siz  əslində  bir  adamsınız.  Bəli,  siz 
əslində bir adamsınız!     
 
(Səhnə 
işıqlanır. 
Yerə 
yıxılanlar 
yuxudan ayılırmış kimi ayağa qalxırlar.)  
 
Süpürgəçi.  Əcəb  yatmışdıq  ha,  işıqları 
kim yandırdı? 
Kloun. Mənim debütüm necə alındı? Siz 
alqış səslərini eşitdiniz? 
Oğlan.  Mənə  elə  gəldi  ki,  artıq  yüz 
dollarım var, elə xoşbəxt idim ki. 
Tütəkçalan. Sabahınız xeyir! 
Süpürgəçi. Hələ səhər qurtarmayıb? Ey, 
(Tütəkçalana) bəs sən niyə yatmamısan. 
Kim  yatmış  kim  oyaq?  Yaman 
acmışam? 
Tütəkçalan. Bilirsən? 
Süpürgəçi. Bilirəm, sən ac deyilsən. 
Tütəkçalan. Bilirsən? 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə