Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə46/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   42   43   44   45   46   47   48   49   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
97 
Tütəkçalan. Ey, ordan duman görünmür 
ki? 
Oğlan.  Lap  arxada,  lap  uzaqda  dumana 
oxşar nəsə gözə dəyir! 
Tütəkçalan.  Duman  gəlir!  Biz  qalaya 
gedirik! 
Süpürgəçi. Əzizim, tələsmə, bu toz qatı 
da  ola  bilər.  Bizə  isə  duman  lazımdı. 
Qalanın  yolunu  tapmaq  üçün.  Bunlar 
başqa-başqa şeylərdir. 
Kloun.  (qəflətən  rahat  görkəm  alıb, 
arxayın  səslə  oğlana  baxır)  Ey,  düş 
aşağı, biz gedirik? 
Oğlan. Hara? (təəccüblə)  
Kloun.  Kütlənin  qabağında  tək  çıxmalı 
olacaqsan. 
Oğlan.  Axı  nə  üüün?  (cəld  ağacdan 
düşür
Kloun. Bir şərtimiz olacaq. 
Süpürgəçi. Şərtimiz olacaq? 
Kloun.  Sənə  nə  qədər  lazımdlrsa,  biz 
insanlardan  o  qədər  götürəcəyik.  Artıq 
olmaz. 
Süpürgəçi. Olmaz, olmaz! 
Oğlan. Axı, başa düşün. Bu qədər insan 
xeyirxahlıq  eləmək  istəyir.  Onların 
ümidini  üzmək  istəyirsiniz?  Uzanan 
əllərini  kəsmək  istəyirsiniz?  Bu  ki 
qəddarlıqdı!  Mən  heç  özümə  görə 
demirəm ha. 
Kloun.  Deməli,  sən  bizimlə  bazarlıq 
eləmək  istəyirsən.  Dünyanın  hər  künc-
bucağında  bazarlıq  gedir.  Ümumdünya 
bazarlığı! Dəhşətdi! 
Tütəkçalan. Mən müqəddəsəm! 
Oğlan. (çətinliklə də olsa razılıq əlaməti 
kimi başını tərpədir) Yaxşı mən razı. Pul 
mənim qala sizin! 
 
(Dördü  də  əllərini  birləşdirib  mərc 
edirlər.  Hamısı  birdən)  Pul  sənin  qala 
bizim!  
 
(Uğultu  səs  eşidilir.  İnsan  hay-küyünü 
xatırladan uğultu getdikcə yaxınlaşır)  
 
Kloun.  (Tütəkçalana)  Müqəddəs  keç 
yerinə!  (O,  qaçaraq  ağacın  altında 
oturur  və  cəld  ritmik  mahnı  çalmağa 
başlayır
Süpürgəçi.  (Süpürgəsini  əlində  eninə 
tutaraq) Möhkəm durun qardaşlar! 
Oğlan.  (Onun  yanında  dayanır)  Səddi 
yarmalarına imkan verməyin! 
Kloun.  (Mayallaq  aşıb  onların  yanına 
gəlir və həyəcanla) Müqəddəsi qoruyun! 
 
(Hər  üçü  tütəkçalanın  ritmik  mahnısına 
uyğun  rəqs  hərəkətləri  edə-edə  özlərini 
insanların qabağında sədd çəkirmiş kimi 
göstərilər.  Uğultu  gücləndikcə  onların 
hərəkətləri daha da şiddətlənir. Səhnəyə 
heç  kim  çıxmır.  Lakin,  onlar  kütlənin 
qabağındakı  sədd  kimi  daha  da 
həyəcanlı  hərəkətlər  etməyə  başlayırlar. 
Ritim  qızışır.  Onların  söhbəti  paralel 
dialoqlar kimi davam edir).   
 
Süpürgəçi. Çaxnaşma yaratmayın! 
Kloun. Bir-bir, bir-bir… 
Oğlan.  Hamınıza  növbə  çatacaq. 
Tələsməyin! 
Süpürgəçi.  Basabas  salmayın.  Yaxşı 
olar  ki,  növbəyə  durasınız.  Bütün 
mədəni adamlar kimi. 
Kloun.  (öz-özünə  deyinir)  Mən  hələ  bu 
qədər  qanmaz  adamı  eyni  vaxtda  bir 
yerdə görməmişəm. 
Oğlan.  Axı  niyə  sıxlıq  yaradırsınız? 
Qardaşım,  sol  tərəfdə  yer  var  də,  sən  o 
xalanın  yanından  kənara  çəkil,  gərək 
yapışasan! 
Süpürgəçi.  Yoldaşlar,  bir  az  mehriban 
olun,  mehriban  olun.  Ortada  yer  var. 
Mənə  söykənməyin!  (çiyni  ilə  kimisə 
itələyir). 
Kloun. Bir-bir! Dedim bir-bir! 
Oğlan. Qardaşım, o nədi mənim cibimə 
basırsan?  Mənə  lazım  deyil,  ianəni 
müqəddəsə  vermək  lazımdı.  Əşi,  əlini 
çək  cibimdən!  Əcəb  eləyib  qışqırıram, 
sən  bir  buna  bax,  elə  bil  xəyanət 


98
№ 4 (20) Qış- 2016
 
eləyəndə  gəlib  məndən  icazə  alıb!  Keç 
yerinə!  
Süpürgəçi. Bir az da mehriban olun! Bir 
az  mehriban  olun!  Ey,  indi  neyləyək? 
(üzünü klouna tutur) Bir söz de, insanlar 
bundan artıq mehribanlaşa bilmirlər.  
Kloun.  Əgər  kütlənin  gözü  qızıbsa, 
adamı parçalaması təbii haldı. 
Oğlan.  Başına  hava  gəlib?  Cəld  bir 
ağıllı söz de! 
Kloun. Deyirəm də, bir-bir, bir-bir! 
Oğlan.  Dayanın,  yoxsa  atəş  açacam! 
(Kloun  yerə  yıxılıb  ayaqlarını  qaldırır
Ə  kreativ,  dur  ayağa!  (Kloun  qorxa-
qorxa  qalxır,  onların  yanında  yerini 
alır)  Kimin  məktbu  varsa,  növbəyə 
dursun! 
Əvvəlcə 
məktublarınızı 
göstərin! 
Süpürgəçi.  (oğlana  rəğbətlə  baxaraq
Sənin  başın  işləyir  ha.  Əvvəllər  heç 
səndən belə ağıllı hərəkət çıxmazdı. 
Kloun. Onun başı qorxudan işləyir. Bəs 
nə bilmişdiniz, qorxu böyük qüvvədi! 
Süpürgəçi.  Axı  deyəsən,  bayaq  kimisə 
ayaqların göydə qalmışdı? 
 
Oğlan. (klouna) Ey, sən bu qədər insana 
məktubu 
üzəri 
markalı 
zərfdə 
paylamısan?  
Süpürgəçi. Yenə kreativlik? 
Kloun.  Yox,  sən  nə  danışırsan?  Onlar 
özləri  məktubu  zərfdə  gizlədiblər. 
A...a..a...a…  indi  mənə  çatdı  (kütlə 
eşitməsin  deyə  hər  ikisinin  qulağına 
pıçıltıyla  deyir)  onlar  məktubları  bir-
birlərinə 
göstərməmək  üçün  zərfə 
qoyublar.  
Süpürgəçi. Yəni? 
Kloun.  Yəni,  bura  niyə  gəldiklərini 
hamı  ayrı-ayrlıqda  yaxşı  bilir,  amma 
hamısı bir yerdə bilmir. 
Süpürgəçi. Nə olsun? 
Kloun. Heç, elə-belə. 
Süpürgəçi.  (kinayə  ilə)  Sənin  yerin 
əslində  burda  deyil,  kütlənin  yanındadı. 
Niyə  burda  dayanmısan  başa  düşə 
bilmirəm. 
Tütəkçalan. Mən müqəddəsəm! 
Oğlan.  Yubanmaq  olmaz  müqəddəs 
gözləyir!  Bəlkə  birinci  xanımlardan 
başlayaq. 
Süpürgəçi. Heç elə şey olmaz. Hamının 
məktubu var, ayrıseçkilik nəyə lazım? 
Oğlan. Bəlkə qocaları qabağa verək? 
Kloun. Əsla! Onsuz da çox yerdə onları 
qabağa  verirlər,  qoy  zəhmət  çəkib  öz 
növbələrini gözləsinlər. 
Oğlan. Bəs necə? 
Süpürgəçi.  (qımışaraq)  Kim  gəldi?  Elə 
salamatı budu! Başladıq e!   
 
(Kütlədən 
böyük 
uğultu 
gəlir. 
Canlanma.  Hərəkətin  dinamikası  artır. 
Hər 
üçü  yenə  canlı  sədd  kimi 
dayanıblar. 
Hərdən 
süpürgəçi 
süpürgəsini 
qaldırıb 
kimisə 
tütəkçalanının yanına ötürür).  
 
Kloun.  Keçin  xanım,  mən  şahidəm  siz 
birinci  gəlmisiniz.  Hay-küy  yaratmayın, 
hər  şeyi  öz  gözlərimlə  görmüşəm!  Yox, 
öz gözlərimlə! 
Süpürgəçi.  Yenə  də  qadınlar  qabağa 
düşdü. 
Oğlan.  İanəni  kimə  verəcəksiniz? 
Buyurun,  Yasəmən  ağacının  altında 
oturan müqəddəsə yaxınlaşın. Bəli, bəli, 
yüz  faiz  müqəddsədi.  Tamamilə  düzdü. 
İanə verdikdən sonra nə etmək lazımdı? 
Nə  edəcəksiniz  ki,  gedin  evinizə.  Bəli, 
bəli 
düz 
evinizsə.  Yox-yox 
nə 
danışırsınız?  Evinizə  gedin.  Hələ 
xəyanətiniz 
bağışlanmayıb 
görün 
ağlınızdan  nə  keçir.  Olmaz,  olmaz,  bir 
də  olmaz!  Bax  onu  bura  gəlməmişdən 
əvvəl fikirləşmək lazım idi. Bəli! 
Süpürgəçi.  Sizin  sualınız  var,  buyurun, 
buyurun (gülümsəyir). Müqəddəs kimdi? 
Ağacın altında oturan. O, orda kefdədi? 
Siz nə danışırsınız? Müqəddəs orda ayin 
icra  edir  (ciddiləşir).  Bəs  niyə  belə 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə