Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə42/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   38   39   40   41   42   43   44   45   ...   92

Oğlan.'>Üç aylıq ədəbiyyat dərgisi 
89 
Tütəkçalan. 
Əhdi 
kəsilmişlərin 
gözləməkdən savayı çarəsi olmur.  
Oğlan. Mən artıq bezdim. 
Tütəkçalan.  Səhv  edirsən,  gözləmək 
gözəldi, onun içində heç olmasa iynənin 
ucu  boyda  ümid  var.  Onun  içində  heç 
olmasa  duman  var,  qala  var.  Gözləmək 
yaxşı şeydi, yalnız gözləmək. 
Oğlan.  Dedim  axı  mən  bezdim.  Əgər 
səbr 
etməyi 
də 
cəza 
kimi 
fikirləşmisinizsə, mən bezdim! 
 Tütəkçalan.  Səhv  edirsən,  əzizim,  səbr 
başqa 
şeydi, 
mən 
gözləməkdən 
danışıram. 
Süpürgəçi. Əşi, ikiniz də səhv edirsiniz. 
Dünya  heç  vaxt  bizə  çata  bilməz.  Çata 
da  bilməz,  bata  da  bilməz.  O  ki,  qaldı 
gözləməyə  bu,  bizim  dərdimiz  yox 
peşəmizdi. Elə-belə gözləyirik, mırta! 
Oğlan. O, gəlməyəcək. 
Süpürgəçi. Gələcək. 
Oğlan. Gəlməyəcək. 
Süpürgəçi. Gələcək. 
Oğlan. Gəlməyəcək. 
Süpürgəçi. Gələcək. 
Kloun. 
Mən 
gəldim! 
(kloun 
gözlənilmədən mayallaq aşaraq səhnəyə 
çıxır) Siz mənim bu düyada tanıdığım ən 
əfəl,  ən  maymaq  tiplərsiniz.  Sizə 
baxanda  mənim  gülməyim  tutur  ha-ha-
ha...  (hər  üçü  əsəbləşir)  Mən  obrazlı 
deyirəm, ha-ha-ha...  
Oğlan. Bizik əfəl?! 
Kloun. Mən obrazlı deyirəm, ha-ha-ha... 
Süpürgəçi. 
Sənin 
bizə 
baxanda 
gülməyin  tutur?  İlahi,  kor  kora  kor 
deməsə bağrı yarılar!  
 
Tütəkçalan. Maymağın yekəsi özünsən. 
Bir bunun burnuna bax! Təlxəksən! Özü 
də saraydan qovulmuş təlxək!   
 
(Kloun  ciddiləşir  və  əlini  tütükçalanın 
boynuna  keçirib  səhnənin  ortasına 
çəkir)  
Kloun.  Mənə  bax,  sən  tamaşanın 
əvvəlində  əməli-başlı  obraz  idin,  gül 
kimi  sözlərin  vardı.  Nə  olub  sənə,  rola 
girmisən?  Bayaqdan  bu  nə  fəlsəfədi 
açmısan?  «Cəhd  etmək,  inanmaq, 
vuruşmaq»,  nə  bilim  «böyük  arzular», 
hüdudsuz  nə  bilim  nələr?  Artistlik 
edirsən?  
Tütəkçalan. (qorxaraq) Sən təlxəksən! 
Kloun.  Sən  özündən  danış!  Adın  da 
yadımdan  çıxdı?  A,  axı  heç  sənin  adın 
da  yoxdu,  ha-ha-ha.  Bura  bax  qoca, 
kəndinə qayıt, kəndinə! Əvvəllər səndən 
gül kimi səslər çıxırıdı. 
Tütəkçalan. Sən təlxək… 
Kloun. Dedim özünə gəl! 
Tütəkçalan. Mən ac deyiləm. 
Kloun. Ay sağ ol! 
Tütəkçalan. Sabahın xeyir! 
Kloun.  Afərin!  Heç  vaxt  başqasının 
sözlərini  oğurlama.  Səs  olduğunu 
unutma. 
 
(Tütəkçalan  ağacın  altındakı  yerinə 
qayıdıb  köhnə  ritmik  mahnını  çalmağa 
başlayır)  
 
Kloun.  Diqqətli  ol,  obrazdan  kanara 
çıxma.  Filosof  olub  mənim  üçün! 
(Üzünü 
tamaşaçılara  tütüub,  sakit 
tonda)  Siz  də  hesab  edirsiniz  mən 
təlxəyəm? O qoca necə dedi (tütəkçalanı 
göstərir)  «saraydan  qovulmuş  təlxək»? 
Obrazdan  çıxmışdı  deyə  ağzına  gələni 
danışırdı,  fikir  verməyin!  (qısa  pauza
Bilmək istəyirsinizsə, təlxək ştatı çoxdan 
ixtisara 
düşüb, 
erroziyadan, 
küliminasiyadan,  devalivasiyadan  xeyli 
əvvəl.  Artıq  bizim  xidmətimizdən 
istifadə  etmirlər.  Təlxəklik  peşəsi  artıq 
yoxdu,  çünki  bunu  indi  hamı  bacarır. 
Bəs  mən  kiməm?  Bu,  sualı  kim  verdi? 
(əlini  tamaşaçılara  tərəf  uzadır  və 
gülümsəyərək)  Kim?  Sual  vermək 
qabiliyyətinizi  hələ  itirməmisinzsə,  bu, 
yaxşıdı. Mən (lap sakit səslə) yazıçıyam. 


90
№ 4 (20) Qış- 2016
 
Baxın mənim nə qəşəng kastyumum var, 
firma 
malıdı 
(kloun 
paltarını 
dartışdırır).  Hələ  qalustukuma  baxın, 
köynəyimsə  təptəzədi.  Ayaqqabılarım… 
(hərəsi  bir  rəngdə)  mən  onları  məxsusi 
seçmişəm,  məhz  bu  gecə  üçün.  Başa 
düşürəm, 
kifayyət 
qədər 
ciddi 
geyinmişəm.  Niyə  gülürsünüz?  Deməli, 
sizin 
də 
gözünüzə 
təlxək 
kimi 
görünürəm,  eləmi?  (kədərlə)  Dedim  axı 
mən  yazıçıyam.  Yazıçılar  dünyanın  çox 
yerində  insanların  gözünə  təlxək  kimi 
görünür,  bu  təbiidir.  Qınamıram  sizi. 
Əsla!  O  ki  qaldı  sizə  (geri  dönərək 
süpürgəçi və oğlana tərəf gedir)… 
Tütəkçalan. Sabahın xeyir! 
Kloun.  Sən  işində  ol.  O  ki  qaldı  sizə 
əfəllik  və  maymaqlıq  sizin  düşdüyünüz 
situasiya  üçün  heç  pis  söz  deyil.  Bir 
fikirləşin. Fikirləşə bilirsiz? 
Süpürgəçi.  Danışa-danışa  fikirləşmək 
olar? 
 
Oğlan.  (Onun  xirtdəyindən  yapışaraq
Dolamısan bizi! Dedin gözləyək, biz də 
gözlədik.  
Süpürgəçi. 
Gəl 
onu 
süpürgəylə 
kötəkləyək.  
Kloun.  Axı  nə  üçün?  Siz  gözlədiniz, 
mən də gəldim də. 
Süpürgəçi. A, düz deyir də gəldi. Burax 
onun 
xirtdəyini. 
Günahsız  adamı 
öldürmək yaxşı deyil axı. 
Oğlan.  Bu,  hər  şeyi  əvvəlcədən  qurub-
qoşub,  fikirləşib.  Bizi  səhnədən  qovdu, 
xeyirxah  insanlara  sözümüzü  deyə 
bilmədik,  indi  deyirsən  onu  boş-boşuna 
buraxaq getsin! 
Kloun. Axı, (əliylə tütəkçalanı göstərir
o,  sizin  əvəzinzdən  nə  lazımdırsa 
danışdı,  siz  də  etiraz  etmədiniz.  Siz 
vaxtında etiraz etmədiniz! Niyə?  
Oğlan.  (yavaş-yavaş  onun  yaxasını 
buraxır)  Hə,  biz  etiraz  etmədik.  Biz 
etiraz  etmədik?  O,  həmişə  öz  sözlərini 
danışır.  Bir  ona  bax  (əliylə  tütəkçalanı 
göstərir)  o,  həmişə  belə  edir.  Həmişə 
heç  kimin  eşitmək  istəmədəyi  sözləri 
seçir. 
Kloun.  Bəlkə,  o  xəstələnib.  İnsanların 
eşitmək  istəmədiyi  sözləri  danışmaq 
xəstəliyinə tutulub. 
Süpürgəçi.  Sən  səhv  edirsən,  onun  adı 
qala xəsətəliyidi.  
Kloun.  Olsun,  elə  bizim  hamımız  da  o 
xəstəlikdən  nəsə  var.  Birində  çox, 
birində az. Amma hamıda var.  
Süpürgəçi.  Nə  danışırsan?  Deyirsən, 
yəni qala xəstəliyi epidemiyadı? 
Tütəkçalan. Sabahınız xeyir! 
 
(Süpürgəçi  və  kloun  ikisidə  birdən)  Biz 
ac deyilik! 
 
Oğlan.  Ey  xəstələr,  mənim  vaxtım 
yoxdu. Özümdən çıxartmayın məni. Pul! 
Pul! Pul! Yoxsa, duman gəlməyəcək!   
Süpürgəçi. Sən ciddi deyirsən? 
Kloun.  (sanki  öz-özünə  danışır)  Vaxtı 
yaddan  çıxarmaq  lazımdı.  Vaxt  nədi, 
qolundakı saat? Bu ki, uydurmadı, bu ki, 
sadəcə alətdi. 
Oğlan. Mən ciddiyəm. 
Süpürgəçi.  Mən  elə  bilirdim  zarafat 
edirsən. Sənə nə qdər pul lazımdı? 
Kloun.  (üzünü  Yasəmən  ağacına  sarı 
tutub  danışır)  Vaxtı  heç  bir  cihaz  ölçə 
bilməz  axı.  Bizim  öz  vaxtımız  var.  Öz 
dünyamız  ola  bilir,  öz  vaxtımız  ola 
bilmir?  Sən  necə  fikirləşirsən,  Yasəmən 
ağacı,  sən  də  insanların  uydurduğu 
vaxtla işləyirsən?   
Oğlan. Yüz dollar. Tam ciddiyəm! 
Süpürgəçi. Mən heç vaxt yüz dolları bir 
yerdə  görməmişəm.  İnan  mənə.  Amma 
hələ ümid var. Bəli bu o demək deyil ki, 
mən  yüz  dolları  heç  vaxt  bir  yerdə 
görməyəcəm. 
Kloun. 
Bizim 
vaxtımız 
qalaya 
qayıdandan  sonra  başlayacaq.  Tarix 
kitablarını  da  təzədən  yazmaq  lazım 
gələcək.  Qaladan  əvvəl,  qaladan  sonra. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə