Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə50/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
105 
NƏSR  
AZAD  
QARAD
Ə
R
Ə
L
İ
   
  
 
  
 
Ə
llid
ə
n bir k
ə
m
 
                 
roman 
 
 
 
 
 
BİRİNCİ  HİSSƏ 
 
                               
 Hüseyn  Cavidin  və  bütün  repressiya  
şəhidlərinin xatirəsinə 
 
 
 
 
             ÜRƏK DÖYÜNTÜSÜ,  
 
yaxud rəqəmlərin paradı. 
 
2-ci  minillik  bitmiş,  üçüncüsü 
başlamışdı.  Ölkələr  bir-birinə  dəymiş, 
SSRİ  boyda  imperiya  dağılmış,  o  biri 
respublikalar 
kimi 
Azərbaycan 
da 
müstəqil  olmuşdu.  Amma  hər  əsrin 
başında və sonunda olduğu kimi, bu dəfə 
də torpaq itirmişdik...  
            Minilliyin  sona  varmasına  -  üç 
sıfırın birdən yan-yana düzülməsinə, bir 
az    sonra  3-cü  minilliyin  başlamasına   
kompyüterlər dözməmiş, sıradan çıxmış, 
itkilər olmuşdu... Ən böyük itki isə insan 
itkisi  idi.  Köhnə  minilliyin  sonlarında  
başlamış  müharibə  insanları  udmuş, 
erməni-azərbaycanlı  münaqişəsi    sonu 
görünməyən  savaşa  çevrilmişdi.  Ancaq 
insanları təkcə müharibə udmurdu... 
-Tıp... tıp... tıp... tıp... tıp........................ 
 
         Ürəyi yenə sözünə baxmırdı. 
          Bir əli sükanda, o birisi ürəyinin 
başındaydı.  
           Maşın  da  saatda  100-lə  gedir. 
Hərdən 110-120-yə, lap 130-a da qalxır. 
İstəyirdi sürəti azalda, o dəqiqə arxadan 
təqib  edən  qara  QAZ-31-in    burnu 
görünürdü.  Düzdür,  JİQULİ-06  da  elə-
belə  maşın  deyil,  amma  yazıq  maşın 
neynəsin  sürənin əhvalı yerində  yoxsa? 
Üstəlik, yollar da bərbad. (“Mənə deyən 
gərək, niyə axı o işlənmiş MERSEDES-i 
almadım?  Ode,  şəhərdə  hərə  birin 
minib.  Sağ-salamat  qayıdım,  bunu 
satajam. Alajam o nemes maşınnarınnan 
birin.  İndi  qoyardım  üstünə,  uçub  çıxıb 
gedərdi.  Başın  qarışdı  qəhbələrə,  gözün 
qızdı, 
maşını 
dəyişməkmi 
yadına 
düşürdü? “)  
 
Daha 
əhvaldan-zaddan 
keçmişdi.  Ürəyi  tappatap  vururdu  – 
arvadlar palaz yuyanda bir ağacdan asıb 
iri  dəyənəklə  necə  çırparlar,  bax  elə. 
Əvvəl  yavaş-yavaş  vururdu:  tıp...  tıp... 
tıp...  Və  birdən  başlayırdı  aramsız 
döyünməyə: tap-tap-tap!!! 


106
№ 4 (20) Qış- 2016
 
 
Üzü  allahdaydı  ki,  sükanda 
olanda  partlamasın  ürəyi.  Yoxsa  maşın 
cəhənnəmə, özü para-pırtıq olardı. O isə 
belə ölüm arzulamırdı...  
 
Səyriyən  dodağı  qaçdı.    “Anam 
demişkən, arsız canım... He-he.. Gör e... 
Arzulamırdı... “Arzuya bax, sevgilim?!” 
Nə 
arzulamaq? 
Ölümmü? 
49 
yaşındamı?!  Ay  səni,  çort  vazmi!.. 
Köməy  ol,  ay  allah!  Nə  olar,  keç 
günahımnan? Səni tanımıyana lənət... “ 
 
Uzun,  qara    nokia  telefonuna 
(bu, nokianın ilk buraxılışlarındandı, iki 
il  əvvəl  şahmatçı  qardaşı  Nizami 
xaricdən  ona  pay  gətirmişdi  –  ölkədə 
mobil  telefon  hələ  az-az  adamda  vardı, 
amma  artıq  dəb  halını  almağa 
başlayırdı  yavaş-yavaş)  yenə  gizli 
nömrədən  zəng  gəldi.  Artıq  ikinci  zəng 
idi – ikisi də gizli nömrədən; bu zənglər 
də  onun  ürək  döyüntüsünü  artırırdı. 
“Qoy bu mirət telefonu söndürüm, yoxsa 
onun 
həyəcanlı, 
üstəlik  də,  gizli 
nömrədən  olan  zəngləri  lap  da  bağrımı 
çatladır”  deyib    telefonun  qırmızı 
düyməsini basaraq söndürdü. 
 
Bu lənətə gəlmiş ürək döyüntüsü 
onda  lap  gənclik  illərindən  vardı. 
Əslində  adi  bir  ehtiyatsızlıq  və 
təcrübəsizlik buna səbəb olmuşdu. 70-ci 
illərin  başıydı.  O,  təzəcə  aspiranturaya 
girmişdi    -  hələ  burnunun  ovulmayan 
vaxtları  idi.  Tənqidçi-alim  Məsud 
Əlioğlunun  fəaliyyətindən  bəhs  edən 
məqaləni 
işlədiyi  institutun  “Elmi 
xəbərlər”  jurnalına  təqdim  edəndən  bir 
gün  sonra  baş  redaktor  (  həm  də  elmi 
şuranın  üzvü,  tanınmış  ədəbiyyatşünas-
alim 
idi
onu 
yanına 
çağırıb 
demişdi:”Ay  oğul,  elə  bilirsən,  bu 
sadaladığın  faktları  səndən  başqa  bilən 
yoxdur? 
Nəyinə 
lazımdır, 
Məsud 
Əlioğlu özünü niyə öldürüb, nədən ötürü 
öldürüb?  Yoxsa  sən  özünü  süddən 
çıxmış  ağ  qaşıq  hesab  eliyirsən?  Ağlını 
başına yığ, bala. Bu, Sovet hökümətidir. 
Dovşanı  arabaynan  tutur.  Elə  səni  də 
tutar.  Get,  başqa  şey  yaz.  Məsələn,  elə 
atasınnan  yaz  –  Əli  Vəliyevdən.  Ode, 
dəf  kimidi!  Hələ  də  yazıb-yaradır. 
Onnan  yazarsan,  əlinnən  tutar,  İttifaqa 
qəbul  elətdirər,  müdafiənə  köməyi 
dəyər... 
Yoxsa, 
intihar 
hadisəsini 
araşdırırsan,  nə  bilim,  nə  qayırırsan... 
Cavidi  qurdalayırsan,  “Əllidən  bir 
kəm”dən 
danışırsan, 
“Darıxan 
adamlar”dan  yazırsan.  Sarsaq-sarsaq 
işlər...” 
 
O,    cavab  qaytarmamaq    üçün 
əlini  ağzına  təpərək  barmaqlarını 
gəmirə-gəmirə  institutun  əsas  binasının 
dəhlizi  ilə    qəddi  əyilmiş  kimi 
addımlayanda    xətirini  dünyalar  qədər 
istədiyi,  elə  bütün  tələbələrin  sevimlisi 
olan  İsmayıl  Şıxlı  bir  qrup  müəllimlə 
qabağına çıxmış, hələ tələbəlikdən yaxşı 
tanıdığı  İmiri  saxlamış,  niyə  kefsiz 
olduğunu 
soruşmuşdu. 

da 
təcrübəsizlikdən  olanları  digər  institut 
müəllimlərinin  yanındaca    danışmış, 
axırda lap gül vurmuşdu: 
 
-İsmayıl  müəllim,  mənə  deyir 
get Əli Vəliyevdən yaz... Axı mən onnan 
nə yazım?! Onun bütün yazıları başdan-
başa 
tərənnümdür... 
Siz 
özünüz 
mühazirələrinizdə 
demirdinizmi 
ki, 
tədqiqat  apardığın  obyekt  cılız  olanda, 
tədqiqat  da  cılız  olacaq?  Yazaram  e, 
niyə  yazmıram,  amma  tənqid  yazsam, 
verərlərmi?  Az  qala  son  illərdə  müdafiə 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə