Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə53/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   49   50   51   52   53   54   55   56   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
111 
Belələrindən  İmirin  zəhləsi  gedərdi. 
Qiymətini yazıb başından edərdi.) 
 
Söyüş  ağzından  çıxan  kimi 
ürəyinin guppultusu təzədən başladı. Ya 
bəlkə  heç  dayanmamışdı,  ona  belə 
gəlirdi? 
Hər 
nəydisə, 
başını  ayrı 
söhbətlərlə  qatanda  elə  bil  sakitləşirdi 
ürəyi.  Haçansa  oxumuşdu  ki,  ürəyin 
sözünə  baxmayanda,  tamam  ayrı  şeylər 
düşünməyə 
çalışmalısan. 
Məsələn, 
çayda  balıq  son  zamanlar  niyə  azalır?.. 
(“Doğrudan  e,  maraqlıdır,  biz  uşaq 
olanda  çay  nədi,  arxlardan  vedrə-vedrə 
balıq tutardıq. Bəs indi niyə balıq yoxdu 
çaylarda?..” Suala bax da! Balıq, çay... 
Yox bir, çayda balıq yan gedər!..”) Ona 
görə maşının sürətini artırıb arxasındakı 
“quyruğ”u  itirəndən  sonra yenə başladı 
nələrsə düşünməyə. “Dəvəlinin filialında 
kəsdiyim  qızlardan  biri  ayrı  aləm  idi 
haaa!  O  yanına-bu  yanına  keçdim, 
qolumla  böyrünə  toxundum,  bir  şey 
çıxmadı.  Hətta  guya  əyilib  qarşısındakı 
vərəqlərə  baxanda  üzüm  döşlərinə  də 
toxundu. O gözəllikdə qız lap mal idi. Ə, 
o  “mal”dan  yox  e,  belə  ağzı  bağlı  mal-
heyvan  kimi.  Tupoy  kənd  qızıydı,  də! 
(Kopolunun  Bakısı!  Nə  işdisə,  qızların 
ayağı  vağzalın  perronuna  dəyən  kimi, 
dəyişirlər.  Bakının  havası  şəhvət  dadır. 
Heç birinci kursu yarı eləməmiş, yuxarı 
kursların  oğlanları  ilə  qəhbə  yanına 
getmədimmi?  Şəhər  adama  şəhvət  hissi 
aşılayır.)  Əslində  mən  belələrini  daha 
çox istəyirəm. Pişik tutduğu siçanla necə 
oynayır,  mən  də  heylə...  Yoxsa 
çoxbilmiş  şəhər  qızları?!  Oy  onları 
yansın elə!”  
         O  dəqiqə  gözünün  qabağına  çoxlu 
sayda  qızlar  gəldi.  Lap  hərəmxana  idi! 
Düz 19 qız. Hamısı da bakirə. Yox, daha 
bakirə deyildilər...  
 
          
ŞƏHVƏT 
          Şərq şəhvətə susayıb. 
          “Min 
bir 
gecə” 
dastanları, 
“Qabusnamə”, 
hələ 
hindlilərin 
“Kamasutra”sı...  Yox,  hindlilərin  bu 
kitabı  başqadır.  Bu  nəsə  seks  elmi 
haqqında 
bilgilərdir. 
Bizim, 
şərq 
xalqlarının  Qərbdən  fərqi  budur  ki, 
bizdə  guya  şəhvət,  seks  üstüörtülüdür, 
gizlindir.  Hətta  bəlkə,  qanuniləşmiş 
formadadır.  Məsələn,  bir  dul  qadın 
səfərə  çıxır,  hər  hansı  bir  kişi  onu  siğə 
edib bir gecəliyə şəhvətini söndürə bilər. 
Və sonra kim hara istəsə gedər... Şəriətə 
görə  bir  kişi  dörd  arvad  saxlaya  bilər. 
Amma  kimdir  buna  baxan?!  Şahların 
hərəmxanasında  100-dən  yuxarı  qadın 
olurdu.  Hərəsindən  də  3-4  uşaq...  Bu 
edir  500-600  nəfərlik  bir  ailə.  Ailə  ha!.. 
Ay səni...  
 
Hətta  bu  hal  Azərbaycanın 
sonuncu  “şahı”  Mir  Cəfər  Bağırovun 
hakimiyyəti 
zamanı  da  dəbdəydi. 
Əslində bu “sonuncu” sözü düz olmadı; 
gərək  birinci  və  sonuncu  yazaydım. 
Nədən 
ki,  bizim  özümüzün  nə 
şahlığımız,  nə  də  şahımız  olub.  Heç 
dövlətimiz  də  olmayıb.  (Məhəmməd 
Əmin  Rəsulzadənin  1918-20-ci  illərdə 
qurduğu  cümhuriyyət  xaric.)  Düzdür, 
şahlar  Azərbaycan  türkü  idi,  amma 
hakimiyyət İranın olub.  
 
Hə,  sözüm  orda  qaldı  ki, 
repressiya 
illərində 
həbsxanada, 
dindirmə  otaqlarında  gözəl  qadınların 
bir  çoxunu  Bağırov  özü  dindirirdi. 
Müşfiqin  arvadı  Dilbəri  də,  Ayna 


112
№ 4 (20) Qış- 2016
 
Sultanovanı  da...  şəxsən  dindirmiş,  belə 
gözəl qadınların necə döyüldüyünü, necə 
əzablar içində  qıvrıldığını öz  gözləri  ilə 
müşahidə  etmişdi.  Bu  mazoxist  qadın 
fəryadından    aldığı  zövqü  heç  nədən 
almazmış.  Nə  biləsən,  bəlkə  bu  da  belə 
orqazm olurmuş.  
 
Qadın Komitəsində (Ailə, Qadın 
və  Uşaq  problemləri  üzrə  Dövlət 
Komitəsi)  işləyəndə  bir  dəfə  aparatın 
rəhbəri  zirzəminin  açarını  mənə  verib 
dedi  ki,  komendantı  çağır,  düşün 
padvala. 
Oradan 
bizim 
çap 
məhsullarımızın  hərəsindən  bir  bağlama 
gətirin, 
Küveyt 
qadınlarının 
nümayəndələrinə hədiyyə edəcəyik. 
 
Mən  aşağı  düşəndə  qoca  liftçi 
Dayı  da  -  hamımız  ona  Dayı  deyirdik  - 
zirzəminin  ağzında  idi.  Komendant 
açarları (zirzəminin giriş qapısının açarı) 
ona  verib  Dayını  mənə  qoşdu  ki, 
kitabları  daşımaqda  kömək  eləsin.  Son 
vaxtlarda  dostlaşdığım  bu    kişi    qocalıb 
80-ni  çoxdan  bitirsə  də,  namxuda 
qıvraqdır.  Gümrah  addımlarla  qabağa 
düşüb  bələdçilik  elədi  -    pillələrlə  bir 
xeyli  aşağı  endik.  Giriş  qapısını  açdı, 
sonra 
məni 
beton 
zirzəminin 
dərinliklərinə  apardı.  Eynən  ümumi 
hamamdakı 
kimi 
beton 
stollar, 
çarpayılar  vardı.  Hər  tərəfdən  vahimə 
yağırdı. Ən dəhşətlisi isə, bu divarlardan  
mənasını 
anlamadığım 
bir 
qoxu 
yayılırdı.  Lüminessent    lampalarla 
işıqlandırılsa  da,  zirzəmi  yarıqaranlıq 
idi.  Bu  qaramat  hisslərlə  əlləşə-əlləşə 
gəlib  bir  qapıda  dayandıq.  “Açar 
səndədir,  -  dedi  Dayı,  -  çıxard,  aç.  Bu 
qapı 
sizinkidir.” 
Qapını 
aça-aça 
soruşdum:  “Dayı,  buralar  nə  üçün 
istifadə  olunurmuş?”  Qoca  beton  divara 
söykənib  müştüyünə  siqaret  keçirə-
keçirə dedi: 
 
-Eee,  ay  oğul,  bu  divarlar,  bu 
beton  stol-stullar  nə  qanların  şahididir, 
bilirsənmi? Bu divarları  su nasoslarının 
vurduğu  güclü  su  şırnağı  ilə    neçə  dəfə 
yudurdublar  bizə,  amma  onlara  hopmuş 
qan,  sidik,  nəcis  qoxusu,  ən  çoxu  da 
meyit qoxusu getmədi ki, getmədi. Bax, 
burdan belə axıracan müharibədən sonra 
tutulan  xalq  düşmənlərinin  saxlanıldığı 
yer  idi...  –  Kişinin  elə  bil  buranın  nəm 
və 
rütubətli 
havasından 
boğazı 
qıcıqlanır,  danışığına  ara  verir,  öskürüb 
davam  edir.  -  Kekebenin  padvalı  dolu 
olduğunnan,  ora  sığmayanları  gətirib 
bura – stroykası hələ tam başa çatmamış 
Hökümət 
evinin 
padvalına 
doldururdular.  İstintaq  başa  çatdıqdan 
sonra  sağ  qalanların  bir  qismini  Bayıla, 
bir  qismini  Narginə,  qalanlarını  da 
sürgünnərə  yola  salırdılar...  Bəzən 
istintaq  prosesinə  dözməyənlər  elə 
burdaca canlarını tapşırırdılar. Belələrini 
çox vaxt heç dəfn eləmirdilər. Gecəynən  
gəmilərə  yığır,  ayağına  daş  bağlayıb, 
“gumb” dənizə tullayırdılar... 
 
-Dayı, 
sən  bunları  hardan 
bilirsən  belə?  –  yarıqaranlıqda  diqqətlə 
üzünə baxıb ehtiyatla soruşdum.  
           (Heç  yaxşı  fikir  verməmişəm:  bu 
kişinin  nə  qəribə  sifət  quruluşu  varmış. 
Altı  kölgəli  iri  qara  gözləri,  parıldayan 
şumal  üzü,  enli  alnı,  kvadrata  bənzəyən 
yekə başı və hələ bircə tükü  nə ağaran, 
nə  də  əskilməyən,  arxaya    daranmış  - 
hətta  darağın  diş  yerləri  aydınca 
görünür  -    şəvə  kimi  saçları...  Qocalığı 
çənəsindən    aşağıda  hiss  olunur  – 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə