Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə55/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   51   52   53   54   55   56   57   58   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
115 
təsdiq 
olunub. 
Mütə 
ərəbcədə 
faydalanma  deməkdir.  Quranda  siğə 
haqqında  “Nisa”  surəsinin gərək  ki,  24-
cü  ayəsində    –  mən  bunları  tərcümədə 
oxumuşam,  ona  görə  elə  tərcüməsin  də 
sənə deyirəm – deyilir: “Mütə elədiyiniz  
qadınların  mehrlərini  lazımi  qaydada 
verin!  Mehr  müəyyən  edildikdən  sonra, 
aranızda  razılaşdığınız  şeydən  ötrü  sizə 
heç bir günah yazılmaz! Allah  hər şeyi  
biləndir, hikmət sahibidir” 
 
-Mehr, 
yəqin 
ki, 
mal-pul 
mənasındadır? 
 
-Hə,  onu  kişi  ilə  qadın  özləri 
müəyyənləşdirir,  yəni  burda  bir  norma 
yoxdur.  Bu,  məsələn,  müəyyən  qədər 
pul, yaxud əşya da ola bilər... 
 
Mən soruşdum: 
 
-Deyəsən  bunun  duası  da  var? 
Yəni  molla,  yaxud  kişi  özü  nələrisə 
oxumalıdır?..  –  Az  qala  gülmək 
tutacaqdı məni. Amma özümü saxladım. 
 
-Hə, ö sözləri də əzbərləmişdim. 
Amma  ərəbcə  olmalıdır,  özü  də  gərək 
deyəndə çaşmayasan. Dayan görüm...  – 
Cibindən  balaca  bir  kitabça  çıxardıb 
açır, barmağı ilə dilini yaşlayıb vərəqləri 
çevirir.  --Hə...  Ya  molla,  ya  da  əgər 
bilirsə,  siğə  eləyən  kişi  özü  siğə 
olunacaq  qadına  bu  sözləri  əzbərlədib 
təkrarlatmalıdır: 
 
-“Zəvvəctukə  nəfsi  fil-muddətil-
mə'luməti ələl məhril məlum."  
           Yəni
mənası 
belədi: 
"Razılaşdığımız  mehriyyə  və  müddət 
müqabilində  özümü  sənin  arvadın 
etdim". Kişi də bundan sonra deməlidir: 
“Qəbiltu.” Yəni “qəbul edirəm.” Onların 
görüşü, yəni yatıb-durması razılaşdıqları 
müddətdən sonra bitir və azaddırlar. 
 
-Dayı,  bu  fahişə  yanına  getmək 
kimi bir şeydir də, əslində... 
 
-Yox,  yox...  –  Dayı  əlini 
qaşıqdan  çəkir,  -  elə  deyil.  Əslində 
fahişəliyin  qarşısını  almaq  üçündür  bu. 
Yəni bu mədəni... 
 
Kişi  sözünün  dalını  tapa  bilmir 
deyəsən.  Gözlərini  mənə  dikib  sanki 
kömək  istəyir,  yəni  tamamla.  Mən  də 
insafsızcasına deyirəm: 
 
-...mədəni fahişəlikdir... 
 
Dayı salfetlə ağzını silib hıqqınır 
və gülümsünür. Nahar fasiləsi başa çatır 
və  biz  kafedən  çıxırıq.  Yolda  üzümü 
kişiyə tutub utana-utana dedim: 
 
-Heç siğə etdiniz? 
 
Güldü.  Daha  doğrusu,  zorla 
gülümsündü.  Sonra  üzünü  Hökümət 
evinə tutub dedi: 
 
-O  bina  bu  ölkənin  başı  sayılır, 
yəni  burdan    idarə  olunub  həmişə. 
Amma  oradakı  kişilərin  hərəsinin 
azından  3-4  əlavə  qadını  var.  Son 
vaxtlarda  qadın  müğənnilər  saxlamaq 
dəb  düşüb.  Mən  siğə  eləmədim,  çünki 
cavanlığım  Sovetin  vaxtına  düşüb, 
amma  iki  arvaddan  başqa,  dəqiq 
yadımda  deyil,  təxminən  10-12  qadınla 
yatdım.  Yenə  deyirəm:  hesab  eliyirəm 
ki,  siğə  vəziyyətdən  ən  yaxşı  çıxış 
yoludur...  
   
 
 NATA 
            “Mənə  də  zaval  o  zəif  yerimdən 
gələcək vallah...  
 
Bir 
dahi 
yerində 
demiş:”Dünyanın  ən  uca  taxtında 
otursan 
da, 
yenə 
eyni 
götlə 
oturacaqsan.”  Mən  də  qadınları,  qızları 
dəyişməklə  bir  şeyi  anlamadım:  bu 


116
№ 4 (20) Qış- 2016
 
dəlik,  hamısında  eynidir.  Bir  az  biədəb 
çıxdı,  amma  neyniyim  ki,  həqiqətin  bir 
üzü biədəb olur həmişə. Nəysə... 
            Zibanı heç unuda bilmirəm. Necə 
məsum,  necə  gözəl,  necə  suyuşirin  idi. 
Bir  ara  az  qala  arvadı  boşayıb 
evlənəjəydim  onunla...  Bir  ara...  Sadəcə 
bir  ara...  Vəssalam.  Sonra  başa  düşdüm 
ki,  iki-üç  dəfədən  artıq  görüşmək 
olmaz... 
Heç 
yadımdan 
çıxmaz. 
Şıxovdakı  pansionata  aparmışdım  onu. 
Gejəni  orda  qaldıq.  Altımda  nejə 
çabalayırdı 
yazıq? 
Qaraquşun 
caynağındakı qumru quşu kimi... Birdən 
nejə  bağırdı?!  Sonra  qan  fışqırdı...  O 
birilərdən  sadəcə  damcılamışdı  qan. 
Bununkından isə qan şorladı... Sonradan 
bilmişəm 
ki, 
aybaşıdan 
təzəcə 
qurtarıbmış...” 
 
Qarşıda  bayaqkı  polis  maşını 
yenə  göründü.  Kimisə  saxlayıb  tənbeh 
edirdi.  Ürəyi  bir  az  sakitləşdi.  “Məndə 
də var e. Hər şeyi şişirdirəm. Gördün ki! 
Adicə  polis  maşınıymış...  Yaxşı,  bəs 
niyə “dəvə-dəvə” dedi? Nejə dedi? Dəvə 
əməliyyatı!..  Sən  öl  elə  dedi...  Yaxşı 
daaaa! Cəhənnəm olsun Dəvəli də, dəvə 
də!.. Gəl qızları xatırlayaq...” 
 
Zorla  da  olsa  dərs  dediyi  qızları 
bir-bir  göz  önünə  gətirdi.  “Zibanı  daha 
görmədim.  Onunla  dövlət  imtahanı 
qabağı  yatdım.  Düzü,  elə  bir  ləzzət 
almadım. Çünki ikimiz də bərk qorxduq. 
Qan dəhşət açılmışdı. İnjəvara, az sonra 
öləzidi.  Mən  də  sakitləşən  kimi  onu 
maşına 
qoyub 
yaşadığı 
mənzilə 
apardım... Amma onnan mənə bir xatirə 
qaldı:  alt  paltarı  al-qan  içindəydi.  Heç 
yuduzdurmadım  onu.  Mikrorayondakı 
mənzilimdə  atmışam  qalıb.  Gülməyin 
mənə  -  ora  tək  gedəndə  hərdən 
iyləyirəm.  Qan  iyi,  qızın,  qadının 
orasından  gələn  qanın  iyi  məni  dəli 
eləyir! 
Ona  görə  aybaşıdan  təzə 
qurtarmış  qadınla  yatmaqdan  ötrü 
ölürəm.  Onların  altımda  qıvrılması, 
zarıması,  sonra  şeylərindən  gələn  qan 
qoxusu!  Nəyə  desən  dəyər!..  Dünyanın 
heç bir ətrindən almadığım qoxu hissidi 
bu... 
          Hələ  Nata!  Natış  deyirdim  ona. 
Acığı gəlirdi bu sözdən. Deyirdi, sadəcə 
“Nata”  de.  Mən  də  Natəvan  yerinə 
Nataşa  deyirdim.  Ha-ha-ha!  Arsız-arsız 
qoy  gülüm  elə...  Budeeee,  bu  oğraşın 
31-i yenı dayadı dalıma... Mən neyniyim 
axı,  ay  allah!?  Bəlkə  saxlayım,  deyim, 
qaqa,  nədi,  nə  istəyirsən  mənnən?!  Pulu 
da  elə    diplomatqarışıq  atım  üstünəəə.. 
Bəlkə  elə  pulu  götürüb  çıxdı  aradan? 
Ay-hay!  Ə,  ay  yazıq,  buna  da    kekebe 
deyərlər  e!  Sən  öl,  sənin  sümüyünü 
sürmə  eliyəjək...  Bircə  əlac  var:  bas 
qaza,  çıx  aradan.  Tuta  bilməsə,  əlində 
dəlil-sübut  olmasa,  neyniyəjək?!.  Dayan 
e...  Bəlkə  bu  kəsdiyim  uşaqların  ataları 
sözü  bir  yerə  qoyub  bizə  nömrələnmiş 
pul  veriblər?  Hə-hə!  Sən  öl  belədi!  Bu 
elə dalıma ona görə düşüb də... Bəs orda 
niyə tutmadı məni? Bazarın ağzında üz-
üzə gəldik haaa, bax onda niyə tutmadı? 
Yəqin  ora  tünlük  olduğunnan  riskə 
getməyib... Heç oğraşın üzünə də yaxşı-
yaxşı  baxmadım,  bircə  çertası  da 
yadımda  qalmadı...  Tək  bildiyim 
formada  olmasıydı,  vəssalam.  Nə 
formasıydı?  Polis?  Deyildi!  Prokuror? 
Yox  e,  yox.  Hərbi  formaya  oxşayırdı. 
Kekebeşniklər heylə geyinir axı... Ya da 
ki,  qarajdanski  geyinirlər...  Əşşşi!  Nə 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə