Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə63/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   59   60   61   62   63   64   65   66   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
131 
yaxınlıq  etmişdik.  Sonralar  bir  yerdə 
işlədik  həm  də  -  o,  televiziyada,  mən 
radioda.) 
 
Bir  halda  qeyd  dəftərindən 
danışdıq,  onu  da  deyək  ki,  məşhur 
Beriya  haqqında  kiçik  bir  məlumat  da 
vardı    dəftərdə.  Hitlerə  olan  sevgisini 
(bu  barədə  bir  az  sonra  danışacağıq) 
Beriya 
haqqında 
yazdıqlarında  
görməsək də, apardığı  qeydlər ona olan 
simpatiyasından xəbər verir. 
          “Lavrentiy  Pavloviç  Beriya  - 
vəzifədə  çalışdığı  illər  ərzində  yüz 
minlərlə günahsız insanın ölümünə  bais 
olub.  Hələ  bu  azmış  kimi  vəzifə 
səlahiyyətlərindən  sui-istifadə  edərək, 
700-dən 
artıq  qızın  və  qadının 
namusuna  təcavüz  edib.
 
Tibb  işçiləri, 
evdar  xanımlar,  hərbçilər,  xadimələr, 
tələbələr,  idmançılar,  hətta  məktəb 
şagirdləri də onun qurbanına çevrilirdi. 
Deyilənə  görə,  Lavrentiy  işdən  sonra 
xidməti  maşını  ilə  Moskva  küçələrini 
dolaşırdı. Gözünə dəyən xanımları işarə 
edərək, 
şəxsi  mühafizə  xidmətinin 
rəhbəri  erməni  Sarkisova  nişan  verirdi. 
O  da  öz  növbəsində  qadınlara 
yaxınlaşaraq,  rəisinin  təklifini  onlara 
çatdırırdı. 
Məsələ 
xoşluqla 
həll 
olunmadıqda,  Sarkisov  güc  tətbiq 
etməkdən  belə  çəkinmirdi.  Nəticədə, 
növbəti  şikar  Lavrentiy  Beriyanın  iş 
otağına  gətirilirdi.  Hadisələrin  sonrakı 
inkişafı isə rəhbərin əhval-ruhiyyəsindən 
asılı  olurdu.  Bəzən  o,  qurbanını  mənən 
sındırmaq  üçün  günlərlə  zirzəmidə 
saxladırdı  və  məqsədinə  yetişməmiş  öz 
çirkin 
əməllərindən 
əl 
çəkmirdi. 
Sarkisovun  etiraflarına  görə,  Lavrentiy 
qurbanını  müxtəlif  şəraitlərdə  tapırdı. 
Hərdən  kütləvi  paradlarda  məktəbli 
qızları  gözaltı  edir,  hərdən  də  dövlət 
xadimlərinin 
xanımlarını 
yoldan 
çıxarmaqla məşğul olurdu.” 
 
İndi  tanış  olacaqlarınız  isə 
İmirin  dəftərindən  deyil,  Beriyanın 
cinayət 
işindən 
götürdüklərimizdir. 
Bəlkə  də  sizə  tanış  olan  bu  bilgiləri 
burda  verməyimizin  bir  səbəbi  var: 
qəhrəmanımızın  maraq  dairəsinə  siz  də 
yaxından bələd olasınız: “Lavrenti ailəsi 
ilə 
birlikdə 
Moskvanın 
Kaçalov 
küçəsində  yerləşən  imarətdə  qalırdı. 
Mənzilin  beş  otağını  oğlu  Serqo,  gəlini, 
nəvələri  və  həyat  yoldaşı  Nina  ilə 
paylaşırdı. Qalanlarında isə xidmətçilər 
və 
mühafizəçilər  yaşayırdı.  Ərinin 
xəyanətlərindən xəbərdar olan Nina onu 
yaxına  buraxmırdı.  O  isə  hər  gecə 
növbəti  qurbanını  evinə  gətirir  və  öz 
otağında  əxlaqsızlıqla  məşğul  olurdu. 
Bir  neçə  dəfə  sifilis  və  müxtəlif  zöhrəvi 
xəstəliklərə tutulan Beriya hətta müalicə 
alan  vaxtlarda  da  intim  fəaliyyətini 
dayandırmırdı.  Ümumiyyətlə,  Lavrentiy 
aktiv  həyatı  çox  sevirdi.  Qara  rəngli 
xidməti  maşını  ilə  qızlar  məktəbinin 
yanına  gəlir,  14-15  yaşlı  şagirdlərin 
içərisindən  şikarını  seçirdi.  Təbii  ki, 
yeniyetmələr 
onun 
təklifini 
rədd 
edirdilər.  Bu  halda  Beriyanın  göstərişi 
ilə həmin qızların valideynləri barəsində 
müxtəlif  bəhanələrlə  cinayət  işləri 
açılırdı.  Son  nəticədə  manyak  öz 
məqsədinə  yetişirdi.  Məhkəmədə  çıxış 
edərkən  o,  bu  faktları  inkar  etsə  də, 
təqsirini  qismən  etiraf  etməli  oldu. 
L.P.Beriya  62  xanımla  intim  əlaqədə 
olduğunu  boynuna  aldı.  Qəribəsi  odur 
ki, siyahıda adları sadalanan xanımların 
arasında  dünya  və  Avropa  çempionları 
olan idmançı qadınlar və cəbhədə şücaət 
göstərmiş  qəhrəman  veteranlar  da  var 
idi.
” 
 
Demişdim  ki,  İmirin  Qeyd 
Dəftərində  ara-sıra  karandaşla  çəkilmiş 
rəsmlər  də  var.  O  rəsmlərdən  biri 
Çingizxanınki  idi.  Biri  isə  Beriyanın 
rəsmi.  Mən  bu  əliqanlı  insanın  çoxlu 
fotolarına  baxmışam.  Amma  heç  bir 
fotoda  Beriyaya    belə  hüsn-rəğbət 
görmədim.  Qəribəsi  bilirsiniz  nədir? 


132
№ 4 (20) Qış- 2016
 
Çəkdiyi  şəkillərdən  birinin  altından 
Beriya yerinə Axmed Axmedov yazıb.  
 
 
 
 
(İmirin çəkdiyi 2-ci şəkil. Altından ad 
yazmasa da Beriya olduğu bilinir.) 
 
 
Az  qala  unutmuşdum.  İmirin  çəkdiyi 
şəklin  altında  belə  bir  qeyd  də 
var:”Beriya  Müsavat  partiyasının  üzvü 
kimi  bolşeviklərin  sirrini  müsavatçılara 
satırdı.  Hətta  Müsavatın  liderlərindən 
olan  Nağı  bəy  Şeyxzamanlını  Türkiyəyə 
o  qaçırmışdı.  Bu  elsatiki  adam  Sovet 
höküməti  qurulan  kimi  Stalinin  sağ  əli 
oldu.” 
  
 
 (İmirin  çəkdiyi  üçüncü  şəkildir. 
Altından Axmed  Axmedov yazıb.) 
           ƏMANƏT 
 
Əmanətə 
xəyanət 
olmaz 
deyiblər.  Amma  etmişdi.  Düzdür,  bu 
barədə  heç  düşünmək  belə  istəmirdi. 
Amma  indi  elə  bir  vəziyyətdə  idi  ki, 
istəsə də, istəməsə də, bütün həyatı gəlib 
gözünün qarşısından keçirdi... İstəsə də, 
istəməsə də... Və məəttəl qalmışdı ki, 49 
illik  ömür  yolu  bu  bir  neçə  saata  necə 
sığır?.. 
 
...Artıq  Masallı  yoluna  çıxırdı. 
Neçə    kilometrlik  məsafəni  nəfəs 
dərmədən şütüyən maşının şinləri istidən 
ərimiş  asvaltda  xırşçıldayırdı.  Hələ  də 
əli  ilə  ürəyini  tutmuşdu...  Və  təəccüb 
edirdi ki, bir belə yolu saatda 120-130-la 
bir  əllə  necə  sürüb?  Və  ona  da  təəccüb 
edirdi  ki,  hərdən  gözlərinin  qabağını  tor 
alsa da, o maşını qüsursuz idarə etmişdi 
bu  müddətdə.  Gözucu  saat  baxdı  və 
gördü ki, hardasa bir saatdan çoxdur ki, 
maşın  sürür.  Və  ürəyinin  belə  bərk 
olmağına məəttəl qaldı... 
 
...Minənin 
yazıq 
siması 
uşaqların  “nakileyka”  dediyi    yapışqan 
şəkil  kimi  gəlib  durdu  maşının  qabaq 
şüşəsinin  önündə.  Qorxdu  ki,  qəza 
törədər,  ona  görə  də  qeyri-ixtiyari 
şüşəsiləni  işə  saldı.  Qızın  silueti  yox 
oldu. 
            O  bu  qıza    həmişə  acımışdı. 
Hətta  özünə  söz  vermişdi  ki,  bir  daha 
qızlara  ilişməyəcək.  Amma  bu  da  söz 
olaraq qalmışdı...  
 
Bircə  anda  qulağı  cingildədi  – 
eynən  məktəb  zənginin  səsi  kimi  səs 
doldu  qulaqlarına.  Yadındadır,  anası 
belə 
vaxtlarda  barmağını  qulağına 
tıxayar,  “ölümüm  yadımda,  ölümüm 
yadımda” deyərdi. Amma o belə etmədi. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə