Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə64/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   60   61   62   63   64   65   66   67   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
133 
Bilirdi  ki,  bu  “zəngdən”  sonra  onun 
qulağına  sözlər  pıçıldayan  bir  varlığın 
səsi  eşidiləcək.  Hə,  hə.  Zaman-zaman 
onun  qulağına  qəribə  bir  adamın  
(adamınmı???)  səsi  gələrdi.  Uşaqlıqdan 
vardı  bu.  Qardaşı  Nizami  şahmat  üzrə 
respublika  çempionu  olanda  da  o  bu 
səsləri  eşidirdi,  özü  ali  məktəbə  qəbul 
olanda da, müdafiə edəndə də... Amma o 
bu səslərə arxa çevirirdi, o səsin sahibinə 
həqarət  edir,  lağa  qoyur,  ələ  salırdı. 
Amma  o  səs  kəsib-kirimək  bilmirdi. 
Bude,  yenə  doldu  qulaqlarına.  (Əslində 
SƏS  sahibinin  söylədiyi  bu  pritçanı  
hardansa  oxumuşdu.  Amma  unutmuşdu. 
İndi o SƏS həmin pritçanı radiosəs kimi 
onun qulağında səsləndirir, pıçıldayırdı. 
Qabaqlar  bu  SƏS-dən  qaçsa  da,  indi 
ona  tapınır,  ona  yıxılırdı.  Ki,  bəlkə 
zaman-zaman  arxa  çevirdiyi  SƏS,  bu 
ağır anda onu ovuda.) 
 
Titrədi. 
Yayın  bu  istisində 
titrətmə  gəlmişdi  ona.  Az  qala  sükanı  
buraxacaqdı. 
Beləydi: 

SƏS-i 
eşidilməzdən  qabaq,  titrəyir,  elə  bil 
başqa  adam  olurdu.  O  SƏS  bəlkə  heç 
eşidilmirdi:  onun  beyin  yaddaşına  yazı 
və  SƏS  şəklində  ötürülürdü?  Hər 
nəydisə,  İmirin  bütün  bədəni  titrəyir, 
tərləyib  yumşalır,  sonra  o  SƏS-ləri 
qəbul  edirdi.  Qədim  türk  abidələrində 
necə deyilirdi? “EY TÜRK, TİTRƏ VƏ 
ÖZÜNƏ  DÖN.”  O  da  titrəyirdi,  amma 
özünə dönə bilmirdi. 
 
Bude, 
yenə 

YAZI-SƏS 
ötürüldü ona. 
           
          
 
 
          Səs   
          “Bir  quş  Sülüyman  peyğəmbərə 
bir  dərvişdən  şikayət  etdi.    Dedi  ki,  bu 
dərviş mənim qanadımı qırıb.  
         “Niyə  qırdın?”  deyə  dərvişdən 
sordu peyğəmbər.  
          Dərviş  dedi:  ”Ya  Süleyman,  mən 
acmışdım,  bu  quşu  ovlayıb  yemək 
istədim.  Yaxınlaşanda  o  qaçmadı.  Mən 
də  qanadından  tutandan  sonra  dartınıb 
əlimdən  çıxdı,  onda  bir  qanadı  qırıldı. 
Əgər ona yaxınlaşanda qaçsaydı, qanadı 
da qırılmazdı. Günahkar özüdür.”  
         Süleyman  quşa  dedi:  ”Sən  niyə 
qaçmadın?” 
          Quş    cavab  verdi:  ”Ya  Süleyman, 
bu  adam  dərviş  libasındaydı,  ona  görə 
qaçmadım.  Dərvişlər  allah  adamı  olur 
axı,  kimsəyə  zərər  verməzlər.  Mən  də 
onu elə bildiyimçün qaçmadım.”   
          Süleyman əmr etdi ki, dərvişin bir 
qolunu qırsınlar.  
         Quş  çırpına-çırpına  dedi:  ”Ya 
Süleyman,  onun  bir  qolunu  qırsalar, 
sağalandan  sonra  yenə  biz  quşların 
qanadını qıracaq. Yaxşısı budur, sən əmr 
et,  onun  dərviş  libasını  soyundursunlar 
ki,  mənim  kimi  quşlar  onun  bu  zahiri 
görkəminə aldanmasınlar...” 
 
Bu səs kəsilən kimi bir az əsəbi, 
bir  ay  yumşaq,  bir  az  boğucu,  bir  az 
çəkici və bunların hamısından betər səni 
buraxmayan  İKİNCİ  SƏS  eşidildi. 
Nədənsə  o  bu  səsi  daha  çox  gözləyirdi, 
ona daha çox tapınırdı. 
 
İkinci Səs 
 
“Sən  ona  çox  da  qulaq  vermə. 
Eşit,  amma  inanma.  O  Süleyman  da,  o 
Dərviş də, o quş da it ilində olub keçib. 
Sən önünə bax. Ye, iç, kefini çək.” 


134
№ 4 (20) Qış- 2016
 
 
Bir-birinə qarışmış digər səslər o 
biri  səsləri  batırdı.  QAZ-31  yenə  lap 
qulağının dibindəydi. Bir az qabaqda isə 
polis maşınındakı ratsiya bağırırdı: 
 
-Dəvə,  dəvə!  Dəvə  əməliyyatı, 
dəvə  əməliyyatı!  Diqqətli  olun,  diqqətli 
olun!!! 
 
Çaşıb  qalmışdı,  qabağa  sürsə, 
polis maşını ilə, arxaya qalsa QAZ-31-lə 
üz-üzə  qalacaq.  Bəs  nə  etsin?  Üzünü 
qeyri-müəyyən  səmtə  -  sanki  bayaqkı 
səsə sarı tutub ağlamsındı: 
 
-Allahım,  bu  nə  bəladı  mən 
düşdüm? Başıma nə iş gəldi?! Mənə bir 
çıxış yolu göstər, ey kərəm sahibi! 
 
Səs 
 
“Bir az qabaqda balaca bir kənd 
var,  orda  bütün  yolçular  düşüb  çay 
içəcək.  Sən  də  maşınını  sür  o 
çayxanaya.” 
 
Ömründə  qulaq  asmadığı  bu 
səsdən  hörümçək  tordan  yapışan  kimi 
yapışdı  və  bir  də  gördü  ki,  qarşıda 
doğrudan da bir kənd görünür. Maraqlısı 
oydu  ki,  yol  maşınlarının  hamısı  burda 
dayanıb əl-üzlərini yuyur, kimi çay içir, 
kimi çörək yeyir, kimi də tualetə gedirdi. 
O  da  “ya  allah”  deyib  bu  çayxanaya 
döndərdi maşını.  
 
Qəribədir  ki,  nə  polis  maşınını 
gördü,  nə  də  “KQB”  maşınını.  Hara  isə 
yoxa  çıxmışdılar.  “Bəlkə  məni  qara 
basırdı. Bu nə iş idi mən düşdüm? “ 
 
Çay sifariş versə də içə bilmədi. 
Sinəsi  od  verib  yanırdı.  Ürəyinin 
döyüntüsü azalsa da, sinəsindəki od onu 
qarsırdı. Ürəyi ağzına gəlirdi.  
 
Çay  dolu  stəkana  baxa-baxa 
gözü önünə qəribə kadrlar gəldi... Küçük 
Allahverdi 
deyilən 
adam  anasının 
süzdüyü çayı içib qadını yatağa çəkir. O 
da yalvarır:”Alış, uşaqlar yatmıyıb hələ. 
Qoy  yatsınlar  sonra.”  Amma  kişi 
qadının xalatını çəkib əynindən çıxardır, 
qadının  ağ  maya  bədəni  qalır  düzdə. 
“Gəl,  gəl  görüm!”  deyə  sərxoş  kişi  onu 
yatağa  sürüyür.  Bir  az  sonra  onların 
yataq  otağından  kəhiltiləri  eşidilir. 
Qardaşı  yatsa  da,  o  yata  bilmir.  Başını 
qaldırıb  yorğanın  altından  bu  əcaib 
mənzərəyə baxır və and içir ki, nə qədər 
qadın,  qız  var,  hamısını  belə  eləyəcək 
Küçük  Allahverdinin  acığına.  Sanki 
Azərbaycandakı  bütün  qızlar  Küçük 
Allahverdinin qızları idi... 
 
*** 
 
Çayxanadan    bir  kilometr 
aralanmamışdı ki, güzgüdə həmin QAZ-
31  göründü.  Dişini  dişinə  sıxıb  qazı 
basdı.  
 
Səs 
 
“-Sən 
şərin 
şəklini 
çəkə 
bilərsən? 
 
-Hə. 
 
-Necə? 
 
-İri  gözlü,  qələm  qaşlı,  gözəl 
üzlü,  uzun  saçlı,  incə  belli,  şux  baxışlı 
bir nazənin... 
 
-Şər qadındır? 
 
-Hə. 
 
-Niyə axı, kişi də ola bilər... 
 
-Yox.  Mənimçün  şər  anam  və 
nənəmnən  başladı.  Sonra  dərs  dediyim 
qızlarla bitdi...” 
 
Səs  bu  dəfə  elə  gücləndi  ki, 
onun qulaqları küyüldədi. 
 
Səs 
 
“-Mənim  Şərimin  şəkli  isə 
qıvrım  saçlı,  gen  alınlı,  hərdən 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə