Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə67/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   63   64   65   66   67   68   69   70   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
139 
 
“Bilirsən,  əslində  onun  elə  bir 
günahı  yoxdur.  Yox,  onun  günahını 
azaltmaq, 
onu 
təmizə 
çıxartmaq 
istəmirəm.  Sadəcə,  həqiqəti  deyirəm. 
İmiri  bir  çoxları  xəstə  hesab  edirdi  – 
şəhvət xəstəsi. Hətta ona sadist damğası 
vuranlar  da  vardı.  Yox,  qətiyyən  razı 
deyiləm. O, normal adam idi. Bir məsələ 
var  ki,  biz  qızlar,  (elə  bəzi  oğlanlar  da) 
onun 
ətrafında 
bir 
əfsanə, 
mif 
yaratmışdıq. Hətta bunu qızışdıran, İmiri 
öz  təbii  halından  çıxmağa  vadar  edən 
müəllimlər  də  vardı.  Mən  bilirəm  ki, 
institutdakı  vəzifə  sahibləri  onun 
tələbələrə  divan  tutmasında  maraqlı 
idilər.  Qoy  tələbələr  qorxsun,  çəkinsin, 
ən  savadlılar  belə  əllərini  cibinə 
salsınlar.  Yəni  İmir  institutun  pulkəsən 
maşını  idi  sanki.  Onun  qılıncını  itiləyib 
qabağa  verir,  tələbələri  al  qana 
boyamasına  şərait  yaradırdılar.  O  da 
hayıfını  təkcə  pul  almaqla  çıxmırdı, 
qızları da qanına qəltan edir, bakirəliyini 
pozurdu...  Bilirsən,  o  məni  özünün 
mikrorayondakı 
birotaqlı  mənzilinə 
aparanda  elə  bilirdim  ki,  dünyanın  ən 
xoşbəxt adamıyam. Axı eşitmişdim ki, o 
yaşadığı  qızları  yarı  yolda  buraxmır, 
əgər  istəsələr  onları  tələbə  oğlanlardan 
biri  ilə  evləndirir,  ya  da  yaxşı  bir  yerdə 
iş düzəldir, yaxud  özü  saxlayırdı onları. 
Bilmirəm, 
nə 
dərəcədə 
düzdür, 
danışırdılar  ki,  onun  iyirmiyə  yaxın 
qızdan  elə  o  sayda  da  uşağı  vardı  və 
hamısına  da  necə  lazımdı  baxırdı...  Tək 
bircə qıza görə özünü bağışlaya bilmirdi. 
Onun  adı  Lətafət  imiş.  Özü  söyləmişdi 
mənə. 
Yaxşısı 
budur, 
Lətafətin 
əhvalatını  bir  az  sonra  danışaram.  Qoy 
bayaqkı  fikrimi  tamamlayım:  İmir 
müəllim  bəlkə  də  özü  o  qədər  sadist 
deyildi.  Bunu  ona  sanki  biz  qızlar  və 
onu  əhatə  edən  mühit  məcbur  edirdi. 
Matodoru 
öküzlə 
döyüşə 
necə 
həvəsləndirirlər,  bax  elə...  O  mənimlə 
pastelə  girəndən  sonra  uzun  zaman 
özünə  gələ  bilmədi.  Məni  öpdü, 
qucaqladı,  gah  daldan,  gah  qabaqdan 
özünü  mənə  sürtdü.  Hətta  mən  onun 
cinsi orqanını əlimlə tərpətsəm də, onun 
kişiliyi  yerində  deyildi.  Nəhayət,  yarım 
litr 
arağı 
içəndən 
sonra 
alındı. 
Bakirəliyimi  pozanda    məni  duz  kimi 
yalayaraq  ağladı.  Sonra  hirslə  remenini 
şalvarından  çıxardıb  məni  döyməyə 
başladı. Döyə-döyə də bağırırdı: 
 
-Niyə,  axı  niyə  biz  bunu  etdik? 
Biz  əmanətə  xəyanət  etdik,  bilirsən?!. 
Sən  niyə  mənə  bu  imkanı  yaratdın,  hə, 
niyə?! 
 
Sonra  bir  az  sakitləşib  yatdı. 
Oyanandan  sonra  məni  bağrına  basıb 
öpdü,  yalvardı  ki,  məni  bağışla,  sənə  əl 
qaldırdım.  Və  qəfildən  soruşdu  ki,  sən 
Hüqonun  “Gülən  adam”  romanını 
oxumusan?  Dedim  yox.  Dedi,  hökmən 
oxu... Orda bir dəhşət cümlə var:”Çılpaq 
qadın silahlıdır.” Ömrüm boyu bu cümlə 
məni 
təhdid 
edib.  Bu  cümlənin 
sehrindən çıxa bilməmişəm... 
 
Mən  o  əsəri  tapıb  oxudum  və 
başa  düşdüm  ki,  o  məni  həmin  əsərin 
qıhrəmanı    Quinplenə 
 
bənzədib  –  o  da 
mənim 
kimi  daim  gülümsəyirmiş. 
Sadəcə 
fərqimiz 
buydu 
ki, 
onun 
dodaqlarını    quldurlar  kəsmişdilər,  mən 
isə  dodaqlarımı  bir  yerdə  saxlaya 
bilmirdim.  Sonralar  o  mənə  “Gülən 
adam” deyirdi zarafatla...  


140
№ 4 (20) Qış- 2016
 
 
Sən  ki  yaxşı  bilirsən,  İmir  məni 
qonşu  qrupdakı  Zeynal  adlı  oğlanla 
evləndirdi.  Az  qala  unutmuşdum,  mənə 
pul  verdi,  evlənmək  ərəfəsində    gedib 
tikdirdim  özümü  –  bakirəliyimi  bərpa 
etdirdim.  Düzdür,  oğlana  demişdilər 
mənim  İmirlə  yatdığımı.  Amma  o  heç 
üstünü  vurmadı.  Hətta  üç  il  bir  yerdə 
yaşadıq da. Bir qızımız da oldu. Sonra o 
Rusetə getdi və daha qayıtmadı. Mən də 
İmirin  köməyi  ilə  televiziyada  işə 
düzəldim.    Aparıcısı  olduğum    “Çıraq” 
verilişini  İmirlə  birgə  hazırladıq  uzun 
müddət.  Radio  və  televiziya  dilindən 
elmi  iş  yazıb  müdafiə  etdim.  Təzədən 
ailə  qurdum.  Yəni,  mən  İmirdən  heç 
vaxt narazı olmamışam... 
 
Hə, Lətafətdən danışacaqdım axı 
sənə... 
 
*** 
 
Sado  mazaxistlər  insetə  də 
gedərlər.  Onlar  bacılarıyla  belə  yatarlar. 
İmirin  Əmanətlə  yatması  elə  bacısıyla 
yatmasına  bərabər  bir  şeydir.  Nə  fərqi 
var  ki?  Ona  etibar  edilən,  hətta  evində 
qalan bir qıza tamah salmaq insetdən də 
ötədir. Kaliqula kimi... Yaxud Hitlıer. O, 
bacısının  (ögey  bacısıdır  əslində,  amma 
nə dəxli var?) qızı ilə yatmamışdımı? 
 
      
 “MÜHARİBƏ  VAXTI        
          POMADANI  MEYİTDƏN  
HAZIRLAYIRLAR” 
 
        İmirin Qeyd Dəftərindən. 
        “Mənim bir kumirim  də var: Adolf 
Hitler! O kişinin “Mayn kamp”  kitabını 
alıb  oxuyanda  (mənə  onu  Moskvadan 
gətirmişdilər,  “samizdat”  idi)  dəhşətə 
gəldim. Bu kitab, Leninin sözü olmasın, 
məni  şumladı.  Analadım  ki,  dünya  bir 
ağıllının ağıl və iradəsindən asılıdır. Şair 
yaxşı deyib: 
                  
                 Bir ağılın budağından salanıb 
 
    Neçə-neçə ağlıdayaz yaşayır... 
 
 
           Onun  dahiliyi  bilirsinizmi  hardan 
başlayırdı?  Xalqının  rəqibini,  yanındakı 
düşmənini  fərq  etməkdə.  Bəli,  uzun 
zamandır Fürerin antisemit dünyagörüşü 
alimlərin  dartışdığı  mövzudur.  Tarixçi 
Ralf  Corc  Reuzun  fikrincə,  Hitlerin 
içindəki  antisemit  hisslər  1914-cü  ildə 
baş  qaldırıb.  O  zaman  saçları  iki 
tərəfdən  hörülü,  uzun  qara  paltolu, 
dindar  yəhudilərə  qarşı  ikrah  hissi 
sonradan düşmənçiliyə çevrilib. 
             Başqa  bir  iddiaya  görə,  Hitlerin 
anası  yəhudi  əsilli  bir  həkimin  əlində 
can  verib.  Belə  bir  fikir  də  var  ki,  ata 
nənəsi  bir  vaxt  varlı  yəhudinin  oğlu 
tərəfindən  yoldan  çıxarılıb,  sonra  tərk 
edilmişdi.  Həmin  bu  əlaqədən    qeyri-
qanuni  uşaq  olan  (Hitlerin)  babası 
doğulmuşdu.  (Mənə  görə,  bu  amil  – 
şəxsi ədavət məsələsi bütün səbəblərdən 
başlıcasıdır.  Məsələn,  Lenin  inqilabçı 
idi,  amma  onu  inqilaba  təhrik  edən 
səbəblərdən  ən  birincisi  –  təbii  ki,  ilk 
illərdə  -  qardaşının  çar  tərəfindən 
aslması idi.)  Reuz göstərir ki, Hitlerin I 
Dünya  müharibəsindən  sonra  alman 
iqtisadiyyatının  çökməsində  yəhudiləri 
təqsirkar  hesab  etməsi onlara  olan 
nifrətini pik nöqtəyə yüksəldib.     
         Rusiyadakı  bolşevik  inqilabının 
alman iqtisadiyyatını daha pis vəziyyətə 
saldığına inanan Hitler, Leninin də “yarı 
yəhudi” olduğunu iddia edib. 
         Reuz,  düşünür  ki,  Hitlerə  görə 
almanların yoxsulluq və kədər içərisində 
yaşamalarının 
yeganə 
səbəbkarı  
yəhudilər  idi    və  buna  görə  onları 
qırmışdı. A.Hitler  yazırdı: “Təbiət dahi 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə