Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə68/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   64   65   66   67   68   69   70   71   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
141 
yəhudi Göte ilə bərabər, 10 min zirzibil 
bəxş eləyir ki, onlar yer üzündə ən pis 
mikrob  kimi  yaşayıb  törəməklə  məşğul 
olurlar”.  (Faşist  olanda  nə  olar?  Düz 
söz,  daha  çox  kimin  ağzından  çıxdığına 
görə  deyil,  -  təəssüf  ki,  bizdə  belədir  - 
yaratdığı  təsirə  görə  yararlıdır  –  İ.Ç.) 
Təbii ki, bunlar  da var. Lakin mən, İmir 
Çingiz  olaraq  hər  şeyin  şəxsi  motivlə, 
xüsusilə  qadın  amili  ilə  bağlı  olduğu 
qənaətindəyəm.  O  ümumən  qadınları 
sevirdi.  Bir  faşist  kimi  milyonlarca 
insanı  qırırdı,  amma  qadınlardan  vəcdə 
gəlirdi.  Bəziləri  onu  impotent  sayırdı. 
Şəxsən mən buna inanmıram.   
       Hələ bu yazılanlara diqqət edin: 
       “Hitlerin  ögey  bacısının  21  yaşlı 
qızı Angela (Celi) Raubal çox güman ki, 
onun  sevdiyi  yeganə  qadın  olub.  Gözəl 
brünet  (əsmər,  qarayanız)  qız  Münhenə 
gələn kimi 40 yaşlı “Adolf dayı” özünü 
himayədar  elan  edərək  qızı  öz  yataq 
otağına  yaxın  yerdə  yerləşdirib  qapıda 
cangüdənlər qoymaqla  onu ev dustağına 
çevirmişdi. 
Belə 
diqqətdən 
başı 
dumanlanan  qızın  Hitlerin  məşuqəsi 
olmaqdan  başqa  yolu  yox  idi.  Tezliklə 
bezən  Celi  dostlarına  “Mənim  dayım 
yırtıcıdır.  Onun  məni  nələrə    məcbur 
etdiyini  danışsam,  inanmazsınız”  deyib 
ağlayardı.  O,  Hitlerin  sadomazoxist 
oyunbazlığına  iki  il  dözməli  oldu. 
Adolfa qarşı yaranan nifrətinin əvəzində 
onun  sürücüsü,  otaqda  pusquda  duran 
cangüdənlər,  bir  sözlə,  qarşısına  çıxan 
bütün 
kişilərlə 
intim 
münasibət 
qurmaqla  ondan  hayıf  aldığını  zənn 
edirdi.  Belə  həyata  dözə  bilməyən  Celi 
Hitlerin  şəxsi  və  sevimli  “volter”i  ilə 
özünü  güllələdi.  Fürer  uzun  müddət 
sakitləşə 
bilmirdi. 
Həkimlər 
onu 
müşahidə altında saxlayırdılar, çünki bir 
neçə  dəfə  özünü  öldürməyə  cəhd 
eləmişdi.” 
         Onun  həyatını  araşdıran  tarixçilər 
yazırlar ki, Hitler bəzən gözəl qadınlara 
da  əl  qaldırmışdı.  Belə    qadınların 
siyahısında  alman  kinosunun  ulduzu  20 
yaşlı  Renata  Müller  də  var.  Deyilənə 
görə,  onun  yəhudi   ilə  görüşməsi 
qestapoya  məlum  olandan  sonra  qadını 
öz  evinin  pəncərəsindən  tullayıblar. 
İngilis  Yuniti  Mitford  isə  özünü 
öldurməyə  cəhd  edəndə  güllə  onun 
kəlləsində  ilişib  qaldığından  huşsuz 
halda    9  il  yataqdan  qalxmamışdı.  Süzi 
Liptauer  də  Hitlerlə  gecə  görüşündən 
sonra  özünü  öldürməyə  cəhd  eləmişdi. 
         Fürerlə    yataqda  olub  sağ  qalmış 
qadınlar xatırlayır ki, o, qadın bədəninin 
dəyərini  qiymətləndirə  bilən  kişi  olub. 
Onunla  ölümə  getməyə  razı  olan  qadın 
Yeva  Braun  Hitlerdən  23  yaş  kiçik  idi. 
İntellekti  zəif    bavariyalı  gözəldə  boy-
buxun, qamət və atletik bədən cəlbedici 
idi.  “Mən  ona  yalnız  bir  şeyçün 
lazımam,  bu  ki,  sarsaqlıqdır”  yazan 
Yeva  heç  vaxt  Hitlerlə  birgə  adam 
arasına çıxmazdı. Yeva Braun xatırlayır: 
“Çox 
vaxt 
heç 
ayaqqabılarını 
çıxarmazdı.  Bəzən  çarpayıya  getməyə 
ərinər, elə yerdəcə uzanardıq. Döşəmədə 
o,  çox  erotik  görünürdü”.  Hitler 
Yevadan  evdə  çılpaq  gəzməyi  xahiş 
edərmiş.    Göl  kənarında    birgə  istirahət 
edəndə  Adolf    təkid  edirmiş  ki,  Yeva 
çılpaq  çimsin.  Bu  vaxt  o,  Yevanın 
şəklini 
çəkər 
və 
pornoqrafik 
kolleksiyasına yeni fotolar əlavə edərdi. 
Özünəməxsus  yumor  hissi  olan  Hitler 
arabir  Yevanı  cinləndirməyi  sevərmiş. 
Salfet  üzərindəki  pomada  izinə  baxıb 
“Müharibə  vaxtı  pomadanı  meyitdən 
hazırlayırlar” deyib gülərmiş. 
           Bütün  qansızlıqlarına  rəğmən,  o 
əsl qəhrəman idi! Mənim qəhrəmanım!” 
 
             QIZMIŞ DƏVƏ         
             ...Qoca  yanqılıcı  oturduğu  daşın 
üstündə  bir-iki  dəfə  kresloda  fırlanırmış 
kimi  fırlandı,  müştüyə  taxdığı  filtirsiz 


142
№ 4 (20) Qış- 2016
 
siqaretin  son  qullablarını  alıb,  dizinin 
üstə  tökülən  burnunun  suyunu  qoluyla 
sildi və dedi: 
 
-Dəvə,  belə  baxanda  yaxşı 
heyvandı. Yiyəsinin dərdini-çorunu başa 
düşəndi.  Əyəm,  sən  sahibi  kimi  ona 
qayğıkeş  olsan,  o  da  saa  eyni 
qayğıkeşliyi  göstərər.  O  qədər  həssas 
heyvandı  ki,  örüşdə  otdadığı  yerdə  ona 
ölüm gəlsə, qayıdar şenniyə, bikef  halda 
yiyəsini  tapar,  ona  söykənib  kədərlə, 
tükürpədici  səslə  bozlayar,  ağlayar. 
Allah göstərməsin, dəvənin bozlamasın! 
Şennikdə  hamı  bu  səsə  qulaq  kəsilər, 
bilər  ki,  dəvədə  qada  var...  Bir  də  dəvə, 
balası öləndə bozlayar... Oyyyy, bu səsi 
eşitməyi  allah  heç  kimə  qısmat 
eləməsin... 
 
Qoca  daşın  üstə  yenə  fırlanır, 
dörd  bir  tərəfi  gözdən  keçirib  davam 
edir: 
 
-Dəvə  həm  də  kinni  heyvandı. 
Onu vursan, yanında onu yox, başqasını 
tumarlasan,  xüləsey  ki,  acıqlandırsan, 
bunu  saa  bağışdamaz.  “Dəvə  kini”  söz 
elə-belə deyilmiyib ha... 
 
Bu vaxt bir polis maşını ötür və  
içərisindəki ratsiyadan səsgücləndiricidə 
qışqırırlar: 
 
-Dəvə!  Dəvə!  Dəvə  əməliyyatı! 
Dəvə əməliyyatı! 
 
Qoca  ayağa  qalxır,  bayqdan 
əlində tutduğu dimdikli  şapkasını başına 
qoyur, nimdaş paltarının ora-burasını əli 
ilə  çırpır,  şalvarının  belindən  tutub 
yuxarı  dartır  və  sağ  əlini  günlük  kimi 
alnına qoyub heyrətlə deyir: 
 
-Nə dedi, nə dedi?! Dəvə dedi?! 
 
Mən 
başımla 
təsdiqləyib 
gülümsünürəm: 
 
-Hə,  heylə  dedi.  Niyə  narahat 
oldunuz ki? 
 
-Məni  onnar  çağırmayıblar  ha... 
Özüm  gəlmişəm.  Gəldilər  fermaya,  bir 
cüt dəvə istədilər ki, bəs elat bayramıdı-
nədi  onnan  keçirəciyik...  Mən  də  bir-
birinə  höyür  olan  bir  nər,  bir  də  maya 
verdim  ki,  aparsınnar  ötüşsünnər. 
Nəvəmi 
də 
qoşdum  onnara.  Axı 
dəvələrin  dilin  o  bilir...  İndi  xəbər 
gətiriblər  ki,  mayanı  nərdən  ayırıblar,  o 
da  dözmeyib,  ipini-imlığını  qırıb,  vurub 
çöllü-biyabana...  Allah  göstərməsin! 
Xatadı qızmış nər... Onnan hər nə desən 
gözdəmək  olar...  Qorxuram  uşağa  da 
xətər 
yetirər... 
Ama 
məni 
görsə, 
sakitləşər... 
 
Yol  qırağındakı  bu  üstü  bağlı 
avtobus  dayanacağında  on-on  beş  adam 
var.  Hamısı  Bakıya  sarı  gedəcək.  Mən 
də 
Masallıdan  gəlirəm.  İşlədiyim 
radiodan  ezamiyyətə  göndərmişdilər. 
Məktəblərdə,  uşaq  bağçalarında  oldum, 
icra  başçısı  Teymur  Yahyayevlə  rayon 
meşələrindəki  narkotik  plantasiyaları 
barədə  iki  kasetlik  söhbət  yazdım.    O 
rayonda  yaşayan  filosof  dostum  Rahid 
Ulusellə  görüşdüm  və  geri  qayıtdım. 
Yolda  mindiyim  avtobusun  mühərriki 
vurdu.  Yerə  töküldük.  Hərə  bir  yol 
maşınıyla  getdi.  Mən  də  bu  qoca 
dəvəçiyə  görə  ilişib  qalmışam  burda. 
Deməyinə görə, hardasa, buralarda dəvə 
ferması  var,  hansısa  nazirindir.  Bu  kişi 
də  Cəbrayıl  qaçqınıdır.  Uzun  zaman 
dəvə  saxlayıb.  Axtarıb  tapıblar,  gətirib 
burda  fermanın  üstündə  nəzarətçi  kimi 
qoyublar.  Deyir,  dəvəçilik  bir  elmdi. 
Gərək bunun cikini-bikini biləsən. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə