Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə70/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   66   67   68   69   70   71   72   73   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
145 
az  qala  uça-uça  yanımızdan  ötüb  keçdi. 
Ardıncan da bir QAZ-31. 
 
Qaçdı-tutdu 
oyunu 
davam 
edirdi. Kimin kimi tutacağı bəlli olmasa 
da. 
 
Bu  vaxt  bir  alabaş  avtobus 
yanımızda  dayanır,  sürücü  başını  çölə 
çıxardıb  qışqırır:  “Baki,  Baki!..”  Tez 
qaçıb  bu    avtobusa  doluşuruq.  Sürücü 
radionu  qurdalayır  və  həzin  bir 
musiqinin  üstündə  saxlayır.  Musiqidən 
tanıyıram, bizim radiodur – Azərbaycan 
Dövlət  Radiosu, mənim işlədiyim radio. 
Bir  az  sonra  diktor  elan  edir  “Ağ  atlı 
oğlan” verilişi efirdədir... 
 
Xəyalım  uzaqlara  gedir.  Bu 
verilişi  mərhum  Eldar  Baxışla  birgə 
hazırlamışdıq. 
Romantikayla 
dolu 
vaxtlarımızdı.  Elə  bilirdik,  doğrudan  da 
o  AĞ  ATLI  OĞLAN  gəlib  bizi 
qurtaracaq...  Gəldi  gəlməyinə,  amma 
çox  sürmədi  hakimiyyəti.  Bir  ildən  bir 
az 
artıq... 
Müstəqil 
dövlətimiz 
formalaşdı,  milli  pulumuz,  bayrağımız, 
gerbimiz,  himnimiz  bərpa  olundu.    Rus 
ordusunu  ölkədən  çıxartdı,  qəbul 
imtahanını test üsulu ilə etdi... Sonra da 
öz  nadanlığımızdan  qoruya  bilmədik 
onu... İmir kimilər qəbula düşüb pul yığa 
bilmədikləri üçün kölgəsini qılıncladılar. 
Bir  siyasi  karyeristin  və  bir  də  bir  yun 
al-verçisinin əli ilə devrildi...         
 
*** 
 
Zoologoya  dərsi  idi.  Abbas 
müəllim  bir  sıra  ev  heyvanlarının 
xüsusiyyətlərindən 
və 
cütləşmə 
prosesindən  danışandan  sonra  qəfildən 
dəvənin üstünə gəldi və bu nadir heyvan 
haqqında 
uşaqları 
maraqlandıracaq 
şeylər  danışmağa  başladı.  Südünün 
dərman  kimi    hətta  vərəmli  xəstələri 
sağaltdığından  tutmuş,  yununun  göz 
ağrısına  məlhəm    əvəzi    işləndiyindən, 
ətinin  dadlı  və  kalorililiyindən,  ən  qoca 
dəvənin  belə  ətinin  yumşaq  olduğundan 
söz  açdı.  Axırda  dəvələrin  cütləşmə 
prosesindən də danışdı: 
 
-Dəvələr  cütləşmə  zamanı  çox 
aqressiv  olurlar.  Bu  zaman  onları 
vurmaq,  hirsləndirmək  qəti  olmaz. 
Qızmış  nərin  ağzı  köpüklənir,  qoşa 
kiprikləri tam aralanır, başı əsir, bağırtısı 
ətrafa  yayılır.  Qızmış  maya  da  öz 
erkəyini tapıncan dəli-divanə olur. Onun 
həndəvərinə  düşmək  qorxuludur.  Elə  ki, 
nəri  tapıb  cütləşdi,  sakitləşir,  quzu  kimi 
olur,  başını  hörgücünə  tərəf  əyib 
sustalır... 
 
-Mahnisə  kimi...  –  İslam  idi 
yenə.  Sinifə  sərin-sərin  gülüş  səsi 
yayıldı və o özünə söz verdi ki, bu qisası 
hökmən  İslamdan  alacaq.  (İslam  sinifdə 
ən  güclü  uşaq  idi.  Hamını  yıxırdı 
güləşəndə.  Bu  eşşək  boyda  gədəyə    bir 
şey  edə  bilmirdi.  Sadəcə  arzu  ilə 
yaşayırdı.  İslamdan  qisas  almaq  arzusu 
ilə.) 
*** 
 
Hədislərdə  dəvə  haqqında  çoxlu 
fikirlər  var.  Bu  romanı  yazarkən  gözüm 
belə  bir  hədisə  sataşdı:”İbn  Qutəybə 
Dəynəvəri  “Təvilul  müxtəliful  əhadis” 
kitabında  Əbdüllah ibn Müslimdən belə 
bir 
hədis 
nəql 
edir.  ”Peyğəmbər  
buyurur:  ”Dəvələrin  yatdığı  yerdə 
namaz  qılmayın,  çünki  onlar  Şeytandan 
yaranmışlar.” Sonra ravi qeyd edir ki, bu 
ağ  yalandır və hədis özü saxtadır. Dəvə 
Şeytandan  yarana  bilməz,  çünki  Şeytan 


146
№ 4 (20) Qış- 2016
 
mələkdir  və  məlklərin  doğub-doğulması 
qeyri-mümkündür.  Dəvə  isə  bir  erkək 
dəvə  ilə  dişi  dəvənin  cütləşməsindən, 
dəvəçi  Cəmil  kişinin  sözü  ilə  desək, 
dələbindən  yaranır.  (Amma  mənim  bu 
yerdə  ağlımı    şeytan  oğurlayır:  əcaba, 
cütləşmə  ərəfəsində  qızmış  dəvənin 
hərəkətləri, bayaq şoranlıqla Bakı səmtə 
yortan nərin bozlaması, hələ onun Cəmil 
kişinin  nəvəsini  yaralaması,  iki  adamı 
öldürməsi...  şeytani  iş  deyil  ki?!  Yaxud 
işini-gücünü  atıb  bu  çöllü  biyabanda 
dəvəçilik  təsərrüfatı  yaradan,  qızmış 
dəvəyə  atəş  açılmasına  icazə  verməyən 
nazirin əməli şeytani əməl deyil ki?)  
 
Lənət şeytana! 
 
*** 
 
 
İmirin Qeyd Dəftərindən: 
 
“Siz 
həmişə 
özünüzdən 
soruşmalısınız:  mən  öz  təhsilim  və 
Vətənim  üçün  nə  etmişəm?  Yorulmadan 
oxuyun  və  işləyin,  onda  xoşbəxtlik  sizin 
üzünüzə güləcək və bəşəriyyətin gələcəyi 
naminə 
mütərəqqi 
iş 
görməyə 
çalışacaqsınız.  Əgər  bu  uğurlara  nail 
ola  bilməsəniz  də,  mən  bacardığımın 
«hamısını  etdim»  sözünü  deməyə 
haqqınız  olsun”.  Lui  Paster  (27  dekabr 
1892-ci  ildə  Fransa  Akademiyasının 
məşhur  Sorbonnı  zalında  70  illik 
yubileyindəki çıxışından)  
 
Sonra  belə  sətirlər  gəlir:”Mən 
Lui Pasterin dediyi kimi xalqıma gərəkli 
adam  olacaqdım.  Lakin  bir  neçə  amil 
məni  bu  yoldan  saxladı:  çıxdığım 
ailədən 
gələn 
travmalar, 
Məsud 
Əlioğlunun 
intiharı 
və 
Abasqulu 
Abasquliyevin  məni  gənə  kimi  əzməsi. 
Yeri  gəlmişkən,  siz  gənə  haqqında  nə 
bilirsiniz? Bu həşarat əsasən əti yeyilən  
heyvanlara  –  inəyə,  qoyuna,  keçiyə, 
hətta  ata  da  daraşır.  Ən  çox  onların 
quyruqlarının 
altından, 
qıçlarının 
arasından yapışıb qanlarını sorur. Şişir, 
şişir, sonra partlayır. Bunlar da bir növ 
qana  yerikləyirlər  –  elə  mənim  kimi. 
Mən  də  qan  sevirəm,  fəqət  qızların 
bakirəlik  qanı,  gənc  qadının    aybaşı 
zamanı  buraxdığı  qan...  Ölürəm  bu 
qanın qoxusu üçün!” 
 
 Daha  sonra  dəftərdə  belə  bir 
qeyd də var: 
 
“Cılızlıq  cəngavərliyə  meydan 
oxumamalıdır.“ 
  
 
 
 
 
                  
İ.Şıxlı 
 
 
Və İmirin fikirləri:”Mən İsmayıl 
müəllimi  və  onun  əsərlərini  çox 
sevirdim.  Onun  şəxsiyyəti,  onun  mərd 
baxışı  və  duruşu,  yaratdığı  Cahandar 
ağa  obrazı  hamı  kimi  məni  də 
ovsunlamışdı.  Amma    Abasquliyev 
qovğasından sonra başa düşdüm ki, mən 
cəngavərliyi  seçə  bilmərəm.  Beləcə, 
əydilər  məni.  O  məşhur  şeirdə  necə 
deyilirdi: 
 
 
Əyil, Kürüm, əyil keç,  
 
Dövran sənin deyildir...” 
 
             BALA DİV 
             Radioda  bir  sədr  müavini  var. 
Yazıçıdır. Hamımız adına daldada Keçəl 
deyirik.  Amma  iş  yoldaşım  Səmayə 
xanım  –  bu  xanımı  siz  mənim 
“Şəhərcik”  romanımdan  tanıyırsınız  – 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə