Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə73/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   69   70   71   72   73   74   75   76   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
151 
yapışdırıram.)  Hafizəninki  çıxmır  ki, 
çıxmır.  İt  qızını  da  üzdən  tanımıram. 
Nəysə,  axırı  ki,  onu  da  tapdım,    qızın 
qabağındakı 
nömrəynən 
əlimdəkini 
tutuşdurdum,  qulağına  “Hafizəsən?” 
dedim.  Başıynan  “hə”  eləyib  bic-bic 
güldü. Dedim, qorxma, nəyin var, çıxart, 
köçür. Bunun da nömrəsini kanalizasiya 
lükünə saldım. 
           Yarım  saatacan  vaxt  keçmişdi. 
Qulağıma  dəhlizdən    səslər  dəydi. 
Dedim  birdən  “SK”-dan,  ya  da  KQB-
dən  gələnlər  olar.  Tez  əlimi  işdanıma 
aparıb  qalan  nömrələri  də  kanalizasiya 
lükünə  buraxmışdım  ki,  qapı  açıldı,  üç 
adam  içəri  girdi.  Biri  o  saat  yeridi 
mənim  üstümə.  Biri  assissentimin,  biri 
də  uşaqların  üstünə  cumdu.  Bildim  ki, 
işimiz  fırıqdır.  İncəvara  nömrələri  rədd 
eləmişəm.  Assisentimdən  də  bir  şey 
çıxmadı. Bir-iki uşaqdan şparqalka tapıb 
yazdıqlarını  da  əllərindən  alıb  hirsli-
hirsli  çıxıb  getdilər.  Hafizəyə  tərəf 
cumdum ki, görüm qızın imtahan vərəqi 
yerindədimi,  gördüm  Hafizə  gülür. 
Yavaşca  pıçıldadı  ki,  köçüdüm  e 
hamısın,  işpaqalkanı  da  soxmuşam 
lifçiyimə...  
 
Qorxudan  sarımı  udsam  da 
gülmək tutdu məni... 
 
O  ili  bizim  institutun  coğrafiya 
fakültəsindən  iki  adamın  əlində  nömrə 
tutmuşdular.  İkisini  də  institutdan 
qovdular.  Laçından  olan  bir  müəllimi 
hətta  həbs  elədilər.  Amma  mənim 
işlərim  yağ  kimi  gedirdi  allahın 
köməkliyiynən.  Hafizə  də  qəbul  olundu 
o  ili.  Yaxşı  da  pul  gəldi  əlimə. 
Abasquliyevi 
də 
götürüb 
getdik 
Rembogilə  elçiliyə.  O  elə  düzüb-
qoşmuşdu  ki,  gələcək  qaynatam  da, 
arvadı  da  ordaydılar.  Necə  deyərlər, 
alışıb-verişdik.  (Elə  burdaca  deyim  ki, 
İsmayıl  Şıxlıya  xahiş  eləsəm  də,  mənim 
elçiliyimə  getmədi.  Yenə  sağ  olsun 
Abasquliyev!)  Həmin  il  toyum  oldu. 
Üstəlik, “Dəli kür” romanının qəhrəmanı 
Cahandar  ağadan  bəhs  edən  məqaləm 
“Ədəbiyyat  və  incəsənət”  qəzetində 
çıxdı  və  bu  yazım  bir  xeyli  səs-küyə 
səbəb  oldu.  Asif  Əfəndiyev  mənə  sərt 
bir  cavab  yazmışdı.  Bu  da  qızışdırdı 
məsələni.  Amma  eşitmişdim  ki,  İsmayıl 
müəllim  özü  yazımı  bəyənibmiş.  Hətta 
deyib ki, ona deyin ağlını başına yığsın, 
başını pula-zada qatıb elmi unutmasın... 
 
 
 
         “CAHANDAR SİNDROMU” 
 
“Essemin  adı  beləydi.  (O  vaxt 
esse  sözü  təzə-təzə  dəbə  düşürdü.  Mən 
də  altından  esse  yazmışdım)    Yazıda 
əsas  diqqəti  Cahandarın  mərdliyinə, 
sözübütövlüyünə, 
qəhrəmanlığına 
yönəltməmişdim 
hamı 
kimi. 
Başqalarından  fərqli  olaraq  onu  bir  kişi 
kimi,  erkək  kimi  təhlil  etmişdim. 
Essedən sitat: 
 
“Əgər  Cahandar  bulaq  başında 
Mələyi  görüb  ona  vurulmasaydı,  o 
Cahandar  olmazdı.  Kişini  kişi  eləyən 
içindəki 
eqosudur. 
Təkcə 
ətrafa, 
insanlara, 
hakim 
zümrəyə 
olan 
münasibəti  səciyyələndirmir  kişini.  Onu 
xarakter kimi formalaşdıran qadına oaln 
eşqi,  ilhamı,  sevgisidir.  Yox,  bu,  adi 
şəhvət  hissi  deyil.  Bu  dədələrimizdən 
gələn  hökmranlıq  –  qadına  sahiblənmək 
istəyidir.  Bütün  digər  hökmranlıqların 
başında  bu  gəlir  -  qadına  hökmran 


152
№ 4 (20) Qış- 2016
 
olmaq.  Nədən?  Ondan  ki,  qadın  yeganə 
qüvvədir  ki,  bütün  kişilər  onun 
qarşısında  əyilir.  Bulağa,  suya,  torpağa 
və  nəhayət,  tanrıya  əyildiyimiz  kimi 
(namazı  yadınıza  salın  –  Müəllif  İ. 
Piriyev)  qadına  da  əyilirik.  Burada 
kimlərsə yenə də şəhvət hissi axtaracaq. 
Qoy olsun. Mən hesab edirəm ki, şəhvət 
Şərqin  emblemidir.  “Müsyö  Jordan  və 
Dərviş  Məstəli  şah”  əsərində  Hətəmxan 
ağanın  Qərblə  Şərqin  fərqinə  gətirdiyi 
misalı  xatırlayın:  “...bizdə  çox  arvad 
almaq dəbdir, onlarda çox kişi almaq...” 
 
Bəli,  bizim  qəhrəmanblarımız 
bəzən  bir  qadınla  kifayətlənə  bilmirlər. 
Bunun 
səbəbini 
harda 
axtarmaq 
lazımdır?  Temperamentdə,  mentallıqda, 
qana  bağlılıqda.  Bəli,  bəli  biz  istiqanlı 
millətik.  Biz  qan  qohumluğunu  sevən, 
eyni  qanlılıqdan  zövq  alan,  qanı  qanla 
yumayan,  sevgi  qanını  o  biri  qanlardan 
üstün 
titan 
xalqıq. 
“Qoy 
məni 
öldürsünlər  bir  alagöz  qız  üstə”  deyən 
xalqıq. “Top səsi ilə deyil, saz-söhbətlə” 
oyanan”  xalqıq.  (“Qalada  yatmış  idim” 
mahnısı – İ. Piriyev.)  
 
Romanda 
Mələk 
obrazı 
Cahandarın 
xilasıdır. 
İçindəki 
comərdliyi,  sınmazlığı,  mərdliyi  Mələyə 
olan məhəbbəti ilə avazıdır.  
            Romanda mənim razılaşmadığım 
gizli  bir motiv var: rusa, Rusiyaya qarşı 
getmək!  Məncə,  biz  min  illik  tarixi 
qonşumuz və arxamız olmuş böyük Rus 
xalqına  arxa  çevirə  bilmərik.    Bəli,  biz 
böyük  rus  xalqına,  onun  qüdrətli 
imperiyasına  qarşı  çıxmaqla  heç  nəyə 
nail  olmayacağıq.  Bizə  öz  kiçik  Sovet 
Respublikamızı  qurmaqda  yardımçı 
olmuş,  bizi  qəsbkarlardan  qorumuş 
böyük rus xalqının dünənki və bu günkü 
hakimiyyəti bizlərin – cahandar ağaların 
övladlarının  qoruyucusudur.  Bizə  qalan 
isə sevgi ilə, yaradıcılıqla yaşamaqdır.  
 
Haşiyə.  İngilisdilli  ədəbiyyatda 
Don  Juan  haqqında  çoxlu  materiallar 
var.  Əslində  o  frnsız-filan  olmamış,  əti, 
qanı (yenə qan – müəllif) ruhu da bizdən 
olan  bir  azərbaycanlıdır.  Düzdür,  başqa 
şərq  xalqları  da    onu  özlərinə  çıxa 
bilərlər,  amma  bu  eşq  qəhrəmanı, 
məhəbbət 
fədaisi 
bizim 
babamız 
olmuşdur.  Məni  qınamasaydılar,  Don 
Juanla  Cahandar  ağa  arasında  bir 
bağlılıq aramağa çalışardım. Təəssüf ki, 
müqayisədə  Cahandar  ağa  Don  Juana 
uduzur...  Nədən  ki,  eşqbazlığı  ilə  bütün 
Avropanı  sarsıdan  adam,  həyatla,  eşqlə 
doludur.  Onun  həyatı  və  eşq  yaşadığı 
qadınların    böyük  bir  siyahısı  var.  Əsl 
adı Oruc bəy Bayat olan   bu böyük Aşiq 
–  Don  Juan  haqqında  bir  esse  ilə  
yaxında 
oxucuların 
görüşünə 
gələcəyəm...” 
 
Təəssüf ki, esse institutun “Elmi 
xəbərlər”  jurnalında  ala-yarımçıq  dərc 
edimiş,  İmirin  fikirləri  demək  olar  ki, 
təhrif  olunmuşdur.    İmirin  vəfatından 
sonra  Zakir  müəllim  –  Rembo  bu 
məqalənin  əslini  tapmış  və  olduğu  kimi 
dərc  etdirmişdi.  Yuxarıda  verdiyimiz 
parça həmin orjinaldandır.  
 
DON JUAN, YAXUD  
ORUC BƏY BAYAT
 
 
İmirin qeyd dəftərindən 
 
Bilmirəm,  hansı  səbəbdənsə, 
İmir 
yazmaq 
istədiyi 
məqaləni 
yazmamış,  yalnz  Qeyd  Dəftərində  bəzi 
faktları  sadalamaqla  kifayətlənmişdir. 
Bəlkə  də  bu  məqaləni  yazmağa  onun 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə