Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə75/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   71   72   73   74   75   76   77   78   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
155 
ictimiyyətinə    məlim  olmamışdır.  Kitab 
1926-cı 
ildə  İngiltərənin  paytaxtı 
London  şəhərində  ingilis  dilində  çap 
olunmuş  və  böyük  şöhrət  qazanmışdır. 
1959-cu  ildə  kitab  fars  dilinə  tərcümə 
edilmişdir.  Nəhayət,  ötən  əsrin  80-ci 
illərində  orta  əsrlər  üzrə    tarixçi 
alimimiz  Oqtay  Əfəndiyev  və  Akif 
Fərzəliyev  tərəfindən  farscadan  ruscaya  
tərcümə 
olunmuşdur. 
         Onu  da  xüsusi  olaraq  qeyd 
etməliyik  ki,  Oruc  bəyin  yazdığı  bu 
kitab 
Avropada 
bir 
azərbaycanlı 
müəllifin  yazdığı  ilk  kitabdır.  Bu,  həm 
də  bir  soydaşımızın  mətbəə  metodu  ilə 
çap  olunan  ilk  kitabıdır.  Bundan  əlavə, 
bir  azərbaycanlı  şəxsin  Avropada  ilk 
tərcüməsidir.  Kitabda  Azərbaycan,  İran, 
Rusiya  və  demək  olar  ki,  bütün 
Avropanın 
tarixini, 
etnoqrafiyasını, 
coğrafiyasını,  mədəniyyətini  öyrənmək 
baxımından olduqca dəyərli faktlar qeyd 
edilib.  Təsadüfi  deyildir  ki,  Oruc  bəy 
özünü  dünyanın  böyük  səyyahları 
Marko  Polo  və  Fernan  Magellan  ilə 
müqayisə  etmişdir.  Bütün  bu  faktlardan 
aydın  görünür  ki,  Don  Juan  ləqəbli 
bizim  Oruc  bəy  Bayat  Avropa  ictimai 
mühitində xüsusi yeri olan bir şəxs, hətta 
kral  ailə  üzvlərinin  belə  hüsn-rəğbətini 
qazanmış 
istedadlı 
insan 
kimi 
tanınmışdır. Onun sonrakı həyatı barədə 
bu da məlumdur ki, o, 1605-ci il mayın 
15-də Səfəvi səfiri ilə mübahisə etmiş və 
qılınc  döyüşündə  onu  öldürmüşdür. 
Amma  bəzi  tədqiqatçılar  onun  1604-cü 
ildə  öldüyünü  yazırlar.  Lakin  onun 
1605-ci ildə Səfəvi səfirinə dueldə qalib 
gəlməsindən  aydın  olur  ki,  onun  1604-
cü  ildə  öldüyü  barədə  yazılanlar 
həqiqətə  uyğun  deyildir.  Belə  çıxır  ki, 
Don Juanın nə vaxt öldüyü barədə dəqiq 
məlumat, 
hələ 
ki, 
yoxdur. 
        Qeyri-adi  həyat  hekayəsi  yaşayan 
Oruc  bəy  barədə  daha  bir  fakt  bizim 
üçün  qürurvericidir.  Belə  ki,  Oruc  bəy 
dünya  şöhrətli  ispan  yazıçısı  Migel  de 
Servanteslə  yaxın  dost  olmuşdur. 
Maraqlı  burasıdır  ki,  Migel  de 
Servantesin  məşhur  “Don  Kixot”  əsəri, 
Don  Juanın  yuxarıda  adını  çəkdiyimiz 
kitabından bir il sonra nəşr olunmuşdur. 
Onun  xristianlığı  qəbul  etməsi  isə  sırf 
zahiri  xarakter  daşımış  və  ömrünün 
sonuna  kimi  qəlbən  özünü  müsəlman 
hesab  etmiş,  vətən  həsrəti  ilə  dünyasını 
dəyişmişdir. 
           Beləliklə
görkəmli  diplomat, 
səyyah,  tarixçi-etnoqraf,  şair,  rəssam, 
eyni  zamanda,  məğlubedilməz  döyüşçü 
Avropada  Don  Juan  ləqəbi  ilə  tanınmış 
azərbaycanlı  Oruc  Bəy  Bayatın  şəxsi 
tarixçəsi  barədə  məlumat  verdik.  Bu 
qeyri-adi  şəxsiyyət  bu  gün  Azərbaycan 
və  ispan  xalqlarının  dostluğu  və  tarixi 
əlaqələrinin  mövcudluğuna  bir  kumir, 
real nümunə ola bilər.” 
İmirin  ikinci  ZƏRURİ  QEYDİ: 
“Mən  adı  Tunar  olan  bu  müəllifin 
yazdıqları  ilə  tam  razı  deyiləm.  Yəni 
qismən  razıyam.  Niyə?  Ona  görə  ki,  o, 
Oruc  Bəy  Bayat  haqqında  həqiqətləri 
yazsa  da,  onun  əsas  keyfiyyətini  – 
aşiqliyini, 
qadın 
dəlisi 
olduğunu 
danmışdır.  Halbuki  Avropa  onu  elə  bu 
keyfiyyətinə  görə  tanımışdır.  Qınayan 
olmasaydı,  şəxsən  mən,  özümü  onun 
varisi  hesab  edərdim.  Necə  ki, 
Çingizxanın  varisi  sayıram.  Bu  yazını 
isə,  nə  olur  olsun,  gələcəkdə  müəyyən 
bir  formada  -  bəlkə  bədii  formada  - 
işləyib çap etdirmək fikrindəyəm.” 


156
№ 4 (20) Qış- 2016
 
İNSANIN ƏYİLMƏSİ  
 -  KÖKƏ QAYIDIŞ
 
 
  İmirin Qeyd Dəftərindən. 
            “İnsan 
min 
illər 
boyunca 
mübarizə apardı. Vəhşi kökündən ayrılıb  
HOMO  SAPİENSƏ    çevrilməsi  üçün  
məşəqqətli  illər sərf etdi. Və bir dahinin 
dediyi kimi, o, ilk mədəni inqilabını belə 
etdi:  “Min  illər  boyu  davam  edən 
mübarizədən  sonra  ən  nəhayət  əl-
ayaqdan  diferensiallaşıb  dik  yeriməyə 
başladıqda  insan  meymundan  ayrıldı. 
Beləliklə,  aydın  nitqin  və  beynin  güclü 
inkişaf etməsi üçün şərait yaranmış oldu. 
Bunun  sayəsində  o  zamandan  etibarən 
insanla  meymun  arasında  keçilməz  bir 
uçurum əmələ gəlmişdir“ 
           Nə  yazıq  ki,  bizim  günümüzdə 
insanı  təzədən  əyirlər, əyilməyə  məcbur 
edirlər.  Mənim  kimi  sınmağa,  əyilməyə 
tez  meyilli  olanlar  asanlıqla  homo 
sapiensdən şimpanzeyə çevrilir, əyilirlər. 
Yox,  e,  min  dəfə  yox!  Şimpanze 
istəyəndə  dik  yeriyə  bilir,  düşməninin 
üstünə  gedə  bilir!  Mən  və  mənim  kimi 
əyilənlər  isə  şimpanzedən  də  aşağı 
mərhələyə  qayıdır  –  sürünənlər  sinfinə. 
Ona  görə  də  insani  münasibətdən  çox, 
heyvani düşüncə və hərəkət xasdır bizə. 
Allahın siçanıcan da deyilik?! 
 
(Bu 
gün 
məni 
əydilər. 
Sındırdılar. İçimdəki azadlıq duyğusunu, 
yazmaq-yaratmaq  eşqini  öldürdülər. 
Məni  ORA  aparıb  dostumun  üzünə 
dirədilər. 
İndi 
yarım 
litr 
araq 
vurmuşam. Bəlkə ona görə nə yazdığımı 
bilmirəm. Amma görünən o ki, mən daha 
çətin ki, HOMO SAPİENS olam, mən öz 
kökümə  qayıtdım  –  dördayaqlı  oldum. 
Eheeeeeeyyyyy! Sizin hamınızı bu aqibət 
gözləyir! Meymun uşağı meymun!!!!!) 
           Bir tədqiqatın sonucu. 
           Alimlər  uzun  araşdırmalardan 
sonra 
müəyyən 
ediblər 
ki, 
çöl 
siçanlarının çoxlu müxtəlif növləri cinsi 
əlaqələrdə 
müəyyən 
qaydaları 
gözləməkdən  uzaqdırlar.  Ancaq  bu 
siçanların  arasında  bir  növ  vardır  ki, 
onların cütlüyü yalnız öz aralarında cinsi 
münasibətdə 
olurlar. 
Genetiklər 
inandırmağa  çalışırlar  ki,  bu  növ 
siçanlardan  təkkəbinlik  genini  ayıra 
bilmişlər.  Alınmış  bu  geni  adi  erkək 
siçanlara  köçürsək,  onlar  donjuanlıqla 
birdəfəlik  üzülüşüb  öz  cütlüyünə  sadiq 
olan bir erkəyə çevrilirlər.” 
 
Bu da siçanlar...”   
                      
 
        YENƏ HAFİZƏ HAQQINDA 
           “Bununki  puldur.  500  manat  ver, 
mindir  maşına,  göndər  bazarlığa, 
vəssalam. 
Seks-filan 
onu 
maraqlandırmır.  Daş  kimi  soyuqdur 
zalımın  qızı.  Bu  iki  uşağı  necə 
qazanmışıq,  bir  allah  bilir.  Həftəylə 
yorğanını  qaldırmayam,  ağlı  kəsməz. 
İnanmazsınız, ilk gecəmizdə bakirəliyini 
alanda  heç  qışqırmadı.  Altımda  sadəcə 
siçan kimi civildədi. Mən bundan qadın 
kimi  həzz  aldımsa,  atama  lənət.  Bunu 
doğan  arvad,  daş  doğub,  daş.  Gör 
həftəynən 
evə 
gəlməyəm, 
soruşar 
hardasan?  Eləcə  gözü  əlimdədir.  Əlimi 
aparıb  götümü  qaşıyıram,  bəs  deyir  pul 
çıxardacam,  əlimə  baxır...  Ölür  qızıl-
gümüş  üçün.  Bəlkə  bir  kilo  qızılı-
gümüşü  var.  Gümüşü  yox  e,  elə  hamısı 
qızıldır. 
Bir 
dəfə 
özüm 
bunu 
danışdırmaq  üçün  soruşuram  ki,  ay  qız, 
sən 
məni 
heç  qısqanıb-eləmirsən? 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə