Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə76/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   72   73   74   75   76   77   78   79   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
157 
Qayıdıb  nə  desə  yaxşıdır?  “Xoruzum 
olsun,  bacalarda bannasın. Hara  etsən, 
axşam  öyümüzə  qayıdıf  gəleyissən. 
Ağrın ürəyimə...”  
          Vur, özünü öldür... 
 
 
Kökəlib, eşşək boyda olub. Gün 
axşamacan kuxnadan çıxmır ki. Telefon 
da  qulağında.  Erməni  götü  kimi:  vırt-
vırt,  vırt-vırt...  Elə  bir  ağızdan  da  atır 
ağzına. Yeyir, danışır, yeyir, danışır... 
 
Arada  birtəhər  oldum  ki,  bu 
mənnən pul alanda hərdən minir taksiyə 
itir  axı.  Bir  düşüm  dalına,  birdən  gedər 
pis  yola-zada.  Adamam  də,  özüm 
qəhbəyəm,  ayrılarını  da  heylə  bilirəm. 
Xüləs,  taksi  gedir.  Mən    də  dalıncan 
sürürəm.  Gethaget,  gethaget,  maşınnan 
düşüb,  bir  qadın  salonuna  girdi.  Aha, 
dedim,  torbada  pişik  var.  Düz  bir  saat 
gözlədim,  ordan  çıxıb  maşını  sürdürdü 
Aeroportdakı    talkuçkalara.  Gəzhagəz, 
gəzhagəz,  düz  üç  saat  burda  ayın-oyun 
alıb,  axırı  bir  ayrı  taksiyə  minib 
(köhnəni  buraxmışdı)  gəldi  evə.  Düz 
iyirmi  dəqiqə  sonra  girdim  içəri.  Məni 
görəndə arvad bir az çaşan kmi oldu: 
 
-Booy,  İmir,  ağrıı  alem,  nə  tez 
gəldin? Mən heşnə bişiməmişəm... Allah 
maa  ölüm  versin...  Sən  axı  axşam 
gəlerdin? 
 
-Hara 
getmişdin?  –  hirslə  
soruşdum? 
 
Yazıq  boynun  qoydu  çiyninin 
üstünə: 
 
-Ə,  ay  insafsız,  bir  bax  gör 
həncəri olmuşam, ə? 
 
İnsafən  qəşəngləşmişdi.  Onu 
arxadan qucaqladım.  
 
-Gözəlsən,  -  dedim.  –Gəl  yataq 
otağına... 
 
O  bir  nazdandı,  bir  forslandı, 
allah  məni  kəssin.  Mən  bu  qadına  bu 
illər  ərzində  qadın  kimi  baxmamışam 
ki...  Maşın  kimi  baxmışam.  Doğ,  bişir, 
ütülə, yu, yığışdır... 
 
İnanmazsınız,  onu  soyundurub 
saldım  yatağa.  Qucağıma  sığmasa  da, 
mənə  bir  sevgi  yaşatdı,  bir  sevişdi.  Bir 
ağladı,  bir  ağladı,  mənim  də  gözlərim 
yaşardı. Onun dolu budlarını sığalladım, 
iri  döşlərini  sordum,  sağrısını  qucağıma 
aldım...  Nə  deyim,  Hafizə  qadınmış, 
mən  onun  dilini  bilməmişəm  bu  illər 
ərzində...  Hər  qadının  öz  dili  varmış. 
Hər qadın bir kitabmış, oxuyanı lazım. 
 
Onunla  təkrar-təkrar  sevişdik. 
Bir  görəydiniz,  yazıq  18  yaşında  qıza 
dönmüşdü... 
 
 
 
 
 
*** 
 
Səs 
           -Maşını  yavaş  sür.  Axı  sənin 
ürəyin sancır. 
           -Sən  yenə  gəldin?  Cəhənnəm  ol 
də burdan! Nə istəyirsən mənnən?! 
            Səs 
           -Mən 
sənə 
yaxşılıq 
etmək 
istəyirəm.  Görürəm  axı,  ürəyin  ağzına 
gəlir... 
          -İstəmirəm sənin yaxşılığını! 
           Səs 
           -Yadındadır,  uşaq  vaxtı    sol 
tərəfin üstdə üzüquylu yatardın, onda da 
sənə  deyərdim  ki,  ürəyinin  üstə  yatma. 
Onda da tərsliyinə salıb eşitmirdin. 
           -Nə?!  Sən  həm  də  Osan?  Axı 
onda səsin cavan idi. İndi yaşlanmısan? 
            Səs 
            -Mən  də  sənin    kimi  uşaq 
oluram, gənc oluram, sonra qocalıram... 
           -Və ölürsən... 
           Səs 


158
№ 4 (20) Qış- 2016
 
          - Xeyr, səhvin var, mən ölmürəm. 
Ölən adamın ruhuyla təzədən qayıdıram 
bu dünyaya.  İstəyirsən sənə gəncliyində 
sevdiyin,  amma  indi  tamam  unutduğun 
bir əhvalat danışım? 
          -Yaxşı,  danış,  əl  çəkən  deyilsən 
onsuz da... 
            Səs 
         “ İlk dəfə Londona gələn bir adam 
səhər  oteldən  çıxıb  şəhəri  gəzməyi 
qərara aldı.Yola yeni çıxmışdı ki, birdən 
ətrafı  qalın  bir  duman  bürüdü. 
Adam:”Necə  olsa  birazdan  qalxar!”  - 
deyib  yoluna  davam  etdi.  Ancaq  duman 
qalxmaq  əvəzinə  bir  az  da  qalınlaşdı. 
Geri  qayıtmaq  istəyəndə  isə  artıq 
burnunun ucunu belə görə bilmirdi. Elə 
bu  vaxt  naməlum  bir  şəxslə  yüngülcə 
toqquşdu və  adam dedi: 
        -Sizə nə isə lazımdır? 
       Qonaq sanki bunu gözləyirdi və tez : 
        -Bağışlayın 
dumanda 
yolumu 
azmışam.  Otelimə  qayıtmaq  istəyirəm,  - 
deyə cavab verdi. 
        Naməlum şəxs: 
        -Əlinizi  mənə  verin,  oteliniz  iki 
addım  yaxınlıqdadır.  -  dedi  və  çəliyini 
yerə 
vura-vura 
adamı 
arxasınca 
aparmağa  başladı.  Bir  qədər  sonra  bir 
binanın  qarşısına  gəldilər.  Naməlum 
şəxs: 
        -Buyurun bu da oteliniz, - dedi. 
        Adam  əvvəlcə  dumanın  içində 
üzünü  görə  bilmədiyi  bu  şəxsə  təşəkkür 
etdi, sonra da: 
        -Görünür,  siz  belə  dumanlara 
alışmısınız. Necə oldu ki, yolu tapdınız? 
- deyə soruşdu. 
        Naməlum şəxs  belə cavab verdi: 
        -Dumanın  mənim  üçün  heç  bir 
əhəmiyyəti yoxdur. Çünki mən koram... 
       “Görmək 
istəməyən  insan  əsl 
kordur.” 
        Səs 
        -Yadına düşdü? 
        -Yadıma gəlir e… Amma… 
         Səs 
         -Bu,  sənin  rayonda  qalmış    köhnə 
Qeyd  Dəftərindəndir.  İngilis  yazıçısı 
Conatan Sviftindir. 
        -Hə, hə yadıma düşdü… O ydaaaa!  
Mənim axı kənddə ilk gənclik illərimdə 
yazdığım yazılar qalıb… Amma mən nə 
uşaqlığımı, nə ilk gəncliyimi xatırlamaq 
istəmirəm…Yaxşı,  yaxşı,  get,  allah 
xatirinə.  Bir  geri  bax,  o  QAZ-31  kəsib 
əhədimi.  Əl  çəkmir  mənnən…  Çıx  get, 
qoy  görüm  başıma  haranın  daşını 
salıram… 
 
Səs  çəkilir.  Onun  beyninin 
yaddaş kartı kimi yox olur.  
            Sükanı  tuta-tuta fikirləşdi ki, bu 
yazı-səs  o  QAZ-31-dən  də  betər  təqib 
edir  onu.  Elə  yerinə  toxunur  ki,  özünü 
alçalmış, əskilmiş hesab edir. Bir söz var 
e,  “heysiyyətinə  toxunmaq”…  Hə  bu 
SƏS  sahibi  onun  heysiyyətinə  toxunur 
elə bil… Bude, bud a o birisi… 
 
İkinci Səs 
 
-He-he-he!!! Ha-ha-ha!!! 
 
-Nəyə    hırıldıyırsan?  Elə  bircə 
sən əskikdin?! 
 
İkinci Səs 
 
-Xoşum 
gəldi  vallah!  Kişi 
adamsan!  O  Səsi  ki  elə  qovdun… 
Bravo! 
 
-Bərəkallah!  Bravonu-zadı  da 
bilirsən ki?!  
 
İkinci Səs 
 
-Hə  də,  müasirləşmişəm  də!  Hi-
hi-hi!!! Ha-ha-ha!!! 
  
 
 
            ÇƏTƏNƏ –  
 
O, 
doğrudanmı 
düşmən 
bitkidir? 
 
“Ağ atlı oğlan” verilişinin ikinci 
hissəsi  başlamışdı.  Adətən,  1-ci  hissədə 
tarixi məlumat gedirdi. Bu hissədə dəvə 
və  dəvəçiliyin  tarixindən,  Dəvəçi 
şəhərinin    niyə  Şabrana  çevrilməsindən 
(mən  burda  təbii  bu  addəyişməyə  etiraz 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə