Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə78/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   74   75   76   77   78   79   80   81   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
161 
qabaqdan  əhatəyə  alınmışam.  Bu  əyalət 
yerində 
tutulsam, 
başıma 
oyun 
açacaqlar.  Çətini  Bakıya  çatıncandır. 
Döz, qadan alım, döz. Benzinin də polnı 
bakdı  ki!  Hə,  həəə,  həəəə!  Yeri 
görüm!..”  Maşın  elə  bil  sahibinin 
yalvarışlarını  eşitdi.  Asqıran  adamın 
səsini  çıxardıb  sürətlə  irəli  şütüdü...  Və 
elə  bu  an  bir  radarı  normadan  artıq 
sürətlə  ötüb  keçdi.  Yalnız  indi  İmirin 
ağlına  gəldi  ki,  bu  neçə  saatda  bəlkə 
onlarla  radarı  sürət  həddini  ötməklə 
keçib.    Öz-özünə  “radar  vaxtı  deyil” 
deyib  ayağını qaza basdı. 
 
      
PUANKARE HİPOTEZİ VƏ 
MƏSUD ƏLİOĞLU 
“Haqqın işığı, zülmün zoru” 
 adlı essem vardı haaa... 
        Yadınızdadır,  illər  öncə  yazdığım 
“Haqqın  işığı,  zülmün  zoru”  adlı 
məqaləmi  professor  Abasquliyev  süngü 
ilə  qarşılamışdı.  Hətta  məni  bir  kökə 
salmışdı  ki,  ürək  döyüntüsü  dərdinə 
mübtəla  oldum.  Bu  yaxınlarda  məni 
çağırıb  nə  desə  yaxşıdır?  “İmir,  bir 
məqalən  vardı  e,  Marks  Əlioğlu 
haqqında,  onu  saxlamısan  yəqin?” 
Dedim 
Marks 
kimdi, 
Abasqulu 
müəllim?  Dedi  boy,  bəs  bilmirsən, 
Məsud Əlioğlunun əsl adı Marks idi də. 
Sonradan yazıq Məsud elədi... Görürsən, 
bax,  əsl  tədqiqatçı  bütün  sirlərdən  agah 
olmalıdır...  Nəysə.  O  yazını  gətir,  ora-
burasına  əl  gəzdirək,  verək  çıxsın 
jurnalımızda.  İndi  belə  yazılara  ehtiyac 
var.  Həm  də,  bilirsən  də,    daha  Sovet 
höküməti  yoxdu,  sözünü  rahat  demək 
olar. 
          Əlim  üzümdə  qaldı.  Bu  bazar 
tulası  məni  nə  hesab  edir?  İllərdir 
yuxusuz  gecələrimin  hesabına  yazdığım 
məqalələrə  şərik  çıxdığı  bəs  deyil,  indi 
də 
ən 
müqəddəs 
bildiyim 
bir 
araşdırmama    tamah  salır.  Ay  sən 
öləsən! “Yoxdur , - dedim, - siz elə topa 
tutdunuz  ki,  məni,  qorxudan  aparıb 
yandırdım...”  
 
Əslində, 
mən 

yazını 
saxlamışam.  Təkcə  Məsud  Əlioğlunun 
deyil, bütün Azərbaycan ictimai fikrinin, 
ədəbiyyatının  və  mədəniyyətinin  qəsd 
edilmiş,  öldürülmüş,  öldürtdürülmüş  və 
intihara  sövq  edilmiş  simaları  haqqında 
bir  monoqrafiya  yazmağı  düşünürəm. 
Axı indiyəcən yazdıqlarım şırma, qalxan 
idi.  Yəni  özümü  təsdiq  edənə  kimi, 
İsmayıl Şıxlı demişkən, bunların çaldığı 
havaya  oynadım.  Amma  qoy  bir  az  da 
özümü  tutum,  daha  öz  havamı 
çalacağam.  Bunları  da  məcbur  edəcəm 
mənim 
havama 
oynasınlar! 

monoqrafiya mənim bu dünya ilə haqq-
hesabım  olacaq.  Tarixdə  qalmaq  üçün 
onu mütləq yazmalıyam... 
 
Təsəvvür 
edirsiniz? 
Azərbaycanda  ildə  onlarla  dissertasiya 
müdafiə  olunur,  elmi  məqalələr  yazılır, 
kitablar,  monoqrafiyalar  çıxır.  Amma 
ortada bir elmi kəşf, novator anlayış, bir 
mədəni  irəliləyiş  yoxdur.  Niyə?  Ona 
görə  ki,  elm  adamları  çörək  uğrunda 
mübarizəyə  qoşulub.  Elmə,  alimə 
verilən  maaşla  heç  beş  küçüyü  də 


162
№ 4 (20) Qış- 2016
 
saxlamaq  olmaz.  Ona  görə  də  alimlər 
özlərini  çətinə  salmır,  bir-birindən, 
yaxud 
xaricilərdən 
köçürür, 
tələbələrindən 
rüşvət 
alır, 
ölkə 
rəhbərliyindən  təqaüd    qopartmaq  
uğrunda  ölüm-dirim  savaşına  çıxırlar. 
Elm  ordusu  əvəzinə,  yaltaq  və 
məddahlar 
ordusu 
yetişir. 
Gedin 
Akademiyaya. Oradakı işçilərin orta yaşı  
60-dan  yuxarıdır.  Beli  bükülmüş  qoca 
kişilər, qoca arvadlar Akademiyanın özü 
kimi qısırdır... 
 
(Baxın,  bir  brend  məhsulumuz 
yox;  dünya  bazarına  çıxası,  “made  in 
Azerbayjan”  sözünü  daşıyası    texniki 
icadımız,  geyimimiz,  hətta  içkimiz  belə 
yoxdur.  Amma  götürün  elə    bayaqdan 
gizli nömrədən zəng  qəbul edib  ürəyimi 
çatladan 
bu 
NOKİA 
telefonunu. 
Kimindir 
bu 
simsiz 
aparat? 
Finlandiyanın.  Kiçik bir fin şəhəri olan 
Nokianın,  yanınnan  axan  Nokianvirin 
çayının adını daşıyır. Beş milyondan bir 
az artıq əhalisi olan Finlandiya belə bir 
brend  telefon  buraxıb  –  az  qala 
dünyanın  bütün  ölkələrində    NOKİA 
şirkətinin  nümayəndəliyi  var;  16  ölkədə 
zavodları  fəaliyyət  göstərir  ki,  bu 
zavodlarda  40  mindən  artıq  işçi  çalışır 
və  bu  rəqəm    Nokia  şirkətlər  qrupunda 
çalışanların  30  faizini  təşkil  edir  və 
NOKİA-nın 
dünya 
mobil 
rabitə 
bazarında  payı  39  faizdir    –  amma  biz 
səkkiz milyon burdayıq, üç-dörd  milyon 
xarici ölkələrdə, hələ deyilənə görə, otuz 
milyonacan  da  Güney  Azərbaycanda... 
Nolsun  axı?!  Mənasız  sürüdən  nə 
fayda?!  Biz  ağlımızı  deyil,  ayrı  şeyimizi 
işlətmişik 
həmişə... 
Mənə 
deyən 
lazımdır:  ay  eşşək,  sən  kimə  deyirsən?! 
Elə eşşəyin ən böyüyü sən özünsən də...) 
 
Bir  fransız  riyaziyyatçısı  olub, 
Anri  Puankare.  Onun  məşhur  hipotezi 
var 
–  Puankare  hipotezi  adlanır. 
Perelman  adlı  bir  riyaziyyatçı  az  qala 
100  il  sonra  o  hipotezi    öz  teoremi  ilə 
isbat etdi. Bu dünya tarixində ən böyük 
kəşf  idi!    Britaniyanın  “The  Daily 
Telegraph”  qəzetinin  “Yaşayan  100 
dahi”  siyahısında  Perelmanın  adı  9-cu 
yerdə gəlir.  İş burasındadır ki, Perelman 
həm də zahid həyat tərzi və imtinaları ilə 
tanınır.  O, qapalı həyat sürür, mətbuatla 
ünsiyyət 
saxlamır. 
Mətbuatın 
məlumatına  görə,  məşhur  riyaziyyatçı 
anasının  təqaüdü  ilə  dolanır.  Perelman  
Amerikanın  Clay  İnstitutunun  milyon 
dollarlıq 
mükafatından, 
Avropa 
riyaziyyat  cəmiyyətinin  təqaüdündən, 
Beynəlxalq  Riyaziyyat  Birliyinin  Fields 
medalından, 
Rusiya 
Elmlər 
Akademiyasına  üzv  olmaq   və  s. 
təkliflərdən  imtina  edib.  Bir  milyonluq 
mükafatı  almamasının  səbəbini  bir 
cümlə ilə belə izah eləmişdi: “Ehtiyacım 
olan  hər  şeyim  var”.  Dahi    alim 
sonralar 
 
“Mən 
qərarı 
ədalətli 
saymıram. 
Düşünürəm 
ki, 
bu 
məsələnin həll edilməsində amerikalı 
riyaziyyatçı  Hamiltonun  (Riçard 
Hamiltonun 
bu 
məsələnin 
araşdırılmasında böyük rolu olsa da, 
onu  inkişaf  etdirərək  nəticə  alan 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə