Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə81/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   77   78   79   80   81   82   83   84   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
167 
         Bir  də  gördüm  Parapet  tərəfdə  - 
zirzəmidəki 
qəlyanaltıya 
 
gəlib 
çıxmışam. (Qəribədir, bura mən gənclik 
vaxtlarımda, 
əlim 
aşağı 
olanda 
gələrdim.  Olar    bir  ildir  əlim  tutub, 
qəbula-zada düşürəm, pulum-param var 
deyin,  daha  bura  yox,  bir  az  bahalı 
restoranlara  gedirəm.  Vaxtilə  Raillə, 
Tofiqlə gəlirdik bu zirzəmiyə. Necə olub 
ki,  bura  gəlmişəm?)  Çeşməkli  dazbaş  
bufetçi 
 
gördüm 
yanındakını 
dümsükləyir: 
 
-Alə,  alə,  mına  bax,  alə!  Gör 
kim  gəlib...  İmir  döyü  bu?  Bəs  nöş 
dəstəsiz  ?  Nöş  təkdür?  Ya  day  onnarı 
begenmür?  Belə  baxanda,  yəqin  heç 
bizü  də  begenmez...  Həri  ya,  deyirlər, 
qəbula-zada düşür, pul qırır?! 
 
Sonra uca səslə: 
 
-Ooooo! Müəllim xoş gəlib! Bəs 
nöş  tək  gəlmisüz?  Dostunuz  vardı  ye... 
Adı  neydi?  Hə,  hə,  yadıma  düşdü... 
Rail...  O  hərdən  gəlir...  ama  tek  gəlir 
nədənsə?  Dözstənüz  dağılıb  deyəsən, 
həri? 
 
Nəsə  mızıldanıram.  O  halımın 
pis olduğunu bilib bir çappa stəkan araq 
süzür. İçib bir az rahatlanıram. Gözümə 
işıq  gəlir.  Sosiskanın  parasını  dişləyib 
bir  çappa  da  vururam  və  ağzım  açılır. 
Üzümü dazbaşa tutub deyirəm: 
 
-Bilirsən,  qədeş,  bu  gün,  bu 
gün...  Məhz  bu  gün,  bizim  elmimiz 
böyük bir insanı itirdi!.. O intihar etdi... 
 
-Kim?!  Rail  intihar  edib?  Oy 
daaaa! Yazıq... Nöşün?.. 
 
Üçüncü çappa stəkanı yarıyacan 
içib stola çırpıram: 
 
-Nə Rail alə! Rail kimdir!? Mən 
sənə alim deyirəm, alim! Bizim elmimiz 
öldü! Fsyo!.. 
 
Yadımda o qalıb ki, kimsə gəlib 
yanımda  əyləşdi.  Onunla  qucaqlaşıb 
ağlaşdıq da. Yenə içdik, içdik... 
 
Daha heç nə yadımda deyil... 
 
Gecənin  bir  aləmi,  saat  dördddə 
oyandım  ki,  elə  paltar-palazda  divanda 
yatmışam. Durub su içdim. Bir az o yan-
bu  yana  gəzdim  evin  içində.  Sonra 
telefonu  götürüb    nədənsə  Tofiqə  zəng 
elədim.  Telefon  ikinci  dəfə  “düüüüd” 
eləyəndən  sonra  o  başdan  Tofiqin  səsi 
gəldi: 
 
-İmir,  sənsön?  Necəsən?  O  nə 
içməyiydi, alə? Fısqırıqsan e! 
 
-Tofiq,  sən  hardan  bilirsən 
mənim içməyimi? 
 
-Alə,  intiresni  cayılsan,  vallah! 
Biz  bir  dostumla  təsadüfən  dönmüşdük 
qəlyanaltıya, 
gördük 
sən 
əyləşib 
vurursan... bizi də qonaq elədün, bu heç. 
Amma  sonra  bir  oyun  çıxartdun  ki, 
danışılası  dögül...  Məsud  Əlioğlunnan 
danışırdın o dazbaş kraxobora... alə o nə 
bilir  Məsud  Əlioğlu  kimdür  axı?! 
Qeyitdi  ki,  atası  müftəyeyənin  biridür. 
Elə  yaxçı  oldu  öldürdü  özünü!  Sən  də 
ərax stəkanını atdın ona. Aləm dəydi bir-
birinə...  Gücnən  səni  çıxartdım  aradan 
e... 
 
-Tofiq... 
 
-Alə,  sən  ayılmısan  de  görüm? 
Bura  bax.  Bəd  xəbər  də  bir-birinün 
dalıncan  gələr  həmişə...  neybəttiy  basdı 
bizi...  Sən  get  duş  qəbul elə,  tapson,  bir 
əlli  qram  ərağ  iç  ki,  bəlkə  paxmelin  
düzələ... Yoxsa başıvun ağrısınnan dura 
bilmiyeceysən...  Nəysə,  Məhhəmməd 


168
№ 4 (20) Qış- 2016
 
müəllim  vardı  ye,  süzə  də  dərs  deyib 
da...  
 
-Əhmədazadə? 
 
-Həri,  həri!  Rail    hindi  zəng 
vurmuşdu... Bu gecə Poluxindəki evində 
asıb  özünü...  Özüvü  düzəlt,  babtlaş  ki, 
gedey  ora...  Heyf  oldu...  Özüynen 
bilirsen  nələr  apardı?!  Cavidi  beş 
barmağı  kimi  bilirdi  e,  yazuğ...  Heyf, 
heyf...  Qəribədür  e...  Məsudun  meyti 
soyumamış... Bu belənçik oldu...  
 
Telefon əlimdən sürüşüb düşdü.  
 
-İlahi,  bu  nə  zülmdür  mən 
çəkirəm?!  Niyə  bizim  taleyimiz  belə 
gətirdi?  Son  ümid  buydu...  Barakdakı 
ƏLLİDƏN  BİR  KƏM-in  sonuncusu  da 
öldü.  “ƏLLİDƏN  BİR  KƏM”-i  də 
özüylə apardı... 
 
*** 
 
-...izzətül...yusifun... 
əl-əl 
mürsəlun... 
 
Qulağıma  mollanın  oxuduğu 
ayənin  qırıq-qırıq  sətrləri  dəyib  qayıdır. 
Mən isə  Qurd qapısındakı  qəbiristanda 
təzə qazılmış bu məzarın  ayaq tərəfində 
dayanmışam.    Yeni  qazılmış  torpaq  iyi  
sidri-kafir    qoxusuna  qarışıb  burnumu 
qıcıqlandırır. Bu vaxt  bu qoxuları qovan 
başqa bir qoxu vurur məni. Gözümə bir 
tələbənin    gülab  paylayan    ağ  əlləri 
görünür.  Bu  vaxt    başqa  bir      tələbənin  
əlində  tutduğu  lövhəyə    qara  tuşla  
yazılmış    sözləri  oxumaq  istəyirəm. 
Amma  oxuya  bilmirəm...  Həm  dünənki 
içkinin  təsirindən,  həm  də  dalbadal 
aldığım  zərbələrdən  bədənim  uçunur,  
hiss  edirəm  ki,  psixi  durumum  yerində 
deyil.  
 
Nəhayət,  tələbə  oğlan  lövhəni 
başdaşı  yerinə    bitirir.  Kimsə  alçaqdan 
oğlana deyir: 
 
-Yaxşı  bitir.  Bədbaxtın  kimi, 
kimsənəsi yox ki... Bu elə yəqin başdaşı 
əvəzi daimi qalacaq burda... 
 
Mənsə 
 
lövhədəki  yazıları 
nəhayət ki, oxuya bilirəm: 
 
 MƏHƏMMƏD 
 
ƏHMƏD 
OĞLU ƏHMƏDZADƏ 
 
                            1924-1973 
 
Və sövq-təbii başlayıram kişinin  
yaşını  hesablamağa.  “On  üçdən  dördün 
doqquzu,  yeddidən,  yox  orda  altı  qaldı, 
altıdan ikisin dördü... Nə?”  
 
Elə  “nə”  qışqırdım  ki,  dəfnə 
gələn  müəllimlər,  tələbələr  dönüb  mənə 
baxırlar. 
Zakir 
müəllim 
mənim 
vəziyyətimin  yaxşı  olmadığını  görüb 
qoluma girir, qırağa çəkir... 
 
-Noluf 
saa?! 
Əsirsən 
ki? 
Xəstəmisən? 
 
-Zakir  müəllim,  yazığın  yaşı 
QIRX    DOQQUZ  imiş!..  –  ağlamaq 
tutur  məni.  O  qoluma  girib  məni  bir  az 
da uzaqlaşdırır. 
 
-Hişşşşş...  Özüu  ələ  al,  ə! 
Ayıfdı! Cammaat saa baxer... Bı savaddı 
adam  olsa  da,  petuxuydu...  Elə  biləllər, 
sən də onun zadıymışsan... 
 
Bu  eşşəyə  baxa-baxa  daha 
bərkdən  ağlamağa  başlayıram  və  ona 
yalvarıram  ki,  məni  evə  aparsın.  Zakir 
maşınını  fırlayıb  düz  bizə  sürür.  Yolda 
bir  araq  da  götürürük...  Bilirəm  ki, 
içməsəm, ürəyim partlayacaq...  
 
*** 
 
Qulağıma  mərsiyə  səsləri  gəlir. 
Hüzn,  kədər  basıb  dünyanı.  Qara, 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə