Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə83/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   79   80   81   82   83   84   85   86   ...   92

172
№ 4 (20) Qış- 2016
 
Mən, 
Birdə ki Tanrı! 
Öncə Tanrı yumdu gözlərini 
Və biz sevişdik, gizlicə 
Sonra sən yumdun gözlərini 
Tanrı ilə mən savaşdıq, gizlicə 
Ama mən  
Heç zaman yummayacam gözlərimi... 
 
 
 
Elş
ə
n  
Böyükv
ə
nd 
 
 
“Yuxu körpüsü”
 
  
İran kinosundan reportaj
 
 
     Kanadanın 
York 
universitetində 
rejissorluq  və  film  nəzəriyyələri  üzrə 
akademik  təhsilini  başa  vurmuş  Oktay 
Bərahəninin  “Yuxu  Körpüsü”  adlı  filmi 
Tehran Fəcr Kino festivalı yarışmasında 
ən mübahisə doğuran filmlərdən biri idi. 
    Oktay  Bərahəni  1974-cü  ildə  İranın 
Tehran şəhərində dünyaya göz açıb. Ana 
və  Ata  tərəfindən  Azərbaycan  Türkü 
olan  rejissorun,  çox  ünlü  və  dünyaca 
tanınmış  atası  Rza  Bərahəni  İran  ədəbi 
tənqidinin  banisi,  şair,  yazıçı,  jurnalist 
və  siyasi  activstdir.  Anası  Sanaz  Sehət 
isə  tanınmış  tərcüməçi,  ingilis  dili  və 
ədəbiyyatı mütəxəssisidir. 
    Oktay 
Bərahəni 
atasının  siyasi 
görüşləri  və  azərbaycançılığına  görə 
çoxlu  haqsızlıqlara  məruz  qalıb.  İranın 
Mədəniyyət  Nazirliyi  neçə  ildən  sonra 
onun  “Yuxu  körpüsü”  adlı  filminin 
çəkiliş  işlərinin  başlanmasına  izin 
verdikdən  sonra,  rejissor  ilk  uzun 
metrajlı  filmini  çəkməyə  başladı. 
Mədəniyyət  Nazirliyinin  tətbiq  etdiyi 
senzura  nəticəsində  gənc  rejissorun 
ömrünün 7-8 ili nazirlikdən izin almağa 
keçib.  Prezident  Əhmədinejad  zamanı, 
demək olar ki, azad sənətkarlar təzyq və 
haqsızlıqlara  məruz  qalırdılar.  Yeni 
prezidentin  gəlişi  ilə  vəziyyət  azacıq  da 
olmuş olsa yumuşalıbdır. 
 
 
 
 
 
    “Yuxu  körpüsü”  filminin  çəkilişi  
bitdikdən sonra bir çoxları filmin yolunu 
səbirsizliklə  gözləməkdə  idilər.  Bu 
arada,  İranın  dünyaca  məşhur  olan 
rejissoru 
Abbas 
Kiyarostami 


Üç aylıq ədəbiyyat dərgisi 
173 
(ölümündən  əvvəl)  isə  ssenarinin 
möhtəşəm  və  taysız  olduğunu  etiraf 
etmişdi.  Kiyarostami  kimi  görkəmli  bir 
sənətçinin  ssenari  haqda  bu  fikiri 
söyləməsi 
filmin 
kino 
zallarında 
ekranlaşmasını  gözləyənlərin  sayını  iki 
qat çoxaltmışdı. 
Filmin rejissoru və ssenari  müəllifi olan 
Oktay 
Bərahəni 
əsərini  yazmaqda 
Dostoyevskinin  “Cinayət  və  cəza” 
romanından ilham aldığını qeyd edib.  
     Rejissorun  bundan  öncə  “Vanet” 
(İranda  bir  növ  yük  daşıyan  maşına 
deyilir)  adlı  qısametrajlı  filmi  böyük 
maraqla qarşılanmışdı. 
     Bunlara  baxmayaraq  Fəcr  Kino 
festivalında  “Yuxu  Körpüsü”  filmi 
gözlənilən  uğuru  qazanmadı.  Festivalın 
juri  heyyəti  rejissoru  solçuluqda  ittiham 
ediblərmiş.  Onun  rəsmi  iran  islam 
ideologiyasını  tərənnüm  etməyən  filmi, 
münsiflər 
heyyətinin 
rəğbətini 
qaznamayıb. 
     Rejissor  isə  verdiyi  müsahibələrdə 
ruhdan düşmədiyini və öz yolunda daha 
güclü 
addımlarla 
irəliyə 
doğru 
yürüyəcəyini 
vurğuladı. 
Bərahəni, 
münsiflər heyyətinn onun filmi haqda və 
siyasi-ictimai 
görüşləri 
barədə 
səsləndirdikləri  ittihamları  bütünlüklə 
rədd edir. 
 
 
  
  
 
 
ÇEVİRM
Ə
 
 
Marina  
Svetayeva 
Nə vətən həsrəti? Müəmma deyil, 
Sirr deyil bu hoqqa çoxdan heç kimə. 
Mənə tamamilə birdir, eynidir, 
Harda tamamilə tənhayam, təkəm. 
 
Və hansı daşlarla ayaq əzərək, 
Zənbili süruyüb evə gələsən. 
Elə kazarma tək, ya hospital tək
Sənin olduğunu bilməyə evsə. 
 
Nə fərqi kimlərin içində əsir 
Aslan tək kinimdən qabara yalım. 
Hansı cəmiyyətdın qəti, tələsik, 
Mən öz aləmimə sıxışdırılam, 
 
Qapılam duyğular səltənətində. 
Buzlarsız Kamçatka ayısı kimi, 
Harda yovuşmayım (istəmirəm də!), 
Və harda alçalım – nə fərqi var ki? 
 
Aldanan deyiləm ana dilimin, 
Mənə şirin-şirin “gəl” deməyinə. 
Axı nə fərqi var rastıma gələn, 
Məni hansı dildə anlaya bilmir! 


174
№ 4 (20) Qış- 2016
 
 
(Tonlarla qəzeti oxuyan, udan, 
Gövşəyən, süd kimi əmən qeybəti). 
İyirminci əsr – onu yaradan, 
Bütün əsrlərdir məni yetirən. 
 
Bağdan ayrı düşən bir ağac kimi
Quruyub dirəyə çevrilən zaman, 
Hər şey eyni mənə, eynidir hamı, 
Və bəlkə hər şeydən çox eyni olan 
 
Və həm doğma olan – olub keçəndir. 
Bütün nişanlarım, əlamətlərim, 
Tarixim – pozulub, yoxmuş elə bil. 
Qəlb qalır - əlçatmaz doğulan yeri. 
 
Elə qorunmadım yurdda ki, əgər, 
Dünyanın ən mahir xəfiyyəsi də
Tapa bilməyəcək duyğudan əsər,  
Çevirə qəlbimin altını üstə. 
 
Hər məbəd mənə boş, hər evsə yaddır, 
Hər şey indi mənə eyni, bərabər. 
Amma kol bitirsə yol qırağında, 
Həm də kolun adı üvəzsə əgər... 
 
 
Boris  
PASTERNAK 
 
                   
DƏYİŞİKLİK
 
Haçansa aşnaydım kasıb-kusubla, 
Səbəbi deyildi ancaq əqidə. 
 
Həyatları sadə, haqlı, hesablı, 
Nə parad var idi, nə də dəbdəbə. 
 
Tanışlığım vardı ağalarla da, 
İncə cəmiyyətə bələddim hərçənd. 
Müftə yeyənləri uzaq qovurdum, 
Mənə qardaş idi lüt və dilənçi. 
 
Alnının təriylə çörək qazanan
İnsanla can atdım mən ünsiyyətə. 
Elə buna görə mən də o zaman, 
Cındır çağırıldım, yetib hörmətə. 
 
Məni kəlməsiz də anlayırdılar, 
Cisimdim, maddəydim, çəkim var idi. 
Necə ki bəzəksiz zirzəmilər var, 
Ya da ki çardaqlar – yox şüşə, pərdə. 
 
İndi dəyişmişəm, mən pozulmuşam, 
Elə bil zamanın güvəsi dəydi. 
Hamı optimistdir, hamı da meşşan, 
Hamı ayıb sayır qüssəni, dərdi. 
 
Kimə etibarım vardısa bir vaxt, 
Çoxdan hamısına etibarsızam. 
İnsanı, İnsanı, itirdim, heyhat! 
Onu hamı, hər kəs itirən andan. 
 
 
1956 
 
Çevirən Xeyrulla Xəyal 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə