Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə82/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   78   79   80   81   82   83   84   85   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
169 
qapqara  bayraqlar  hər  yanı  tutub  
qaramat  bir    gecə  kimi.  Amma 
gündüzdür  axı.  Bəs  günəş niyə  yoxdur? 
Niyə  qaradan  başqa  rəng    yoxdur? 
Nənəsi  necə  deyərdi?  “Day    qaradan 
artıq  nə  rəng?!”  Və  qara-qara  misralar  
mərsiyəxan  səsi  ilə  girir  onun  ruhuna, 
içini-içalatını 
sızladır, 
cızdağını 
çıxardır... 
 
Necə qan ağlamasın daş bu gün... 
Kəsilir yetmiş iki baş bü gün... 
 
 
*** 
           “...-Lətafət 
ləzgi 
qızıydı,  - 
Əmanət  söhbətə  belə  davam  edir.  - 
Qusardandılar.  Mənnən  qabaq  olan  işdi 
deyin,  təfərrüatları  yaxşı  bilmirəm.  Tək 
bildiyim  odur  ki,  çox  gözəlmiş.  İmir 
deyirdi  ki,  məhlim  siz  də  qızsınız?! 
Lətafət  ayrı  aləm  idi.  Əndamı  ağappaq 
qar  kimiydi.  Bədənini  əsdirəndə  canım 
çıxırdı.  Vallah,  billah,  mən  onnan 
kəssəm  də,  əməlli-başlı  elani-eşq  də 
etməmişdim. Yəni qız özü bir gün bizim 
ev  telefonunu  yığıb  danışdı  mənimlə. 
“Müğəllim,  mən  sizin  imtaxandan 
ğorxuram  axı.  Necə  edəğ  ki,  məni 
kəzmiyəsiniz?!”  İmir  deyib  ki,  sabah 
dərsdən  çıxıb  sahil  tərəfə  gəl,  Lenin 
adına  sarayın  (İndiki  H.Əliyev  adına 
saray)  aşağısında  maşını  saxlayacağam. 
Orda danışarıq.  
 
İnanırsan?  Orda  danışıblar,  elə 
ordan da gediblər İmirin mikrorayondakı 
mənzilinə! Sənə yüz faiz deyirəm ki, bu 
işlərdə  İmirin  rolu  az  idi.  Onu  biz 
şişirdib  mifikləşdirmiş,  bütün  bunları 
edə biləcəyinə inandırmışdıq. Müəllimli, 
tələbəli... 
Hamımız. 
Sənə 
öz 
təcrübələrimdən  bəhs  edəcəyəm,  amma 
bunlar 
təkcə 
bir 
televizyonşikin 
müşahidələri deyil. Bunlar biz insanların 
tapıb icad elədikləri əcaib işlərdir... 
 
Demək,    25-ci  kadr  adlı  bir 
termin  var.  Nədir  bu?  (Qabaqcadan 
deyim ki, bu bir az mürəkkəb məsələdir. 
Amma  çalışacağam  ki,  terminlərsiz 
danışım ki, mahiyətə vara biləsiniz.) 
 
 
 
(davamı olacaq) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


170
№ 4 (20) Qış- 2016
 
GÜNEYDƏN SƏSLƏ
 
Kiyan Xiyav 
 
 
sus
ə
nb
ə

 
Düşüncələrdən soyuqdur duyğular 
İnanmasan sərçələrdən soruş 
Göylər sadəcə sonsuz bir boşluqdur 
Uçaq tüstüsü 
Buludlarla dəyişik düşə bilir. 
Göylərdən gələn ən önəmli xəbər 
Yalnız yağışdır 
Bunu bitgilərdən soruş 
Və yağışı qurudur qıtlıq illəri 
Susənbər kərtisini 
Bir hörümcək poza bilir. 
İndi ha söylə yaşasın barış və qardaşlıq! 
Barış adsız və imzasız bir məktubdur 
Gecə yarıları gedir adressiz qapılara 
Və qardaşlıq sadəcə bir tikə buludla 
Bir sürü uçaq tüstüsünün öyküsüdür 
göydə. 
İnanmasan 
Buyur bizim həyətdəki qıtlıq illərini 
pozqun yaşayan 
Qəmli susənbər kərtisindən soruş!... 
               
 
                                                     
 yerlə göyün arasında 
 
Buraxdım get yuxarıya 
Quşlar mələk kimidir 
Mən qolayca bir adamam. 
Quşlar səni çağırır 
Ancaq qorxuncdur göy üzü 
Qanadlar qırıla bilər. 
 
Buraxdım gəl aşağıya 
Adamlar mələk kimidir 
Mən mələklərdən də başam. 
Adamlar səni çağırır 
Ancaq qorxuncdur yer üzü 
Ürəklər qırıla bilər. 
 
Buraxdım get yuxarıya 
Buraxdım gəl aşağıya 
Yaxşı 
Oldu 
Mən mələklərdən də başam 
Ancaq bir az düşünməyin gərəkir!... 
 
  
Zaman  Paşazad
ə
 
  
 
 
"Qutsal q
arınqulu"
 
 
 sən 
 yenicə doğulmuş körpənin          
 nostaljisində 
ölüm ayağında qocanın  


Üç aylıq ədəbiyyat dərgisi 
171 
     gələcək planlarındasan. 
İlk ağlayışımı unutduğumdan 
içimdə açımsız giz kimi gizlənmişsən. 
 
Səni özümdə aradığım çağ, 
güzgüdə gözəlrimə dalıb  
alnımı-alnıma 
burnumu-burnuma dayadığım çağ, 
necədə aydın görünürdü içimdəki 
 Təpəgöz! 
bu sənmi? 
Bu mənmi? 
Yoxsa Sənəm midir?! 
Qorxuyla qaranlığın, 
Sevgiylə gərəyin 
                       qarışığı, 
 mən ilə sənin birləşiyidir 
önümdəki qutsal bu qarınqulu.  
 
Həə,Sənəm! 
səni qandırıb mənimsəyə bilməsəmə də
səni sındırıb ögeyləşə bilməsəmə də 
hər barmağımdan Basat 
və hər dırnağımdan qılınc doğulacaq; 
Ya bir kərəlik hop 
ya bir kərəlik qop. 
 
“Külək”
 
 
Küləkdə əsirdi, saçların da, mən də 
Külək də əsirdi; saçların da; mən də 
Külək də, əsirdi saçlarında, mən də 
 
"Domino" 
 
Oyuna başla! 
Təpəsi üstündə dəydim önümdəkinin 
çiyninə; 
Yıxılıram yıxılırsan yıxılır 
Yıxılırıq yıxılırsız yıxılırlar... 
Acımdan, yıxılmağı sərf edırəm* çörək 
növbəsındə. 
 
*sərf etmək: 1-Dilçilikdə söz 
formalarınin dəyişmə sistemi 2-yemək 
 
İsa Zeyni 
 
 
 
Bir gün məni qandallayacaqlar, kefim 
olsun 
Dustaqlara pay yollayacaqlar, kefim 
olsun 
 
Arxamda çuxur baxtıma nisgil 
dolacaqdır 
Kölgəmdə ölüm yallayacaqlar, kefim 
olsun 
 
Bir qorxu ölüm gəldi əcəl tabutu dandı 
Mərmiylə yaşam tullayacaqlar, kefim 
olsun 
 
Mən göynəyirəm el yarasın dard 
tamahından 
Köksümdə şafaq sallayacaqlar, kefim 
olsun 
  
El sağlığına ağrı içib keflənəcam mən 
Qan qurşağımı xallayacaqlar, kefim 
olsun 
 
Day sevda nədir? Dar bacasından ışıq 
almaq 
Ol gün ki günaş dallayacaqlar, kefim 
olsun 
 
 
Gizlinpaç
 
 
Gizlinpaç oynayırıq 
Sən, 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə