Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə79/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   75   76   77   78   79   80   81   82   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
163 
Perelmandır)  əməyi  məndən  az  
deyil”
 açıqlamasını vermişdi. 
 
İndi  baxın,  bizim    bu  boyda 
akademiya  bir  Perelmanın  kəşfinə 
dəyməz... 
 
Bude  haaa!  31  yenə  düşüb 
dalıma.  Niyə?    Bilir  ki,  maşında  qeyri-
qanuni  qazanc  var.  Əgər  o  pulu  bizə 
hökümət  özü  versə,  biz,  lap  elə  mən 
qəhbə  Nanabəyimin  oğlu  o  qələtləri 
eliyərəm?  Eləmərəm.  Nəysə,  allah 
şeytana lənət eləsin. Bu it oğlu mənimlə 
əməlli-başlı  məzələnir  də.  Gah  dalda 
qalır,  gözümə  dəymir.  Gah  da  sürətlə 
gəlib  mənə  əl  eləyir,  göz  vurur.  Nə 
istəyir  axı  bu  mənnən?!  Niyə  birdəfəlik 
saxladıb həbs eləmir məni?..” 
  
                                                         
         DARIXAN ADAMLAR 
         İmirin Qeyd Dəftərindən 
         “1973-cü  ilin  iyulu    idi.  Mən 
Abasquliyevin 
2-ci 
kurslardan 
götürəcəyi son imtahanda assistent idim. 
İmtahan aparacağımız otaq xarici ölkələr 
kafedrasına  bitişik  auditoriyada  olmalı 
idi.  Əlimdə    həmişəki  kimi    CAMEL 
siqareti  kafedranın  yanındakı  şüşəbəndə 
söykənib 
zəngin 
vurulmasını 
gözləyirdim.  İsmayıl  Şıxlı  professor 
Dəmirçizadə ilə danışa-danışa kafedraya 
tərəf  gəlirdilər.  Yazıçı  nədənsə  çox 
həyəcanlı  idi.  (Bu  təmkinli  adamı    belə 
görməmişdim.)    Heç  məni  görmədi  də. 
Bu  vaxt  Rembo  ilə    Əpiş  də  də  onlara 
tərəf  gəldilər    və  İsmayıl  müəllimin 
dediklərini eşitdim: 
 
-Məsud    Əlioğlu  özünü  asıb. 
Aləm  bir-birinə  dəyib.  İttifaqdan 
gəlirəm... 
 
Əpiş əlini əlinə çırpdı: 
 
-Pah!  Heyf!  Əli  Vəliyevin  evi 
yıxıldı!.. 
 
-Əşşi,  elə  baisin  biri  də  elə 
Əliydi...  Heç  yola  getmirdilər.  Haçan 
görürdün,  gileylənirdi  ki,  sözümə 
baxmır,  məni  dost-tanış  içində  yerə 
vurur...–  Bunu  da  başındakı  naxışlı 
araqçınını  çıxardıb  əlində  tovlayan 
professor Dəmirçizadə dedi. Anladım ki, 
söhbət  o  vaxt  bizlərin  –  gənc 
ədəbiyyatşünasların 
kumiri 
olan 
görkəmli  tənqidçi  Məsud  Əlioğlundan 
gedir. 
 
Bayaqdan    o  biriləri  kimi 
heyfsilənən  Rembo  qəfildən  alov  
püskürdü: 
 
-Elə  yaxşı  oldu!  Onlar  Mehdi 
Hüseynin  ölümünə  bais  oldular!  Allah 
da  bu  zülmü  götürmədi!  Etmə,  edərlər! 
Düz demrəmmi, a İsmayıl məllim?! 
 
İsmayıl  müəllimin  rəngi  onsuz 
da  qara  idi,  Rembonun  bu  sözlərindən 
lap da qaraldı və dedi: 
 
-Zakir,  ayıbdır.  Danışığına  fikir 
ver.  Əvvala,  Mehdinin  ölümündə 
günahkar  Süleyman  idi,  Əli  deyildi. 
İkinci  də,  köhnə  palan  içi  tökmə... 
Məsud    istedadlı  və  qiymətli  bir  alim 
idi... Çox heyf.  
 
Eşitdiyim 
söhbətlər 
də 
mənimçün  yeni    idi.  Düzdür,  Mehdi 
Hüseynin 
ürəyinin 
kimlərinsə 
ucubatından  partladıldığını    bilirdim. 
Amma təfərrüatları indi eşitdim. 


164
№ 4 (20) Qış- 2016
 
 
Bir  neçə  gün  özümə  gələ 
bilmədim.  Və  nəhayət,  qərar  verdim  ki, 

cəngavər 
tənqidçi 
haqqında 
yazmalıyam.  Axı  bir  dəfə  cəhd 
etmişdim... 
         ...Mən Abasquliyevin əvvəllər rədd 
etdiyi, bu son zamanlarda isə israrla çap 
etmək  istədiyi  yazımda  bir  sıra  mühüm  
faktlara  aydınlıq  gətirmiş,  Məsud 
Əlioğlunun    Hüseyn  Cavid  haqqında 
silsilə yazılarını (“Darıxan adamlar”) və 
“Sevil”dən    “Saçlı”ya”  yazısını  təhlilə 
çəkərək,  əslində  müəllifin  milli  köklərə 
söykənən 
yazısına 
haqq  
qazandırmışdım.  Mərkəzi  Komitənin  
arxivdən  mətbuata sızan, mənim axtarıb 
tapdığım  17  iyul  1962-ci  il  tarixli,  30 
nömrəli  protokolu  əsasında  çıxarılmış 
qərarına 
etiraz 
etmişdim. 
Həmin 
qərardan  əvvəl  MK-nın  arayışı  vardı 
Məsud  Əlioğlunun  məqaləsi  haqda 
(arayış 
ruscadır, 
tərcüməsini 
verirəm):“Bu  məqalə  anti-marksist, 
açıq-aşkar  irticaçı,  mövcud  olmayan 
milli  müstəsnalığı  göylərə  qaldıran 
müddəalarla  doludur...O,  bütün  məqalə 
boyu  guya  “müsəlmançılıq”  tərəfindən 
hazırlanmış  köhnə  “milli”  ənənələrin  
vəsfi  ilə  məşqul  olur.  Məsud  Vəliyev 
iddia  edir  ki,  guya  bütün  yaxşı  şeylər 
yalnız Şərqə məxsusdur”.        
       MK-nın o qərarı ilə  Məsud Əlioğlu 
“Azərbaycan” 
jurnalının 
redaksiya 
heyətindən  xaric  edilir,  tənqidçinin  adı 
MK-nın  qara  siyahısına  düşür,  adı  və 
əsərləri nəzarətə götürülür. Ən dəhşətlisi 
isə bu idi: Məsudu evdə, ailədə də qəbul 
etməyən,  azad  fikirlərinə  qarşı  çıxan, 
yazdıqlarını  bəyənməyən  bir  ağsaqqal 
şəxs  vardı  –  Sovet  quruluşunun 
gözübağlı  fanatı,  qart  kommunist  olan 
atası Əli Vəliyev! 
 
Mən 
məqaləmdə 
Caviddən 
sitatlar  gətirərək  mövcud  rejimin 
insanları alçaltmasını göstərmiş, bir növ 
Məsud Əlioğluna haqq qazandırmışdım. 
Cavidin  bu  misralarını  misal  çəkərək 
fikrimi əsaslandırmağa çalışmışdım: 
 
 Yurdu sarmış qabalıq, yaltaqlıq, 
 Yüksəliş varsa, səbəb alçaqlıq... 
  
 
 
Yazımda  Məsud  Əlioğlu  ilə  ilk  
görüşümü 
də 
vermişdim. 
(İkinci 
görüşümüz də olmuşdu. Bu haqda ayrıca 
yazacam.)    Aspiranturaya  qəbul  zamanı 
yazdığım  referata  rəy  verilməliydi. 
Mənim 
referatım 
“Yusif 
Vəzir 
Çəmənzəminlinin  nəsrində  novatorluq” 
adlanırdı.  Kimə  göstərdim,  baxıb 
başlarını  buladılar.  Axırda  özüm  qərar 
verdim:  akademiyaya  gedəcəyəm,  düz 
Məsud Əlioğlunun yanına!” O vaxt onun 
məqalələri  biz  gənclərə  ruh  verirdi.  İş 
yerini fakültədə laborant işləyən Raildən  
öyrənmişdim. 
Xülasə. 
Məni 
çox 
gülərüzlə  qarşıladı.  Hələ  necə  oldusa, 
zarafat da elədi. Və qəfil soruşdu: 
 
-Niyə bu kişidən yazmısan? 
 
-Əsərləri xoşuma gəlir,- dedim 
 
-Bəs  qorxmursan?  Axı  deyirlər 
xalq düşməni olub? 
 
Təbii  ki,  qorxdum.  Amma  o 
əlini çiynimə qoyub dedi: 
 
-Zarafat  eliyirəm.  Qorxma.  O, 
əsl yazıçı, əsl ziyalı olub. Otur, oxuyum. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə