Üç aylıq ədəbiyyat dərgisi
183
Bir ülgüç gətir!
Saçlarımı qırxmaq
istəyirəm ki,
baş örtüsüz dolaşa bilim insanların
içində.
Saçlarımın gözəlliyi azadlığımı əlimdən
almasın.
İynə—sap gətirməyi unutma!
Dilimi və dodaqlarımı tikmək istəyirəm.
Böyləsinə hayqırışlarım içimdə boğular.
“Azadlıq” bağırdığımı kimsə duymaz.
Duyub da “şəriətdə qadının səsi
duyulmamalı”-
söyləməz.
Ən önəmlisi bir qayçı gətir!
Saqın qayçı gətirməyi unutma!
Düşüncələrimi qayçılamaq istəyirəm.
Yuyucu tozlar da gətir lütfən!
Beynimi yumaq istəyirəm.
Beynimi yuyub asılqandan asmaq
istəyirəm.
Beynimdəki düşüncələrimi
küləklər aparsın ərəbin viran etdiyi
yerlərə.
Bilirsənmi?
Gerçəkçi olmaq lazım,
Tapsan, səsboğan da gətir!
Sevib
seçdiyim üçün fahişə
adlandırıldığımda
Səsimi boğazımda boğmaq istəyirəm.
Kimliyimin bir kopiyasını istəyirəm.
Din qardaşlarım və bacılarım,
Məni doğru yola çəkmək üçün
təhqir edib söydüklərində
Kim olduğumu xatırlamaq istəyirəm.
Səni Tanrı...
Bir yerdə haqqın satıldığını görsən
Mənim üçün al...
Al ki, yeməyimə artırım onu.
Başqasından öncə özüm öz haqqımı
yemək istəyirəm.
Sonunda
paran qalarsa,
Mənə boyunbağı şəklində bir plakard al!
Boynuma asmaq
və üzərində iri xətlərlə yazmaq
istəyirəm:
Mən insanam
Mən hələ də bir insanam.
Mən hər gün bir insanam.
Çevirdi: Güntay Gəncalp
ADİL
YILMAZ
(Türkiyə)
YAĞMUR
QUŞU
Bir xəbər çıxdı ağızlardan
Sonra dünyanın orbitinə döndü
Alıb rahatladı alıcıları, gərildi
antennalar, elektriklər doldu
Nə yaxşı bir hədiyyədir dedi duyanlar
Səhər xəbər verin anasına – döndü
yağmur quşu*
Qanadında gümüş hədiyyəsi
Parıltısı görənləri heyran edir bir qmaşa
sarılı qutunun
Bir vaxt işıq-işıq idi göydə buludlar;
Düşdü önünə bir evin qürub olduğunda
Demək bitdi işi,dedi anası,
Çıxıb göstərdi solğun üzünü
Sözünü yeritdi, bir cüt parıltılı gözüylə
Sahədən aşağı endirdiyi:
sahandan aşağı düşürdüğü:
Demək dönüb gəldi yağmur quşum,
inanaqmı?
Anaydı soran, sorduqca sordu:
Bu necə bir türküdür ki, Kərkük divanı
dururkən
Yağmur quşu adı aldı o anda
Üç aylıq ədəbiyyat dərgisi
185
qar üstündə
və arxa bağçasında
kasıbın
bəslədiyi quzu
Dodaqlarımı, elə buna görə
ailədə belə
bir şüşəyə dirəyib
içməyi sevərəm
qazlı suyu
***
Yol kənarındakı
yağış savacaqlarını
nəzir qutusu bilib
xərcliyimi atardım ora
bu
üzdən ən çox
dənizlər bocludur mənə
***
Sağır və dilsiz
Ki oxşarkən
Sevgilisinin tənini
əlləri ilə həm sevişir
həm danışır
***
Özgürlük kitabının
Səhifələri arasına
Cəlladları qurduğu
Dar ağacındakı ip
Yarımçıq qalan
Səhifəni göstərir
Oxumağa davam edəcək
Neçə insana
Evlilik şəkillərinin cırılaraq
Qırılan çərçivələrinin
Küçəyə atılan
Taxtalarıyla düzəldilir uşaq tabutları
Heç bir gənc qız
Medalyonunda daşımır
sevgisinin şəklini
amma ölüm
səhifələri qazılmış
bir eşq romanının
içində gizlədir
tapançasını...
Çevirdi A.Qaradərəli
Ə
D
Ə
B
İ
YYAT
TAR
İ
X
İ
M
İ
Z
İ
N
AYIB YER
İ
Mikayıl R
əfili
Son dərviş
Dilim mənim ana dili qədər təmiz,
sadə...
Dinlə cənab
Rəsulzadə!
Bir devr var cibgirlər devri deyərlər
isminə...
Hər dönmədə bir şarlatan,
Başında papaq, belində xəncəri...
Olmuşdu hökümran...
Bu
idi qurduğun
Azərbaycan!
Bir zaman sən tapdın Qurana,
Xəlifə ordusunun süngülərində
Açdın parlaman...
Aman nə yazıq! İki il belə sürmədi
devrin,
Böyük bir vulkan yatırmış əsrin
üfüqlərində...
Sən hördüyün o tor.
O qarınca parlaman
Boş bir bucaqdı:
Requlyator
Yerini dutan