Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə89/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   84   85   86   87   88   89   90   91   92

188
№ 4 (20) Qış- 2016
 
atəşin  açılması,  tiyəsi  yox  bıçaqla 
dovşanın  soyulması,  altıyox  qazanda 
dovşan  ətinin  qovrulması  ov  və  odla 
bağlı 
vəziyyətləri 
lağa 
qoyur. 
Olmalının  olmaması,  olmayanın  guya 
olan  kimi  iş  görməsi  bu  qaravəllinin 
başlıca xəttidir.  
 
 
S
ə
n
ə
td
ə
 Od v
ə
 Hava 
arxetipl
ə
rinin t
əzahürü
 
 (1986-
cı il)
 
 
Klassik  Azərbaycan  poeziyasının  bədii 
dili daha çox od-alov titrəkliyini, istisini, 
hava  sirayətediciliyini  andırır.  O  bizə 
ərəb-fars sözlərindən ağırlaşmış görünür. 
Ortaçağın  mədəni  adamı  üçün  isə 
Azərbaycan  şeirindən  bu  sözlər,  anlanışı 
çətin  olanda  belə,  avazı,  musiqisi  ilə 
yünqülləşirdi. Əgər klassik poeziyamızın 
dili  ilə  Mirzə  Cəlilin  nəsr  dilini 
tutuşdursaq,  görəcəyik  ki,  axırıncıda  od-
alov  soyuyur,  ritm  oynamaq  əvəzinə 
başlayır aramla «yeriməyə», sanki ağırlıq 
daşıdığını  duydurmaq  istəyir.  Uyğun 
olaraq  Mirzə  Cəlil  üslubu  qəfildən  uca 
gülüş  oyatmağa  yönəlmir,  istehza, 
qımışıq  törətməkdə  «ixtisaslaşır».  Belə 
bir üslubun içindən bilinən sənətçi obrazı 
da heç vaxt gəncliyin şuxluğunda görünə 
bilməz.  Ona  görə  də  Mirzə  Cəlili  biz 
Bilgə  Qoca  (müdrik  qoca)  arxetipinin 
hövsələli, 
dözümlü, 
tələsməz 
keyfiyyətlərində 
duyuruq. 
«Qəm 
pəncərəsi»  filmində  Həsən  Turabov  öz 
oturuşunun-duruşunun,  üz  ifadələrinin 
aramı ilə həmin əlamətləri təkrar edir. Bir 
anlıq  fikirləşək.  Hansı  səbəblərə  görəsə 
azərbaycanlıların  bilincində  köhnə  çağın 
ziyalıları daha çox Mirzə Cəlil obrazının 
əlamətlərində  görünürlər  (bəlkə  də  bu, 
Mirzə  Cəlilin  şüurlarımızda  nə  qədər 
dərin iz saldığını göstərir). 
 
 
S
ə
ttar v
ə
 arxetipl
ə
r(1986-
cı il)
 
 
Səttar  tablolarını  prinsipial  olaraq  Daş 
arxetipinə  qarşı  duran  əsərlər  saymaq 
olar.  Səttar  yaradıcılığı  bir  də  bu 
qarşıdurumdan  öz  bədiiliyini  qazanır. 
Əvəzində  onun  fırçası  Su,  İşıq-Od, 
Hava,  Ağac  stixiyasında  işləyir.  Dağ, 
dəmir  əşyalar  belə,  bu  stixiyaların  təsiri 
ilə  kövrəkləşir,  incəlir,  yüngülləşir. 
Artıraq ki, bu pafos bizim Ortaçağımıza 
doğmadır:  miniatür  sənəti,  sözsüz, 
daşsayağı  kəskin  həndəsi  formalara 
hərisdir.  Ancaq  İşıq,  Hava  stixiyası  ilə 
bu  formalara  bükülmüş  nəsnələrin  daş 
ağırlığını,  qabalığını  sıfıra  salır.  Od, 
Hava  stixiyasının  tutulduqlarına  görə 
Ortaçağın klassik şeiri və miniatür sənəti 
yaxın  qohuma  çevrilirlər.  Eyni  pafos 
Ortaçağ  ornament  vurğunluğunda  da 
özünü 
göstərir: 
divarların 
naxış 
bəzəkləri,  şəbəkələndirmələr,  bir  alim 
demişkən, materialların maddi ağırlığını 
göz  üçün  görünməz  edirdi.  Divarlara, 
gümbəzlərə  fəza  yüngüllüyü  verirdi. 
Xalçalarla  bəzəməyin  bir  funksiyası  da 
Hava, 
Od-İşıq, 
Su  arxetiplərindən 
doğurdu. 
 
 
Az
ə
rbaycan 
ə
d
əbiyyatında  Od 
arxetipi(1986-
cı il)
 
 
Biz  Məcnununa  baxsaq,  burada  Od 
arxetipini  aydın  görərik.  Od  əl-kimya 
əməliyyatlarındakı  kimi  iş  görür: 
Məcnunu duyğular qaynartısına salır. Od 
artdıqca  zərrələrin  bağlantısı  boşalır, 
xaotik hərəkət artır. Məcnunun plastikası 
başdan-ayağa 
bu 
fəallıqda, 
dağınıqlıqdadır.  Bu  Od  Məcnundan 
qıraqda  olan  Leyli  görkünü  (obrazını) 
əridib  Məcnuna  qovuşdurur:  Bir  təndə 
iki can yaranır.  
 
 


Üç aylıq ədəbiyyat dərgisi 
189 
Yel Əhmə
d v
ə
 Hava arxetipi 
(1986-
cı il)
 
 
Çağdaş 
incəsənətdə 
personajların 
ilişgilərində,  psixoloji  hallarında  Od, 
Hava, 
Su 
parametrlərini, 
əl-kimya 
əməliyyatlarına  bənzər  maddi  keçidləri 
geniş 
izləmək 
olar. 
Mövlud 
Süleymanlının  «Yel  Əhmədin  bəyliyi» 
povestində  dünyanı  yel  kimi  gəzən  Yel 
Əhmədin  ayaması  onun  naturasında 
hava  stixiyasının  payca  çox  olduğunu 
göstərir.  Povestin  süjeti  əl-kimya 
prosesləri  kimi  Yel  Əhmədin  havasını 
əlindən 
alacaq 
türlü 
abırlaşdırıcı 
vəziyyətləri təklif edir.  
 
 
Çatmaqaş gözə
ll
ə
r (1988-ci il) 
 
Dilimizdə  belə  deyimlər  var:  «yaman 
güclü  dedin»,  «yaman  güclü  bildirir», 
«üzündən  nur  yağır»  və  s.  Bu  deyimlər 
hamısı  «ifadəlidir»  kimi  ərəb  sözünün 
türk qarışılıqlarıdır. 
Bir  nəsnənin  ifadəli  olması  onun  hansı 
məzmunu,  hansı  anlamlarısa  güclü,  gur 
bildirməsidir.  Ona  görə  də  biz  deyəndə 
ki,  onun  üzündən  əclaflıq  yağır  və  ya 
onun üzündən məsumluq yağır, bununla 
bildiririk ki, onun üzü güclü, yəni ifadəli 
bildirir.  Beləcə,  üzündən  əclaflıq  yağan 
eybəcər  adam  olur,  məsumluq  yağırsa, 
gözəl.  Bəs  insan  yaramazdırsa,  ancaq 
üzündən  bu  yaramazlıq  yağmırsa,  nədir 
bu?  Cavabım:  o,  sadəcə,  yaramazdır, 
ancaq  eybəcər  deyil.  Eləcə  də  insan 
məsumdursa,  ancaq  üzündən  məsumluq 
yağmırsa,  gözəl  deyil,  sadəcə,  ürəyi 
təmiz  adamdır.  Ona  görə  də  söyləmək 
olar  ki,  dünyamızda  eybəcər  və  gözəl 
adamların  sayı  azdır,  hərçənd  pis  və 
yaxşı adamların sayı qat-qat çoxdur. 
Niyə  nəsə  sənə  gözəl  görünür?  Bunu 
anlamaq  üçün,  birincisi,  aydınlaşdır  ki, 
onun  «üzündən»  sənə  hansı  yaxşı 
mənalar  axır  (bu  mənalar  başqasına  pis 
olacaqsa,  sənin  gözəl  saydığını  gözəl 
saymayacaq).  İkincisi,  aydınlaşdır  ki, 
niyə  həmin  yaxşı  mənaları  məhz  bu 
görünüş  sənə  gur  bildirir,  o  birisi 
bildirmir? Çatma qaşlar bir vaxtlar Doğu 
kişisinin ürəyini alan ifadəli «naxış» idi, 
güclü  şəkildə  qadın  ideyası  ilə  bağlı 
«dadlı,  işvəli  olmalıdır»  anlamlarını 
bildirirdi.  İndi  isə  bizim  minidonlu 
qızlara  Tanrı  çatma  qaş  veribsə  də 
onların  çatmanı  qırxıb  gizlətmələrinə 
təəccüblənmərəm. Çünki o qaşlar çağdaş 
gənclərə 
gur 
şəkildə 
Doğu 
«fatmanisələri»  ilə  bağlı  psixoloji-
mənəvi anlamları bildirir. 
 
 
İki sə
n
ə
t tipi (1988-ci il) 
 
Mənim üçün iki sənət var, biri dünyanı 
şüurumuza  gətirib  bizə  göstərir  –  bu 
realizmdir. 

birisi 
şüurumuzu, 
bilincimizi  dünyaya  proyeksiya  edib 
orada  bizə  göstərir.  Salvador  Dalinin 
xəmir  saatları  dediyimə  örnəkdir.  Bax, 
bu, 
modernizmə 
aiddir. 
Yəni 
o, 
şüurumuzu  bizə  nəsnələrdə  tanıdır. 
Anarın,  Elçinin,  Ramiz  Rövşənin, 
Mövludun  çox  tekstləri  ya  tam 
modernist  tekstlərdir,  ya  da  modernist 
kodlarla  oynayan  tekstlərdir.  Vaqif 
İbrahimoğlunun 
tamaşaları 
Vaqifin 
bilgili 
bilincinin 
içindən 
keçmiş 
modernist kodların proyeksiyaları idi. 
 
 
 
B
ə
d
ə
nl
ə
 interpretasiya 
(1989-cu il) 
 
Hamı  yaxşı  bilir  ki,  diringi  hava  altnda 
dingildəyəndə  daha  çox  həzz  alırsan. 
Bizdə  hələ  utancaqlığın  etgisi,  yüngül 
görünməyin  qorxusu  qaldığı  üçün  ağır 
adamlar 
bədənlərini 
musiqinin 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə