Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə72/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   68   69   70   71   72   73   74   75   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
149 
Div  Balasını  soxub  itin  götünə  
çıxartmışdı  ki,  ay  çaqqal,  deyirsən 
aparıb  Prezident  aparatına    çatdırsınlar, 
bizi  itdən  alıb  itə  versinlər?!  Sənə  bu 
dəfə  toxunmuram.  Ancaq  axırıncı  dəfə 
xəbərdar  eliyirəm:  bir  də  bir  qızdan,  bir 
qadından  şikayət  daxil  olsa,  mitilini 
atacam bayıra! 
 
Əlbəttə, Keçəl bir  müddət dilini 
qoydu  dinməzinə.  Amma  sadəcə  bir 
müddət!  Çünki  bu  adam  şəhvət  ölüsü 
idi.  Radionun  da  işçilərinin  az  qala  70 
faizi qız-qadın idi. Çoxu da qısramış qız, 
ya  da  ərsiz  qadın.  İndi  bu  Div  Balası 
neynəsin, başına haranın daşını salsın?..  
 
Hətta  o  qədər  ağ  eləmişdi  ki, 
bəzi 
gözəgəlimli  qızları,  qadınları  
özlərinin 
razılığı 
ilə 
nazirlərdən, 
biznesmenlərdən 
müsahibə 
almağa 
göndərir,  bir  növ  bu  radio-müxbirləri 
onlara  satırdı.  (Əlbəttə,  söhbət  bütün 
radiodakı  qız-qadınlardan  getmirdi. 
Orda da kifayət qədər namuslu qız-gəlin 
vardı  ki,  Keçəl  onlardan  üfüdürdü.  ) 
Qarşılığında 
isə 
həmin 
məqam 
sahiblərindən  ya  pul  alır,  ya  da 
kitablarının  çapına  sponsorluq  tələb 
edirdi. 
 
Şəfiqə  isə  bildiyim  qədərilə,  bir 
il  onun  qısqılarına  dözə  bildi.  Sonra 
taksiyə  minib  getmişdi  Div  Balası  ilə 
roman yazmağa... 
 
Amma  o 
meyxana  stilində 
yazdığım  şeir  radioda  dillər  əzbəri 
olmuşdu. 
 
 
 
 
 
 
 
 
 
 
          
  HAFİZƏ 
            “Bir  gün,  Rembo    qaranəfəs  
gəldi  Bayıldakı  evimə.  Hələ  əlimin  
təzə-təzə sevinən vaxtları idi. İki il vardı 
qəbula  düşürdüm.  Bu  iki  otaqkimini  də 
onun  hesabına  almışdım.  Nəysə,  subay 
vaxtlarım  idi.  O,  öküz  kimi  böyürə-
böyürə  qurnanın    altına  başını  soxub 
yuyunanda    yüyürüb  evin  dalındakı 
pivəçidən bir balon açıq piyvə aldım, bir 
az    sosiska,  bir  az  pomidor,  xiyar. 
Yüngülcə  bir  subay  süfrəsi  açdım. 
Rembo  pivəni  camış  kimi  sümürə-
sümürə  qayıtdı  ki,  bilirsən  nəə 
gəlmişəm?  Tez  də  əlavə  etdi  ki,  hənjəri 
biləssən?  Sənnən  adama  dost  olar? 
Vəfasızın birisən... 
 
Dedim  ay  Zakir  müəllim,  nolub 
axı,  qoruxturma  məni,  səni  heç  belə 
həyəcannı görməmişdim? 
 
Dedi,  ə,  namard,  bəs  kişi  gəlib, 
e, kişi! Qaynatam gəlib. Dörd  başka da 
onnuğu  atıb  qabağıma,  deyir  neynirsən 
elə, bu qızı bu il inisduta salmalısan. Qız 
da  ki,  noldu,  nol.  Səməd  Vurğunun 
“Azarbaycan”  şeirinnən  cəmi  iki  bənd 
biler,  bu  ölsün!  İki  cümləni  dalbadal 
yazailmir  e,  əyə,  a  kişinin  oğlu! 
Qalmışam belə...  
 
Dedim,  ay  Zakir  müəllim, 
nolajağ e, əyəm, bu il qəbula düşsəm, o 
uşax mənim boynuma.  
          Baxdı 
üzümə,  baxdı,  durub 
boynumu qucaqladı, öpüb ağladı: 
 
-Əyə,  a  İmir,  bax,  bu  ölsün,  - 
əlini  şappıltıyla  üzünə  çırpdı,  -  axşam 
arvada  dedim  ki,  elləsə,  bını  İmir 
eliyəjəh...  Əyə,  əyə,  əldən  itidi  ha! 
Şpalqarkanı  qoy  qavağına,  sən  öl,  saa 
sən  öl  deyənin  əziz  canı  ölsün,  itin 


150
№ 4 (20) Qış- 2016
 
balasıdı  yalan  dəən,  yarm  sahata 
şöttəliyib atajey ora... ama ki xətti zaydı 
dənə... 
 
Piyvə  bitmişdi.  Qaçıb  bir  balon 
da  almaq  istədim,  Rembo  maşınının 
açarını verdi: 
 
-Ə,  ürəyim  atdandı,  rolda  da 
olsam 
vurmax 
keçir 
köylümnən. 
Baqajniyi  aç,  bir  polski  arax  var  orda, 
onu da əti vırağ e!.. Qoy  keçinin ölümü 
palıddan olsun... 
 
O  gün  Rembo  ilə  xeyli 
həmsöhbət  olduq.  Qızın  iş  nömrəsini 
ovcuma basdı, üstəlik də min manat pul. 
Əlbəttə,  pulu  götürmürdüm,  dedi  ə,  sən 
bu  işi  aşır,  qardaşın  Rembo  saa  nələr 
eliyəjəy?!  Ə,  biz  əyaxyalın  dəyiliy  ha! 
Qaynatam  Qazaxda  handa bir  kişidi,  əli 
pılnan oynuyur, ticarət adamıdı...  
 
Sonra zənlə üzümə baxdı: 
 
-Eyyy, lotu. Saa bını deməliyəm 
haa!  Sənin  bazdığınnan  xavarım  var 
haaa...  Bu  qız  o  qızdardan  dəyil  haaa... 
Sənin... 
 
Və  qəfildən  nəsə  kəşf  edibmiş 
kmi güldü: 
 
-Ə,  lotu,  əyəmnəri  adamın 
yoxdusa,    inisduta  salan  kimi  gəl  alax 
Hafzanı saa... 
 
-Hafza 
kimdi? 
–  Key-key 
soruşdum. Kişini gülmək tutdu. – Ə, sən 
nə  tupoy  adamsan,  ə?!  Kim  olajax,  ə?! 
Bayaxdan  saa  bir  qurannıx    söz 
danışmerəmmi?!  Baldızımın  qızının  adı 
Hafzadı...  Hafizə...  Hə,  elə  qəbul  olan 
kimi  qızın  qulağına  pıçıldıyım,  irazı 
salım,  sən  də  adamıı-zadıı  götü,  gedək 
Qazağa  elçiliyə.  Olax  qohum  səynən. 
Nətərdi səninçün? 
 
Güldüm.  Dedim,  siz  necə 
məsləhət  bilirsiniz,  qoy  elə  olsun.  Dedi, 
ə,  day  o  “sizi-mizi”  yığışdır.  Oldux 
səynən bajanax! 
 
*** 
 
“O  il    vəziyyət  çox  pis  idi. 
“Literaturnaya 
qazeta”da 
Heydər 
Əliyevin  “Qoy  ədalət  zəfər  çalsın” 
müsahibəsi çıxmışdı. Ölkə dəymişdi bir-
birinə. 
Həm 
qəbulun 
qiymətləri 
qalxmışdı, həm də vəziyyət qorxulu idi. 
Rembo  danışırdı  ki,  bir-iki  nəfər 
bədbaxtı tutub basacaqlar içəri, onnan da 
məsələ yat-yut olac 
ax.  Ona  görə  son  dərəcə  ehtiyatla 
işləməliyik.  
           Mən  də  ki  yeləgedənin  biriyəm. 
Çinədanım  doludu  nömrəynən.  Elə 
imtahanın şıdırğı yerində xəbər gəldi ki, 
bəs  o  biri  institutlarda  uje  qəfil  girirlər 
imtahana. Məndə də  düz iyirmiyəcən iş 
nömrəsi  var.  Bildim  ki,  gəlsələr, 
gedəjəm  fələyin  badına.  Tərs  kimi 
Hafizənin nömrəsi də bunların içindədir. 
Nəysə  nömrələri  tursikimin  tərs  üzünə 
tikdiyim cibə yığmışam. Hərdən  özümü 
küncə dayayıb  şalvarın qabağın qaldırıb 
tursikin  cibinə  baxır,  gedib  uşağı 
manşırlayır, 
şparqalkanı 
qoyuram 
qabağına,  gəlib  o  birinə  baxıram. 
Tərslikdən rektorun  özünün  də adamları 
var  bu  nömrələrin  içində.  Nəysə, 
nömrələrin  on  beşini  qurtarıb  bir-bir 
kanalizasiya  xəttinə  atıram.  (Bəxtimdən 
divarın  içi  ilə  üstdən  aşağı    gedən 
kanalizasiya  xəttinin  böyrü  qopub, 
üstünə  skoç  yapışdırıblar.  Mən  də  o 
skoçu  aralayıram,  nömrələri  borunun 
içinə  buraxıram,  sonra  skoçu  yerinə 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə